AKTIN NÖVÜ
Maliyyə Nazirliyi
QƏBUL EDİLDİYİ TARİX
21.05.2021
QEYDİYYAT NÖMRƏSİ
Q-13
ADI
“Mikro və kiçik sahibkarlıq subyektlərində uçotun aparılması Qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 2016-cı il 3 fevral tarixli Q-03 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
QÜVVƏYƏ MİNMƏ TARİXİ
28.05.2021
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
110.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
15202105210013
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
27.05.2021

AZƏRBAYCAN RESPUBLİKASININ

MALİYYƏ NAZİRLİYİNİN KOLLEGİYASININ

QƏRARI

 

№ Q-13

 

Bakı şəhəri                                                                                    “21” may 2021-ci il

 

“Mikro və kiçik sahibkarlıq subyektlərində uçotun aparılması Qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 2016-cı il 3 fevral tarixli Q-03 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin 7.11-ci bəndini və 21-ci hissəsini rəhbər tutaraq, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 22 dekabr tarixli 228-VIQD nömrəli Qanununun tətbiqi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 15 yanvar tarixli 46s nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyası

 

qərara alır:

 

1. “Mikro və kiçik sahibkarlıq subyektlərində uçotun aparılması Qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 2016-cı il 03 fevral tarixli Q-03 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin:

1.1. adından və 1-ci hissəsindən “və kiçik” sözləri çıxarılsın;

1.2. həmin Qərarla təsdiq edilmiş “Mikro və kiçik sahibkarlıq subyektlərində uçotun aparılması Qaydaları” üzrə:

1.2.1. adından, 1.1-ci, 1.2-ci (ikinci halda), 1.3-cü, 1.4-cü, 2.3-cü (hər iki halda), 2.4-cü, 2.5-ci, 2.6-cı (hər iki halda), 2.7-2.11-ci, 3.1-3.5-ci, 3.6-cı (hər iki halda), 3.7-ci (hər iki halda),  3.9-cu (hər iki halda), 3.10-cu, 4.3-cü, 4.5-ci (hər iki halda), 5.1-ci, 5.3-cü , 5.5-ci, 5.6-cı, 6.1-ci (hər iki halda), 6.2-ci, 6.3-cü (hər iki halda), 6.4-6.6-cı bəndlərdən, 3.2.3-cü, 5.3.1-ci, 5.3.2-ci, 5.3.3-cü, 6.2.2-ci, 6.2.3-cü, 6.4.2-cü, 6.4.3-cü, 6.6.1-ci, 6.6.2-ci, 6.6.3-cü yarımbəndlərdən “və kiçik” sözləri çıxarılsın.

1.2.2. 1, 2 və 3 nömrəli əlavələrin yuxarı sağ künclərindən “və kiçik” sözləri çıxarılsın, həmin əlavələrin adında “KİÇİK” sözü “MİKRO” sözü ilə əvəz edilsin.

2. Nazirliyin aparatının Uçot siyasəti şöbəsinə tapşırılsın ki, bu qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

 

Kollegiyanın sədri,

Azərbaycan Respublikasının

maliyyə naziri

Samir  Şərifov

 

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status