AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
05.03.2021
QEYDİYYAT NÖMRƏSİ
58
ADI
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İşaxtaran və işsiz şəxslərin peşə hazırlığının təşkili Qaydası”nın təsdiq edilməsi haqqında” 2019-cu il 7 iyun tarixli 261 nömrəli, “Peşəyönümünə dair məsləhət xidmətlərinin göstərilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2019-cu il 11 iyun tarixli 266 nömrəli, “I dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2019-cu il 9 iyul tarixli 294 nömrəli, “Özünüməşğulluğa cəlb olunmuş şəxsdən geri alınmış əmlakın açıq hərracda satılması Qaydası”nın təsdiq edilməsi haqqında” 2019-cu il 6 avqust tarixli 343 nömrəli, “Məşğulluq sahəsində nəzarətin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi barədə” 2019-cu il 8 avqust tarixli 350 nömrəli və “Bacarıqların inkişaf etdirilməsi üzrə sahə komissiyalarının yaradılması və əsasnaməsinin təsdiq edilməsi haqqında” 2019-cu il 12 dekabr tarixli 475 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 12.03.2021, Nəşr Nömrəsi: 55), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31.03.2021, Nəşr nömrəsi: 3, Maddə nömrəsi: 277)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
12.03.2021
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
020.020.020
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14202103050058
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
16.03.2021
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İşaxtaran və işsiz şəxslərin peşə hazırlığının təşkili Qaydası”nın təsdiq edilməsi haqqında” 2019-cu il 7 iyun tarixli 261 nömrəli, “Peşəyönümünə dair məsləhət xidmətlərinin göstərilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2019-cu il 11 iyun tarixli 266 nömrəli, “I dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2019-cu il 9 iyul tarixli 294 nömrəli, “Özünüməşğulluğa cəlb olunmuş şəxsdən geri alınmış əmlakın açıq hərracda satılması Qaydası”nın təsdiq edilməsi haqqında” 2019-cu il 6 avqust tarixli 343 nömrəli, “Məşğulluq sahəsində nəzarətin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi barədə” 2019-cu il 8 avqust tarixli 350 nömrəli və “Bacarıqların inkişaf etdirilməsi üzrə sahə komissiyalarının yaradılması və əsasnaməsinin təsdiq edilməsi haqqında” 2019-cu il 12 dekabr tarixli 475 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanının 6.3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 7 iyun tarixli 261 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 6, maddə 1150) ilə təsdiq edilmiş “İşaxtaran və işsiz şəxslərin peşə hazırlığının təşkili Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1.2-ci bənddə “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Məşğulluq Xidmətinin (bundan sonra – Xidmət) şəhər, rayon məşğulluq orqanları” sözləri “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Məşğulluq Agentliyinin (bundan sonra – Agentlik) yerli qurumları” sözləri ilə əvəz edilsin;

1.2. 1.3-cü bənddə “Xidmətin şəhər, rayon məşğulluq orqanları” sözləri “Agentliyin yerli qurumları” sözləri ilə və “Xidmət” sözü “Agentlik” sözü ilə əvəz edilsin; [1]

1.3. 2.1-ci bəndin birinci abzasında və 2.6-cı bənddə ismin müvafiq hallarında “Xidmət” sözü ismin müvafiq hallarında “Agentlik” sözü ilə əvəz edilsin; [2]

1.4. 2.1.2-ci yarımbənddə, 2.2-ci bənddə və 2.8-ci bəndin ikinci cümləsində ismin müvafiq hallarında “Xidmətin şəhər, rayon məşğulluq orqanları” sözləri ismin müvafiq hallarında “Agentliyin yerli qurumları” sözləri ilə əvəz edilsin;

1.5. həmin Qaydanın 1 nömrəli əlavəsində “şəhər, rayon məşğulluq orqanı” sözləri “Dövlət Məşğulluq Agentliyinin yerli qurumu” sözləri ilə əvəz edilsin.

1.6. həmin Qaydanın 2 və 3 nömrəli əlavələrində “Dövlət Məşğulluq Xidməti” sözləri “Dövlət Məşğulluq Agentliyi” sözləri ilə, 2.1.1-ci, 2.2.1-ci, 2.2.2.2-ci, 2.2.2.3-cü yarımbəndlərində və 4-cü hissəsində ismin müvafiq hallarında “Xidmət” sözü ismin müvafiq hallarında “Agentlik” sözü ilə və 2.1.1.2-ci yarımbəndində “Dövlət Məşğulluq Xidmətinin (bundan sonra – Xidmət) şəhər, rayon məşğulluq orqanları” sözləri “Dövlət Məşğulluq Agentliyinin (bundan sonra – Agentlik) yerli qurumları” sözləri ilə əvəz edilsin. [3]

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 11 iyun tarixli 266 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 6, maddə 1155) ilə təsdiq edilmiş “Peşəyönümünə dair məsləhət xidmətlərinin göstərilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

2.1. 1.3-cü bənddə “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin (bundan sonra – Xidmət) şəhər, rayon məşğulluq orqanları” sözləri “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin (bundan sonra – Agentlik) yerli qurumları” sözləri ilə əvəz edilsin;

2.2. 1.4-cü bənddə “Xidmətlə” sözü “Agentliklə” sözü ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 9 iyul tarixli 294 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 7, maddə 1317; 2020, № 4, maddə 495) ilə təsdiq edilmiş “I dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün ödənilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

3.1. 2.1-ci bəndin birinci cümləsində “Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun yaşayış yeri üzrə müvafiq şəhər, rayon şöbəsinə (bundan sonra – Şöbə)” sözləri “Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yaşayış yeri üzrə müvafiq yerli qurumuna (bundan sonra – Qurum)” sözləri ilə əvəz edilsin;

3.2. 2.2.1-ci və 2.2.2-ci yarımbəndlərin ikinci cümlələrində, 3.7-ci bənddə, 3.8-ci bəndin birinci və ikinci (hər iki halda) cümlələrində ismin müvafiq hallarında “Şöbə” sözü ismin müvafiq hallarında “Qurum” sözü ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 6 avqust tarixli 343 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 8, maddə 1450) ilə təsdiq edilmiş “Özünüməşğulluğa cəlb olunmuş şəxsdən geri alınmış əmlakın açıq hərracda satılması Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

4.1. 2.1-ci bənddə “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti (bundan sonra – Xidmət)” sözləri “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi (bundan sonra – Agentlik)” sözləri ilə əvəz edilsin;

4.2. 2.2-ci bəndin birinci cümləsində “Xidmətin şəhər, rayon məşğulluq orqanlarının” sözləri “Agentliyin yerli qurumlarının” sözləri ilə əvəz edilsin;

4.3. 3.13-3.16-cı bəndlərdə ismin müvafiq hallarında “Xidmət” sözü ismin müvafiq hallarında “Agentlik” sözü ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 8 avqust tarixli 350 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 8, maddə 1457) ilə təsdiq edilmiş “Məşğulluq sahəsində nəzarətin həyata keçirilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

5.1. 1.2-ci bənddə “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Məşğulluq Xidməti (bundan sonra – Xidmət)” sözləri “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Məşğulluq Agentliyi (bundan sonra – Agentlik)” sözləri ilə əvəz edilsin;

5.2. 2.2.2-ci, 2.2.4-cü, 2.2.5-ci (hər iki halda), 2.2.6-cı, 2.2.8-ci və 3.3.2-ci yarımbəndlərdə ismin müvafiq hallarında “Xidmət” sözü ismin müvafiq hallarında “Agentlik” sözü ilə əvəz edilsin.

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 12 dekabr tarixli 475 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 12, maddə 2059) ilə təsdiq edilmiş 1 nömrəli əlavə “Bacarıqların inkişaf etdirilməsi üzrə sahə komissiyalarının tərkibi”nin 1-14-cü bölmələrinin “Üzvlər” hissələrinin dördüncü abzaslarında “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti” sözləri “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi” sözləri ilə əvəz edilsin.

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

 

Bakı şəhəri, 5 mart 2021-ci il

    № 58

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       11 noyabr 2021-ci il tarixli 345 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 16 noyabr 2021-ci il, № 247, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 11, maddə 1268)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 11 noyabr 2021-ci il tarixli 345 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 16 noyabr 2021-ci il, № 247, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 11, maddə 1268) ilə 1.1-ci və 1.2-ci bəndlər ləğv edilmişdir.

 

[2] 11 noyabr 2021-ci il tarixli 345 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 16 noyabr 2021-ci il, № 247, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 11, maddə 1268) ilə 1.3-cü bənd yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

1.3. 1.4-cü bənddə (hər iki halda), 2.1-ci bəndin birinci abzasında, 2.1.4-cü yarımbənddə (hər iki halda), 2.3-cü və 2.6-cı bəndlərdə, 3.2-ci bəndin birinci abzasında, 3.2.1-ci yarımbənddə və 3.2.2-ci yarımbəndin ikinci cümləsində ismin müvafiq hallarında “Xidmət” sözü ismin müvafiq hallarında “Agentlik” sözü ilə əvəz edilsin;

 

[3] 11 noyabr 2021-ci il tarixli 345 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 16 noyabr 2021-ci il, № 247, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 11, maddə 1268) ilə 1.5-ci bəndin sonunda nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz edilmişdir və 1.6-cı bənd ləğv edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status