×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
12.06.2021
QEYDİYYAT NÖMRƏSİ
1357
ADI
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2019-cu il 29 yanvar tarixli 500 nömrəli və “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2020-ci il 30 iyun tarixli 1077 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 13.06.2021, Nəşr Nömrəsi: 122), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30.06.2021, Nəşr nömrəsi: 6 (I kitab), Maddə nömrəsi: 572)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
18.06.2021
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
220.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
13202106121357
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
17.06.2021
Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 14 may tarixli 130 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının fəxri adları haqqında Əsasnamə»də dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2019-cu il 29 yanvar tarixli 500 nömrəli və “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2020-ci il 30 iyun tarixli 1077 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında”, “Yaşıllıqların mühafizəsi haqqında”, “Uşaqların icbari dispanserizasiyası haqqında”, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında”, “Peşə təhsili haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında”, “Psixoloji yardım haqqında” və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 4 may tarixli 312-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 yanvar tarixli 500 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 1, maddə 90, № 11, maddə 1719; 2020, № 8, maddə 1039, № 12 (I kitab), maddə 1479; Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 26 may tarixli 1345 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2019 – 2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2-ci hissənin altmış altıncı və yetmiş birinci abzaslarında “səhiyyə” sözü “tibb” sözü ilə əvəz edilsin;

1.2. 4-cü hissənin on doqquzuncu və qırx beşinci abzaslarında “səhiyyə” sözü “tibb” sözü ilə əvəz edilsin;

1.3. 7.2.16-cı, 7.3.1.11-ci, 7.3.2.11-ci, 7.3.3.11-ci, 7.3.4.11-ci, 7.3.5.12-ci, 7.3.6.12-ci, 7.3.7.13-cü, 7.3.8.12-ci, 7.3.9.13-cü, 7.3.10.13-cü, 7.3.11.12-ci, 7.3.12.13-cü, 7.3.13.12-ci, 7.3.14.13-cü, 7.3.15.13-cü, 7.3.16.13-cü, 7.3.17.13-cü, 7.3.18.13-cü, 7.3.19.13-cü, 7.3.20.11-ci, 7.3.21.12-ci, 7.3.22.13-cü, 7.3.23.13-cü, 7.3.24.13-cü, 7.3.25.14-cü, 7.3.26.11-ci, 7.3.27.9-cu, 7.3.28.13-cü, 7.3.29.12-ci, 7.3.30.12-ci, 7.3.31.13-cü, 7.3.32.14-cü, 7.3.33.13-cü, 7.3.34.13-cü, 7.3.35.14-cü, 7.3.36.13-cü, 7.3.37.12-ci, 7.3.38.14-cü, 7.3.39.13-cü, 7.3.40.13-cü, 7.3.41.12-ci, 7.3.42.13-cü, 7.3.43.13-cü, 7.3.44.13-cü, 7.3.45.14-cü, 7.3.46.14-cü, 7.3.47.13-cü, 7.3.48.12-ci, 7.3.49.13-cü, 7.3.50.14-cü, 7.3.51.12-ci, 7.3.52.14-cü, 7.3.53.13-cü, 7.3.54.11-ci, 7.3.55.12-ci və 7.3.56.12-ci yarımbəndlərdə “Tədbirin adı” sütununda “Səhiyyə” sözü “Tibb” sözü ilə əvəz olunsun və “İcraçılar” sütununa “Səhiyyə Nazirliyi,” sözlərindən sonra “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi,” sözləri əlavə edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 6, maddə 718; Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 18 may tarixli 1339 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Nizamnaməsi”nin 3.1.6-cı yarımbəndində “səhiyyə” sözü “tibb” sözü ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 12 iyun 2021-ci il

                № 1357

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status