AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
16.02.2021
QEYDİYYAT NÖMRƏSİ
37
ADI
Ərzaqlıq buğdanın idxal qiymətinin artmasının ölkə daxilində satılan un və un məmulatlarının qiymətinə mənfi təsirlərinin azaldılması ilə bağlı əlavə tədbirlər barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 18-02-2021, Nəşr Nömrəsi: 37), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 28.02.2021, Nəşr nömrəsi: 2, Maddə nömrəsi: 202)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
18.03.2021
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
150.130.010
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14202102160037
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
18.02.2021
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

Ərzaqlıq buğdanın idxal qiymətinin artmasının ölkə daxilində satılan un və un məmulatlarının qiymətinə mənfi təsirlərinin azaldılması ilə bağlı əlavə tədbirlər barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Un istehsalı ilə məşğul olan şəxslərə satılan unun hər tonuna görə bu Qərarın 2.1-ci bəndi ilə müəyyən edilmiş qaydada 2021-ci il fevralın 1-dən sentyabrın 1-dək olan dövrdə 35 (otuz beş) manat məbləğində subsidiya verilsin. [1]

1-1. 2021-ci il sentyabrın 1-dən bu Qərarın 4-cü hissəsində nəzərdə tutulmuş dayanıqlı mexanizm formalaşdırılanadək un istehsalçılarına satılan unun hər tonuna görə ödənilməli subsidiyanın məbləği aşağıdakı qaydada hesablansın, bu Qərara və bu Qərarın 2.1-ci bəndi ilə müəyyən edilmiş Qaydaya uyğun subsidiya verilsin: [2]

1-1.1. un istehsalçıları tərəfindən satılan unun hər tonuna görə un istehsalçılarına verilən subsidiyanın hesablanması üçün bir ton unun topdansatış qiymətinin yuxarı həddi 520 (beş yüz iyirmi) manat, un istehsalçısının ölkədaxili xərclər daxil olmaqla marjası bir ton unun topdansatış qiymətinin yuxarı həddinin 25 faizi həcmində müəyyən edilsin;

1-1.2. un istehsalçıları tərəfindən satılan unun hər tonuna görə un istehsalçılarına ödənilməli subsidiyanın məbləği bu Qərarın 2.1-1-ci bəndinə əsasən müəyyən olunan orta aylıq idxal dəyərinə bu Qərarın 1-1.1-ci bəndi ilə müəyyən edilən həcmdə un istehsalçısının marjası əlavə edilməklə hesablanmış məbləğlə bu Qərarın 1-1.1-ci bəndi ilə müəyyən edilən bir ton unun topdansatış qiymətinin yuxarı həddi arasındakı fərq məbləğində müəyyən edilsin;

1-1.3. un istehsalı ilə məşğul olan şəxslər tərəfindən un bu Qərarın 1-1.1-ci bəndi ilə müəyyən edilən topdansatış qiymətinin yuxarı həddindən artıq qiymətə satıldıqda, subsidiyanın məbləği həmin fərq qədər azaldılır.

2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:

2.1. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla, satılan unun hər tonuna görə un istehsalçılarına subsidiyanın verilməsi qaydasını təsdiq etsin;

2.1-1. idxal olunan ərzaqlıq buğdanın həcmində ən yüksək paya malik olan ölkə üzrə məlumatlar əsasında 3-cü sinif ərzaqlıq buğdanın orta aylıq qiymətinin üzərinə həmin ölkənin tətbiq etdiyi ixrac rüsumunun orta aylıq məbləğini əlavə edərək, Azərbaycan Respublikası Mərkəzi Bankının həmin dövrün sonuna müəyyən etdiyi rəsmi məzənnə əsasında ərzaqlıq buğdanın orta aylıq idxal dəyərini hesablasın;

2.1-2. subsidiya verildiyi müddətdə dünya birjalarında ərzaqlıq buğdanın qiymətlərinin monitorinqini aparsın və əldə edilmiş məlumatların ayda bir dəfə taxıl idxalçılarına çatdırılmasını təmin etsin; [3]

2.2. un istehsalçılarına verilən subsidiyanın bu qaydaya uyğun ödənilməsini təmin etsin;

2.3. un istehsalçılarına ödənilmiş subsidiya barədə icmal hesabatı 3 (üç) ayda bir dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin. [4]

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Qərarın 1-ci və 2-ci hissələrinə uyğun olaraq tələb olunan subsidiya məbləğinə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin məlumatları əsasında subsidiyanın ödənilməsi məqsədilə maliyyələşmə mənbələri barədə təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin. [5]

4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə birlikdə ərzaqlıq buğda ehtiyatının yaradılması və dünya birjalarında buğda qiymətlərinin ölkədaxili buğda qiymətlərinə təsirinin azaldılması üçün müvafiq tənzimləmə və nəzarət üzrə dayanıqlı mexanizmin formalaşdırılmasına dair təkliflərini 2021-ci il dekabrın 31-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin. [6]

5. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Qərardan irəli gələn məsələləri həll etsin.

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

 

Bakı şəhəri, 16 fevral 2021-ci il

    № 37

 

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       10 sentyabr 2021-ci il tarixli 258 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 11 sentyabr 2021-ci il, № 193, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 9, maddə 1058)

2.       16 sentyabr 2021-ci il tarixli 268 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 22 sentyabr 2021-ci il, № 202, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 9, maddə 1068)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 10 sentyabr 2021-ci il tarixli 258 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 11 sentyabr 2021-ci il, № 193, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 9, maddə 1058) ilə 1-ci hissədə “mayın 1-dək” sözləri “sentyabrın 1-dək” sözləri ilə əvəz edilmişdir.

16 sentyabr 2021-ci il tarixli 268 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 22 sentyabr 2021-ci il, № 202, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 9, maddə 1068) ilə 1-ci hissədə “2-ci hissəsi” sözləri “2.1-ci bəndi” sözləri ilə əvəz edilmişdir.

 

[2] 16 sentyabr 2021-ci il tarixli 268 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 22 sentyabr 2021-ci il, № 202, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 9, maddə 1068) ilə yeni məzmunda 1-1-ci bənd əlavə edilmişdir.

 

[3] 16 sentyabr 2021-ci il tarixli 268 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 22 sentyabr 2021-ci il, № 202, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 9, maddə 1068) ilə yeni məzmunda 2.1-1-ci və 2.1-2-ci bəndlər əlavə edilmişdir.

 

[4] 16 sentyabr 2021-ci il tarixli 268 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 22 sentyabr 2021-ci il, № 202, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 9, maddə 1068) ilə 2.3-cü bənddə “2021-ci il 1 iyun tarixinədək” sözləri “3 (üç) ayda bir dəfə” sözləri ilə əvəz edilmişdir.

 

[5] 16 sentyabr 2021-ci il tarixli 268 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 22 sentyabr 2021-ci il, № 202, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 9, maddə 1068) ilə 3-cü hissə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

3. Bu Qərarın 1-ci və 2-ci hissələrinə uyğun olaraq subsidiyanın ödənilməsi məqsədilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifinə əsasən Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin Ehtiyat Fondundan müvafiq məbləğdə vəsait ayrılsın.

 

[6] 16 sentyabr 2021-ci il tarixli 268 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 22 sentyabr 2021-ci il, № 202, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 9, maddə 1068) ilə 4-cü hissədə “2 ay müddətində” sözləri “2021-ci il dekabrın 31-dək” sözləri ilə əvəz edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status