Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının yerli əhəmiyyətli avtomobil yollarının siyahısının təsdiq edilməsi haqqında” 2005-ci il 31 mart tarixli 59 nömrəli və “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın təsdiq edilməsi haqqında” 2014-cü il 17 iyun tarixli 196 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Azərbaycan Respublikasının Şamaxı rayonunun Saqiyan kəndinin Günəşli kəndi adlandırılması haqqında” Azərbaycan Respublikasının 2020-ci il 15 dekabr tarixli 212-VIQ nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 yanvar tarixli 500 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosialiqtisadi inkişafı Dövlət Proqramı”nda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 dekabr tarixli 1217 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 mart tarixli 59 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 3, maddə 264; 2008, № 6, maddələr 582, 584, № 9, maddə 852; 2009, № 5, maddə 388, № 6, maddələr 495, 496, № 7, maddə 609, № 8, maddə 683; 2010, № 6, maddə 566; 2012, № 3, maddə 266, № 4, maddə 395, № 6, maddə 639; 2013, № 6, maddə 729; 2015, № 4, maddə 458, № 10, maddə 1215; 2018, № 4, maddə 788, № 10, maddə 2144; 2020, № 1, maddə 85, № 8, maddə 1095) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının yerli əhəmiyyətli avtomobil yollarının siyahısı”nın “Şamaxı rayonu” bölməsinin “Yolun adı” sütununun 11-ci hissəsində “Sağiyan” sözü “Günəşli” sözü ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyun tarixli 196 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 6, maddə 749; 2015, № 3, maddələr 333, 338, № 4, maddə 455, № 6, maddə 801, № 10, maddə 1220, № 11, maddə 1425; 2016, № 6, maddə 1195, № 10, maddə 1731, № 11, maddə 1944, № 12, maddə 2243; 2017, № 4, maddə 635, № 11, maddə 2174; 2018, № 6, maddə 1353, № 9, maddə 1951; 2019, № 6, maddə 1151, № 8, maddələr 1462, 1477; 2020, № 10, maddə 1305) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın “I. Büdcədən maliyyələşdirilən qurumlar” bölməsinin 4.57.22-ci yarımbəndində “Saqiyan kənd kitabxana filialı” sözləri “Günəşli kənd kitabxana filialı” sözləri ilə və 5.54.3-cü yarımbəndində “Saqiyan kənd Mədəniyyət evi” sözləri “Günəşli kənd Mədəniyyət evi” sözləri ilə əvəz edilsin.
Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 6 aprel 2021-ci il
№ 90