×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
Mərkəzi bankın qərarı
QƏBUL EDİLDİYİ TARİX
30.03.2021
QEYDİYYAT NÖMRƏSİ
08/1
ADI
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2016-cı il 28 noyabr tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nda dəyişikliklər edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
QÜVVƏYƏ MİNMƏ TARİXİ
10.04.2021
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
090.060.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
23202103300081
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
09.04.2021

AZƏRBAYCAN RESPUBLİKASI MƏRKƏZİ BANKININ İDARƏ HEYƏTİNİN

 

QƏRARI

 

№ 08/1

 

Bakı şəhəri                                                                                          30 mart 2021-ci il

 

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2016-cı il 28 noyabr tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 22.0.4-cü və 22.0.17-ci maddələrinə əsasən

 

Q Ə R A R A    A L I R:

 

1. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2016-cı il 28 noyabr tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nda dəyişikliklər təsdiq edilsin (əlavə olunur).

2. Hüquq departamentinə (R.Məlikova) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

 

Mərkəzi Bankın sədri                                                                     Elman Rüstəmov

 


 

 

Təsdiq edilmişdir”

Azərbaycan Respublikasının

Mərkəzi Bankı

Qərar № 08/1

“30” mart 2021-ci il

 

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2016-cı il 28 noyabr tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nda dəyişikliklər

 

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2016-cı il 28 noyabr tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 4.3.5-1-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“4.3.5-1. Paylarının (səhmlərinin) 50-dən artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus rezident və ya qeyri-rezident hüquqi şəxsin (bundan sonra “borclu şəxs”) digər şəxslər qarşısındakı öhdəlikləri ilə bağlı həmin borclu şəxsin birbaşa və ya dolayısı ilə payçısı (səhmdarı) olan və paylarının (səhmlərinin) 50-dən artıq faizi birbaşa dövlətə məxsus olan rezident hüquqi şəxs tərəfindən:

4.3.5-1.1. borclu şəxsin öhdəliklərinin icrasının təmin edilməsi məqsədi ilə olan köçürmələr (zəmanət üzrə köçürmələr, qeyri-rezident maliyyə institutları tərəfindən həmin öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə verilmiş təminat (akkreditiv, qarantiya və s.) üzrə ödənilmiş vəsaitin qaytarılmasına və ya həmin təminat üzrə ödəniləcək vəsaitin qaytarılmasının təmin edilməsinə, yaxud həmin təminat üzrə zərər və ya kompensasiyanın ödənilməsinə yönəldilən köçürmələr və s.), habelə zərərin və ya kompensasiyanın ödənilməsi məqsədi ilə olan köçürmələr;

4.3.5-1.2. borclu şəxsin kreditorlarının adından çıxış edən qeyri-rezident təminatın sərəncamçısına və ya təminat agentinə (və ya oxşar funksiyaları yerinə yetirən digər şəxsə) və ya belə təminatın sərəncamçısı və ya təminat agenti (və ya oxşar funksiyaları yerinə yetirən digər şəxs) tərəfindən verilmiş tələbdə qeyd olunmuş hər hansı digər qeyri-rezident şəxsə edilməli olan köçürmələr.”.

2. aşağıdakı məzmunda 4.3.5-2-ci yarımbənd əlavə edilsin:

“4.3.5-2. Paylarının (səhmlərinin) 50-dən artıq faizi birbaşa dövlətə məxsus rezident hüquqi şəxs tərəfindən özünün və birbaşa və ya dolayısı ilə payçısı (səhmdarı) olduğu və paylarının (səhmlərinin) 50-dən artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus qeyri-rezident hüquqi şəxsin də tərəf olduğu müqavilələrdə:

4.3.5-2.1.  nəzərdə tutulan hallarda zərərin və ya kompensasiyanın, habelə həmin zərər və ya kompensasiyanın gələcəkdə ödənilməsini təmin edəcək vəsaitin həmin müqavilənin tərəfinə və ya müqavilədə müəyyən olunmuş digər şəxslərə ödənilməsi ilə bağlı köçürmələr;

4.3.5-2.2. həmin rezident hüquqi şəxsin müəyyən olunan öhdəliklərinin icrasının təmin edilməsi məqsədi ilə qeyri rezident maliyyə institutları tərəfindən verilmiş təminat (akkreditiv, qarantiya və s.) üzrə ödənilmiş vəsaitin qaytarılmasına və ya həmin təminat üzrə ödəniləcək vəsaitin qaytarılmasının təmin edilməsinə, yaxud həmin təminat üzrə zərər və ya kompensasiyanın ödənilməsinə yönəldilən köçürmələr.

Qeyd: Bu Qaydaların 4.3.5-1-ci və 4.3.5-2-ci yarımbəndlərində  “dövlət” dedikdə Azərbaycan Respublikası başa düşülür və belə ödənişlər müvafiq öhdəliyin yaranmasını təsdiq edən müqavilə, yuxarıdakı köçürmələrin həyata keçirilməsinə dair tələb, dövlətin birbaşa və ya dolayı payını (səhmini) və müvafiq  hallarda ödənişi edən rezident hüquqi şəxsin borclu şəxsdə birbaşa və ya dolayı payını (səhmini) sübut edən sənədlər banka təqdim edilməklə həyata keçirilir.”.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status