AKTIN NÖVÜ
Mərkəzi bankın qərarı
QƏBUL EDİLDİYİ TARİX
29.12.2020
QEYDİYYAT NÖMRƏSİ
55/3
ADI
“Sığorta sahəsində attestasiyanın təşkili və keçirilməsi Qaydası”nın təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
QÜVVƏYƏ MİNMƏ TARİXİ
15.01.2021
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
090.050.000
070.170.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
23202012290553
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
14.01.2021
“Sıǧorta sahəsində attestasiyanın təşkili və keçirilməsi Qaydası”nın təsdiq edilməsi barədə
 
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASI MƏRKƏZİ BANKININ İDARƏ HEYƏTİNİN QƏRARI

Qəbul edildiyi tarix

29.12.2020

Qeydiyyat nömrəsi

55/3

Adı

“Sığorta sahəsində attestasiyanın təşkili və keçirilməsi Qaydası”nın təsdiq edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

15.01.2021

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

090.050.000; 070.170.000

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

23202012290553

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

14.01.2021

 

 

Sığorta sahəsində attestasiyanın təşkili və keçirilməsi qaydasının müəyyən edilməsi məqsədilə “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 37.2.7-ci, 81-3.3-cü və 83.2.2-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 22.0.17-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti

 

Q Ə R A R A   A L I R:

 

1. “Sığorta sahəsində attestasiyanın təşkili və keçirilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Hüquq departamentinə (R.Məlikova) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

 

 

Mərkəzi Bankın sədri

Elman Rüstəmov

 

 


 

 

“Tәsdiq edilmişdir”

Azərbaycan Respublikasının

Mərkəzi Bankı

Qərar № 55/3

29 dekabr 2020-ci il

 

Sığorta sahəsində attestasiyanın təşkili və keçirilməsi

 

QAYDASI

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qayda “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 37-ci, 81-3-cü, 83-cü və 88-ci maddələrinə uyğun olaraq hazırlanmışdır və sığortaçının rəhbər işçisi vəzifəsinə təyin edilən və ya belə vəzifəni müvəqqəti icra etməsi nəzərdə tutulan (sığortaçının direktorlar şurasının üzvləri və məsul aktuarisi istisna edilməklə), habelə müvafiq sığorta vasitəçiliyi üzrə lisenziya və ya aktuari fəaliyyətini həyata keçirməyə görə aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslər üçün Azərbaycan Respublikasının Mərkəzi Bankında (bundan sonra – Mərkəzi Bank) attestasiyanın təşkili və keçirilməsi qaydasını müəyyən edir.

1.2. Sığortaçının rəhbər işçisi vəzifəsini 60 gündən artıq müddətə müvəqqəti icra etməsi nəzərdə tutulan şəxslər sığortaçının rəhbər işçiləri üçün müəyyən edilmiş qaydada, Qanunun 83.3-cü və 83.4-cü maddələrində nəzərdə tutulmuş şəxslər isə sığorta vasitəçiliyi fəaliyyətinə lisenziya almaq istəyən şəxslər üçün müəyyən edilmiş qaydada attestasiyadan keçirlər.

1.3. Bu Qaydada istifadə olunan “sığortaçı” anlayışı sığortaçılarla yanaşı, Qanunun 1.2-ci maddəsinə uyğun olaraq təkrarsığortaçıları, “rəhbər işçi” anlayışı sığortaçının İdarə Heyətinin və Təftiş Komissiyasının üzvlərini, daxili audit xidmətinin rəhbərini və baş mühasibini əhatə edir.

1.4. Bu Qaydada “kredit balı” dedikdə aktuari şəhadətnaməsinin alınması üçün bu Qaydanın 3.4.1-3.4.4-cü yarımbəndlərində müəyyən edilmiş imtahanlardan müvəffəqiyyətlə keçmiş şəxslərə verilən xallar, “sertifikat” dedikdə isə imtahanlardan müvəffəqiyyətlə keçməyi təsdiq edən sənəd başa düşülür.

 

2. Attestasiyadan keçən şəxslərin uyğunluğuna dair tələblər

 

2.1. Attestasiyadan keçən şəxslər Qanunla müəyyən olunmuş ixtisas uyğunluğu və vətəndaşlıq qüsursuzluğu tələblərinə cavab verməlidirlər.

2.2. Mərkəzi Banka attestasiya keçən şəxslərin ixtisas uyğunluğuna dair aşağıdakı sənədlər təqdim olunur:

2.2.1. Sığortaçının rəhbər işçisi vəzifəsinə təyin edilməsi nəzərdə tutulmuş şəxsə münasibətdə:

2.2.1.1. bu Qaydanın 1 nömrəli Əlavəsində müəyyən edilmiş formada namizəd tərəfindən doldurulmuş anket;

2.2.1.2. şəxsiyyəti təsdiq edən sənədin notariat qaydasında və ya “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində müəyyən edilmiş qaydada təsdiq edilmiş surəti;

2.2.1.3. iş təcrübəsini təsdiq edən sənədin notariat qaydasında və ya “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində müəyyən edilmiş qaydada təsdiq edilmiş surəti;

2.2.1.4. ali təhsil haqqında sənədin notariat qaydasında və ya “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində müəyyən edilmiş qaydada təsdiq edilmiş surəti;

2.2.1.5. sığortaçının baş mühasib vəzifəsinə təyin edilməsi nəzərdə tutulmuş şəxsin həmçinin peşəkar mühasib sertifikatının surəti;

2.2.1.6. xarici fiziki şəxslərin vətəndaşı və daimi yaşayış yeri olan ölkənin müvafiq dövlət orqanlarından Qanunun 1.1.41-ci maddəsi ilə müəyyən olunmuş vətəndaş qüsursuzluğunu təsdiq edən sənəd.

2.2.2. Müvafiq sığorta vasitəçiliyi fəaliyyətinə lisenziya almaq istəyən şəxsə münasibətdə:

2.2.2.1. bu Qaydanın 2 nömrəli Əlavəsində müəyyən edilmiş formada namizəd tərəfindən doldurulmuş anket;

2.2.2.2. şəxsiyyəti təsdiq edən sənədin notariat qaydasında və ya “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində müəyyən edilmiş qaydada təsdiq edilmiş surəti;

2.2.2.3. xarici fiziki şəxslərin vətəndaşı və daimi yaşayış yeri olan ölkənin müvafiq dövlət orqanlarından Qanunun 1.1.41-ci maddəsi ilə müəyyən olunmuş vətəndaş qüsursuzluğunu təsdiq edən sənəd.

2.2.3. Aktuari şəhadətnaməsi almaq istəyən şəxsə münasibətdə:

2.2.3.1. bu Qaydanın 3 nömrəli Əlavəsində müəyyən edilmiş formada namizəd tərəfindən doldurulmuş anket;

2.2.3.2. şəxsiyyəti təsdiq edən sənədin notariat qaydasında və ya “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində müəyyən edilmiş qaydada təsdiq edilmiş surəti;

2.2.3.3. ali təhsil haqqında sənədin notariat qaydasında və ya “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində müəyyən edilmiş qaydada təsdiq edilmiş surəti;

2.2.3.4. xarici fiziki şəxslərin vətəndaşı və daimi yaşayış yeri olan ölkənin müvafiq dövlət orqanlarından Qanunun 1.1.41-ci maddəsi ilə müəyyən olunmuş vətəndaş qüsursuzluğunu təsdiq edən sənəd.

2.3. Attestasiyaya təqdim olunan şəxs (Azərbaycan Respublikasının vətəndaşı) Qanunla müəyyən edilmiş ixtisas uyğunluğuna dair tələblərə uyğun olduqda Mərkəzi Bank müvafiq sənədlər daxil olduğu vaxtdan 3 (üç) iş günü müddətində vətəndaş qüsursuzluğu barədə arayış təqdim edilməsi üçün sorğu ilə səlahiyyətli dövlət orqanına müraciət edir.

2.4. Sığortaçının rəhbər işçisi və fiziki şəxs olan müvafiq sığorta vasitəçisinə münasibətdə bu Qaydanın 2.2-ci bəndi ilə müəyyən edilmiş sənədlərə Mərkəzi Banka daxil olan gündən 30 (otuz) təqvim günü ərzində baxılır və tələblərə uyğun hesab edilən şəxsə onun təqdim etdiyi anketdə göstərdiyi ünvanına elektron və ya yazılı formada attestasiya üzrə imtahanın keçirilmə gününə ən azı 5 (beş) iş günü qalmış imtahanın keçirilmə yeri və vaxtı barədə yazılı məlumat göndərilir və Mərkəzi Bankın rəsmi internet səhifəsində bu barədə elan verilir.

2.5. Aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxsə münasibətdə bu Qaydanın 2.2-ci bəndi ilə müəyyən edilmiş sənədlərə Mərkəzi Banka daxil olan gündən 30 (otuz) təqvim günü ərzində baxılır və tələblərə cavab verən şəxs bu Qaydanın 5-ci hissəsində müəyyən edilmiş qaydada imtahanda iştirak edir.

2.6. Bu Qaydanın əlavələrində müəyyən edilmiş anketlərə həmin anketdə müəyyən edilmiş ölçüdə namizədin fotoşəkili əlavə edilir.

 

3. Attestasiyaya dair tələblər

 

3.1. Attestasiya aşağıdakı formada keçirilir:

3.1.1. sığortaçının rəhbər işçisi və fiziki şəxs olan müvafiq sığorta vasitəçisi üçün qapalı tipli test tapşırıqlarından ibarət imtahan;

3.1.2. aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxs üçün bu Qaydanın 3.4.1-3.4.4-cü yarımbənlərində müəyyən edilmiş mövzular üzrə qapalı və açıq, bu Qaydanın 3.4.5-ci yarımbəndində müəyyən edilmiş mövzu üzrə qapalı tipli test tapşırıqlarından ibarət imtahan.

3.2. Qapalı tipli test imtahanı yalnız biri düzgün olan dörd cavab variantlarından bir doğru cavabı müəyyənləşdirilərək qeyd edilməsini tələb edən test tapşırıqlarından ibarətdir.

3.3. Açıq tipli test imtahanı cavab variantları verilməyən, doğru cavabın namizəd tərəfindən müəyyənləşdirilərək yazılı formada ifadə olunmasını tələb edən test tapşırıqlarından ibarətdir.

3.4. Aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslərin attestasiyası aşağıdakı mövzuları əhatə edən imtahanlardan ibarətdir:

3.4.1. ehtimal nəzəriyyəsi, statistika və maliyyə riyaziyyatı;

3.4.2. qeyri-həyat sığortası riyaziyyatı;

3.4.3. qeyri-həyat sığortası üzrə praktiki tətbiqlər;

3.4.4. həyat sığortası riyaziyyatı və onun praktiki tətbiqləri;

3.4.5. sığorta qanunvericiliyi və sığorta sektoru üzrə Mərkəzi Banka təqdim edilən hesabatlar.

3.5. Aşağıdakı xarici qurumlar tərəfindən təşkil olunan və bu Qaydanın 3.4.1-3.4.4-cü yarımbəndlərində müəyyən edilmiş hər bir mövzu ilə uyğunluq təşkil edən imtahandan müvəffəqiyyətlə keçməsi barədə təsdiqedici sənədi təqdim etmiş şəxs bu Qaydanın 5.6-cı bəndinə uyğun olaraq müvafiq kredit balını toplamış hesab edilir:

3.5.1. Amerika Birləşmiş Ştatlarının Aktuarilər Cəmiyyəti (Society of Actuaries);

3.5.2. Kanada Aktuarilər İnstitutu (Canadian Institute of Actuaries);

3.5.3. Böyük Britaniya Aktuarilər İnstitutu və Fakültəsi (Institute and Faculity of Actuaries);

3.5.4. Avstraliya Aktuarilər İnstitutu (Institute of Actuaries of Australia);

3.5.5. Türkiyə Cümhuriyyəti Sığorta İnstitutu Vəqfi (Türk Sigorta Enstitüsü Vakfı);

3.5.6. Türkiyə Cümhuriyyəti Sığortaçılıq Təlim Mərkəzi (Sigortacılık Eğitim Merkezi).

 

4. Sığortaçının rəhbər işçisi və fiziki şəxs olan müvafiq sığorta vasitəçisi üçün imtahanın keçirilməsi və nəticələrinin qiymətləndirilməsi

 

4.1. Sığortaçının rəhbər işçisi və fiziki şəxs olan müvafiq sığorta vasitəçisi üçün qapalı tipli test tapşırıqlarından ibarət imtahanın keçirilməsinə üç saat vaxt ayrılır.

4.2. İmtahan yazılı şəkildə keçirilir və iştirakçıların hər birinə 100 qapalı test tapşırığı təqdim edilir.

4.3. Test tapşırıqlarının sualları sığorta fəaliyyəti, sığorta qanunvericiliyi, o cümlədən sığorta sahəsində mülki münasibətləri tənzimləyən hüquqi aktlar, sığortaçının rəhbər işçisi üçün həmçinin namizədliyi təqdim edilən vəzifənin səlahiyyət dairəsindən asılı olaraq korporativ idarəetmə, hesabatlılıq və mühasibat uçotu, daxili nəzarət və audit üzrə mövzuları əhatə edir.

4.4. Hər düzgün cavab bir balla qiymətləndirilir. Bir test tapşırığında düzgün cavabın da daxil olduğu iki və ya daha çox cavabı düzgün hesab edən iştirakçının müvafiq cavabı səhv cavab kimi qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.

4.5. İmtahan zamanı yazılı, elektron və ya digər hər hansı məlumat materiallarından istifadə, həmçinin test tapşırıqlarının məzmunu ilə bağlı başqa şəxslərlə danışmaq qadağandır. Bu qadağaya əməl etməyən şəxsin imtahan nəticələri ləğv edilir.

4.6. İştirakçı ən azı 70 bal topladıqda attestasiyadan keçmiş hesab olunur.

4.7. Attestasiyadan keçməmiş şəxsin namizədliyi təkrar attestasiyaya attestasiya günündən ən azı bir ay keçdikdən sonra təqdim edilə bilər.

 

5. Aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxs üçün imtahanın keçirilməsi və nəticələrinin qiymətləndirilməsi

 

5.1. Bu Qaydanın 3.4-cü bəndində müəyyən edilmiş imtahanların hər birinin keçirilməsinə üç saat vaxt ayrılır.

5.2. Namizədə bu Qaydanın 3.4.1-3.4.4-cü yarımbəndlərində müəyyən edilmiş imtahanlar üzrə ayrılıqda hər birinin düzgün cavabı 3 balla qiymətləndirilməklə 15 qapalı tipli və hər birinin düzgün cavabı 5.5 balla qiymətləndirilməklə 10 açıq tipli olmaqla ümumilikdə 100 balla qiymətləndirilən 25 test tapşırığı, 3.4.5-ci yarımbəndində müəyyən edilmiş imtahan üzrə isə hər birinin düzgün cavabı 2 balla qiymətləndirilməklə 30 sual sığorta qanunvericiliyi və 20 sual sığorta sektoru üzrə Mərkəzi Banka təqdim edilən hesabatlar üzrə olmaqla ümumilikdə 100 balla qiymətləndirilən qapalı test tapşırığı təqdim edilir.

5.3. Qapalı tipli test tapşırıqlarında düzgün cavabın da daxil olduğu iki və ya daha çox cavabı düzgün hesab edən iştirakçının müvafiq cavabı səhv cavab kimi qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.

5.4. İmtahan zamanı yazılı, elektron və ya digər hər hansı məlumat materiallarından istifadə, həmçinin test tapşırıqlarının məzmunu ilə bağlı başqa şəxslərlə danışmaq qadağandır. Bu qadağaya əməl etməyən şəxsin imtahan nəticələri ləğv edilir.

5.5. Namizəd bu Qaydanın 3.4.1-3.4.4-ci yarımbəndlərində müəyyən edilmiş hər bir imtahan üzrə ən azı 60 bal topladıqda müvafiq imtahandan müvəffəqiyyətlə keçmiş hesab olunur və bu Qaydanın 5.6-cı bəndində müəyyən edilmiş kredit balını toplayır. Namizəd bu Qaydanın 3.4.5-ci yarımbəndində müəyyən edilmiş imtahan üzrə ən azı 60 bal topladıqda imtahandan müvəffəqiyyətlə keçmiş hesab olunur. Bu Qaydanın 3.4.5-ci yarımbəndində müəyyən edilmiş mövzu üzrə imtahana bu Qaydanın 3.4.1-3.4.4-cü yarımbəndlərində müəyyən edilmiş imtahanlar üzrə ən azı 60 kredit balını toplamış şəxslər buraxılır.

5.6. Bu Qaydanın 3.4.1-3.4.4-cü yarımbəndlərində müəyyən edilmiş imtahanları müvəffəqiyyətlə keçən namizəd aşağıdakı kredit ballarını toplayır:

5.6.1. 3.4.1-ci yarımbəndində müəyyən edilmiş imtahan üzrə 20 kredit balı;

5.6.2. 3.4.2-ci yarımbəndində müəyyən edilmiş imtahan üzrə 20 kredit balı;

5.6.3. 3.4.3-cü yarımbəndində müəyyən edilmiş imtahan üzrə 30 kredit balı;

5.6.4. 3.4.4-cü yarımbəndində müəyyən edilmiş imtahan üzrə 30 kredit balı.

5.7. Aşağıdakı tələblərə cavab verən namizəd aktuari şəhadətnaməsinin alınması üçün nəzərdə tutulmuş attestasiyadan keçmiş hesab olunur:

5.7.1. bu Qaydanın 3.5-ci bəndi nəzərə alınmaqla, bu Qaydanın 5.6-cı bəndinə uyğun olaraq ən azı 60 kredit balı toplamalıdır;

5.7.2. bu Qaydanın 3.4.5-ci yarımbəndində müəyyən edilmiş imtahandan müvəffəqiyyətlə keçməlidir.

5.8. Bu Qaydanın 5.7-ci bəndinə uyğun olaraq attestasiyadan keçmiş şəxsin aktuari şəhadətnaməsinin müddəti bitdikdə yeni aktuari şəhadətnaməsinin alınması üçün həmin şəxs yalnız bu Qaydanın 3.4.5-ci yarımbəndində müəyyən edilmiş imtahandan keçməlidir. Qeyd olunan imtahandan keçən şəxs attestasiyadan keçmiş hesab olunur.

5.9. Bu Qaydanın 3.4.1-3.4.4-cü yarımbəndlərində müəyyən edilmiş mövzular üzrə imtahanlar ildə iki dəfə olmaqla 6 (altı) aydan bir təşkil olunur. Müvafiq imtahanın keçirilmə gününə ən azı iki ay qalmış imtahanın keçirilmə yeri və vaxtı barədə Mərkəzi Bankın rəsmi internet səhifəsində elan verilir. Bu Qaydanın 3.4.5-ci yarımbəndində müəyyən edilmiş imtahan isə ildə ən azı iki dəfə olmaqla keçirilir və imtahanın keçirilmə gününə ən azı 15 (on beş) iş günü qalmış keçirilmə yeri və vaxtı barədə Mərkəzi Bankın rəsmi internet səhifəsində elan verilir.

 

6. Attestasiyanın nəticələri barədə məlumat

 

6.1. Bu Qayda ilə müəyyən edilmiş imtahanda iştirak edən iştirakçıların nəticələri barədə məlumat imtahandan sonrakı 10 (on) iş günü müddətində Mərkəzi Bankın rəsmi internet səhifəsində yerləşdirilir.

6.2. Bu Qaydanın 3.1.1-ci və 3.4.5-ci yarımbəndləri ilə müəyyən edilmiş imtahanlardan müvəffəqiyyətlə keçmiş şəxslərə 10 (on) iş günü ərzində imtahanın nəticələri barədə yazılı məlumat təqdim olunur.

6.3. Mərkəzi Bank 15 (on beş) iş günü ərzində bu Qaydanın 3.4.1-3.4.4-cü yarımbəndlərində müəyyən edilmiş imtahanlardan müvəffəqiyyətlə keçən şəxslərə hər imtahan üzrə müddətsiz sertifikat təqdim edir.

 

7. Attestasiya nəticələrinin qüvvəsi

 

7.1. Sığorta vasitəçiliyi fəaliyyətinə lisenziya almaq istəyən şəxslər üçün müəyyən edilmiş attestasiyadan keçmiş, lakin imtahan tarixindən sonrakı üç il ərzində müvafiq sığorta vasitəçiliyi fəaliyyətinə lisenziya almayan şəxslərin imtahan nəticələri qüvvədən düşmüş hesab edilir.

7.2. Aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxs istisna olmaqla, attestasiyadan müvəffəqiyyətlə keçmiş sığortaçının rəhbər işçisi olmaq istəyən şəxsin növbəti dövrlərdə sığorta sektorunda ardıcıl üç il ərzində müvafiq vəzifədə işləmədiyi hallarda, həmin şəxsin təkrar attestasiyadan keçməsi tələb olunur.

7.3. Fiziki şəxs sığorta vasitəçisi, habelə Qanunun 83.3-cü və 83.4-cü maddələrində nəzərdə tutulmuş şəxslər Mərkəzi Bankdan attestasiyadan keçdiyi tarixdən hesablanmaqla üç ildə bir dəfə Mərkəzi Bankda attestasiyadan keçməlidir.

 


 

 

“Sığorta sahəsində attestasiyaların təşkili və keçirilməsi Qaydası”na Əlavə № 1

 

 

 

 

3x4

 

 

 

 

Rəhbər işçi olmaq istəyən şəxslərin

ANKETİ

 

1. Adı

___________________________________________________________________________

(soyadı)                                    (adı)                                       (atasının adı)

 

2. Ünvanı

___________________________________________________________________________

(ölkə)                                  (şəhər/rayon)                            (poçt indeksi)

 

3. Doğulduğu tarix

___________________________________________________________________________

(gün)                              (ay)                                        (il)

 

4. Doğulduğu yer __________________________________________________________

(ölkə)                                                  (şəhər/rayon)

 

5.Vətəndaşlığı ____________________________________________________________

 

6. Şəxsiyyəti təsdiq edən sənədin seriya və nömrəsi ___________________________________________________________________________

 

7. Əlaqə telefonu (ları)

 

_________________   __________________   _________________

                 (ev)                                      (iş)                                  (mobil)

 

 

8. Elektron poçt ünvanı(ları) (əgər varsa)

 

________________________________________________

 

9. Ailə vəziyyəti

Yaxın qohumları (əri/arvadı, valideyni, o cümlədən ərinin/arvadının valideyni, babası, nənəsi, övladı, o cümlədən övladlığa götürülən, qardaşı və bacısı):

 

Soyadı, adı

Təvəllüdü

Qohumluğu

 

 

 

 

 

 

 

Onlardan rəhbər işçinin namizədliyi təqdim olunan sığortaçıda işləyənlərin adı, soyadı və sığortaçıda tutduqları vəzifə. ___________________________________________________________________________

 

10. İstifadə edilmiş və ya dəyişdirilmiş soyadlar və adlar

Bütün digər keçmiş adları, onlardan istifadə edilməsinin və ya dəyişdirilməsinin səbəblərini, habelə istifadə dövrünü göstərin (nigahdan əvvəlki soyadınızı, əvvəlki nigahlardakı soyadınızı, qanuni olaraq və digər qaydada dəyişdirilmiş soyadlarınızı və s.).

 

Soyadı, adı

İstifadə dövrü

İstifadənin / dəyişdirilmənin səbəbləri

 

 

 

 

 

 

 

11. Təhsili və peşə təcrübəsi barədə məlumatlar

Təhsil barədə məlumatları göstərin

 

Təhsil müəssisəsinin adı

Təhsil müddəti

Aldığı ixtisası

Diplom və ya təhsil haqqında digər sənədin nömrəsi

 

 

 

 

 

 

 

 

 

12. İş yeri barədə məlumatlar

a) İş yeriniz və ya müstəqil məşğuliyyətiniz barədə aşağıdakı məlumatları xronoloji qaydada göstərin (sonuncu iş yerindən başlayaraq). Bütün işsizlik dövrlərini və əvvəlki işdən çıxma səbəblərini göstərin.

 

1. Təşkilatın adı:

___________________________________________________________________________

 

2. Ünvanı: _________________________________________________________________

___________________________________________________________________________

Ölkə                   Şəhər/ rayon                   Küçə          Poçt indeksi

 

Tutduğunuz vəzifə ________________________________________________________

 

 

İşləmə dövrü:        _________ -dən   ____________ - dək

İşdən çıxmanın səbəbləri ___________________________________________________________________________

___________________________________________________________________________

 

Müstəqil fəaliyyətin növü____________________________________________________

 

 

b) Sığorta sahəsində tənzimləmə və nəzarət funksiyalarını həyata keçirən orqanın tələbi ilə rəhbər işçi vəzifəsindən azad edilmisinizmi və ya kənarlaşdırılmısınızmı? (işə bərpa edilməniz haqqında qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduğu hallar istisna olmaqla) _________________________________

                                                                                                           (hə/yox)

 

c) Rəhbər işçinin əvvəllər sığorta sahəsində tənzimləmə və nəzarət funksiyalarını həyata keçirən orqanda attestasiyadan keçib-keçməməsi barədə məlumat.

___________________________________________________________________________

(tarixi, sığortaçının adı və vəzifəsi)

 

 

13. Müxtəlif məlumatlar

a) Əgər belə fakt varsa, Direktorlar Şurasının, İdarə Heyətinin, Təftiş Komissiyasının, daxili audit xidmətinin üzvü və ya digər rəhbər işçisi, əməkdaşı, yaxud mühüm iştirak payının sahibi (nizamnamə kapitalında yerləşdirilmiş səhmlərin 20 və ya daha çox faizinə birbaşa və ya dolayı yolla malik olma; hüquqi şəxsdə dolayı yolla mühüm iştirak payının sahibi bu hüquqi şəxsdə mühüm iştirak payına malik olan digər hüquqi şəxsə əhəmiyyətli nəzarəti həyata keçirən şəxsdir) olduğunuz (əvvəllər və hazırda) sığortaçı və hüquqi şəxslər barədə aşağıdakı məlumatları göstərin.

 

Təşkilatın adı və ünvanı

Mülkiyyət forması

Fəaliyyət növü

Vəzifə/

əlaqə

Səhmlərin (payın) məbləği və nizamnamə kapitalında çəkisi (faizlə)

Əlaqə müddəti

Ay/il

-dən

Ay/il

-dək

 

 

 

 

 

 

 

 

 

b) Əgər belə fakt varsa, müflis elan olunaraq məcburi ləğv edilmiş hüquqi şəxsin ləğvi haqqında qərarın qəbul edildiyi tarixdən ən azı 12 ay əvvəlki dövrdə həmin hüquqi şəxsin Direktorlar Şurasının, Təftiş Komissiyasının, İdarə Heyətinin və ya daxili audit xidmətinin üzvü, yaxud baş mühasibi olmağınız barədə məlumatı göstərin.

 

___________________________________________________________________________

 

 

Mən, aşağıda imza edən , mülkiyyət əleyhinə və iqtisadi fəaliyyət sahəsində ağır və ya xüsusilə ağır cinayətlərin törədilməsinə görə heç zaman məhkum edilməmişəm, hazırda qəsdən törədilmiş cinayətlərə görə məhkumluğum yoxdur, eyni zamanda __________________________________________________________________ vəzifəsini tutmağıma məhkəmə qərarı ilə qadağa qoyulmamışdır.

 

Əlavə olaraq, bu anketdə olan məlumatların düzgünlüyünü təsdiq edirəm və həmin məlumatlarda baş verən hər hansı dəyişikliklər barədə Mərkəzi Banka məlumat verməyi öhdəmə götürürəm.

 

 

                                                                                      İmza:       

                                                                                                

                                                                                      Tarix:

 

 

 


 

“Sığorta sahəsində attestasiyaların təşkili və keçirilməsi Qaydası”na Əlavə № 2

 

 

 

3x4

 

 

 

 

Sığorta vasitəçiliyi fəaliyyətinə lisenziya almaq (attestasiyadan keçmək) istəyən şəxslərin

ANKETİ

 

1. Adı

___________________________________________________________________________

(soyadı)                                    (adı)                                       (atasının adı)

 

2. Ünvanı

___________________________________________________________________________

(ölkə)                                  (şəhər/rayon)                            (poçt indeksi)

 

3. Doğulduğu tarix _________________________________________________________

 (gün)                              (ay)                                        (il)

 

4. Doğulduğu yer  _________________________________________________________

    (ölkə)                                                  (şəhər/rayon)

 

5. Vətəndaşlığı _____________________________________________________________

 

6. Şəxsiyyəti təsdiq edən sənədin seriya və nömrəsi ___________________________________________________________________________

 

7. Əlaqə telefonu (ları)

 

_________________   __________________   _________________

                    (ev)                                   (iş)                                (mobil)

 

8. Elektron poçt ünvanı(ları) (əgər varsa)

 

_______________________________________________

 

9. Müraciətin məqsədi

 

___________________________________________________________________________

(lisenziyanın alınması/attestasiyada iştirak)

 

10. İstifadə edilmiş və ya dəyişdirilmiş soyadlar və adlar

Bütün digər keçmiş adları, onlardan istifadə edilməsinin və ya dəyişdirilməsinin səbəblərini, habelə istifadə dövrünü göstərin (nigahdan əvvəlki soyadınızı, əvvəlki nigahlardakı soyadınızı, qanuni olaraq və digər qaydada dəyişdirilmiş soyadlarınızı və s.).

 

Soyadı, adı

İstifadə dövrü

İstifadənin / dəyişdirilmənin səbəbləri

 

 

 

 

 

 

 

11. İş yeri barədə məlumatlar

a) Hazırki iş yeriniz və müstəqil məşğuliyyətiniz barədə aşağıdakı məlumatları göstərin.

 

1. Təşkilatın adı: ____________________________________________________________

___________________________________________________________________________

2. Ünvanı: _________________________________________________________________

Ölkə                   Şəhər/ rayon                   Küçə          Poçt indeksi

 

Tutduğunuz vəzifə__________________________________________________________

 

3. Müstəqil fəaliyyətin növü___________________________________________________

 

Mən, aşağıda imza edən, mülkiyyət əleyhinə və iqtisadi fəaliyyət sahəsində ağır və ya xüsusilə ağır cinayətlərin törədilməsinə görə heç zaman məhkum edilməmişəm, hazırda qəsdən törədilmiş cinayətlərə görə məhkumluğum yoxdur, eyni zamanda __________________________________________________________________ fəaliyyəti ilə məşğul olmağıma məhkəmə qərarı ilə qadağa qoyulmamışdır. Həmçinin təsdiq edirəm ki, mən hər hansı dövlət orqanının, müəssisə və təşkilatının əməkdaşı deyiləm.

 

Əlavə olaraq, bu anketdə olan məlumatların düzgünlüyünü təsdiq edirəm və həmin məlumatlarda baş verən hər hansı dəyişikliklər barədə Mərkəzi Banka məlumat verməyi öhdəmə götürürəm.

 

                                                                                      İmza:      

                                                                                                

                                                                                      Tarix:

 

 


 

“Sığorta sahəsində attestasiyaların təşkili və keçirilməsi Qaydası”na Əlavə № 3

 

 

 

3x4

 

 

 

 

Aktuari şəhadətnaməsi almaq istəyən şəxslərin

ANKETİ

 

1. Adı

___________________________________________________________________________

(soyadı)                                    (adı)                                       (atasının adı)

 

2. Ünvan

___________________________________________________________________________

(ölkə)                                  (şəhər/rayon)                            (poçt indeksi)

 

 

3. Doğulduğu tarix

___________________________________________________________________________

(gün)                              (ay)                                        (il)

 

4. Doğulduğu yer ___________________________________________________________

                   (ölkə)                                                  (şəhər/rayon)

 

5.Vətəndaşlığı ______________________________________________________________

 

6. Şəxsiyyəti təsdiq edən sənədin seriya və nömrəsi ___________________________________________________________________________

 

7. Əlaqə telefonu (ları)

 

_________________   __________________   _________________

                (ev)                           (iş)                               (mobil)

 

 

8. Elektron poçt ünvanı(ları) (əgər varsa)

 

______________________________________________

 

9. İkinci mərhələnin ilk imtahanının adı

 

___________________________________________________________________________

 

10. İstifadə edilmiş və ya dəyişdirilmiş soyadlar və adlar

Bütün digər keçmiş adları, onlardan istifadə edilməsinin və ya dəyişdirilməsinin səbəblərini, habelə istifadə dövrünü göstərin (nigahdan əvvəlki soyadınızı, əvvəlki nigahlardakı soyadınızı, qanuni olaraq və digər qaydada dəyişdirilmiş soyadlarınızı və s.).

 

Soyadı, adı

İstifadə dövrü

İstifadənin / dəyişdirilmənin səbəbləri

 

 

 

 

 

 

 

11. Təhsili və peşə təcrübəsi barədə məlumatlar

a) Təhsil barədə məlumatları göstərin

 

Təhsil müəssisəsinin adı

Təhsil müddəti

Aldığı ixtisası

Diplom və ya təhsil haqqında digər sənədin nömrəsi

 

 

 

 

 

 

 

 

 

  

Mən, aşağıda imza edən , mülkiyyət əleyhinə və iqtisadi fəaliyyət sahəsində ağır və ya xüsusilə ağır cinayətlərin törədilməsinə görə heç zaman məhkum edilməmişəm, hazırda qəsdən törədilmiş cinayətlərə görə məhkumluğum yoxdur, eyni zamanda __________________________________________________________________ fəaliyyəti ilə məşğul olmağıma məhkəmə qərarı ilə qadağa qoyulmamışdır.

 

Əlavə olaraq, bu anketdə olan məlumatların düzgünlüyünü təsdiq edirəm və həmin məlumatlarda baş verən hər hansı dəyişikliklər barədə Mərkəzi Banka məlumat verməyi öhdəmə götürürəm.

 

 

                                                                                      İmza:       

                                                                                                

                                                                                      Tarix:

 

 

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status