AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
05.03.2021
QEYDİYYAT NÖMRƏSİ
60
ADI
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Sığortaolunanların və sığortaedənlərin işsizlikdən sığorta üzrə sığortaçıda qeydiyyatı Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il 29 dekabr tarixli 618 nömrəli, “Fərdi məşğulluq proqramının yerinə yetirilməsi Qaydası və hesabatın forması”nın təsdiq edilməsi haqqında” 2017-ci il 29 dekabr tarixli 619 nömrəli, “Sığorta ödənişinin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il 29 dekabr tarixli 620 nömrəli, “İşsizlikdən sığorta vəsaitlərinin uçotunun aparılması və hesabatın təqdim olunması Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il 29 dekabr tarixli 621 nömrəli, “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” 2018-ci il 14 mart tarixli 94 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 13.03.2021, Nəşr Nömrəsi: 56), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31.03.2021, Nəşr nömrəsi: 3, Maddə nömrəsi: 279)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
13.03.2021
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
020.020.020
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14202103050060
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
16.03.2021
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Sığortaolunanların və sığortaedənlərin işsizlikdən sığorta üzrə sığortaçıda qeydiyyatı Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il 29 dekabr tarixli 618 nömrəli, “Fərdi məşğulluq proqramının yerinə yetirilməsi Qaydası və hesabatın forması”nın təsdiq edilməsi haqqında” 2017-ci il 29 dekabr tarixli 619 nömrəli, “Sığorta ödənişinin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il 29 dekabr tarixli 620 nömrəli, “İşsizlikdən sığorta vəsaitlərinin uçotunun aparılması və hesabatın təqdim olunması Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il 29 dekabr tarixli 621 nömrəli, “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” 2018-ci il 14 mart tarixli 94 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanının 6.3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 618 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12 (II kitab), maddə 2563; 2019, № 7, maddə 1321) ilə təsdiq edilmiş “Sığortaolunanların və sığortaedənlərin işsizlikdən sığorta üzrə sığortaçıda qeydiyyatı Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1.2-ci bənddə “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında” sözləri “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində” sözləri ilə əvəz edilsin;

1.2. 4.1-ci bəndin birinci və ikinci cümlələrində “Fondun orqanları” sözləri “Fondun yerli qurumları” sözləri ilə əvəz edilsin;

1.3. 4.2-ci bənddə (birinci halda) “orqanlarının” sözü “qurumlarının” sözü ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 619 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12 (II kitab), maddə 2564; 2018, № 12 (II kitab), maddə 2730; 2019, № 3, maddə 532, № 7, maddələr 1318, 1334) ilə təsdiq edilmiş “Fərdi məşğulluq proqramının yerinə yetirilməsi Qaydası və hesabatın forması”nda aşağıdakı dəyişikliklər edilsin:

2.1. 1.1-ci bənddə “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin (bundan sonra – Xidmət) yerli orqanları” sözləri “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin (bundan sonra – Agentlik) yerli qurumları” sözləri ilə əvəz edilsin;

2.2. 2.1-ci, 5.1-ci və 5.2-ci bəndlərdə ismin müvafiq hallarında “Xidmət” sözü ismin müvafiq hallarında “Agentlik” sözü ilə əvəz edilsin;

2.3. 2.2-ci və 2.5-ci bəndlərdə ismin müvafiq hallarında “Xidmətin yerli orqanları” sözləri ismin müvafiq hallarında “Agentliyin yerli qurumları” sözləri ilə əvəz edilsin; [1]

2.4. 3.1-ci bənddə, 3.3-cü bəndin birinci cümləsində, 4.2-ci bəndin ikinci cümləsində (hər iki halda), 4.3-cü bənddə, 1 və 2 nömrəli əlavələrdə (hər iki halda) ismin müvafiq hallarında “Xidmətin yerli orqanı” sözləri ismin müvafiq hallarında “Agentliyin yerli qurumu” sözləri ilə əvəz edilsin. [2]

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 620 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12 (II kitab), maddə 2565; 2018, № 12 (II kitab), maddə 2730; 2019, № 7, maddələr 1318, 1334) ilə təsdiq edilmiş “Sığorta ödənişinin verilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

3.1. 1.1-ci bənddə “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin (bundan sonra – Xidmət) yerli orqanları” sözləri “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin (bundan sonra – Agentlik) yerli qurumları” sözləri ilə əvəz edilsin;

3.2. 1.2-ci, 2.2-ci, 6.2-ci, 7.1-ci və 7.2-ci bəndlərdə ismin müvafiq hallarında “Xidmət” sözü ismin müvafiq hallarında “Agentlik” sözü ilə əvəz edilsin;

3.3. 6.3-cü bənddə “Xidmətin yerli orqanları” sözləri “Agentliyin yerli qurumları” sözləri ilə əvəz edilsin; [3]

3.4. həmin Qaydanın 2 nömrəli əlavəsinin “Qeyd”inin 2-ci hissəsinin ikinci cümləsində və 3-cü hissəsində “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti orqanlarına” sözləri “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarına” sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 621 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12 (II kitab), maddə 2566; 2018, № 6, maddə 1350; 2019, № 7, maddə 1321) ilə təsdiq edilmiş “İşsizlikdən sığorta vəsaitlərinin uçotunun aparılması və hesabatın təqdim olunması Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

4.1. 2.2-ci bənddə “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında” sözləri “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində” sözləri ilə əvəz edilsin;

4.2. 3.1-ci bənddə “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu (bundan sonra – Fond)” sözləri “Fond” sözü ilə və “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti” sözləri “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi” sözləri ilə əvəz edilsin;

4.3. 7.1-ci bəndin birinci abzasına “Fondun” sözündən sonra “yerli qurumları” sözləri əlavə edilsin;

4.4. 7.1.1-ci yarımbənddə “orqanları” sözü “yerli qurumları” sözləri ilə əvəz edilsin;

4.5. 7.2-ci bənddə (birinci halda) “orqanlarının” sözü “qurumlarının” sözü ilə əvəz edilsin.

5. “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 14 mart tarixli 94 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 3, maddə 604, № 5, maddə 1115; 2019, № 2, maddə 365, № 7, maddə 1347, № 8, maddə 1455, № 11, maddə 1851; 2020, № 5, maddə 657) aşağıdakı dəyişikliklər edilsin: [4]

5.1. 2-ci hissədə “9-18-ci” sözləri “9-14-cü, 16-18-ci” sözləri ilə əvəz edilsin;

5.2. həmin Qərarın 15 nömrəli əlavəsində - “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdindəki uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün “Məzun evi” Sosial Müəssisəsinin işçilərinin aylıq vəzifə maaşlarının Cədvəli” ləğv edilsin.

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

 

Bakı şəhəri, 5 mart 2021-ci il

    № 60

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       11 noyabr 2021-ci il tarixli 344 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 16 noyabr 2021-ci il, № 247, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 11, maddə 1267)

2.       14 yanvar 2022-ci il tarixli 10 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 yanvar 2022-ci il, № 13)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 11 noyabr 2021-ci il tarixli 344 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 16 noyabr 2021-ci il, № 247, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 11, maddə 1267) ilə 2.3-cü bənddə “, 2.5-ci və 2.6-cı” sözləri “və 2.5-ci” sözləri ilə əvəz edilmişdir.

 

[2] 11 noyabr 2021-ci il tarixli 344 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 16 noyabr 2021-ci il, № 247, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 11, maddə 1267) ilə 2.4-cü bənddə “hər üç halda” sözləri “hər iki halda” sözləri ilə əvəz edilmişdir.

 

[3] 11 noyabr 2021-ci il tarixli 344 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 16 noyabr 2021-ci il, № 247, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 11, maddə 1267) ilə 3.3-cü bənd ləğv edilmişdir.

 

[4] 14 yanvar 2022-ci il tarixli 10 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 yanvar 2022-ci il, № 13) ilə 5-ci bənd ləğv edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status