210.000.000
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhəri Sabunçu rayonunun Nardaran qəsəbəsində yerləşən tarix-mədəniyyət qoruğu haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 1992-ci il 3 iyul tarixli 375 nömrəli, “Azərbaycan Respublikasında əlillərin problemləri üzrə kompleks proqramın həyata keçirilməsi haqqında” 1994-cü il 10 may tarixli 185 nömrəli, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı məsələlər haqqında” 1997-ci il 2 may tarixli 38 nömrəli, “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydalarının təsdiq edilməsi haqqında” 1999-cu il 15 oktyabr tarixli 166 nömrəli, “Azərbaycan Milli Kitabxanasının və Azərbaycan Respublikası Elmi-Sahəvi Kitabxanasının nümunəvi əsasnamələrinin təsdiq edilməsi haqqında” 2000-ci il 6 mart tarixli 30 nömrəli, “Müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın və dəfinələrin uçotu, qiymətləndirilməsi, saxlanılması, istifadəsi və satışı barədə Əsasnamənin təsdiq edilməsi haqqında” 2002-ci il 18 aprel tarixli 69 nömrəli və “Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı”nın təsdiq edilməsi barədə” 2004-cü il 5 iyul tarixli 92 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ QƏRAR
Azərbaycan Respublikası Prezidentinin “Mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2018-ci il 20 aprel tarixli 4 nömrəli Sərəncamının 2.5-ci bəndinin, “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 6 iyun tarixli 119 nömrəli Fərmanının 5.2-ci bəndinin və “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 21 sentyabr tarixli 278 nömrəli Fərmanının 4.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 3 iyul tarixli 375 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 6, maddə 575; 2016, № 9, maddə 1557; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 2 sentyabr tarixli 320 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Bakı şəhəri Sabunçu rayonunun Nardaran qəsəbəsində yerləşən tarix-mədəniyyət qoruğu haqqında Əsasnamə”nin 4-cü hissəsinin birinci abzasından, 10-cu, 13-cü, 15-ci hissələrindən, 18-ci hissəsinin birinci və ikinci abzaslarından, 19-cu hissəsinin “b” və “m” bəndlərindən və 20-ci hissəsinin birinci abzasından “və Turizm” sözləri çıxarılsın.
2. “Azərbaycan Respublikasında əlillərin problemləri üzrə kompleks proqramın həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 10 may tarixli 185 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin:
2.1. 2-ci hissədən “və Turizm” sözləri çıxarılsın;
2.2. həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respubli-kasında əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların problemləri üzrə kompleks Proqram”ın 5.3-cü bəndinin ikinci abzasının və 5.4-cü bəndinin ikinci abzasının “Məsul idarə və təşkilatlar” sütunundan “və Turizm” sözləri çıxarılsın.
3. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı məsələlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 2 may tarixli 38 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 5, maddə 320; 2003, № 9, maddə 524; 2004, № 5, maddə 383; 2006, № 3, maddə 297, № 5, maddə 463; 2008, № 7, maddə 683; 2011, № 4, maddə 363; 2017, № 10, maddə 1928; 2018, № 8, maddə 1809) aşağıdakı dəyişikliklər edilsin:
3.1. həmin Qərara Əlavə 3 - “Ədəbiyyat və incəsənət əsərlərinin kütləvi ifasına görə müəllif qonorarının minimum miqdarı”nın 30-cu hissəsindən sonra verilmiş “Qeyd”in 1-ci hissəsindən “və Turizm” sözləri çıxarılsın;
3.2. həmin Qərara 10 nömrəli əlavə - “Dövlət sifarişi ilə istehsal edilən kinofilmlərin yaradıcılarına ödənilən müəllif qonorarlarının və sair ödənilən haqların miqdarı və verilməsi Qaydaları”nın 5.8-ci bəndinin üçüncü cümləsindən, 6.1-ci bəndindən, 6.2-ci bəndinin “c” yarımbəndindən “və Turizm” sözləri və 6.4-cü bəndindən “və turizm” sözləri çıxarılsın.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 oktyabr tarixli 166 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 10, maddə 600; 2004, № 3, maddə 193, № 9, maddə 742; 2006, № 5, maddə 463; 2009, № 1, maddə 32, № 9, maddə 752; 2012, № 9, maddə 924, № 11, maddə 1209; 2014, № 7, maddə 899; 2018, № 12 (II kitab), maddə 2735; 2019, № 12, maddə 2097) ilə təsdiq edilmiş “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”nın 5-ci hissəsinin on üçüncü abzasından və 14.3-cü bəndinin ikinci abzasından “və Turizm” sözləri çıxarılsın.
5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 6 mart tarixli 30 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 3 (II kitab), maddə 219; 2003, № 9, maddə 524; 2006, № 5, maddə 463; 2007, № 2, maddə 184; 2020, № 3, maddə 377) ilə təsdiq edilmiş “Azərbaycan Milli Kitabxanasının Əsasnaməsi”nin 1.2-ci bəndindən, 4.2-ci bəndin ikinci cümləsindən, 7.1-ci və 7.4-cü bəndlərindən “və Turizm” sözləri çıxarılsın.
6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 18 aprel tarixli 69 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 4 (II kitab), maddə 211; 2003, № 6, maddə 342; 2004, № 4, maddə 286; 2005, № 11, maddə 1076; 2006, № 5, maddə 463; 2009, № 4, maddə 282, № 10, maddə 846; 2010, № 11, maddə 1040; 2016, № 6, maddə 1198, № 9, maddə 1585; 2019, № 12, maddə 2064) ilə təsdiq edilmiş “Müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın və dəfinələrin uçotu, qiymətləndirilməsi, saxlanılması, istifadəsi və satışı barədə Əsasnamə”nin 3.1.1-ci yarımbəndindən “və Turizm” sözləri çıxarılsın.
7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 5 iyul tarixli 92 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 7, maddə 583; 2006, № 5, maddə 463; 2008, № 2, maddə 130; 2019, № 3, maddə 516, № 7, maddə 1333) ilə təsdiq edilmiş “Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı”nın “İstehsalat, peşə və vəzifələrin adı” sütununun “XXXIII. Mədəniyyət müəssisələri, təşkilatları və idarələri” bölməsinin 70-ci hissəsindən “və Turizm” sözləri çıxarılsın.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş Naziri
Bakı şəhəri, 26 oktyabr 2020-ci il
№ 422