Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təbii fəlakət, qəza və digər fövqəladə vəziyyətlər zamanı qanın, qan komponentlərinin donorluğunun təşkili Qaydası”nın təsdiq edilməsi haqqında” 2006-cı il 16 fevral tarixli 50 nömrəli, “Azadlıqdan məhrum olmuş şəxslərə onkoloji yardımın göstərilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2006-cı il 4 dekabr tarixli 256 nömrəli, “Zabrat Müalicə-Diaqnostika Mərkəzinin yaradılması haqqında” 2006-cı il 4 dekabr tarixli 257 nömrəli, “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə” 2007-ci il 23 yanvar tarixli 12 nömrəli, “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında” 2007-ci il 28 avqust tarixli 136 nömrəli, “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2008-ci il 29 fevral tarixli 59 nömrəli, “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adlarının təsdiq edilməsi barədə” 2008-ci il 19 dekabr tarixli 277 nömrəli, “Terror əleyhinə əməliyyatları idarəetmə üzrə Əməliyyat Qərargahının fəaliyyətini təmin etmək məqsədi ilə yaradılan əməliyyat qruplarının funksional vəzifələrinə dair Nümunəvi Təlimat”ın təsdiq edilməsi barədə” 2009-cu il 15 may tarixli 78 nömrəli qərarlarında dəyişiklik edilməsi və “Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının avtobazasının dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsi barədə” 2007-ci il 11 oktyabr tarixli 163 nömrəli Qərarının ləğv edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 16 fevral tarixli 50 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 2, maddə 198) ilə təsdiq edilmiş “Təbii fəlakət, qəza və digər fövqəladə vəziyyətlər zamanı qanın, qan komponentlərinin donorluğunun təşkili Qaydası”nın 2-ci hissəsində və 5-ci hissəsinin birinci abzasında “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi” sözləri “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 4 dekabr tarixli 256 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 12, maddə 1148) ilə təsdiq edilmiş “Azadlıqdan məhrum olmuş şəxslərə onkoloji yardımın göstərilməsi Qaydası”nın 2.4-cü bəndindən “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan” sözləri çıxarılsın.
3. “Zabrat Müalicə-Diaqnostika Mərkəzinin yaradılması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 4 dekabr tarixli 257 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 12, maddə 1149) 2-ci, 3-cü və 4-cü hissələri ləğv edilsin.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 1, maddə 56; 2008, № 8, maddə 792, № 10, maddə 926; 2010, № 3, maddə 264, № 4, maddə 351; 2014, № 10, maddə 1317; 2018, № 12 (II kitab), maddə 2738) ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:
4.1. 1.1.1-ci yarımbəndin “e)” abzasında “səhiyyə” sözü “tibb” sözü ilə əvəz edilsin;
4.2. 19-cu hissə üzrə:
4.2.1. adında “Səhiyyə və sosial təminat idarələri” sözləri “Tibb və sosial təminat müəssisələri” sözləri ilə əvəz edilsin;
4.2.2. üçüncü abzasda “səhiyyə idarələrinin” sözləri “tibb müəssisələrinin” sözləri ilə əvəz edilsin;
4.2.3. altıncı abzasda “idarələrdə” sözü “müəssisələrdə” sözü ilə əvəz edilsin;
4.2.4. “a)” bəndində və “c)” bəndinin birinci abzasında “idarələrində” sözü “müəssisələrində” sözü ilə əvəz edilsin;
4.2.5. “ə)” bəndi üzrə:
4.2.5.1. birinci abzasda “idarələrin” sözü “müəssisələrin” sözü ilə əvəz edilsin;
4.2.5.2. dördüncü abzasda “səhiyyə idarələrinin” sözləri “tibb müəssisələrinin” sözləri ilə əvəz edilsin;
4.2.6. 22.1-ci və 22.9-cu bəndlərdə “idarələrində” sözü “müəssisələrində” sözü ilə əvəz edilsin.
5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 8, maddə 861, № 9, maddə 923, № 10, maddə 1021, № 12, maddə 1331; 2009, № 1, maddələr 22, 32, № 2, maddə 150, № 4, maddələr 282, 293, № 8, maddələr 674, 675, 680, № 10, maddələr 846, 852, 856; 2010, № 2, maddələr 146, 161, № 11, maddə 1040; 2011, № 1, maddə 54, № 5, maddə 447, № 9, maddə 855; 2012, № 5, maddə 475, № 8, maddə 817, № 10, maddə 1028, № 11, maddə 1204, № 12, maddələr 1363, 1388; 2013, № 1, maddə 73, № 8, maddələr 1015, 1038, № 10, maddə 1219; 2014, № 1, maddə 69, № 3, maddə 312, № 6, maddə 736, № 7, maddə 918, № 10, maddə 1308; 2015, № 2, maddə 227, № 5, maddə 612, № 6, maddə 799, № 11, maddə 1413; 2016, № 2 (II kitab), maddə 381, № 4, maddələr 781, 831, № 5, maddə 955, № 7, maddə 1342, № 8, maddələr 1439, 1450, № 9, maddələr 1583, 1585, 1588, № 11, maddə 1976, № 12, maddə 2241; 2017, № 2, maddələr 283, 295, 310, № 5, maddə 972, № 8, maddə 1610, № 10, maddə 1920; 2018, № 2, maddə 335, № 3, maddələr 577, 626, № 7 (II kitab), maddə 1654, № 10, maddələr 2142, 2161; 2019, № 1, maddə 159, № 3, maddələr 563, 565, № 4, maddə 743, № 5, maddələr 944, 972, № 12, maddələr 2064, 2068; 2020, № 2, maddə 204, № 5, maddə 652, № 7, maddə 1005) ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın II bölməsinin 10.1-ci bəndi ləğv edilsin.
6. “Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının avtobazasının dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 11 oktyabr tarixli 163 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 10, maddə 1023; 2008, № 2, maddə 115) ləğv edilsin.
7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 2, maddə 134; 2010, № 1, maddə 59; 2012, № 12, maddə 1371; 2013, № 10, maddə 1204, № 12, maddə 1627; 2015, № 5, maddə 659; 2016, № 9, maddə 1585; 2017, № 4, maddələr 620, 643, № 7, maddə 1501, № 12 (II kitab), maddə 2484; 2020, № 4, maddə 496; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 1 oktyabr tarixli 371 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
7.1. 1.3-cü bəndin ikinci abzasından “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə razılaşdırılmaqla,” sözləri çıxarılsın və həmin abzasda “səhiyyə sistemi müəssisələrində də” sözləri “tibb müəssisələrində də Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və ya İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılmaqla,” sözləri ilə əvəz edilsin;
7.2. 1.10-cu bənddə və 2.5-ci bəndin ikinci abzasında “səhiyyə sistemi” sözləri “tibb” sözü ilə əvəz edilsin;
7.3. 2.3-cü bəndin birinci cümləsindən “səhiyyə sisteminin yerli idarəetmə orqanlarına və” sözləri çıxarılsın;
7.4. 2.8-ci bəndin birinci abzasında “səhiyyə” sözü “tibb” sözü ilə əvəz edilsin;
7.5. 2.10-cu bəndin birinci abzasında “Yerli səhiyyə orqanlarının, dövlət səhiyyə sistemi” sözləri “Dövlət tibb” sözləri ilə əvəz edilsin;
7.6. 6.3-cü bəndin birinci abzasından “səhiyyə sistemi müəssisələrində və ya digər” sözləri çıxarılsın;
7.7. IX bölmə üzrə:
7.7.1. 4-cü maddənin birinci abzasında “səhiyyə orqanı” sözləri “dövlət tibb müəssisəsi” sözləri ilə əvəz edilsin;
7.7.2. 40-cı maddənin ikinci abzasında və 51-ci maddənin onuncu abzasında “səhiyyə” sözü “tibb” sözü ilə əvəz edilsin.
8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli 277 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 12, maddə 1115; 2009, № 2, maddə 153, № 4, maddə 282, № 7, maddələr 605, 610, № 8, maddələr 674, 680, № 10, maddələr 846, 852, 856; 2010, № 1, maddə 60, № 2, maddələr 146, 161, № 10, maddələr 906, 912, № 11, maddə 1040; 2011, № 1, maddə 66, № 5, maddə 446, № 9, maddələr 856, 862; 2012, № 5, maddə 479, № 8, maddə 818, № 10, maddə 1027, № 11, maddə 1205; 2013, № 1, maddə 74, № 8, maddələr 1014, 1037; 2014, № 1, maddə 69, № 3, maddə 313, № 6, maddə 736, № 7, maddə 919, № 10, maddə 1308; 2015, № 2, maddə 227, № 5, maddə 611, № 6, maddə 800, № 11, maddə 1414; 2016, № 1, maddə 171, № 2 (II kitab), maddə 382, № 3, maddə 608, № 4, maddələr 782, 831, № 5, maddə 955, № 7, maddə 1343, № 8, maddələr 1440, 1450, № 9, maddələr 1584, 1585, 1587, № 11, maddə 1976, № 12, maddə 2241; 2017, № 2, maddələr 282, 296, 311, № 5, maddə 972, № 8, maddə 1611, № 10, maddələr 1921, 1922, № 11, maddə 2186; 2018, № 2, maddə 336, № 3, maddələr 578, 625, 631, № 7 (II kitab), maddə 1655, № 10, maddələr 2142, 2161; 2019, № 1, maddə 160, № 3, maddələr 529, 563, 565, № 4, maddə 743, № 5, maddələr 944, 972, № 12, maddələr 2064, 2068, 2106; 2020, № 2, maddə 204, № 5, maddə 652; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 26 oktyabr tarixli 418 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları”ndan “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı Şəhər Baş Səhiyyə İdarəsi, Gəncə Şəhər Səhiyyə İdarəsi, Sumqayıt Şəhər Səhiyyə Şöbəsi” sözləri çıxarılsın.
9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 15 may tarixli 78 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 5, maddə 386; 2016, № 2 (II kitab), maddə 375, № 9, maddə 1585) ilə təsdiq edilmiş “Terror əleyhinə əməliyyatları idarəetmə üzrə Əməliyyat Qərargahının fəaliyyətini təmin etmək məqsədi ilə yaradılan əməliyyat qruplarının funksional vəzifələrinə dair Nümunəvi Təlimat”ın 3.7-ci bəndinin dördüncü abzasında “Səhiyyə Nazirliyinin ruhi xəstəliklər üzrə” sözləri “ruhi xəstəliklər üzrə dövlət” sözləri ilə əvəz edilsin.
Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 30 noyabr 2020-ci il
№ 470