AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
01.02.2021
QEYDİYYAT NÖMRƏSİ
260-VIQD
ADI
“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 16-02-2021, Nəşr nömrəsi: 35), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 28.02.2021, Nəşr nömrəsi: 2, Maddə nömrəsi: 113)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
16.02.2021
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
060.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
12202102010260
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
17.02.2021
Azərbaycan Respublikasının 1999-cu il 22 iyun tarixli 689-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Ədalət mühakiməsinin rəsmi embleminin təsviri»ndə dəyişiklik edilməsi barədə

“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərara alır:

Məşğulluq haqqında Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 8, maddə 1669; 2019, № 1, maddə 35, № 3, maddə 381, № 12, maddə 1892; 2020, № 1, maddə 1, № 5, maddə 521, № 7, maddə 831, № 9, maddə 1136) aşağıdakı dəyişikliklər edilsin:

1. 1.1.22-ci maddəyə “uşaqlar,” sözündən sonra “şəhid ailəsinin üzvləri,” sözləri əlavə edilsin.

2. 20.3-cü maddəyə “şəxslər” sözündən sonra “, habelə şəhid ailəsinin üzvləri” sözləri əlavə edilsin.

3. 24.9-cu və 25.5-ci maddələrə “uşaqlara,” sözündən sonra “şəhid ailəsinin üzvlərinə,” sözləri əlavə edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 1 fevral 2021-ci il

               № 260-VIQD

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status