AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
02.09.2000
QEYDİYYAT NÖMRƏSİ
155
ADI
Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin sənaye mülkiyyətinin mühafizəsi sahəsində mübahisələrə baxan Apellyasiya şurası haqqında Əsasnamənin təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-09-2000, Nəşr nömrəsi: 09, Maddə nömrəsi: 681)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
02.09.2000
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Azərbaycan Respublikası Dövlət Elm və Texnika Komitəsinin Apellyasiya Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə

Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin sənaye mülkiyyətinin mühafizəsi sahəsində mübahisələrə baxan Apellyasiya şurası haqqında Əsasnamənin təsdiq edilməsi barədə [1]

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Patent haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 avqust tarixli, 755 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin sənaye mülkiyyətinin mühafizəsi sahəsində mübahisələrə baxan Apellyasiya şurası haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur). [2]

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADӘ

 

Bakı şəhəri, 2 sentyabr 2000-ci il

                  № 155

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2000-ci il 2 sentyabr tarixli, 155 nömrəli qərarı ilə

TƏSDİQ edİlmİşdİr

 

Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin sənaye mülkiyyətinin mühafizəsi sahəsində mübahisələrə baxan Apellyasiya şurası haqqında [3]

 

ƏSASNAMƏ [4]

 

1. Ümumi müddəalar

 

1.1. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin sənaye mülkiyyətinin mühafizəsi sahəsində mübahisələrə baxan Apellyasiya şurası sənaye mülkiyyətinin mühafizəsi sahəsində mübahisələrə baxan daimi Şuradır. [5]

1.2. Apellyasiya şurası öz fəaliyyətində Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyini, sənaye mülkiyyətinin mühafizəsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tutur.

1.3. Apellyasiya şurası sənaye mülkiyyətinin mühafizəsi sahəsində hüquqi münasibətlərin pozulması, mübahisələrin yaranması ilə bağlı etiraz Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə (bundan sonra – Agentlik) daxil olduqda baxılır. [6]

1.4. Apellyasiya Komissiyasının üzvlərinə haqqın ödənilməsi rüsumlardan toplanmış vəsait hesabına qüvvədə olan qanunvericiliyə uyğun olaraq müəyyən edilir. [7]

1.5. Azərbaycan Respublikasının və xarici ölkələrin hər hansı maraqlı hüquqi və fiziki şəxslərinin sənaye mülkiyyətinin mühafizəsi sahəsində hüquqlarının pozulması və mübahisələrin yaranması ilə əlaqədar Apellyasiya şurasına müraciət etmək hüququ vardır.

1.6. Apellyasiya şurasında mübahisələrə baxılma Azərbaycan dilində aparılır. Apellyasiya şurasında iştirak edən Azərbaycan dilini bilməyən şəxslərə mübahisə materialları ilə tanışlıq və tərəf kimi iştirak üçün öz hesabına tərcüməçinin xidmətlərindən istifadə hüququ verilir. [8]

2. Apellyasiya şurasının məqsədi

Apellyasiya şurasının məqsədi aşağıdakılardan ibarətdir:

etirazlara baxılarkən hüquqi və fiziki şəxslərin (bundan sonra - iddiaçılar), sənaye mülkiyyəti obyektləri sahiblərinin, həmçinin digər şəxslərin qanuni hüquqlarının təmin edilməsi;

Apellyasiya şurasına verilən etirazlara baxma praktikasını öyrənməklə sənaye mülkiyyətinin mühafizəsi sahəsində qanunvericilik aktlarının və normativ sənədlərin təkmilləşdirilməsinə aid təkliflərin işlənib hazırlanması;

Apellyasiya şurasında etirazlara baxma praktikasının təhlilinə və beynəlxalq təşkilatların tövsiyәlәrinә əsasən mübahisələrə baxma qaydalarının təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması.

3. Apellyasiya şurasının hüquq və vəzifələri

3.1. Apellyasiya şurasının üzvləri etiraza baxarkən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun müstəqil şəkildə fəaliyyət göstərir, qəbul olunan qərarların əsaslı və qanuni olmasını təmin edirlər.

3.2. Apellyasiya şurası öz qarşısında duran məsələlərin həlli üçün aşağıdakı hüquqlara malikdir:

zəruri hallarda etiraz vermiş iddiaçılardan, mühafizə sənədi sahiblərindən, patent müvəkkillərindən, digər hüquqi və fiziki şəxslərdən Apellyasiya şurasının qərarını qəbul etmək üçün lazım olan sənədləri tələb etmək; [9]

etiraza baxdıqdan sonra müvafiq qərar qəbul etmək;

ekspertizanın qəbul etdiyi qərarla bağlı məsələlərə baxan zaman onların müzakirəsinə lazımi mütəxəssisləri cəlb etmək;

iddiaçıları, mühafizə sənədlərinin sahiblərini, onların nümayəndələrini, işdə marağı olan başqa hüquqi və ya fiziki şəxslərin səlahiyyətli nümayəndələrini, o cümlədən baxılan məsələ ilə bağlı Agentliyin əməkdaşlarını müəyyən olunmuş qaydada Apellyasiya şurasının iclaslarına dəvət etmək. [10]

3.3. Apellyasiya şurası öz məqsədlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:

daxil olan etirazlara baxaraq müvafiq qərar qəbul edir;

öz səlahiyyəti çərçivəsində bildiriş, sorğu, qərar formalarında işləyib hazırlayır;

Apellyasiya şurasında mübahisələrə baxma qaydalarının təkmilləşdirilməsinə dair təkliflər hazırlayır;

öz fəaliyyətinə aid materialları Agentliyin rəsmi nəşrlərinə dərc etmək üçün hazırlayır.

3.4. Apellyasiya şurası mübahisələrə baxarkən etiraz verənin, işdə marağı olan hüquqi və ya fiziki şəxsin vəsatətinə əsasən müzakirələrinin qapalı aparılmasının təmin edə bilər. Bu halda Apellyasiya şurasının işində iştirak edən şəxslər kommersiya sirri təşkil edən məlumatların qapalılığını (açıqlanmamasını) gözləmək haqqında iltizam verirlər. [11]

4. Apellyasiya şurasının strukturu

4.1. Apellyasiya şurasının tərkibi (Apellyasiya şurasının sədri, katibi və üzvləri) və sayı Agentliyin İdarə Heyətinin sədri tərəfindən müəyyən edilir. Agentliyin İdarə Heyətinin sədri Apellyasiya şurasının sədrini, katibini, üzvlərini təyin və azad edir. [12]

Apellyasiya şurasının sədri Apellyasiya şurasının fəaliyyətinə rəhbərlik edir.

Apellyasiya şurasının katibi:

Agentliyin müvafiq struktur bölməsi ilə birgə cari işləri təşkil edir, Apellyasiya şurasının kargüzarlıq işlərini aparır; [13]

iclasları təşkil edir;

Apellyasiya şurası iclasının günü və konkret işə baxmaq üçün Apellyasiya şurasının tərkibi ilə bağlı Apellyasiya şurasının sədrinə təkliflər verir;

işə baxma prosesində iştirak edir.

4.2. Apellyasiya şurasının sədri Agentliyin müvafiq struktur bölməsi ilə birlikdə etirazla əlaqədar vacib sayılan mütəxəssislərin, hüquqşünasların siyahısını tərtib edərək təsdiq üçün Agentliyin İdarə Heyətinin sədrinə təqdim edir. [14]

4.3. Apellyasiya şurasının tərkibi üç nəfərdən az olmamalıdır.

5. Apellyasiya şurasında baxılan məsələlər

5.1. Apellyasiya şurası səlahiyyəti çərçivəsində aşağıdakı məsələlərə baxır:

a) ixtira, faydalı model və sənaye nümunəsinə patent verilməsindən imtina qərarı barəsində verilən etirazlara;

b) ixtira, faydalı model və sənaye nümunələri barəsində dərc olunmuş iddia sənədlərinə qarşı verilən etirazlara;

c) verilmiş patentlə əlaqədar daxil olan etirazlara;

ç) "Patent haqqında" Qanunun 37-ci maddəsinə görə patentin etibarsız sayılmasına dair yaranan mübahisələrə;

d) ilkinliklə əlaqədar yaranan mübahisələrə;

e) əmtəə nişanı, coğrafi göstərici barəsində verilən iddia sənədlərinin ilkin ekspertizası zamanı qəbul olunmuş imtina qərarına qarşı verilən etirazlara;

ə) əmtəə nişanı, coğrafi göstərici barəsində verilən iddia sənədlərinə görə ekspertizanın qəbul etdiyi imtina qərarına qarşı verilən etirazlara;

f) əmtəə nişanının, coğrafi göstəricinin qeydə alınması faktına qarşı verilən etirazlara;

g) müvafiq və digər əsaslar pozulmaqla qeydiyyata alınmış əmtəə nişanına qarşı verilən etirazlara;

g) əmtəə nişanının qeydə alındığı tarixdən fasiləsiz 5 il istifadə olunmadıqda qeydiyyata xitam verilməsi ilə əlaqədar təqdim olunan etirazlara;

h) patent müvəkkillərinin attestasiyası, qeydiyyatı və fəaliyyəti ilə əlaqədar verilən etirazlara.

x) əmtəə nişanının geniş tanınmasına dair ərizələrə və geniş tanınmış əmtəə nişanına qarşı verilmiş etirazlara;

ı) coğrafi göstəricinin istifadəsinə dair şəhadətnamənin ləğv edilməsinə dair etirazlar;

i) sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyasının iştirakçısı olan dövlətlərin hər hansı birində, əmtəə nişanın sahibi ilə bilavasitə və ya dolayı yolla əlaqəsi olan şəxsin, nümayəndənin agentin adına, Konvensiyanın 6 septies maddəsinin tələblərinin pozulması ilə Azərbaycan Respublikasında qeydiyyatı ilə əlaqədar yaranan mübahisələrə. [15]

5.2. Azərbaycan Respublikasının hüquqi və ya fiziki şəxsləri Apellyasiya şurasına bilavasitə özləri və ya səlahiyyətləri qanunvericiliklə müəyyən olunmuş qaydada etibarnamə ilə təsdiq olunmuş nümayəndələri etiraz verə, onlar üzrə yazışmalar apara və Apellyasiya şurasının iclaslarında iştirak edə bilərlər.

5.3. İddia qaldıran şəxsin nümayəndəsi, o cümlədən patent müvəkkili həmin iş üzrə onlara verilən səlahiyyəti təsdiq edən etibarnamə təqdim etməlidirlər.

5.4. İddiaçı 5.1-ci bəndin "a" yarımbəndində göstərilən imtina qərarını aldığı gündən 2 ay ərzində Apellyasiya şurasına etirazla müraciət edə bilər.

Hər bir hüquqi və ya fiziki şəxs 5.1. bəndinin "b" yarımbəndində göstərilən iddia sənədinin dərc olunduğu tarixdən etibarən 6 ay ərzində Apellyasiya şurasına əsaslandırılmış etirazla müraciət edə bilər.

5.1-ci bəndinin "a" yarımbəndində nəzərdə tutulan müddətlər üzrlü səbəbdən ötürüldükdə və müəyyənləşdirilmiş dövlət rüsumu ödənildikdə, Agentlik ötürülmüş müddəti bərpa edə bilər. İddiaçı ötürülmüş müddətin bərpası barədə vəsatəti həmin müddətin qurtardığı tarixdən etibarən 12 ay ərzində verə bilər. [16]

Hər hansı hüquqi və ya fiziki şəxs 5.1-ci bəndin "c", "ç" yarımbəndləri ilə əlaqədar patent barəsində məlumatın dərc edildiyi tarixdən 6 ay ərzində etirazla Apellyasiya şurasına müraciət edə bilər.

Əmtəə nişanına və ya coğrafi göstəriciyə dair 5.1-ci bəndin "e" və "ə" yarımbəndləri ilə əlaqədar iddiaçı (onun nümayəndəsi) qərarı aldığı tarixdən 3 ay ərzində Apellyasiya şurasına etirazla müraciət edə bilər.

İddiaçının vəsatətinə əsasən və əlavə dövlət rüsumu ödəmək şərtilə "e" və "ə" yarımbəndləri ilə əlaqədar etirazların verilməsi üçün müddət Agentlik tərəfindən əlavə olaraq 6 ay keçənədək bərpa edilə bilər. [17]

5.1-ci bənddə göstərilən etirazlara ərizənin daxil olduğu tarixdən 3 ay ərzində Apellyasiya şurasında baxılır. [18]

Apellyasiya şurasında baxılan etirazın müddəti onu vermiş şəxsin, habelə əmtəə nişanının, geniş tanınmış əmtəə nişanının, coğrafi göstəricinin istifadəsinə dair şəhadətnamənin sahibi tərəfindən verilmiş ərizə əsasında əlavə dövlət rüsumu ödənilməsi şərtilə, ərizədə göstərilən müddətdə, lakin etirazın müəyyən edilmiş baxılma müddətinin bitdiyi gündən altı aydan çox olmayan müddətə uzadıla bilər. [19]

5.5. Apellyasiya şurasına verilən etirazda aşağıdakılar göstərilməlidir:

etiraz verən fiziki şəxsin soyadı, adı, hüquqi şəxsin adı, yerləşdiyi yer, yazışma üçün ünvan və digər rekvizitləri; [20]

etiraz verən şəxsin nümayəndəsi və ya patent müvəkkili haqqında məlumat;

ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı və coğrafi göstərici barəsində iddia sənədinin qeydiyyat nömrəsi və ya mühafizə sənədinin nömrəsi;

etiraz verən şəxsin tələb və etirazının inandırıcı olduğunu əsaslandıran dəlillər (istinad edilən materialların surəti də təqdim edilir);

mübahisə ilə bağlı etiraz verən şəxsin dürüst tələbləri.

Ərizə və etiraz üzrə materiallar 2 nüsxədə təqdim olunur.

5.6. Etiraza müəyyən olunmuş məbləğdə dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd əlavə olunmalıdır. [21]

Etirazla birlikdə müəyyən olunmuş məbləğdə dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd təqdim olunmadıqda,, etiraz verilməmiş sayılır.

5.7. Bu Əsasnamənin 5.1-ci bəndinin "a", "e", "ə" yarımbəndlərində nəzərdə tutulan məsələlərlə bağlı ekspertizanın qərarının düzgün olmadığını əsaslandıran dəlillər göstərilməli və etiraz ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı, coğrafi göstərici barəsində bir iddia sənədinə aid olmalıdır.

5.8. Bu Əsasnamənin 5.1-ci bəndinin "b", "c", "f" yarımbəndlərində nəzərdə tutulan məsələlərlə bağlı mühafizə sənədinin, yaxud qeydiyyatın tam və ya qismən etibarsız olduğunu əsaslandıran dəlillər göstərilməli və etiraz bir mühafizə sənədinə və ya onun qeydiyyatına aid olmalıdır.

5.9. Bu Əsasnamənin 5.1-ci bəndinin "h" yarımbəndində nəzərdə tutulan məsələlərlə bağlı Agentlik Attestasiya Komissiyası patent müvəkkillərinə qarşı Agentliyin hərəkətinin düzgün olmadığını əsaslandıran dəlillər olmalıdır.

5.10. Bu Əsasnamənin 5.1-ci bəndinin "c", "f" yarımbəndlərində nəzərdə tutulan məsələlər üzrə iddia qaldırılarsa, mühafizə sənədi ilə bağlılıq təşkil etməyən materialların qəbul olunmasına yol verilmir. Belə materiallar etiraz şəklində ayrıca sənədləşdirilə bilər.

5.11. Bu Əsasnamənin 5.1-ci bəndinin "ç" yarımbəndində nəzərdə tutulan etirazda patentin tam və ya qismən etibarsız hesab olunması barədə səbəblər göstərilməlidir.

Patentin tam etibarsız hesab edilməsi ilə əlaqədar hüquqi və ya fiziki şəxs tərəfindən daxil olan ərizəyə Apellyasiya şurası aşağıdakı hallarda baxır:

"Patent haqqında" Qanunun 7, 8, 9-cu maddələrinə uyğun olmadığı təsdiq edildikdə;

patentin təsviri mütəxəssis tərəfindən həyata keçirilməsi üçün aydın və tam açıqlanmadıqda;

patentlə verən hüququn həcmi ilkin iddia sənədinin hüdudlarından kənara çıxdıqda; [22]

patent hüququna malik olmayan şəxsə patent verildikdə.

Göstərilən şəxslər tamamilə patentə aid olmadıqda, patent qismən etibarsız sayıla bilər.

5.12. Bu Əsasnamənin 5.1-ci bəndinin "f" yarımbəndi ilə, həmçinin Madrid Sazişinin 5-ci maddəsi ilə nəzərdə tutulan əmtəə nişanının qeydiyyatı əleyhinə etirazda, qeydiyyatı tam və ya qismən etibarsız saymaq barədə vəsatət verilə bilər.

5.13. Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 1-ci hissəsinin "a" və "b" bəndlərinə uyğun olaraq, oxşar əmtəə nişanının sahibinin razılıq məktubu və ya başqa razılaşma sənədi əmtəə nişanının ekspertizası mərhələsində, ekspertiza nəticəsində rədd qərarı qəbul edildikdə isə Apellyasiya şurasında nəzərə alına bilər. [23]

6. Etirazların qeydiyyatı

6.1. Apellyasiya şurasına daxil olan etirazlar qeydiyyatdan keçirilir, ona daxil olma nömrəsi verilir.

6.2. Etirazın Apellyasiya şurasına daxil olduğu gündən etibarən 10 gün ərzində onu verən şəxsə etirazın baxılmaq üçün qəbul olunduğu və Apellyasiya şurasında iclasın keçirilmə günü barədə bildiriş göndərilir.

Bu Əsasnamənin 5.1-ci bəndinin "c", "f", “g” və "ğ" yarımbəndlərində nəzərdə tutulan məsələlərlə bağlı etiraz daxil olduqda, etirazı təqdim edən şəxslə yanaşı, mühafizə sənədinin sahibinə də bildiriş göndərilir. Apellyasiya şurası işdə marağı olan şəxslərə mühafizə sənədi barəsində əsaslandırılmış dəlilləri təqdim etmək üçün 2 ay vaxt verir. [24]

Cavablar müəyyən edilən müddət ərzində Apellyasiya şurasına təqdim edilmədikdə iddia sənədi rədd edilmiş sayılır.

6.3. Etiraz vermiş şəxs və ya onun nümayəndəsi Apellyasiya şurasının qərarı elan olunanadək verilmiş etirazı geri götürə bilər. Bu zaman etirazın verilməsi üçün ödənilmiş dövlət rüsumu geri qaytarılmır.

7. Apellyasiya şurasında etirazlara (mübahisələrə) baxılma qaydası

7.1. Agentliyin daxil olmuş etiraz bu Əsasnamənin 4-cü maddəsində nəzərdə tutulduğu kimi Apellyasiya şurasının katibinə verilir.

7.2. Katib etirazla bağlı zəruri materialları toplayır və bu barədə Apellyasiya şurasının sədrinə məlumat verir.

7.3. Apellyasiya şurasının iş planı Agentliyin İdarə Heyətinin sədri ilə razılaşdırılmaqla, Apellyasiya şurasının sədri tərəfindən təsdiq edilir. Apellyasiya şurası iclasının günü və işə baxmaq üçün tərkibi Apellyasiya şurasının sədri tərəfindən müəyyən edilir. Agentliyin İdarə Heyətinin sədri konkret işə baxmaq üçün tərkibi dəyişə bilər. [25]

7.4. Apellyasiya şurası işdə marağı olan bütün şəxslərə işlə bağlı mülahizələrini 10 gün ərzində yazılı şəkildə bilavasitə və ya səlahiyyət verilmiş şəxs vasitəsi ilə təqdim etməyə imkan verir.

7.5. Etiraza baxma prosesində etirazı verən şəxs, iddiaçı, mühafizə sənədinin sahibi və onun nümayəndəsi (səlahiyyəti etibarnamə ilə təsdiq olunan şəxs) iştirak edə bilər.

Agentliyin əməkdaşları göstərilən şəxslərin nümayəndəsi ola bilməz.

7.6. Etiraza baxma prosesində iştirak etmək hüququ olan və Apellyasiya şurasının iclasının günü və yeri barədə xəbərdar edilmiş şəxsin iclasa gəlməməsi etiraza baxılmamaq üçün səbəb deyil.

Apellyasiya şurası etiraza baxmanı təyin olunmuş gündə keçirə bilmədiyi halda və ya işin halları araşdırma tələb etdikdə iclasın aparılmasını başqa vaxta keçirə bilər. [26]

7.7. Tərəflərdən biri digər tərəfin mövqeyinin əsaslandırılmış və qanuni olduğunu yazılı şəkildə etiraf edib mübahisədən imtina edərsə, Apellyasiya şurası etirafla bağlı işin aparılmasını dayandırır. Apellyasiya şurası etirafla bağlı işin dayandırılması barədə qərar qəbul edir.

7.8. Etiraza baxma prosesi Apellyasiya şurasının sədrinin və ya şura üzvlərindən birinin işin mahiyyətinə aid məruzəsi ilə başlanır və aşağıdakı ardıcıllıqla aparılır: [27]

etiraz vermiş şəxsin və (və ya) onun nümayəndəsinin çıxışı;

mühafizə sənədi sahibinin və (və ya) onun nümayəndəsinin çıxışı;

tərəflərin Apellyasiya şurası üzvlərinin suallarına cavabı.

Hər iki tərəfin etiraza baxılması prosesində iştirak etmək, zəruri sənədləri təqdim etmək və şifahi izahat vermək hüququ vardır.

Apellyasiya şurası etiraza baxılmasının nəticəsinə uyğun olaraq, etirazın tam və ya qismən təmin olunması, yaxud rədd edilməsi barədə qərar qəbul edir və 10 gün müddətində bütün maraqlı tərəflərə bildiriş göndərir.

Çıxışların müzakirəsi və qərarın qəbul edilməsi yalnız Apellyasiya şurasının üzvləri tərəfindən yerinə yetirilir.

8. Etiraza baxılmanın nəticələrinə əsasən Apellyasiya şurasının qəbul etdiyi qərarlar

8.1. Etiraza baxıldıqdan sonra Apellyasiya şurası müvafiq qərar qəbul edir. Qərar Apellyasiya şurası üzvlərinin adi səs çoxluğu ilə qəbul edilir və rəsmi blankda qeyd olunur, Apellyasiya şurasının sədri və bütün üzvləri tərəfindən imzalanır, surəti isə iddia sənədi materiallarına əlavə edilir.

8.2. Apellyasiya şurasının qərarı giriş, təsvir, əsaslandırma və nəticə hissələrindən ibarət olmalıdır və bu zaman: [28]

giriş hissəsində işin nömrəsi, qərarın qəbul edilmə tarixi, Apellyasiya şurasının tərkibi, tərəflərin müzakirədə iştirak edən nümayəndələrinin soyadları, mübahisəyə baxılmada iştirak edən digər şəxslər göstərilməli;

təsvir hissəsi etiraz vermiş şəxsin tələblərinin qısa xülasəsi, digər tərəfin rəyinin qısa xülasəsi, tərəflərin və onların nümayəndələrinin izahatının qısa xülasəsi, mübahisəyə baxmada iştirak edən digər şəxslərin izahatlarının qısa xülasəsi və Apellyasiya şurası tərəfindən görülən işlərin təsvirindən ibarət olmalı;

əsaslandırma hissəsində Apellyasiya şurasının qərar qəbul edərkən əsaslandığı qanunvericiliyə istinad (qanunun, digər normativ aktın konkret maddəsi) göstərilməli;

nəticə hissəsi iddia edilmiş tələbin tam və ya qismən yerinə yetirilməsindən, yaxud yerinə yetirilməsindən imtina edilməsi barədə qərardan ibarət olmalıdır.

Apellyasiya şurasının qəbul etdiyi qərar hər hansı səbəb və təzyiqdən asılı olmamalıdır. Şərti qərar qəbul olunmasına yol verilmir. Çox mürəkkəb hallarda yalnız nəticə hissəsi elan olunur, qərarın özü isə Apellyasiya şurası tərəfindən işə baxıldıqdan sonra hazırlanır.

9. Yekun müddəaları

9.1. Agentlik Apellyasiya şurasının normal fəaliyyət göstərməsi üçün onu lazımi iş yeri, əmlak, inventar və avadanlıqla təmin edir.

9.2. Apellyasiya şurası üzvlərinin əməyin ödənilməsi qaydası Agentlik tərəfindən təsdiq olunur.

10. Qərarın qüvvəyə minməsi

10.1. Apellyasiya şurasının qərarı Agentliyin İdarə Heyətinin sədri tərəfindən təsdiq edilir və təsdiq edildiyi gündən qüvvəyə minir. [29]

Apellyasiya şurasının qərarı təsdiq edilmədiyi təqdirdə, Agentliyin İdarə Heyətinin sədri etirazı və ya ərizəni işə başqa tərkibdə yenidən baxılması üçün Apellyasiya şurasına geri qaytarır.

10.2. Apellyasiya şurasının qəbul etdiyi qərar təsdiqləndikdən sonra qərara dair bildiriş 10 gün müddətində bütün maraqlı tərəflərə göndərilir. [30]

10.3. Apellyasiya şurasının qərarı Agentliyin İdarə Heyətinin sədri tərəfindən təsdiqləndiyi gündən Agentliyin müvafiq şöbələri və tabeliyində olan qurumlar tərəfindən məcburi yerinə yetirilir. [31]

Apellyasiya şurasının qərarından onun alındığı tarixdən 3 ay ərzində Azərbaycan Respublikasının Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada məhkəməyə şikayət verilə bilər. [32]


 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

1.       23 mart 2002-ci il tarixli 45 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 3, maddə 148)

2.       10 mart 2004-cü il tarixli 27 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 3, maddə 193)

3.       21 yanvar 2009-cu il tarixli 12 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 32)

4.       19 sentyabr 2009-cu il tarixli 148 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №9, maddə 752)

5.       1 mart 2010-cu il tarixli 44 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 3, maddə 255)

6.       16 may 2014-cü il tarixli 152 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 1 iyun 2014-cü il, № 114; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 05, maddə 579)

7.        18 dekabr 2018-ci il tarixli 539 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 21 dekabr 2018-ci il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2735)

8.       19 sentyabr 2019-cu il tarixli 414 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 sentyabr 2019-cu il, № 207, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 9, maddə 1568)

9.       24 dekabr 2019-cu il tarixli 494 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 27 dekabr 2019-cu il, № 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cı il, № 12, maddə 2075)

10.    21 fevral 2020-ci il tarixli 58 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 fevral 2020-ci il, № 41, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2, maddə 208)

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 



[1] 18 dekabr 2018-ci il tarixli 539 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 21 dekabr 2018-ci il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2735) ilə adında və 1-ci hissəsində “Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin” sözləri “Əqli Mülkiyyət Agentliyinin” sözləri ilə əvəz edilmişdir.

 

24 dekabr 2019-cu il tarixli 494 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 27 dekabr 2019-cu il, № 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cı il, № 12, maddə 2075) ilə adına və 1-ci hissəsinə “Agentliyinin” sözündən sonra “sənaye mülkiyyətinin mühafizəsi sahəsində mübahisələrə baxan” sözləri əlavə edilmişdir.

 

[2] 19 sentyabr 2009-cu il tarixli 148 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №9, maddə 752) ilə adında və 1-ci bəndində "Apellyasiya komissiyası" sözləri "Apellyasiya şurası" sözləri ilə əvəz edilmişdir.

 

[3] 19 sentyabr 2009-cu il tarixli 148 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №9, maddə 752) ilə adında və mətnində ismin müvafiq hallarında "Apellyasiya komissiyası" sözləri ismin müvafiq hallarında "Apellyasiya şurası" sözləri ilə əvəz edilmişdir.

 

18 dekabr 2018-ci il tarixli 539 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 21 dekabr 2018-ci il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2735) ilə “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Apellyasiya şurası haqqında Əsasnamə”nin adında və 1.1-ci bəndində “Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin” sözləri “Əqli Mülkiyyət Agentliyinin” sözləri ilə əvəz edilmişdir.

 

24 dekabr 2019-cu il tarixli 494 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 27 dekabr 2019-cu il, № 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cı il, № 12, maddə 2075) ilə “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Apellyasiya şurası haqqında Əsasnamə”nin adına “Agentliyinin” sözündən sonra “sənaye mülkiyyətinin mühafizəsi sahəsində mübahisələrə baxan” sözləri əlavə edilmişdir.

 

[4] 10 mart 2004-cü il tarixli 27 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 3, maddə 193) ilə qərarının adında və 1-ci bəndində "Dövlət Elm və Texnika Komitəsinin" sözləri "Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin" sözləri ilə əvəz edilmişdir,  adında, 1.1-ci bəndində "Dövlət Elm və Texnika Komitəsinin" sözləri "Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin" sözləri ilə əvəz edilmişdir, 1.3-cü bəndində "Dövlət Elm və Texnika Komitəsinə (DETK)" sözləri "Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinə (SMPDA)" sözləri ilə əvəz edilmişdir.

 

21 yanvar 2009-cu il tarixli 12 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 32) ilə adında və 1-ci bəndində "Agentliyinin" sözü "Komitəsinin" sözü ilə əvəz edilmişdir, həmin qərarla təsdiq edilmiş "Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin Apellyasiya Komissiyası haqqında Əsasnamə"də adında, 1.1-ci bəndində "Agentliyinin" sözü "Komitəsinin" sözü ilə əvəz edilmişdir, 1.3-cü bəndində "Agentliyinə (SMPDA)" sözləri "Komitəsinə (SMPDK)" sözləri ilə əvəz edilmişdir. və  3.2-ci, 3.3-cü, 4.1-ci, 4.2-ci, 5.4-cü, 5.9-cu, 7.1-ci, 7.5-ci, 9.1-ci, 9.2-ci və 10.3-cü bəndlərində "SMPDA" ifadəsi "SMPDK" ifadəsi ilə əvəz edilmişdir.

 

[5] 24 dekabr 2019-cu il tarixli 494 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 27 dekabr 2019-cu il, № 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cı il, № 12, maddə 2075) ilə “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Apellyasiya şurası haqqında Əsasnamə”nin 1.1-ci bəndinə “Agentliyinin” sözündən sonra “sənaye mülkiyyətinin mühafizəsi sahəsində mübahisələrə baxan” sözləri əlavə edilmişdir və həmin bənddən “Apellyasiya şurası” sözlərindən sonra “sənaye mülkiyyətinin mühafizəsi sahəsində mübahisələrə baxan” sözləri çıxarılmışdır.

 

[6] 18 dekabr 2018-ci il tarixli 539 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 21 dekabr 2018-ci il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2735) ilə “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Apellyasiya şurası haqqında Əsasnamə”nin 1.3-cü bənddə “Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə (SMPDK)” sözləri “Əqli Mülkiyyət Agentliyinə (bundan sonra – Agentlik)” sözləri ilə əvəz edilmişdir.

 

19 sentyabr 2019-cu il tarixli 414 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 sentyabr 2019-cu il, № 207, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 9, maddə 1568) ilə “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Apellyasiya şurası haqqında Əsasnamə”nin 1.3-cü bəndində “vəsatət” sözü “etiraz” sözü ilə, “toplanır” sözü “baxılır” sözü ilə əvəz edilmişdir.

 

[7] 23 mart 2002-ci il tarixli 45 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 3, maddə 148) ilə "Azərbaycan Respublikası Dövlət Elm və Texnika Komitəsinin Apellyasiya Komissiyası haqqında Əsasnamə"nin 1.4-cü bəndi qüvvədən düşmüş hesab edilmişdir.

 

[8] 19 sentyabr 2019-cu il tarixli 414 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 sentyabr 2019-cu il, № 207, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 9, maddə 1568) ilə “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Apellyasiya şurası haqqında Əsasnamə”nin 1.6-cı bəndin ikinci cümləsinə “tərcüməçinin” sözündən əvvəl “öz hesabına” sözləri əlavə edilmişdir.

 

[9] 19 sentyabr 2019-cu il tarixli 414 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 sentyabr 2019-cu il, № 207, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 9, maddə 1568) ilə “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Apellyasiya şurası haqqında Əsasnamə”nin 3.2-ci bəndin ikinci abzasında “qərarının çıxarmaq” sözləri “qərarını qəbul etmək” sözləri ilə əvəz edilmişdir.

 

[10] 18 dekabr 2018-ci il tarixli 539 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 21 dekabr 2018-ci il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2735) ilə “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Apellyasiya şurası haqqında Əsasnamə”nin 3.2-ci və 3.3-cü bəndlərin beşinci abzaslarında, 4.1-ci bəndin birinci abzasında, 4.2-ci bənddə, 5.4-cü bəndin üçüncü abzasının birinci cümləsində və altıncı abzasında, 5.9-cu (hər iki halda) bənddə, 7.1-ci bənddə, 7.5-ci bəndin ikinci abzasnda, 9.1-ci, 9.2-ci bəndlərdə, 10.3-cü bəndin birinci abzasında ismin müvafiq hallarında “SMPDK” abreviaturası ismin müvafiq hallarında “Agentlik” sözü ilə əvəz edilmişdir.

 

[11] 19 sentyabr 2019-cu il tarixli 414 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 sentyabr 2019-cu il, № 207, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 9, maddə 1568) ilə “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Apellyasiya şurası haqqında Əsasnamə”nin 3.4-cü bəndində “iddia qaldıranın” sözləri “etiraz verənin” sözləri ilə əvəz edilmişdir.

 

[12] 19 sentyabr 2019-cu il tarixli 414 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 sentyabr 2019-cu il, № 207, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 9, maddə 1568) ilə “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Apellyasiya şurası haqqında Əsasnamə”nin 4.1-ci bəndin birinci abzası yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

Apellyasiya şurasının sədri, katibi və üzvləri Agentliyin sədrinin əmri ilə işə təyin və azad edilirlər.

 

[13] 19 sentyabr 2019-cu il tarixli 414 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 sentyabr 2019-cu il, № 207, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 9, maddə 1568) ilə “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Apellyasiya şurası haqqında Əsasnamə”nin 4.1-ci bəndin dördüncü abzasına “cari işləri” sözlərindən əvvəl “Agentliyin müvafiq struktur bölməsi ilə birgə” sözləri və altıncı abzasına “konkret” sözündən əvvəl “Apellyasiya şurası iclasının günü və” sözləri əlavə edilmişdir və həmin abzasda “tərkibini Apellyasiya şurasının sədri ilə razılaşdırır;” sözləri “tərkibi ilə bağlı Apellyasiya şurasının sədrinə təkliflər verir;” sözləri ilə əvəz edilmişdir.

 

[14] 19 sentyabr 2019-cu il tarixli 414 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 sentyabr 2019-cu il, № 207, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 9, maddə 1568) ilə “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Apellyasiya şurası haqqında Əsasnamə”nin 4.2-ci bəndə “Apellyasiya şurasının sədri” sözlərindən sonra “Agentliyin müvafiq struktur bölməsi ilə birlikdə” sözləri, “Agentliyin” sözündən sonra isə “İdarə Heyətinin” sözləri əlavə edilmişdir.

 

[15] 19 sentyabr 2009-cu il tarixli 148 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №9, maddə 752) ilə 5.1-ci bəndə "x)", "ı)" və "i)" yarımbəndləri əlavə edilmişdir.

 

19 sentyabr 2019-cu il tarixli 414 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 sentyabr 2019-cu il, № 207, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 9, maddə 1568) ilə “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Apellyasiya şurası haqqında Əsasnamə”nin 5.1-ci bəndin “i” yarımbəndində “pozulmasına” sözü “pozulması ilə Azərbaycan Respublikasında qeydiyyatı ilə əlaqədar yaranan mübahisələrə” sözləri ilə əvəz edilmişdir.

 

[16] 19 sentyabr 2019-cu il tarixli 414 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 sentyabr 2019-cu il, № 207, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 9, maddə 1568) ilə “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Apellyasiya şurası haqqında Əsasnamə”nin 5.4-cü bəndin üçüncü abzasının birinci cümləsində “b” yarımbəndlərində” sözləri “yarımbəndində” sözü ilə və “üzürlü” sözü “üzrlü” sözü ilə əvəz edilmişdir, yeddinci abzasından “ərizənin” sözü çıxarılmışdır, səkkizinci abzasına “şərtilə,” sözündən sonra “ərizədə göstərilən müddətdə, lakin” sözləri əlavə edilmişdir.

 

21 fevral 2020-ci il tarixli 58 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 fevral 2020-ci il, № 41, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2, maddə 208) ilə “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin sənaye mülkiyyətinin mühafizəsi sahəsində mübahisələrə baxan Apellyasiya şurası haqqında Əsasnamə”nin 5.4-cü bəndin üçüncü abzasının birinci cümləsində “əlavə rüsum” sözləri “dövlət rüsumu” sözləri ilə əvəz edilmişdir.

 

[17] 19 sentyabr 2009-cu il tarixli 148 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №9, maddə 752) ilə 5.4-cü bənd üzrə altıncı abzasda "əsasən" sözündən sonra "və əlavə dövlət rüsumu ödəmək şərtilə" sözləri, "tərəfindən" sözündən sonra isə "əlavə olaraq" sözləri əlavə edilmişdir.

 

[18] 19 sentyabr 2009-cu il tarixli 148 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №9, maddə 752) ilə 5.4-cü bənd üzrə yeddinci abzasda "2" rəqəmi "3" rəqəmi ilə əvəz edilmişdir.

 

[19] 19 sentyabr 2009-cu il tarixli 148 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №9, maddə 752) ilə 5.4-cü bənd üzrə səkkizinci abzas əlavə edilmişdir.

 

[20] 19 sentyabr 2019-cu il tarixli 414 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 sentyabr 2019-cu il, № 207, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 9, maddə 1568) ilə “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Apellyasiya şurası haqqında Əsasnamə”nin 5.5-ci bəndin mətnində “iddia qaldıran” sözləri “etiraz verən” sözləri ilə əvəz edilmişdir.

 

[21] 21 fevral 2020-ci il tarixli 58 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 fevral 2020-ci il, № 41, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2, maddə 208) ilə “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin sənaye mülkiyyətinin mühafizəsi sahəsində mübahisələrə baxan Apellyasiya şurası haqqında Əsasnamə”nin 5.6-cı bəndin birinci və ikinci abzaslarında, 6.3-cü bəndin ikinci cümləsində ismin müvafiq hallarında “rüsum” sözü ismin müvafiq hallarında “dövlət rüsumu” sözləri ilə əvəz edilmişdir.

 

[22] 19 sentyabr 2019-cu il tarixli 414 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 sentyabr 2019-cu il, № 207, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 9, maddə 1568) ilə “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Apellyasiya şurası haqqında Əsasnamə”nin 5.11-ci bəndin beşinci abzasında “patentə” sözü “patentlə” sözü ilə əvəz edilmişdir.

 

[23] 19 sentyabr 2009-cu il tarixli 148 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №9, maddə 752) ilə 5.4-cü bənd üzrə 5.13-cü bənd əlavə edilmişdir.

 

[24] 19 sentyabr 2019-cu il tarixli 414 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 sentyabr 2019-cu il, № 207, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 9, maddə 1568) ilə “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Apellyasiya şurası haqqında Əsasnamə”nin  6.2-ci bəndin ikinci abzasının birinci cümləsinə “f” hərfindən sonra “, “g” hərfi əlavə edilmişdir, “qəbul olunduqda” sözləri “daxil olduqda” sözləri ilə əvəz edilmişdir, üçüncü abzas çıxarılmışdır.

 

[25] 19 sentyabr 2019-cu il tarixli 414 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 sentyabr 2019-cu il, № 207, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 9, maddə 1568) ilə “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Apellyasiya şurası haqqında Əsasnamə”nin 7.3-cü bəndi yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

7.3. Apellyasiya şurası iclasının günü və konkret işə baxmaq üçün tərkibi Apellyasiya şurasının sədri tərəfindən müəyyən edilir.

 

[26] 19 sentyabr 2019-cu il tarixli 414 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 sentyabr 2019-cu il, № 207, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 9, maddə 1568) ilə “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Apellyasiya şurası haqqında Əsasnamə”nin 7.6-cı bəndin ikinci abzasına “halda” sözündən sonra “və ya işin halları araşdırma tələb etdikdə” sözləri əlavə edilmişdir.

 

[27] 1 mart 2010-cu il tarixli 44 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 3, maddə 255) ilə "Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Apellyasiya şurası haqqında Əsasnamə"nin 1.1-ci bəndində "Komissiyadır" sözü "Şuradır" sözü ilə və 7.8-ci bəndində "komissiya" sözü "şura" sözü ilə əvəz edilmişdir.

 

[28] 19 sentyabr 2019-cu il tarixli 414 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 sentyabr 2019-cu il, № 207, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 9, maddə 1568) ilə “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Apellyasiya şurası haqqında Əsasnamə”nin 8.2-ci bəndin birinci, beşinci abzaslarında və altıncı abzasının üçüncü cümləsində “qətnamə” sözü “nəticə” sözü ilə əvəz edilmişdir.

 

[29] 19 sentyabr 2019-cu il tarixli 414 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 sentyabr 2019-cu il, № 207, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 9, maddə 1568) ilə “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Apellyasiya şurası haqqında Əsasnamə”nin 10.1-ci bəndi yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

10.1. Apellyasiya şurasının qərarı qəbul edildiyi gündən qüvvəyə minir.

 

[30] 19 sentyabr 2019-cu il tarixli 414 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 sentyabr 2019-cu il, № 207, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 9, maddə 1568) ilə “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Apellyasiya şurası haqqında Əsasnamə”nin 10.2-ci bəndinə “etdiyi” sözündən sonra “qərar təsdiqləndikdən sonra” sözləri əlavə edilmişdir.

 

[31] 19 sentyabr 2019-cu il tarixli 414 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 sentyabr 2019-cu il, № 207, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 9, maddə 1568) ilə “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Apellyasiya şurası haqqında Əsasnamə”nin 10.3-cü bəndin birinci abzasına “qərarı” sözündən sonra “Agentliyin İdarə Heyətinin sədri tərəfindən təsdiqləndiyi gündən” sözləri, “müvafiq şöbələri” sözlərindən sonra isə “və tabeliyində olan qurumlar” sözləri əlavə edilmişdir, ikinci abzasında isə “qəbul edildiyi” sözləri “onun alındığı” sözləri ilə əvəz edilmişdir.

 

[32] 16 may 2014-cü il tarixli 152 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 1 iyun 2014-cü il, № 114; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 05, maddə 579) ilə “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Apelyasiya şurası haqqında Əsasnamə”nin 10.3-cü bəndinin ikinci abzasında “qanunvericiliyinə uyğun məhkəmə qaydasında” sözləri “Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada məhkəməyə” sözləri ilə əvəz edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status