AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMLARI
QƏBUL EDİLDİYİ TARİX
13.03.2021
QEYDİYYAT NÖMRƏSİ
2534
ADI
“Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31.03.2021, Nəşr nömrəsi: 3, Maddə nömrəsi: 240)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
090.020.010
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

“Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 dekabr tarixli 1241 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram:

1. “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitin bölgüsü” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş bölgüdə nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etsin və layihələrin maliyyələşməsinə dair aylıq məlumatları növbəti ayın 5-dək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim etsin.

3. Bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş bölgüdə göstərilən sifarişçi təşkilatlar:

3.1. bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş bölgüdə cari ildə tikintisinin başa çatdırılması nəzərdə tutulan obyektlərin vaxtında istismara verilməsini, icrası davam edəcək layihələr üzrə isə nəzərdə tutulmuş vəsait çərçivəsində işlərin tam həcmdə yerinə yetirilməsini təmin etsinlər;

3.2. layihələrin icrasını yalnız bu məqsəd üçün ayrılmış vəsait çərçivəsində həyata keçirsinlər və əlavə vəsait sərfinə yol verməsinlər;

3.3. bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş bölgüdə göstərilən layihələr üzrə yerinə yetirilmiş işlər haqqında hesabatı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin tərtib etdiyi formaya uyğun rübdə bir dəfə, növbəti rübün ilk ayının 10-dan gec olmayaraq, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim etsinlər.

4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş bölgüdə göstərilən layihələr üzrə yerinə yetirilmiş işlər haqqında ümumiləşdirilmiş hesabatı ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

5. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 13 mart 2021-ci il

    № 2534


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.        29 aprel 2021-ci il tarixli 2613 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2. 26 may 2021-ci il tarixli 2660 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 5, maddə 497)

3. 26 iyun 2021-ci il tarixli 2729 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 6, IV kitab, maddə 659)

4. 12 iyul 2021-ci il tarixli 2751 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 7, maddə 765)

5. 30 iyul 2021-ci il tarixli 2840 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 7, maddə 853)

6. 10 sentyabr 2021-ci il tarixli 2891 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 9, maddə 1005)

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status