Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2007-ci il 27 avqust tarixli 135 nömrəli, “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında” 2007-ci il 28 avqust tarixli 136 nömrəli, “Yetkinlik yaşına çatmayanlar üçün ixtisaslaşdırılmış sosial reabilitasiya müəssisələrində yetkinlik yaşına çatmayanlara xidmət göstərilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2008-ci il 7 mart tarixli 66 nömrəli, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiya mərkəzlərinin yaradılması haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2008-ci il 13 iyun tarixli 138 nömrəli və “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinətin təyin edilməsi və ödənilməsi Qaydası”nın və “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinətin ödənilməsi barədə müqavilə forması”nın təsdiq edilməsi haqqında” 2008-ci il 14 oktyabr tarixli 242 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanının 6.3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 8, maddə 860; 2012, № 12, maddə 1351; 2016, № 7, maddə 1343, № 9, maddə 1585; 2017, № 4, maddələr 620, 643; 2019, № 3, maddə 559, № 8, maddə 1476; 2020, № 3, maddə 348) ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1-ci, 3-cü və 4-cü hissələrdə “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında” sözləri “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində” sözləri ilə əvəz edilsin;
1.2. həmin Qaydaların əlavəsində “Azərbaycan Respublikası” sözləri “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 8, maddə 861, № 9, maddə 923, № 10, maddə 1021, № 12, maddə 1331; 2009, № 1, maddələr 22, 32, № 2, maddə 150, № 4, maddələr 282, 293, № 8, maddələr 674, 675, 680, № 10, maddələr 846, 852, 856; 2010, № 2, maddələr 146, 161, № 11, maddə 1040; 2011, № 1, maddə 54, № 5, maddə 447, № 9, maddə 855; 2012, № 5, maddə 475, № 8, maddə 817, № 10, maddə 1028, № 11, maddə 1204, № 12, maddələr 1363, 1388; 2013, № 1, maddə 73, № 8, maddələr 1015, 1038, № 10, maddə 1219; 2014, № 1, maddə 69, № 3, maddə 312, № 6, maddə 736, № 7, maddə 918, № 10, maddə 1308; 2015, № 2, maddə 227, № 5, maddə 612, № 6, maddə 799, № 11, maddə 1413; 2016, № 2 (II kitab), maddə 381, № 4, maddələr 781, 831, № 5, maddə 955, № 7, maddə 1342, № 8, maddələr 1439, 1450, № 9, maddələr 1583, 1585, 1588, № 11, maddə 1976, № 12, maddə 2241; 2017, № 2, maddələr 283, 295, 310, № 5, maddə 972, № 8, maddə 1610, № 10, maddə 1920; 2018, № 2, maddə 335, № 3, maddələr 577, 626, № 7 (II kitab), maddə 1654, № 10, maddələr 2142, 2161; 2019, № 1, maddə 159, № 3, maddələr 529, 563, 565, № 4, maddə 743, № 5, maddələr 944, 972, № 12, maddələr 2064, 2068; 2020, № 2, maddə 204, № 5, maddə 652, № 7, maddə 1005, № 10, maddə 1311; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 noyabr tarixli 470 nömrəli Qərarı) ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda aşağıdakı dəyişikliklər edilsin:
2.1. 14.1.2-ci yarımbənddən “Dövlət Məşğulluq Xidməti, rayon (şəhər) məşğulluq orqanları,” sözləri çıxarılsın;
2.2. 14.1.3-cü yarımbənddən “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti, onun tibbi-sosial ekspert komissiyaları,” sözləri çıxarılsın;
2.3. 14.1.4-cü yarımbənd ləğv edilsin.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 7 mart tarixli 66 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 3, maddə 235; 2020, № 2, maddə 210) ilə təsdiq edilmiş “Yetkinlik yaşına çatmayanlar üçün ixtisaslaşdırılmış sosial reabilitasiya müəssisələrində yetkinlik yaşına çatmayanlara xidmət göstərilməsi Qaydası”nın 2.2.9-cu yarımbəndində “məşğulluq xidməti orqanının” sözləri “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin” sözləri ilə əvəz edilsin.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 13 iyun tarixli 138 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 6, maddə 590; 2010, № 4, maddə 359; 2018, № 10, maddə 2170) ilə təsdiq edilmiş “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiya mərkəzlərinin yaradılması haqqında Əsasnamə”nin 1.2-ci bəndinə “Nazirliyinin” sözündən sonra “tabeliyində Sosial Xidmətlər Agentliyinin” sözləri əlavə edilsin.
5. “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinətin təyin edilməsi və ödənilməsi Qaydası”nın və “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinətin ödənilməsi barədə müqavilə forması”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 14 oktyabr tarixli 242 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 10, maddə 931; 2009, № 10, maddə 846; 2016, № 11, maddə 1975; 2017, № 5, maddə 1004; 2018, № 7 (II kitab), maddə 1666; 2019, № 7, maddə 1320) aşağıdakı dəyişikliklər edilsin:
5.1. həmin Qərarla təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinətin təyin edilməsi və ödənilməsi Qaydası” üzrə:
5.1.1. 2-ci hissə üzrə:
5.1.1.1. ikinci abzasın birinci cümləsində “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələrinə (bundan sonra – Şöbə)” sözləri “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yerli qurumlarına (bundan sonra – Qurum)” sözləri ilə və ikinci cümləsində “Şöbələr” sözü “Qurumlar” sözü ilə əvəz edilsin;
5.1.1.2. üçüncü abzasdan “Azərbaycan Respublikasının” sözləri çıxarılsın və həmin abzasa “orqanlarının” sözündən sonra “(qurumlarının)” sözü əlavə edilsin;
5.1.2. 3-cü hissədə “Şöbəyə” sözü “Quruma” sözü ilə əvəz edilsin;
5.1.3. 5-ci hissənin birinci cümləsində “Şöbələr” sözü “Qurumlar” sözü ilə və ikinci cümləsində “Şöbə” sözü “Qurum” sözü ilə əvəz edilsin;
5.1.4. 7-ci hissə üzrə:
5.1.4.1. birinci abzasın üçüncü cümləsində “Şöbələr” sözü “Qurumlar” sözü ilə əvəz edilsin;
5.1.4.2. ikinci abzasda “Şöbə” sözü “Qurum” sözü ilə əvəz edilsin;
5.1.5. həmin Qaydaya əlavədə “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun _________ şəhər (rayon) şöbəsinin” sözləri “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun _________ yerli qurumunun” sözləri ilə əvəz edilsin;
5.2. həmin Qərarla təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinətin ödənilməsi barədə müqavilə forması” üzrə:
5.2.1. 1-ci və 2-ci hissələrdə “Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun __________ şəhər (rayon) şöbəsi” sözləri “Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun __________ yerli qurumu” sözləri ilə əvəz edilsin;
5.2.2. 3-cü hissənin ikinci cümləsində “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər (rayon) şöbəsində” sözləri “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yerli qurumunda” sözləri ilə və “şəhər, rayon şöbəsi” sözləri “yerli qurum” sözləri ilə əvəz edilsin;
5.2.3. “Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun _____ şəhər (rayon) şöbəsinin” sözləri “Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun _____ yerli qurumunun” sözləri ilə əvəz edilsin.
Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 5 mart 2021-ci il
№ 61