×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
08.05.2021
QEYDİYYAT NÖMRƏSİ
140
ADI
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Məhsulların (işlərin, xidmətlərin) sertifikatlaşdırılmasının mərhələlər üzrə tətbiq edilməsi haqqında” 1993-cü il 1 iyul tarixli 343 nömrəli, “Avtomatlaşdırma və idarəetmə sistemlərinin sazlanması və texniki xidmət üzrə “Şelfneftqazavtomatika” Mərkəzinin Nizamnaməsinin təsdiq edilməsi haqqında” 1996-cı il 2 aprel tarixli 43 nömrəli, “Dövlət standartları, texniki şərtlər, sahə standartları, texniki-iqtisadi və sosial-informasiya təsnifatları, beynəlxalq (regional) və dövlətlərarası standartlar, standartlaşdırma üzrə normalar, qaydalar və tövsiyələr, xarici ölkələrin milli standartları, standartlaşdırma üzrə beynəlxalq (regional) və dövlətlərarası müqavilələr, habelə onların tətbiqi qaydaları haqqında rəsmi məlumatların və standartlaşdırma üzrə göstərilən normativ sənədlərin dövlət fondunun yaradılması Qaydaları haqqında” 1997-ci il 28 mart tarixli 25 nömrəli və “Azərbaycan Respublikasının qüvvədə olan dövlət standartlarının, standartlaşdırmaya dair digər normativ sənədlərin, habelə beynəlxalq (regional), dövlətlərarası standartların, norma, qayda və tövsiyələrin və xarici ölkələrin milli standartlarının fondlarının xüsusi dövlət reyestrinin və kataloqunun yaradılması, saxlanılması və aparılması qaydaları haqqında” 1997-ci il 20 oktyabr tarixli 121 nömrəli qərarlarının ləğv edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 18.05.2021, Nəşr Nömrəsi: 100), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31.05.2021, Nəşr nömrəsi: 5, Maddə nömrəsi: 519)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
18.05.2021
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
100.030.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14202105080140
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
19.05.2021
Azərbaycan Respublikasının 1999-cu il 22 iyun tarixli 689-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Ədalət mühakiməsinin rəsmi embleminin təsviri»ndə dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Məhsulların (işlərin, xidmətlərin) sertifikatlaşdırılmasının mərhələlər üzrə tətbiq edilməsi haqqında” 1993-cü il 1 iyul tarixli 343 nömrəli, “Avtomatlaşdırma və idarəetmə sistemlərinin sazlanması və texniki xidmət üzrə “Şelfneftqazavtomatika” Mərkəzinin Nizamnaməsinin təsdiq edilməsi haqqında” 1996-cı il 2 aprel tarixli 43 nömrəli, “Dövlət standartları, texniki şərtlər, sahə standartları, texniki-iqtisadi və sosial-informasiya təsnifatları, beynəlxalq (regional) və dövlətlərarası standartlar, standartlaşdırma üzrə normalar, qaydalar və tövsiyələr, xarici ölkələrin milli standartları, standartlaşdırma üzrə beynəlxalq (regional) və dövlətlərarası müqavilələr, habelə onların tətbiqi qaydaları haqqında rəsmi məlumatların və standartlaşdırma üzrə göstərilən normativ sənədlərin dövlət fondunun yaradılması Qaydaları haqqında” 1997-ci il 28 mart tarixli 25 nömrəli və “Azərbaycan Respublikasının qüvvədə olan dövlət standartlarının, standartlaşdırmaya dair digər normativ sənədlərin, habelə beynəlxalq (regional), dövlətlərarası standartların, norma, qayda və tövsiyələrin və xarici ölkələrin milli standartlarının fondlarının xüsusi dövlət reyestrinin və kataloqunun yaradılması, saxlanılması və aparılması qaydaları haqqında” 1997-ci il 20 oktyabr tarixli 121 nömrəli qərarlarının ləğv edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikası Prezidentinin “Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının 2019-cu il 17 may tarixli 1587-VQ nömrəli Qanununun tətbiqi barədə” 2019-cu il 12 iyul tarixli 780 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin və “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2019-cu il 30 sentyabr tarixli 1669-VQ nömrəli Qanununun tətbiqi barədə” 2019-cu il 26 noyabr tarixli 863 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Məhsulların (işlərin, xidmətlərin) sertifikatlaşdırılmasının mərhələlər üzrə tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 1 iyul tarixli 343 nömrəli Qərarı ləğv edilsin.

2. “Avtomatlaşdırma və idarəetmə sistemlərinin sazlanması və texniki xidmət üzrə “Şelfneftqazavtomatika” Mərkəzinin Nizamnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 2 aprel tarixli 43 nömrəli Qərarı ləğv edilsin.

3. “Dövlət standartları, texniki şərtlər, sahə standartları, texniki-iqtisadi və sosial-informasiya təsnifatları, beynəlxalq (regional) və dövlətlərarası standartlar, standartlaşdırma üzrə normalar, qaydalar və tövsiyələr, xarici ölkələrin milli standartları, standartlaşdırma üzrə beynəlxalq (regional) və dövlətlərarası müqavilələr, habelə onların tətbiqi qaydaları haqqında rəsmi məlumatların və standartlaşdırma üzrə göstərilən normativ sənədlərin dövlət fondunun yaradılması Qaydaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 28 mart tarixli 25 nömrəli Qərarı ləğv edilsin.

4. “Azərbaycan Respublikasının qüvvədə olan dövlət stan-dartlarının, standartlaşdırmaya dair digər normativ sənədlərin, habelə beynəlxalq (regional), dövlətlərarası standartların, norma, qayda və tövsiyələrin və xarici ölkələrin milli standartlarının fondlarının xüsusi dövlət reyestrinin və kataloqunun yaradılması, saxlanılması və aparılması qaydaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 20 oktyabr tarixli 121 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 4, maddə 337; 2004, № 3, maddə 193; 2009, № 1, maddə 32; 2018, № 8, maddə 1817) ləğv edilsin.

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

 

Bakı şəhəri, 8 may 2021-ci il

                  № 140

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status