218-VIQD - “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
18.12.2020
QEYDİYYAT NÖMRƏSİ
218-VIQD
ADI
“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 07-02-2021, Nəşr nömrəsi: 28), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 28.02.2021, Nəşr nömrəsi: 2, Maddə nömrəsi: 108)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
07.02.2021
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
190.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
12202012180218
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
08.02.2021
Azərbaycan Respublikasının 1999-cu il 22 iyun tarixli 689-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Ədalət mühakiməsinin rəsmi embleminin təsviri»ndə dəyişiklik edilməsi barədə

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 9, maddə 684; 2011, № 2, maddə 70; 2014, № 1, maddə 3; 2015, № 11, maddə 1266; 2016, № 1, maddə 41, № 11, maddə 1766; 2017, № 2, maddə 145, № 5, maddə 691, № 7, maddələr 1277, 1300, № 12 (I kitab), maddə 2202; 2018, № 7 (I kitab), maddələr 1381, 1409, № 11, maddə 2208; 2019, № 5, maddə 798, № 7, maddə 1190, № 8, maddə 1382, № 11, maddə 1684, № 12, maddə 1881; 2020, № 5, maddə 508, № 6, maddələr 662, 668, № 7, maddələr 824, 830; Azərbaycan Respublikasının 2020-ci il 6 oktyabr tarixli 179-VIQD və 185-VIQD nömrəli, 6 noyabr tarixli 192-VIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

1. 1.0.21-ci və 1.0.31-ci maddələrdə “dövlət təhsil sənədinin” sözləri “təhsil haqqında dövlət sənədinin” sözləri ilə əvəz edilsin.

2. 1.0.26-cı maddəyə “təhsil” sözündən sonra “haqqında dövlət” sözləri əlavə edilsin.

3. 17.2-ci maddənin ikinci cümləsində “dövlət nümunəli sənədin” sözləri “təhsil haqqında dövlət sənədinin” sözləri ilə əvəz edilsin.

4. 19.20-ci maddədə “dövlət təhsil” sözləri “təhsil haqqında dövlət” sözləri ilə əvəz edilsin.

5. 21.3-cü maddənin ikinci cümləsində “dövlət nümunəli sənəd” sözləri “təhsil haqqında dövlət sənədi” sözləri ilə əvəz edilsin.

6. 21.4-cü maddədə “sənəd” sözü “dövlət sənədi” sözləri ilə əvəz edilsin.

7. 27-ci maddə üzrə:

7.1. 27.1-ci maddəyə “səviyyəsini” sözündən sonra “(doktorantura istisna olmaqla)” sözləri və “qaydada” sözündən sonra “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan” sözləri əlavə edilsin;

7.2. 27.3-cü maddəyə “qaydada” sözündən sonra “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan” sözləri əlavə edilsin.

8. 29.0.20-ci maddədə “nümunələrini” sözü “təsvirlərini” sözü ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 18 dekabr 2020-ci il

                  № 218-VIQD

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status