|
|
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
|
|
Aktın növü
|
AZƏRBAYCAN RESPUBLİKASI İQTİSADİYYAT VƏ SƏNAYE NAZİRLİYİ KOLLEGİYASININ QƏRARI
|
Qəbul edildiyi tarix
|
22.01.2015
|
Qeydiyyat nömrəsi
|
3
|
Adı
|
“Təsdiqedici sənəd formalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin kollegiyasının 2013-cü il 17 aprel tarixli, 05 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə
|
Rəsmi dərc edildiyi mənbə
|
|
Qüvvəyə minmə tarixi
|
05.02.2015
|
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu
|
120.010.000
|
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi
|
15201501221003
|
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix
|
04.02.2015
|
“Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 26 noyabr tarixli, 380 nömrəli Fərmanının 1-ci hissəsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli, 111 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi haqqında Əsasnamə”nin 5.11.6-cı yarımbəndini rəhbər tutaraq Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin kollegiyası
qərara alır:
1. “Təsdiqedici sənəd formalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin kollegiyasının 2013-cü il 17 aprel tarixli, 05 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin:
1.1. həmin Qərarla təsdiq olunmuş “Sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər tərəfindən texnika, texnoloji avadanlıqlar və qurğuların idxalına dair təsdiqedici sənəd” formasında “Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi” sözləri “_____________________________________” sözləri ilə əvəz edilsin;
səlahiyyətli orqanın adı
1.2. həmin Qərarla təsdiq olunmuş “Sənaye, yaxud texnologiyalar parklarının idarəedici təşkilatı və ya operatoru tərəfindən texnika, texnoloji avadanlıqlar və qurğuların idxalına dair təsdiqedici sənəd” formasında “Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi” sözləri “_______________________________” sözləri ilə əvəz edilsin.
səlahiyyətli orqanın adı
2. Hüquq şöbəsinin müdiri Anar Əliyevə tapşırılsın ki, bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi məqsədi ilə 3 gün müddətində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsi üçün zəruri tədbirlər görülməsini təmin etsin.
3. Bu Qərar Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir.
4. Kollegiyanın məsul katibi, Daxili nəzarət şöbəsinin İnzibati-təşkilati məsələlər üzrə sektorunun müdiri Orxan Beydiyevə tapşırılsın ki, bu Qərarın surətinin göndərilmə siyahısına uyğun çatdırılmasını təmin etsin.
Əsas: Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin kollegiyasının 2015-ci il 22 yanvar tarixli iclasının protokolu.
Sədr,
iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev