×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
30.11.2020
QEYDİYYAT NÖMRƏSİ
469
ADI
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında arıçılıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” 2009-cu il 26 oktyabr tarixli 169 nömrəli, “Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları”nın təsdiq edilməsi haqqında” 2010-cu il 18 mart tarixli 50 nömrəli, “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası”nın təsdiq edilməsi haqqında” 2010-cu il 8 iyun tarixli 108 nömrəli, “Əhalinin sıx toplaşdığı yerlərdə və obyektlərdə videonəzarət sistemlərinin yaradılması barədə” 2010-cu il 6 iyul tarixli 131 nömrəli, “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı”nın təsdiq edilməsi haqqında” 2010-cu il 14 dekabr tarixli 235 nömrəli, “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nın təsdiq edilməsi haqqında” 2011-ci il 3 noyabr tarixli 182 nömrəli, “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanasının, Lənkəran, Şirvan, Qəbələ, Füzuli, Quba, Qazax, Bərdə, Cəlilabad, Zaqatala, Şamaxı, Siyəzən müalicə diaqnostika mərkəzlərinin və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətinin Gəncə Müalicə Diaqnostika Mərkəzinin fəaliyyətinin tənzimlənməsi haqqında” 2012-ci il 26 yanvar tarixli 21 nömrəli və “Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda, şikayətlərə baxılma Qaydası”nın təsdiq edilməsi haqqında” 2012-ci il 24 fevral tarixli 46 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 03-12-2020, Nəşr Nömrəsi: 253), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-11-2020, Nəşr nömrəsi: 11, Maddə nömrəsi: 1412)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
03.12.2020
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
220.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14202011300469
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
09.12.2020
Azərbaycan Respublikasının 1999-cu il 22 iyun tarixli 689-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Ədalət mühakiməsinin rəsmi embleminin təsviri»ndə dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında arıçılıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” 2009-cu il 26 oktyabr tarixli 169 nömrəli, “Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları”nın təsdiq edilməsi haqqında” 2010-cu il 18 mart tarixli 50 nömrəli, “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası”nın təsdiq edilməsi haqqında” 2010-cu il 8 iyun tarixli 108 nömrəli, “Əhalinin sıx toplaşdığı yerlərdə və obyektlərdə videonəzarət sistemlərinin yaradılması barədə” 2010-cu il 6 iyul tarixli 131 nömrəli, “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı”nın təsdiq edilməsi haqqında” 2010-cu il 14 dekabr tarixli 235 nömrəli, “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nın təsdiq edilməsi haqqında” 2011-ci il 3 noyabr tarixli 182 nömrəli, “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanasının, Lənkəran, Şirvan, Qəbələ, Füzuli, Quba, Qazax, Bərdə, Cəlilabad, Zaqatala, Şamaxı, Siyəzən müalicə diaqnostika mərkəzlərinin və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətinin Gəncə Müalicə Diaqnostika Mərkəzinin fəaliyyətinin tənzimlənməsi haqqında” 2012-ci il 26 yanvar tarixli 21 nömrəli və “Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda, şikayətlərə baxılma Qaydası”nın təsdiq edilməsi haqqında” 2012-ci il 24 fevral tarixli 46 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Azərbaycan Respublikasında arıçılıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 26 oktyabr tarixli 169 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 10, maddə 858; 2020, № 2, maddə 188) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1-ci hissədə “səhiyyə” sözü “tibb” sözü ilə əvəz edilsin;

1.2. həmin Qərarla təsdiq edilmiş “Əhalinin təhlükəsizliyinin təmin olunması üçün səhiyyə, təhsil, mədəniyyət müəssisələrindən arıxanaların yerləşdirilməsi məsafəsi və yerləşdirilmə Qaydası” üzrə:

1.2.1. adında, 1.1-ci, 1.2-ci, 2.1-ci bəndlərdə və 2.5-ci bəndin ikinci cümləsində “səhiyyə” sözü “tibb” sözü ilə əvəz edilsin;

1.2.2. 3.2-ci bənddə “Səhiyyə” sözü “Tibb” sözü ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 18 mart tarixli 50 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 3, maddə 261; 2011, № 9, maddə 858; 2013, № 3, maddə 335, № 10, maddə 1229, № 11, maddə 1464; 2016, № 12, maddə 2239; 2017, № 4, maddə 641; 2018, № 11, maddə 2428; 2019, № 3, maddə 537) ilə təsdiq edilmiş “Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları”nın 1.3.4-cü yarımbəndində və 2.4-cü bəndinin birinci cümləsində “səhiyyə” sözü “tibb” sözü ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 8 iyun tarixli 108 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 6, maddə 553; 2015, № 12, maddə 1570; 2016, № 4, maddə 822) ilə təsdiq edilmiş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

3.1. 1.1-ci, 1.2-ci, 1.4-cü bəndlərdə, 2.1-ci bənddə (hər iki halda), 2.7.1-ci, 2.7.4-cü yarımbəndlərdə, 2.9-cu bənddə (hər iki halda), 2.13-cü bəndin ikinci cümləsində, 2.16-cı bənddə (hər iki halda), 3.2-ci və 3.11-ci bəndlərin birinci cümlələrində və 5.1-ci bənddə “səhiyyə” sözü “tibb” sözü ilə əvəz edilsin;

3.2. 2-ci hissənin adında, 2.2-ci bənddə (hər iki halda), 2.8-ci bəndin birinci və ikinci cümlələrində, 2.10-cu bənddə və 2.17-ci bəndin birinci cümləsində “Səhiyyə” sözü “Tibb” sözü ilə əvəz edilsin.

4. “Əhalinin sıx toplaşdığı yerlərdə və obyektlərdə videonəzarət sistemlərinin yaradılması barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 iyul tarixli 131 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 7, maddə 697; 2013, № 6, maddə 770) 1.2.6-cı yarımbəndində “səhiyyə” sözü “tibb” sözü ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 dekabr tarixli 235 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 12, maddə 1117; 2011, № 9, maddə 853; 2013, № 7, maddə 883, № 10, maddə 1232; 2014, № 1, maddə 57, № 6, maddələr 736, 752; 2015, № 4, maddə 455, № 8, maddə 967; 2016, № 5, maddə 955, № 6, maddə 1208, № 8, maddə 1435, № 11, maddə 1953; 2017, № 2, maddə 301, № 4, maddə 667, № 7, maddə 1494, № 10, maddə 1931; 2018, № 3, maddə 598, № 8, maddə 1798, № 9, maddə 1935; 2019, № 1, maddə 150, № 5, maddə 944, № 8, maddə 1463, № 12, maddə 2089; 2020, № 1, maddə 83, № 4, maddə 481) ilə təsdiq edilmiş “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

5.1. “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi üzrə” bölməsinin 5-11-ci və 13-cü hissələri ləğv edilsin;

5.2. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs üzrə” bölməsinə aşağıdakı məzmunda 2-9-cu hissələr əlavə edilsin:

 

2.

Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu

fəlsəfə doktoru üzrə

elmlər doktoru üzrə

3.

M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi

fəlsəfə doktoru üzrə

elmlər doktoru üzrə

4.

K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu

fəlsəfə doktoru üzrə

-

5.

Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu

fəlsəfə doktoru üzrə

-

6.

Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu

fəlsəfə doktoru üzrə

elmlər doktoru üzrə

7.

Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu

fəlsəfə doktoru üzrə

elmlər doktoru üzrə

8.

V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu

fəlsəfə doktoru üzrə

elmlər doktoru üzrə

9.

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu

fəlsəfə doktoru üzrə

elmlər doktoru üzrə

 

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 3 noyabr tarixli 182 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 11, maddə 1064; 2012, № 6, maddə 638, № 8, maddə 825; 2013, № 3, maddələr 332, 340, № 6, maddə 730, № 9, maddə 1136, № 10, maddə 1214; 2015, № 10, maddə 1214, № 12, maddə 1563; 2017, № 12 (II kitab), maddə 2562; 2018, № 1, maddə 136, № 10, maddə 2144; 2020, № 4, maddə 481) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

6.1. I bölmə üzrə:

6.1.1. 2-ci hissə, 3.2-ci, 3.3-cü, 3.5-ci, 3.8-ci, 3.11-ci, 3.12-ci, 3.15-3.24-cü, 4.1-4.4-cü, 4.7-ci, 4.9-4.11-ci bəndlər, 5-ci və 7-ci hissələr, 9.4-cü, 10.1-10.53-cü, 10.55-10.61-ci, 10.63-10.111-ci, 10.113- 10.123-cü, 10.127-10.137-ci, 10.151-10.153-cü bəndlər, 11-26-cı hissələr, 27.1-27.10-cu, 27.12-ci, 27.13-cü, 27.18-27.31-ci bəndlər, 28-42-ci hissələr, 43.1-43.3-cü, 43.5-43.9-cu bəndlər, 44-cü hissə, 45.1-ci, 45.2-ci, 45.4-45.6-cı bəndlər, 46-48-ci hissələr, 49.1-ci, 49.2-ci, 49.5-ci, 49.7-49.13-cü bəndlər, 50-ci və 51-ci hissələr, 52.1-52.5-ci, 52.7-ci, 52.9-cu, 52.12-52.14-cü bəndlər, 53-55-ci hissələr, 56.1- 56.13-cü, 56.16-56.25-ci bəndlər, 57-ci və 58-ci hissələr, 59.1-ci, 59.2-ci, 59.4-59.9-cu bəndlər, 60-64-cü hissələr, 65.1-65.3-cü, 65.5- 65.7-ci, 66.1-66.3-cü, 66.5-66.11-ci bəndlər və 67-74-cü hissələr ləğv edilsin;

6.1.2. aşağıdakı məzmunda 3.1.2-ci və 3.1.3-cü yarımbəndlər əlavə edilsin:

“3.1.2. Milli Oftalmologiya Mərkəzinin Gəncə şəhər filialı

3.1.3. Milli Oftalmologiya Mərkəzinin Şəki rayon filialı”;

6.1.3. aşağıdakı məzmunda 3.14.79-cu yarımbənd əlavə edilsin:

“3.14.79. MTEPAB-nin Pirallahı rayon şöbəsi”;

6.1.4. 10-cu hissədən “(Bakı Şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində)” sözləri çıxarılsın;

6.1.5. 27-ci hissədən “(Gəncə Şəhər Səhiyyə İdarəsinin tabeliyində)” sözləri çıxarılsın;

6.1.6. 56-cı hissədən “(Sumqayıt Şəhər Səhiyyə Şöbəsinin tabeliyində)” sözləri çıxarılsın;

6.2. II bölmə üzrə:

6.2.1. 2.4-1-ci, 2.5-ci, 2.7-ci, 2.8-ci, 2.13-cü, 2.15-2.27-ci, 2.30-cu və 2.31-ci bəndlər ləğv edilsin;

6.2.2. 2.9-cu bənddə “Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzi” MMC” sözləri “Analitik Ekspertiza Mərkəzi” sözləri ilə əvəz edilsin.

7. “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanasının, Lənkəran, Şirvan, Qəbələ, Füzuli, Quba, Qazax, Bərdə, Cəlilabad, Zaqatala, Şamaxı, Siyəzən müalicə diaqnostika mərkəzlərinin və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətinin Gəncə Müalicə Diaqnostika Mərkəzinin fəaliyyətinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 26 yanvar tarixli 21 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 1, maddə 42; 2016, № 11, maddə 1931) aşağıdakı dəyişikliklər edilsin:

7.1. adından “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanasının, Lənkəran, Şirvan, Qəbələ, Füzuli, Quba, Qazax, Bərdə, Cəlilabad, Zaqatala, Şamaxı, Siyəzən müalicə diaqnostika mərkəzlərinin və” sözləri çıxarılsın;

7.2. 1-ci hissə aşağıdakı redaksiyada verilsin:

“1. Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətinin Gəncə Müalicə Diaqnostika Mərkəzinin işçilərinin aylıq vəzifə maaşları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 28 fevral tarixli 68 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə (Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA-nın), AMEA-nın Naxçıvan və Gəncə bölmələrinin tabeliyində olan elmi müəssisə və təşkilatlar istisna olmaqla) çalışan işçilərin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəli”nə müvafiq olaraq müəyyən edilsin.”;

7.3. 2-ci (hər iki halda) və 3-cü hissələrdə ismin müvafiq hallarında “mərkəzləri” sözü ismin müvafiq hallarında “mərkəzi” sözü ilə əvəz edilsin;

7.4. 4-cü hissə ləğv edilsin.

8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 24 fevral tarixli 46 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 2, maddə 189; 2019, № 3, maddə 518) ilə təsdiq edilmiş “Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda, şikayətlərə baxılma Qaydası”nın 1.5-ci bəndində və 2.1.2-ci yarımbəndində “səhiyyə” sözü “tibb” sözü ilə əvəz edilsin.

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

 

Bakı şəhəri, 30 noyabr 2020-ci il

                      № 469

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status