×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
26.11.2020
QEYDİYYAT NÖMRƏSİ
206-VIQD
ADI
“Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi (1920-2020)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 30-12-2020, Nəşr nömrəsi: 276), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31.12.2020, Nəşr nömrəsi: 12 (I kitab), Maddə nömrəsi: 1430)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
30.12.2020
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.270.010
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
12202011260206
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
28.12.2020

“Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi (1920-2020)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 9-cu bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, № 23, maddə 996; 1993, № 23-24, maddə 676; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 5, maddə 251; 2003, № 12 (I kitab), maddə 677; 2005, № 4, maddə 291; 2006, № 10, maddə 846; 2007, № 3, maddə 213; 2008, № 6, maddələr 452, 472; 2009, № 1, maddə 4, № 5, maddə 312, № 7, maddələr 514, 515, № 12, maddə 974; 2010, № 3, maddə 174, № 11, maddə 960; 2011, № 11, maddə 992; 2012, № 7, maddə 664, № 11, maddələr 1036, 1048, 1061; 2013, № 5, maddələr 460, 478, № 10, maddə 1143, № 12, maddə 1477; 2014, № 6, maddələr 612, 623; 2015, № 12, maddə 1447; 2016, № 12, maddələr 1979, 2040; 2017, № 1, maddələr 16, 27, № 7, maddə 1311, № 10, maddə 1771, № 11, maddə 1962, № 12 (I kitab), maddələr 2242, 2269; 2018, № 2, maddə 168, № 3, maddə 387, № 5, maddələr 841, 859, 874, № 6, maddə 1190, № 11, maddə 2207, № 12 (I kitab), maddələr 2465, 2516; 2019, № 3, maddə 369, № 5, maddə 790, № 11, maddə 1693, № 12, maddə 1909; 2020, № 5, maddə 506; Azərbaycan Respublikasının 2020-ci il 6 oktyabr tarixli 174-VIQD və 175-VIQD nömrəli qanunları) 2-ci maddəsinə “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” yubiley medalı;” hissəsindən sonra aşağıdakı məzmunda yeni hissə əlavə edilsin:

“Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi (1920-2020)” yubiley medalı;”.

Maddə 2. “Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi (1920-2020)” Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

Maddə 3. “Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi (1920-2020)” Azərbaycan Respublikasının yubiley medalının təsviri” təsdiq edilsin (əlavə olunur).

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 noyabr 2020-ci il

№206-VİQD


 

 

Azərbaycan Respublikasının

2020-ci il 26 noyabr tarixli

Qanunu ilə təsdiq edilmişdir

 

“Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi (1920–2020)” Azərbaycan Respublikasının yubiley medalı haqqında

 

ƏSASNAMƏ

 

Maddə 1. Təltif edilən şəxslər

“Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi (1920–2020)” Azərbaycan Respublikasının yubiley medalı ilə elm, təhsil, habelə neft və sənaye sahələrində yüksək nailiyyətlər əldə etmiş, bu sahələrin inkişafına xüsusi töhfə vermiş, sosial-mədəni inkişafda fəal iştirak etmiş müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əməkdaşları, o cümlədən keçmiş əməkdaşları, məzunları, həmçinin elm, təhsil və beynəlxalq əməkdaşlıq sahəsində dövlət siyasətinin həyata keçirilməsində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) tərəqqisində xüsusi xidmətləri olan Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təltif edilirlər.

 

Maddə 2. Təltif edən orqan

“Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi (1920–2020)” Azərbaycan Respublikasının yubiley medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq təltif edilirlər.

 

Maddə 3. Taxılma qaydası

“Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi (1920–2020)” Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır.


 

 

Azərbaycan Respublikasının

2020-ci il 26 noyabr tarixli

Qanunu ilə təsdiq edilmişdir

 

“Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi (1920–2020)” Azərbaycan Respublikasının yubiley medalının təsviri

 

Maddə 1. Medalın ümumi təsviri

“Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi (1920–2020)” Azərbaycan Respublikasının yubiley medalı (bundan sonra - medal) bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 36 mm olan dairəvi lövhədən ibarətdir.

 

Maddə 2. Medalın ön tərəfi

2.1. Medalın ön tərəfi daxili və xarici çevrələrlə konturlanmışdır.

2.2. Xarici və daxili çevrələrin arasında yuxarı qövs boyunca “AZƏRBAYCAN DÖVLƏT NEFT VƏ SƏNAYE UNİVERSİTETİ” sözləri, aşağı qövs boyunca “1920-2020” rəqəmləri yazılmışdır. “1920-2020” rəqəmlərindən sol və sağ tərəflərə doğru qövs boyu sünbüllərdən ibarət çələng təsvir olunmuşdur.

2.3. Medalın daxili çevrəsinin mərkəzində loqotip şəklində “ADNSU” sözü, aşağı hissəsinə “100” rəqəmləri həkk edilmişdir. “ADNSU” sözü ilə “100” rəqəmləri arasında “Azİİ 1920” sözləri yazılmışdır. “ADNSU” sözünün yuxarı sol hissəsinə karbohidratların ənənəvi kimyəvi formulunun vizual təsviri həkk edilmişdir.

2.4. Çevrənin konturları, bütün yazılar və rəqəmlər, “ADNSU” loqotipi və sünbül çələngləri relyefli olaraq qızılı rəngdədir. İki çevrə arası tünd qırmızı rəngdə, ikinci çevrə daxilində arxa fon qızılı rəngdədir.

 

Maddə 3. Medalın arxa tərəfi

3.1. Medalın arxa tərəfinin yuxarı hissəsində loqotip şəklində “ADNSU 100” sözləri, mərkəzində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əsas binasının eskizi relyefli həkk olunmuşdur.

3.2. Medalın arxa tərəfində medalın seriyası və nömrəsi yazılmışdır.

 

Maddə 4. Medalın elementləri

4.1. Medal paltara bərkidilmək üçün elementi olan, 50 mm x 37 mm ölçüdə beşbucaqlı xara lentə iki halqa və ilgək vasitəsilə birləşdirilir.

4.2. Xara lentin üzərində hər iki kənarından mərkəzə doğru ardıcıl olaraq 3 mm enində tünd qırmızı, 9 mm enində boz, 1,5 mm enində ağ, 3,5 mm enində tünd qırmızı və mərkəzdə eni 3 mm enində olan boz rəngli şaquli zolaqlar təsvir edilmişdir.

4.3. Xara lentin yuxarı hissəsinə mərkəzində loqotip şəklində relyefli “ADNSU” sözü, sol və sağ tərəflərə doğru sünbüllərdən ibarət çələng təsvir edilmiş, qızıl suyuna çəkilmiş 40 mm x 5,5 mm ölçüdə bürünc lövhə bərkidilmişdir.

4.4. Medala paltara bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçülü qəlib əlavə edilir.

https://static.president.az/media/W1siZiIsIjIwMjAvMTIvMjYvOXFtZWE5eTExN19BRE5TVS5qcGciXSxbInAiLCJ0aHVtYiIsIjEzNDB4MTAyMCJdXQ?sha=5ac4e3d44ea4ad70

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status