Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında mədəni irs nümunələrinin qorunması, bərpası və istifadəsi Qaydası”nın təsdiq edilməsi barədə” 2015-ci il 14 iyul tarixli 266 nömrəli, “Mədəni sərvətlərdən aztəminatlı əhali, əlillər və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, müharibə iştirakçıları tərəfindən güzəştli istifadə Qaydası”nın təsdiq edilməsi barədə” 2015-ci il 20 avqust tarixli 287 nömrəli, “Azərbaycan Respublikasının ərazi sularında sualtı mədəni sərvətlərin sualtı mədəni irs nümunələrinə aid edilməsi Qaydası”nın və “Sualtı mədəni irs nümunələrindən istifadə Qaydası”nın təsdiq edilməsi barədə” 2016-cı il 3 fevral tarixli 27 nömrəli, “Milli mədəni irs obyektlərinin sahiblərinə həmin obyektlərin mühafizəsini təmin etmək məqsədi ilə verilən Təminatlar”ın təsdiq edilməsi barədə” 2016-cı il 3 fevral tarixli 28 nömrəli və “Mədəni sərvətlərin Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına və mədəni sərvətlərin mühafizə siyahısına daxil edilməsi Qaydası”nın təsdiq edilməsi barədə” 2016-cı il 27 may tarixli 208 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
Azərbaycan Respublikası Prezidentinin “Mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2018-ci il 20 aprel tarixli 4 nömrəli Sərəncamının 2.5-ci bəndinin, “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 6 iyun tarixli 119 nömrəli Fərmanının 5.2-ci bəndinin və “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 21 sentyabr tarixli 278 nömrəli Fərmanının 4.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 14 iyul tarixli 266 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 7, maddə 897; 2017, № 10, maddə 1886, № 12 (II kitab), maddə 2477; 2018, № 8, maddə 1808) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında mədəni irs nümunə-lərinin qorunması, bərpası və istifadəsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
1.1. 2.2-ci bəndin ikinci cümləsində, 3.3-cü, 3.4-cü, 3.5-ci, 7.4-cü və 9.3-cü bəndlərdə, 8.4-cü bəndin birinci cümləsində, 5.3.1-ci və 5.3.2-ci yarımbəndlərdə ismin müvafiq hallarında “Mədəniyyət və Turizm Nazirliyi” sözləri ismin müvafiq hallarında “Mədəniyyət Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi” sözləri ilə əvəz edilsin;
1.2. 4.1-ci bəndin birinci cümləsində “Mədəniyyət və Turizm Nazirliyi və müvafiq ərazi üzrə” sözləri “Mədəniyyət Nazirliyi və müvafiq ərazi üzrə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi,” sözləri ilə, ikinci cümləsində “Mədəniyyət və Turizm Nazirliyi,” sözləri “Mədəniyyət Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi,” sözləri ilə əvəz edilsin;
1.3. 5.4-cü bəndin birinci və ikinci cümlələrində “Mədəniyyət və Turizm Nazirliyi” sözləri “Dövlət Turizm Agentliyi” sözləri ilə əvəz edilsin;
1.4. 6.3-cü bənddən “və Turizm” sözləri çıxarılsın;
1.5. 8.7-ci bənddə “Mədəniyyət və Turizm Nazirliyinə və müvafiq ərazi üzrə” sözləri “Mədəniyyət Nazirliyinə və müvafiq ərazi üzrə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinə,” sözləri ilə əvəz edilsin;
1.6. 9.4-cü bəndin birinci cümləsində “Mədəniyyət və Turizm Nazirliyində,” sözləri “Mədəniyyət Nazirliyində, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyində,” sözləri ilə, ikinci cümləsində “Mədəniyyət və Turizm Nazirliyinə və müvafiq ərazi üzrə” sözləri “Mədəniyyət Nazirliyinə və müvafiq ərazi üzrə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinə” sözləri ilə əvəz edilsin;
1.7. 9.5-ci bəndin birinci cümləsində “Mədəniyyət və Turizm Nazirliyi,” sözləri “Mədəniyyət Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi” sözləri ilə, ikinci cümləsində “Mədəniyyət və Turizm Nazirliyi və müvafiq ərazi üzrə” sözləri “Mədəniyyət Nazirliyi və müvafiq ərazi üzrə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi,” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 20 avqust tarixli 287 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 8, maddə 972; 2016, № 11, maddə 1976; 2017, № 12 (II kitab), maddə 2477) ilə təsdiq edilmiş “Mədəni sərvətlərdən aztəminatlı əhali, əlillər və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, müharibə iştirakçıları tərəfindən güzəştli istifadə Qaydası”nın 1.2-ci bəndində “Mədəniyyət və Turizm Nazirliyinin,” sözləri “Mədəniyyət Nazirliyinin, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin,” sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 3 fevral tarixli 27 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 370) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Azərbaycan Respublikasının ərazi sularında sualtı mədəni sərvətlərin sualtı mədəni irs nümunələrinə aid edilməsi Qaydası”nın 4-cü, 5-ci, 6-cı və 8-ci hissələrindən “və Turizm” sözləri çıxarılsın.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 3 fevral tarixli 28 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 371; 2017, № 12 (II kitab), maddə 2477) ilə təsdiq edilmiş “Milli mədəni irs obyektlərinin sahiblərinə həmin obyektlərin mühafizəsini təmin etmək məqsədi ilə verilən Təminatlar”ın 3.1-ci, 4.3-cü, 5.1-ci, 5.3-cü bəndlərində və 5.2-ci bəndinin birinci cümləsində ismin müvafiq hallarında “Mədəniyyət və Turizm Nazirliyi,” sözləri ismin müvafiq hallarında “Mədəniyyət Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi,” sözləri ilə əvəz edilsin.
5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 27 may tarixli 208 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 5, maddə 967; 2017, № 12 (II kitab), maddə 2477) ilə təsdiq edilmiş “Mədəni sərvətlərin Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına və mədəni sərvətlərin mühafizə siyahısına daxil edilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
5.1. 2.2-ci bənddən “və Turizm” sözləri çıxarılsın;
5.2. 4.1-ci bənddən “və Turizm” sözləri çıxarılsın və həmin bəndə “habelə” sözündən əvvəl “Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi (bundan sonra – Agentlik),” sözləri əlavə edilsin;
5.3. 4.1.1-ci yarımbəndə, 4.5-ci, 5.1-ci, 7.6-cı, və 14.2-ci bəndlərə, 4.2-ci və 4.3-cü bəndlərin birinci cümlələrinə, 4.4-cü bəndə (birinci halda) ismin müvafiq hallarında “Nazirlik,” sözündən sonra ismin müvafiq hallarında “Agentlik,” sözü əlavə edilsin;
5.4. 10.5-ci və 12.2-ci bəndlərə “Nazirlik” sözündən sonra “, Agentlik” sözü əlavə edilsin.
Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş Naziri
Bakı şəhəri, 26 oktyabr 2020-ci il
№425