Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 dekabr tarixli 235 nömrəli Qərarı ilə təsdiq edilmiş “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı”nda dəyişiklik edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 dekabr tarixli 235 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 12, maddə 1117; 2011, № 9, maddə 853; 2013, № 7, maddə 883, № 10, maddə 1232; 2014, № 1, maddə 57, № 6, maddələr 736, 752; 2015, № 4, maddə 455, № 8, maddə 967; 2016, № 5, maddə 955, № 6, maddə 1208, № 8, maddə 1435, № 11, maddə 1953; 2017, № 2, maddə 301, № 4, maddə 667, № 7, maddə 1494, № 10, maddə 1931; 2018, № 3, maddə 598, № 8, maddə 1798, № 9, maddə 1935; 2019, № 1, maddə 150, № 5, maddə 944, № 8, maddə 1463, № 12, maddə 2089; 2020, № 1, maddə 83, № 4, maddə 481, № 11, maddə 1412) ilə təsdiq edilmiş “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı”nın “Azərbaycan Milli Elmlər Akademiyası üzrə” bölməsinin “Fizika-Riyaziyyat və Texnika elmləri bölməsi”nə aşağıdakı məzmunda 7-ci hissə əlavə edilsin:
7.
|
Biofizika İnstitutu
|
fəlsəfə doktoru üzrə
|
elmlər doktoru üzrə
|
Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 11 iyun 2021-ci il
№ 168