×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
18.12.2020
QEYDİYYAT NÖMRƏSİ
219-VIQD
ADI
“Bədən tərbiyəsi və idman haqqında”, “Peşə təhsili haqqında” və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 07-02-2021, Nəşr nömrəsi: 28), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 28.02.2021, Nəşr nömrəsi: 2, Maddə nömrəsi: 109)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
07.02.2021
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
190.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
12202012180219
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
08.02.2021
Azərbaycan Respublikasının 1999-cu il 22 iyun tarixli 689-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Ədalət mühakiməsinin rəsmi embleminin təsviri»ndə dəyişiklik edilməsi barədə

“Bədən tərbiyəsi və idman haqqında”, “Peşə təhsili haqqında” və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1.Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 8, maddə 613; 2010, № 6, maddə 489; 2011, № 2, maddə 71; 2013, № 11, maddə 1281; 2014, № 4, maddə 340; 2015, № 5, maddə 507; 2016, № 3, maddə 420, № 12, maddə 2021; 2017, № 1, maddə 11, № 7, maddə 1272; 2018, № 7 (I kitab), maddələr 1393, 1412, № 10, maddə 1966; 2019, № 5, maddə 797; 2020, № 6, maddə 670, № 7, maddə 830) 48.1-ci və 48.2-ci maddələrində “nümunəli sənədlərə (diplomlara)” sözləri “sənədlərinə” sözü ilə əvəz edilsin.

Maddə 2.Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 6, maddə 1152; 2019, № 5, maddə 799, № 6, maddə 986, № 11, maddə 1685; 2020, № 5, maddələr 508, 514, № 7, maddələr 831, 851; Azərbaycan Respublikasının 2020-ci il 30 sentyabr tarixli 172-VIQD nömrəli, 6 oktyabr tarixli 185-VIQD nömrəli və 6 noyabr tarixli 193-VIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 1.0.1-ci, 1.0.9-cu və 1.0.10-cu maddələrdə ismin müvafiq hallarında “dövlət təhsil sənədi” sözləri ismin müvafiq hallarında “təhsil haqqında dövlət sənədi” sözləri ilə əvəz edilsin;

2.2. 14-cü maddə üzrə:

2.2.1. 14.1-ci maddənin birinci cümləsinə “təhsilalanlara” sözündən sonra “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan” sözləri əlavə edilsin;

2.2.2. 14.2-ci maddəyə “qaydada” sözündən sonra “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan” sözləri əlavə edilsin.

Maddə 3.Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 5, maddə 789; 2020, № 6, maddə 664, № 7, maddə 851; Azərbaycan Respublikasının 2020-ci il 6 oktyabr tarixli 185-VIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 1.0.3-cü, 1.0.37-ci və 14.1-ci maddələrdə “dövlət təhsil sənədinin” sözləri “təhsil haqqında dövlət sənədinin” sözləri ilə əvəz edilsin;

3.2. 4.0.29-cu maddəyə “qəbulu” sözündən sonra “və yerdəyişməsi” sözləri əlavə edilsin və həmin maddədə “və” sözü “, habelə” sözü ilə əvəz edilsin;

3.3. 4.0.31-ci maddədə “nümunələrini” sözü “təsvirlərini” sözü ilə əvəz edilsin;

3.4. 17-ci maddə üzrə:

3.4.1. 17.1-ci maddədə “ümumi orta təhsil haqqında attestat və tam orta təhsil haqqında attestat” sözləri “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan müvafiq təhsil haqqında dövlət sənədi – attestat” sözləri ilə əvəz edilsin;

3.4.2. 17.2-ci maddə ləğv edilsin;

3.4.3. 17.4-cü maddəyə “qaydada” sözündən sonra “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan” sözləri əlavə edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 18 dekabr 2020-ci il

               219-VIQD

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status