AKTIN NÖVÜ
Mərkəzi bankın qərarı
QƏBUL EDİLDİYİ TARİX
01.12.2020
QEYDİYYAT NÖMRƏSİ
52/1
ADI
İcbari Sığorta Bürosuna ödənilməli olan iştirak haqqının və təminat depozitinin məbləğlərinin müəyyən edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
QÜVVƏYƏ MİNMƏ TARİXİ
16.12.2020
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
090.050.030
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
23202012010521
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
15.12.2020
Icbari Sıǧorta Bürosuna ödənilməli olan iştirak haqqının və təminat depozitinin məbləǧlərinin müəyyən edilməsi barədə
 
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı

Qəbul edildiyi tarix

01.12.2020

Qeydiyyat nömrəsi

52/1

Adı

İcbari Sığorta Bürosuna ödənilməli olan iştirak haqqının və təminat depozitinin məbləğlərinin müəyyən edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

16.12.2020

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

090.050.030

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

23202012010521

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

15.12.2020

 

 

İcbari Sığorta Bürosuna ödənilməli olan iştirak haqqının və təminat depozitinin məbləğlərinin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti ”İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 28.4-cü və 30.2-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 22.0.17-ci maddəsinə əsasən 

 

Q Ə R A R A    A L I R:

 

1. İcbari Sığorta Bürosunun iştirakçısı olmaq üçün müraciət etmiş sığortaçının ödəməli olduğu iştirak haqqının məbləği 200.000 (iki yüz min) manat müəyyən edilsin.

2. İcbari Sığorta Bürosunun iştirakçısı olmaq istəyən sığortaçının Büroya birdəfəlik olaraq ödəməli olduğu təminat depozitinin məbləği müvafiq icbari sığorta növləri üzrə aşağıdakı kimi müəyyən edilsin:

2.1. Daşınmaz əmlakın icbari sığortası üzrə – 100.000 (yüz min) manat;

2.2. Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə – 100.000 (yüz min) manat;

2.3. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə – 200.000 (iki yüz min) manat;

2.4. Sərnişinlərin icbari fərdi qəza sığortası üzrə – 100.000 (yüz min) manat;

2.5. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə – 100.000 (yüz min) manat.

3. İcbari Sığorta Bürosunun iştirakçısı olmaq istəyən dövlət qeydiyyatının ərazi aidiyyəti Naxçıvan Muxtar Respublikasına aid olan, bu Qərarın 2-ci hissəsində nəzərdə tutulmuş icbari sığorta növləri üzrə sığorta müqavilələrini Naxçıvan Muxtar Respublikasında yerləşən daşınmaz əmlaklara və dövlət qeydiyyat nişanı Naxçıvan Muxtar Respublikasının rayonlarına aid olan nəqliyyat vasitələrinə münasibətdə, habelə həmin ərazidə icbari sığorta müqaviləsi bağlamaq vəzifəsi olan şəxslərlə (bundan sonra – sığorta predmeti və subyekti) bağlayan sığortaçının ödəməli olduğu iştirak haqqının və təminat depozitinin məbləğləri bu Qərarın 1-ci və 2-ci hissələrində nəzərdə tutulmuş məbləğlərin 50% miqdarında, Naxçıvan Muxtar Respublikasında olmayan, yerləşməyən və qeydiyyat nışanı həmin əraziyə aid olmayan sığorta predmetlərinə və subyektlərinə münasibətdə isə tam məbləğdə müəyyən edilsin.

4. Hüquq departamentinə (R.Məlikova) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

 

Mərkəzi Bankın sədri                                                                    Elman  Rüstəmov

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status