Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 129 nömrəli Qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nda dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 129 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 7, maddə 695; 2013, № 10, maddə 1228; 2014, № 1, maddə 56; 2017, № 4, maddə 666; 2018, № 11, maddə 2431; 2019, № 2, maddə 357, № 11, maddə 1863; 2020, № 1, maddə 67; 2021, № 2, maddə 205; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 mart tarixli 67 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
1. 1.8-ci bəndə “rəyləri əsasında” sözlərindən sonra “hər il aprelin 1-dək” sözləri əlavə edilsin.
2. 3.5-ci bənddə “AMEA və Nazirlik tərəfindən müəyyən edilən müddətlərdə hər il” sözləri “hər ilin iyun (xarici dil imtahanı) və sentyabr (fəlsəfə və ixtisas fənnindən imtahanlar) ayları ərzində” sözləri ilə əvəz edilsin.
Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 5 iyun 2021-ci il
№ 159