AKTIN NÖVÜ
Elm və Təhsil Nazirliyi
QƏBUL EDİLDİYİ TARİX
16.06.2021
QEYDİYYAT NÖMRƏSİ
KQ-11
ADI
Azərbaycan Respublikası Təhsil Nazirliyi Kollegiyasının 2014-cü il 6 noyabr tarixli 1/3 nömrəli qərarı ilə təsdiq edilmiş “Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
QÜVVƏYƏ MİNMƏ TARİXİ
19.06.2021
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
190.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
15202106160011
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
18.06.2021

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN KOLLEGİYASININ

QƏRARI

 

№ KQ-11

 

Bakı şəhəri

“16” iyun 2021-ci il

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi Kollegiyasının 2014-cü il 6 noyabr tarixli 1/3 nömrəli qərarı ilə təsdiq edilmiş “Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə

 

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 18 dekabr tarixli 218-VIQD nömrəli Qanununun tətbiqi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 22 fevral tarixli 142s nömrəli Sərəncamının 3-cü hissəsinin icrasını təmin etmək məqsədi ilə “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 16-cı hissəsini rəhbər tutaraq Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyası qərara alır:

1. Azərbaycan Respublikası Təhsil Nazirliyi Kollegiyasının 2014-cü il 6 noyabr tarixli 1/3 nömrəli qərarı ilə təsdiq edilmiş “Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydaları”nın 2.9-cu bəndinin birinci və üçüncü cümlələrində ismin müvafiq hallarında “şəhadətnamə” sözü ismin müvafiq hallarında “dövlət sənədi – attestat” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Təhsil Nazirliyi Aparatının Hüquq şöbəsinə (S.Mahmudov) tapşırılsın ki, bu qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.

3. Azərbaycan Respublikası Təhsil Nazirliyi Aparatının İnformasiya və vətəndaşlara xidmət şöbəsinə (R.Xanlarov) tapşırılsın ki, bu qərarın “Azərbaycan müəllimi” qəzetində dərc edilməsini və Nazirliyin internet səhifəsində yerləşdirilməsini təmin etsin.

4. Qərarın icrasına nəzarət nazir müavini İdris İsayevə həvalə edilsin.

 

Kollegiyanın sədri,

Nazir

 

Emin Əmrullayev

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status