Hərbi qulluqçuların dövlətə vurduqları ziyana görə maddi məsuliyyət haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Hərbi qulluqçuların dövlətə vurduğu ziyana görə maddi məsuliyyət haqqında” Əsasnamənin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 avqust tarixli 757 №-li Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Hərbi əmlakın ayrı-ayrı növlərinin oğurluğu, israfçılığı və ya çıtışmazlığı nəticəsində, inzibati və cinayət məsuliyyətinə səbəb olub-olmamasından asılı olmayaraq dəyən ziyana görə maddi məsuliyyətin həddi həmin əmlakın dəyərinin 2 - 10 misli qədər müəyyən edilsin.
Hərbi əmlakın ayrı-ayrı növlərinin siyahısını, dəyərinin ödəniş misli göstərilməklə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Daxili İşlər Nazirliyi birlikdə təsdiq etsinlər. [1]
Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ
Bakı şəhəri, 12 aprel 1999-cu il
№ 66
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
2 iyun 2003-cü il tarixli 73 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 6, maddə 342)
2.
19 oktyabr 2006-cı il tarixli 227 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 903)
3.
24 dekabr 2010-cu il tarixli 242 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 12, maddə 1123)
4.
11 dekabr 2012-ci il tarixli 302 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 16 dekabr 2012-ci il, № 281, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 12, maddə 1366)
5.
22 sentyabr 2016-cı il tarixli 360 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 30 sentyabr 2016-cı il, № 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1585)
6.
25 avqust 2022-ci il tarixli 334 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı 31 avqust 2022-ci il, “Xalq” qəzeti 2 sentyabr 2022-ci il, № 188, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 8, maddə 1021)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
2 iyun 2003-cü il tarixli 73 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 6, maddə 342) ilə "Hərbi qulluqçuların dövlətə vurduğu ziyana görə maddi məsuliyyət haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 12 aprel tarixli 66 nömrəli qərarının ikinci abzasına "Milli Təhlükəsizlik Nazirliyi" sözlərindən sonra "Dövlət Sərhəd Xidməti" sözləri əlavə edilmişdir.
19 oktyabr 2006-cı il tarixli 227 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 903) ilə "Hərbi qulluqçuların dövlətə vurduqları ziyana görə maddi məsuliyyət haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 12 aprel tarixli 66 nömrəli qərarının ikinci abzasında "Dövlət Sərhəd Xidməti" sözlərindən sonra ", Ədliyyə Nazirliyi" sözləri əlavə edilmişdir.
24 dekabr 2010-cu il tarixli 242 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 12, maddə 1123) ilə ikinci abzasında "Ədliyyə Nazirliyi" sözlərindən sonra ", Fövqəladə Hallar Nazirliyi" sözləri əlavə edilmişdir.
11 dekabr 2012-ci il tarixli 302 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 16 dekabr 2012-ci il, № 281, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 12, maddə 1366) ilə ikinci hissəsində “Dövlət Sərhəd Xidməti” sözlərindən sonra “, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti” sözləri əlavə edilmişdir.
22 sentyabr 2016-cı il tarixli 360 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 30 sentyabr 2016-cı il, № 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1585) ilə üçüncü hissəsində “Milli Təhlükəsizlik Nazirliyi,” sözləri “Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti,” sözləri ilə əvəz edilmişdir.
25 avqust 2022-ci il tarixli 334 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı 31 avqust 2022-ci il, “Xalq” qəzeti 2 sentyabr 2022-ci il, № 188, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 8, maddə 1021) ilə ikinci hissəsinə “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti,” sözlərindən sonra “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi,” sözləri əlavə edilmişdir.