AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
30.12.2020
QEYDİYYAT NÖMRƏSİ
1239
ADI
“Hərbi qulluqçuların statusu haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Yol hərəkəti haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Avtomobil yolları haqqında”, “Özəl tibb fəaliyyəti haqqında”, “Dövlət qulluğu haqqında”, “Psixiatriya yardımı haqqında”, “Onkoloji yardım haqqında” və “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 20 noyabr tarixli 200-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1997-ci il 25 iyul tarixli 622 nömrəli, “Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 6 mart tarixli 296 nömrəli, “Sınaq müddəti ilə müvafiq dövlət orqanlarında dövlət qulluğuna qəbul üçün əmək müqaviləsinin (kontraktının) nümunəsinin təsdiq edilməsi barədə” 2001-ci il 3 sentyabr tarixli 567 nömrəli, “Dövlət qulluqçuları üçün bəzi təminatlar haqqında” 2003-cü il 23 oktyabr tarixli 948 nömrəli və “Daimi dövlət qulluğuna qəbul edilən şəxslə bağlanılan əmək müqaviləsinin nümunəsi”nin təsdiq edilməsi haqqında” 2019-cu il 16 may tarixli 690 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 08-01-2021, Nəşr nömrəsi: 3), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31.12.2020, Nəşr nömrəsi: 12 (I kitab), Maddə nömrəsi: 1501)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
08.01.2021
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
220.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
13202012301239
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
05.01.2021

“Hərbi qulluqçuların statusu haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Yol hərəkəti haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Avtomobil yolları haqqında”, “Özəl tibb fəaliyyəti haqqında”, “Dövlət qulluğu haqqında”, “Psixiatriya yardımı haqqında”, “Onkoloji yardım haqqında” və “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 20 noyabr tarixli 200-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1997-ci il 25 iyul tarixli 622 nömrəli, “Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 6 mart tarixli 296 nömrəli, “Sınaq müddəti ilə müvafiq dövlət orqanlarında dövlət qulluğuna qəbul üçün əmək müqaviləsinin (kontraktının) nümunəsinin təsdiq edilməsi barədə” 2001-ci il 3 sentyabr tarixli 567 nömrəli, “Dövlət qulluqçuları üçün bəzi təminatlar haqqında” 2003-cü il 23 oktyabr tarixli 948 nömrəli və “Daimi dövlət qulluğuna qəbul edilən şəxslə bağlanılan əmək müqaviləsinin nümunəsi”nin təsdiq edilməsi haqqında” 2019-cu il 16 may tarixli 690 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Hərbi qulluqçuların statusu haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Yol hərəkəti haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Avtomobil yolları haqqında”, “Özəl tibb fəaliyyəti haqqında”, “Dövlət qulluğu haqqında”, “Psixiatriya yardımı haqqında”, “Onkoloji yardım haqqında” və “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 20 noyabr tarixli 200-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsində, 32-ci və 33-cü maddələrinin üçüncü hissələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 32-ci və 33-cü maddələrinin üçüncü hissələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

1.3. həmin Qanunun 4-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi nəzərdə tutulur;

1.4. “Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin onuncu abzasında və 13-cü maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.5. həmin Qanunun 13-cü maddəsinin üçüncü hissəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

1.6. həmin Qanunun 1-ci maddəsinin onuncu abzasında “orqan (qurum)” dedikdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi nəzərdə tutulur.

2. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 25 iyul tarixli 622 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 6, maddə 498; 2007, № 11, maddə 1114; 2009, № 12, maddə 977; 2011, № 2, maddə 84; 2014, № 3, maddə 242; 2017, № 6, maddə 1116, № 7, maddə 1317; 2020, № 6, maddə 690, № 7, maddə 881) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

2.1. ikinci abzasda “7-1-ci maddəsinin ikinci və” sözləri “4-cü maddəsində, 7-1-ci maddəsinin ikinci və üçüncü hissələrində, 32-ci və 33-cü maddələrinin” sözləri ilə əvəz edilsin;

2.2. üçüncü abzasa “ikinci hissəsində” sözlərindən sonra “, 32-ci və 33-cü maddələrinin üçüncü hissələrində” sözləri əlavə edilsin;

2.3. beşinci abzasdan “4-cü maddəsində nəzərdə tutulmuş “Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini, habelə Qanunun” sözləri çıxarılsın və həmin abzasda “32-ci maddəsinin beşinci hissəsində, 33-cü maddəsinin dördüncü” sözləri “33-cü maddəsinin yeddinci” sözləri ilə əvəz edilsin;

2.4. doqquzuncu abzasın sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda onuncu abzas əlavə edilsin:

“həmin Qanunun 4-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi nəzərdə tutulur.”.

3. “Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 296 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 3 (I kitab), maddə 163; 2002, № 8, maddə 481; 2008, № 9, maddə 798) 2-ci hissəsi aşağıdakı redaksiyada verilsin:

“2. Müəyyən edilsin ki:

2.1. “Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin onuncu abzasında və 13-cü maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

2.2. həmin Qanunun 13-cü maddəsinin üçüncü hissəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

2.3. həmin Qanunun 4-cü maddəsinin dördüncü və altıncı hissələrində, 8-ci maddəsinin ikinci hissəsinin ikinci cümləsində və üçüncü hissəsində, 9-cu və 12-ci maddələrinin ikinci hissələrində, 16-cı maddəsinin dördüncü abzasında nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirir;

2.4. həmin Qanunun 1-ci maddəsinin onuncu abzasında “orqan (qurum)” dedikdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi nəzərdə tutulur.”.

4. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 567 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 9, maddə 582; 2003, № 8, maddə 441; 2005, № 9, maddə 800; 2009, № 6, maddə 419; 2014, № 7, maddə 790; 2015, № 3, maddə 265; 2017, № 5, maddə 843) ilə təsdiq edilmiş “Sınaq müddəti ilə müvafiq dövlət orqanlarında dövlət qulluğuna qəbul üçün əmək müqaviləsinin (kontraktının) nümunəsi”nin 5.1-ci bəndində “sığortası üçün qanunvericiliklə” sözləri “sığortası, işsizlikdən sığortası və icbari tibbi sığortası üçün qanunla” sözləri ilə əvəz edilsin.

5. “Dövlət qulluqçuları üçün bəzi təminatlar haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 948 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 10, maddə 553) 1-ci hissəsi aşağıdakı redaksiyada verilsin:

“1. Müəyyən edilsin ki, 2003-cü il yanvarın 1-dən dövlət qulluqçusuna növbəti məzuniyyətə çıxdıqda bir aylıq vəzifə maaşı məbləğində müavinət ödənilir.”.

6. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 16 may tarixli 690 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 5, maddə 842) ilə təsdiq edilmiş “Daimi dövlət qulluğuna qəbul edilən şəxslə bağlanılan əmək müqaviləsinin nümunəsi”nin 6.2-ci bəndindən “və onun ailə üzvləri” sözləri çıxarılsın və həmin bənddə “edilirlər” sözü “edilir” sözü ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri 30 dekabr 2020-ci il

№1239

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status