×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
Mərkəzi bankın qərarı
QƏBUL EDİLDİYİ TARİX
10.03.2021
QEYDİYYAT NÖMRƏSİ
05/1
ADI
Azәrbaycan Respublikası Mәrkәzi Bankının İdarә Heyәtinin 2013 cü il 17 sentyabr tarixli 19/1 nömrəli Qәrarı ilә tәsdiq edilmiş “Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pul köçürmələri haqqında Təlimat”da dəyişikliklər edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
QÜVVƏYƏ MİNMƏ TARİXİ
30.03.2021
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
090.060.010
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
23202103100051
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
29.03.2021

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin

QƏRARI

 

№ 05/1

 

Bakı şəhəri                                                                                 “10” mart 2021-ci il

 

Azәrbaycan Respublikası Mәrkәzi Bankının İdarә Heyәtinin 2013‑cü il 17 sentyabr tarixli 19/1 nömrəli Qәrarı ilә tәsdiq edilmiş “Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pul köçürmələri haqqında Təlimat”da dəyişikliklər edilməsi barədə

 

“Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 oktyabr tarixli 845 nömrəli Fərmanının 4.5-ci bəndinin, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”nin təsdiqi və “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanının 4-cü hissəsinin və “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”nin təsdiqi və “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanının 10-cu hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 22.0.17-ci maddəsinə əsasən

 

QƏRARA ALIR:

 

1. Azәrbaycan Respublikası Mәrkәzi Bankının İdarә Heyәtinin 2013‑cü il 17 sentyabr tarixli 19/1 nömrəli Qәrarı ilә tәsdiq edilmiş “Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pul köçürmələri haqqında Təlimat”da dəyişikliklər təsdiq edilsin (əlavə olunur).

2. Hüquq departamentinə (R.Məlikova) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.

 

Mərkəzi Bankın sədri                                                                    Elman Rüstəmov

 


 

 

“Tәsdiq edilmişdir”

Azərbaycan Respublikasının

Mәrkәzi Bankı

Qәrar № 05/1

“10” mart 2021‑ci il

 

 

Azәrbaycan Respublikası Mәrkәzi Bankının İdarә Heyәtinin 2013-cü il 17 sentyabr tarixli 19/1 nömrəli Qәrarı ilә tәsdiq edilmiş “Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pul köçürmələri haqqında Təlimat”da dəyişikliklər

 

Azәrbaycan Respublikası Mәrkәzi Bankının İdarә Heyәtinin 2013-cü  il 17 sentyabr tarixli 19/1 №‑li Qәrarı ilә tәsdiq edilmiş “Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pul köçürmələri haqqında Təlimat”da aşağıdakı dәyişikliklәr edilsin:

1. 1.1-ci bənddə “Sosial sığorta haqqında”,” sözlərindən sonra “İşsizlikdən sığorta haqqında”, “Tibbi sığorta haqqında”, “Nağdsız hesablaşmalar haqqında”,” sözləri əlavə edilsin;

2. 3.1.4-cü yarımbənddən “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra - Dövlət Sosial Müdafiə Fondu),” sözləri çıxarılsın;

3. 4.6.4-cü yarımbənddən “Dövlət Sosial Müdafiə Fondunun,” sözləri çıxarılsın;

4. 8-ci hissə üzrə:

4.1. adında “Dövlət Sosial Müdafiə Fondunun, vergi” sözləri “Vergi” sözü ilə əvəz edilsin;

4.2. 8.1-8.7-ci bəndlər ləğv edilsin;

4.3. 8.8-ci bənd aşağıdakı redaksiyada verilsin:

“8.8. Vergi orqanlarının sərəncamları ilə hesablaşmalar zamanı borclunun (ödəyicinin) bank hesabına xidmət göstərən bank vergi orqanının icra (ödəniş) sənədi olan sərəncamına uyğun olaraq vergilər, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta, icbari tibbi sığorta haqları, faizlər və ya tətbiq edilmiş maliyyə sanksiyaları üzrə ödəyicinin milli və ya xarici valyutada bank hesabında olan pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulmasını və ya həmin vəsaitlərin ödəyicinin bank hesabından müvafiq olaraq dövlət büdcəsinə və ya Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun, İşsizlikdən Sığorta Fondunun və İcbari Tibbi Sığorta Fondunun hesabına alınmasını Azərbaycan Respublikası Vergi Məcəlləsinin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirir.”;

4.4. 8.9-cu bənddə “Vergilər Nazirliyinin” sözləri “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin” sözləri ilə əvəz edilsin;

4.5. 8.12-ci bənddə “qismən” sözündən əvvəl “icra olunmayan və yaxud” sözləri əlavə edilsin;

4.6. 8.14-cü bənddə “Dövlət Sosial Müdafiə Fondunun, vergi” sözləri “Vergi” sözü ilə əvəz edilsin.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status