×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
02.07.1999
QEYDİYYAT NÖMRƏSİ
698-IQ
ADI
Bələdiyyələrin statusu haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-07-1999, Nəşr nömrəsi: 07, Maddə nömrəsi: 405)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Bələdiyyələrin statusu haqqında

Bələdiyyələrin statusu haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq bu qanun yerli özünüidarəni həyata keçirən bələdiyyələrin yaradılması prinsiplərini, rolunu, yerli özünüidarənin hüquqi, iqtisadi və maliyyə əsaslarını, onun həyata keçirilməsi üçün dövlət təminatlarını müəyyənləşdirir.

 

I fəsil

Ümumİ müddəalar

 

Maddə 1. Yerli özünüidarə anlayışı

 

Azərbaycan Respublikasında yerli özünüidarə vətəndaşların fəaliyyətinin təşkilinin elə bir sistemidir ki, bu sistem onlara qanun çərçivəsində yerli əhəmiyyətli məsələləri müstəqil və sərbəst şəkildə həll etmək hüququnu həyata keçirmək və yerli əhalinin mənafeyi naminə Azərbaycan Respublikası Konstitusiyasının 144-cü maddəsinin II hissəsinə uyğun olaraq dövlət işlərinin bir hissəsini yerinə yetirmək imkanı verir. Bu hüquqları qanunla müəyyən edilmiş qaydada ümumi, bərabər, birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilmiş bələdiyyə üzvlərindən ibarət nümayəndəli kollegial orqanlar (bələdiyyələr) və ya vətəndaşların yığıncaqları həyata keçirirlər. Bələdiyyələr öz vəzifələrini yerinə yetirmək məqsədi ilə onların qarşısında məsuliyyət daşıyan, daimi fəaliyyət göstərən icra strukturları yarada bilərlər. [1]

 

Maddə 2. Əsas anlayışlar

 

1. Bələdiyyə - qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə formasıdır. Bələdiyyənin öz mülkiyyəti və yerli büdcəsi olur və o, Azərbaycan Respublikasının Konstitusiyası ilə və bu qanunla səlahiyyətlərinə aid edilmiş yerli əhəmiyyətli məsələləri müstəqil surətdə həll edir. Bələdiyyələr bərabərlik əsasında qurulur və fəaliyyət göstərirlər. [2]

2. Bələdiyyə orqanları - səlahiyyətləri çərçivəsində yerli əhəmiyyətli məsələləri həll etmək üçün bələdiyyə qulluğunun təşkili məqsədilə bələdiyyə tərəfindən yaradılan və dövlət orqanları sisteminə daxil olmayan orqanlardır. [3]

3. Yerli əhəmiyyətli məsələlər - bələdiyyə əhalisinin həyat fəaliyyətinin bilavasitə təmin edilməsi ilə bağlı Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyənləşdirilən məsələlərdir.

4. Yerli rəy sorğusu - yerli əhəmiyyətli məsələlər barəsində vətəndaşların rəyinin öyrənilməsidir.

5. Bələdiyyə orqanlarının seçkili vəzifəli şəxsi - əhalinin bilavasitə və ya nümayəndəli yerli özünüidarə orqanının öz tərkibindən seçdiyi, bələdiyyənin nizamnaməsinə uyğun yerli əhəmiyyətli məsələləri həll etmək səlahiyyətləri verilmiş vəzifəli şəxsdir. [4]

6. Bələdiyyə orqanlarının vəzifəli şəxsi - yerli özünüidarə orqanlarında təşkilatçılıq-sərəncamçılıq funksiyalarını yerinə yetirən və dövlət qulluqçuları kateqoriyasına aid olmayan, kontrakt (əmək müqaviləsi) üzrə işləyən şəxsdir.

7. Bələdiyyə mülkiyyəti - bələdiyyəyə mənsub olan bütün növ daşınar və daşınmaz əmlakdır.

8. Yerli vergilər (bələdiyyə vergiləri) - Azərbaycan Respublikasının Vergi Məcəlləsi və "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən və bələdiyyələrə ödənilən vergilərdir. [5]

8-1. Yerli ödənişlər – "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən bələdiyyələr tərəfindən müəyyənləşdirilən, habelə yerli rəy sorğularının nəticələri əsasında həyata keçirilən məqsədli layihələrin maliyyələşdirilməsi üçün hüquqi və fiziki şəxslərin ödədikləri könüllü birdəfəlik ödənişlərdir. [6]

9. Bələdiyyə qulluğu - yerli özünüidarə orqanlarının səlahiyyətlərini icra etmək üçün həmin orqanlarda daimi peşə fəaliyyətidir.

10. "Bələdiyyə" və "yerli özünüidarə" terminləri və bunların iştirakı ilə düzələn söz birləşmələri bələdiyyə, onların orqanları, yerli özünüidarə funksiyalarının həyata keçirilməsi ilə bağlı olan müəssisə, idarə və təşkilatlar, mülkiyyət obyektləri və başqa obyektlər barəsində, habelə əhali tərəfindən yerli özünüidarənin həyata keçirilməsi ilə əlaqədar digər hallarda işlədilir.

 

Maddə 3. Azərbaycan Respublikası vətəndaşlarının yerli özünüidarəni həyata keçirmək hüququ

 

1. Azərbaycan Respublikasının vətəndaşları yaşadıqları ərazilərdə yerli özünüidarə hüququnu bələdiyyələrə seçkilər, öz iradəsini birbaşa ifadə etmək, rəy sorğusu, müstəqil fikir söyləmək, təkliflər vermək vasitəsilə və digər formalarda həyata keçirirlər.

2. Vətəndaşlar irqindən, milliyyətindən , cinsindən, dilindən, mənşəyindən, əmlak və vəzifə mövqeyindən, dinə münasibətindən, əqidəsindən, peşəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə münasibətindən asılı olmayaraq, yerli özünüidarəni həm bilavasitə, həm də öz nümayəndələri vasitəsilə həyata keçirə bilərlər.

3. Azərbaycan Respublikası vətəndaşlarının yerli özünüidarə orqanlarına seçmək və seçilmək hüququ vardır.

4. Bələdiyyə qulluğu Azərbaycan Respublikasının vətəndaşları üçün eyni dərəcədə müyəssərdir.

5. Hər bir vətəndaşın bələdiyyələrə, bələdiyyə orqanlarına və onların vəzifəli şəxslərinə müraciət etmək hüququ vardır.

6. Bələdiyyələr, bələdiyyə orqanları və onların vəzifəli şəxsləri insan və vətəndaş hüquqlarına və azadlıqlarına bilavasitə aid sənəd və materiallarla hər bir vətəndaşın tanış olmaq, habelə qanunla xüsusi hallar nəzərdə tutulmayıbsa, bələdiyyələrin fəaliyyəti haqqında tam məlumat almaq imkanını təmin etməyə, seçicilərin tapşırıqlarını yerinə yetirməyə borcludurlar.

 

Maddə 4. Yerli sosial müdafiə və sosial inkişaf proqramları

 

1. Yerli sosial müdafiə proqramları bələdiyyə tərəfindən müəyyən edilən vətəndaşlar kateqoriyasına dövlət sosial təminatından əlavə sosial təminatlar müəyyən edir. Həmin təminatlar mütəmadi və birdəfəlik ola bilər.

2. Yerli sosial müdafiə və sosial inkişaf proqramlarından məqsəd dövlətin həyata keçirdiyi sosial inkişaf proqramlarında nəzərdə tutulmayan və ya onlara əlavə olaraq yerli əhəmiyyətli sosial inkişaf məsələlərini həll etməkdir. Həmin proqramlar məktəbəqədər tərbiyə, təhsil, səhiyyə, mədəniyyət, yaşayış və qeyri-yaşayış binalarının saxlanılması və istifadə edilməsi, sanitariya müəssisələrinin təşkili, saxlanılması və inkişafı, mənzil tikintisi, yerli əhəmiyyətli su mənbələrindən istifadə, su təchizatının və kanalizasiya təsərrüfatının təşkili, saxlanılması və inkişafı, yanacaq təchizinin və satışının təşkili, bələdiyyə yollarının tikilməsi və saxlanılması, mərasim xidmətlərinin təşkili və qəbiristanların qorunması, yerli nəqliyyat və rabitə xidmətinin təşkili, ticarət, ictimai iaşə və məişət xidmətinin təşkilinə şərait yaradılması, mədəniyyət müəssisələrinin inkişafına yardım göstərilməsi, tarix və mədəniyyət abidələrinin saxlanılması, informasiya xidmətinin təşkili, media subyektlərinin fəaliyyəti üçün şərait yaradılması, kimsəsizlərə, xəstələrə, qocalara, maddi imkansızlara, valideyn himayəsindən məhrum olmuş, həmçinin istedadlı uşaqlara əlavə yardım, fiziki tərbiyə və idmanın inkişafına yardım göstərilməsi, əhalinin məşğulluğuna, adamların peşələri üzrə işlə təmin olunmasına gənclərin sosial hüquqi müdafiəsinə, ailə kəndli təsərrüfatının inkişafına kömək göstərilməsi və yerli infrastrukturun digər sahələrini əhatə edə bilər. [7]

Yerli sosial müdafiə və sosial inkişaf proqramlarında mütəmadi olaraq mövcud qəbiristanlıqların qorunması, saxlanılması, idarə olunması, abadlaşdırılması, köçürülməsi, yeni qəbiristanlıq sahələrinin ayrılması, yas mərasimlərinin keçirilməsi üçün nəzərdə tutulmuş tikililərin təmiri və yenilərinin inşası, mərasim və dəfn xidmətlərinin, o cümlədən bələdiyyənin ərazisində yaşayan əhalinin aztəminatlı təbəqəsindən olan mərhumların dəfn və yas mərasimlərinin təşkilinə yardım göstərilməsi nəzərdə tutulmalıdır. [8]

Bədən tərbiyəsi və idman sahəsində bələdiyyələrin səlahiyyətləri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir. [9]

Qəbiristanlıqların salınması və idarə olunması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalara uyğun olaraq həyata keçirilir. Həmin qaydaların tələblərini pozan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar. [10]

3. Yerli sosial müdafiə və sosial inkişaf proqramlarını həyata keçirərkən bələdiyyələr bu maddənin 2-ci bəndində göstərilən məsələlər üzrə dövlət orqanlarının müvafiq proqramlarının həyata keçirilməsinə müdaxilə edə bilməzlər.

 

Maddə 5. Yerli iqtisadi inkişaf proqramları

 

1. Yerli iqtisadi inkişaf proqramlarından məqsəd dövlətin həyata keçirdiyi iqtisadi inkişaf proqramlarında nəzərdə tutulmayan və ya onlara əlavə olaraq yerli əhəmiyyətli iqtisadi inkişaf məsələlərini həll etməkdir. Həmin proqramlar aqrar, sənaye, rabitə, nəqliyyat və digər sahələri əhatə edə bilər.

Yerli iqtisadi inkişaf proqramlarında bələdiyyə torpaqlarında və dövlətin bələdiyyələrə verdiyi əmlakdan səmərəli istifadə yolları göstərilir.

2. Yerli iqtisadi inkişaf proqramlarını həyata keçirərkən bələdiyyələr dövlət orqanlarının səlahiyyətlərinin həyata keçirilməsinə müdaxilə edə bilməzlər.

 

Maddə 6. Yerli ekoloji proqramlar

 

1. Yerli ekoloji proqramlardan məqsəd dövlətin həyata keçirdiyi ekoloji proqramlarda nəzərdə tutulmayan və ya onlara əlavə olaraq yerli əhəmiyyətli ekoloji təmizlik məsələlərinin həllinə yerli əhalinin hamılıqla cəlb edilməsidir. Həmin proqramlara yerli şəraitdə mövcud olan ekoloji tarazlığın qorunub saxlanılması, bələdiyyə ərazisinin yaxşılaşdırılması və abadlaşdırılması, məişət tullantılarının yığılması, nəql edilməsi, zərərsizləşdirilməsi, emalı və bu sahədə başqa məsələlərin həlli üçün tədbirlər görülməsi, suyun, havanın, torpağın hər cür çirklənmədən qorunması, qonşu bələdiyyələrlə birgə ekoloji tədbirlərin həyata keçirilməsi və yerli əhəmiyyətli digər tədbirlər daxil edilə bilər. [11]

2. Bələdiyyələr dövlətin ekoloji proqramları ilə yerli ekoloji proqramların əlaqələndirilməsinə, müəyyən hallarda birgə tədbirlərin həyata keçirilməsinə yardım göstərirlər.

 

Maddə 7. Yerli özünüidarəyə dair qanunvericilik

 

Yerli özünüidarəyə dair qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından və qanunlarından Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının aktlarından (Naxçıvan Muxtar Respublikasında isə həm də Naxçıvan Muxtar Respublikasının Konstitusiyasından və qanunlarından, Naxçıvan Muxtar Respublikası müvafiq icra hakimiyyəti orqanlarının aktlarından) ibarətdir.

 

Maddə 8. Bələdiyyənin nizamnaməsi

 

1. Bələdiyyənin nizamnaməsi bələdiyyənin iclasları və ya vətəndaşların yığıncaqları tərəfindən qəbul edilir.

2. Bələdiyyənin nizamnaməsində aşağıdakılar göstərilir:

1) qanunla müəyyən edilmiş bələdiyyə ərazisinin hüdudları və tərkibi;

2) bələdiyyə orqanlarının adları, strukturu, səlahiyyətləri və formalaşdırılması qaydası;

3) səlahiyyət müddəti;

4) bələdiyyə aktlarının qəbul edilməsi və qüvvəyə minməsi qaydası;

5) bələdiyyələrin, bələdiyyə orqanlarının və onların vəzifəli şəxslərinin məsuliyyətinin əsasları və növləri;

6) bələdiyyə üzvlərinin statusu və sosial təminatları, onların səlahiyyətlərinə xitam verilməsi əsasları və qaydası; [12]

7) bələdiyyə orqanlarının vəzifəli şəxslərinin hüquqları üçün təminatlar;

8) bələdiyyə qulluğu təşkilinin şərtləri və qaydası;

9) yerli özünüidarənin həyata keçirilməsinin iqtisadi və maliyyə əsasları, bələdiyyə mülkiyyətinə sahibliyin, ondan istifadənin və ona sərəncam verilməsinin ümumi qaydası;

10) Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yerli özünüidarənin təşkilinə, bələdiyyələrin və bələdiyyə orqanlarının vəzifəli şəxslərinin səlahiyyətinə və fəaliyyət qaydasına dair digər müddəalar.

3. Bələdiyyənin nizamnaməsi Azərbaycan Respublikasının qanunu ilə müəyyənləşdirilmiş qaydada dövlət qeydiyyatına alınmalıdır. Bələdiyyə nizamnamələrinin qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

4. Bələdiyyənin nizamnaməsini dövlət qeydiyyatına almaqdan imtina edilməsinə ancaq onun Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının aktlarına (Naxçıvan Muxtar Respublikasında isə həm də Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına və qanunlarına, Naxçıvan Muxtar Respublikası müvafiq icra hakimiyyəti orqanlarının aktlarına) zidd olması əsas verə bilər. Dövlət qeydiyyatına almaqdan imtina edilməsi barədə vətəndaşlar və bələdiyyələr inzibati qaydada və (və ya) məhkəmə qaydasında şikayət verə bilərlər. [13]

5. Bələdiyyənin nizamnaməsi qeydiyyata alındığı gündən qüvvəyə minir.

 

Maddə 9. Bələdiyyələrə dövlət himayəsi

 

Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanları bələdiyyələrin təşəkkülü və inkişafı üçün zəruri, hüquqi, təşkilati və maddi-maliyyə şəraiti yaradır və yerli özünüidarə hüququnu həyata keçirməkdə əhaliyə kömək göstərirlər.

 

Maddə 10. Bələdiyyələrin ittifaqları

 

1. Bələdiyyələr öz fəaliyyətini əlaqələndirmək, hüquq və mənafelərini daha səmərəli həyata keçirmək məqsədilə ittifaqlar yarada bilərlər. Həmin ittifaqlar qanunvericiliyə uyğun qaydada qeydiyyata alınmalıdır.

2. Bələdiyyə ittifaqlarına bələdiyyələrin səlahiyyətləri verilə bilməz.

 

Maddə 10-1. Bələdiyyələrin beynəlxalq əməkdaşlığı

 

Bələdiyyələr və bələdiyyələrin assosiasiyaları müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla xarici dövlətlərin yerli özünüidarəetmə orqanları ilə əməkdaşlıq haqqında müqavilələr bağlaya və yerli özünüidarəetmə orqanlarının ixtisaslaşdırılmış təşkilatlarına üzv ola bilərlər. Müvafiq icra hakimiyyəti orqanı bələdiyyə üzvləri və qulluqçularının peşəkarlıq səviyyəsinin artırılması məqsədilə xarici dövlətlərin yerli özünüidarəetmə orqanları, onların assosiasiyaları və ixtisaslaşdırılmış təşkilatları ilə təcrübə mübadiləsini təşkil edir. [14]

 

Maddə 11. Bələdiyyələrin möhürü, ştampı, bank hesabı

 

Bələdiyyələr hüquqi şəxsdirlər, onların öz möhürü, ştampı və bankda hesabı olur.

 

II fəsil

Bələdİyyələrİn ərazİ əsaslarI

 

Maddə 12. Bələdiyyələrin əraziləri

 

1. Yerli özünüidarəni Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş ərazilərdə yaradılan bələdiyyələr həyata keçirirlər.

2. Müəyyən ərazidə əhalinin sayına görə vətəndaşlar yerli özünüidarəni həyata keçirmək hüququndan məhrum edilə bilməzlər.

 

Maddə 13. Bələdiyyə ərazilərinin müəyyənləşdirilməsi və dəyişdirilməsi

 

Bələdiyyə ərazilərinin müəyyənləşdirilməsi və dəyişdirilməsi, o cümlədən bələdiyyələr təşkil edilərkən, birləşdirilərkən, ayrılarkən, yenidən təşkil edilərkən və ya ləğv olunarkən onların hüdudlarının müəyyənləşdirilməsi və dəyişdirilməsi onlarda yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətləri, müvafiq ərazi əhalisinin rəyi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. [15]

 

Maddə 13-1. Bələdiyyələrin Dövlət reyestri

 

Azərbaycan Respublikasında bütün bələdiyyələr Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən aparılan bələdiyyələrin Dövlət reyestrinə daxil edilir və onlara müvafiq şəhadətnamə verilir.

Bələdiyyələrin Dövlət reyestrinin aparılması Azərbaycan Respublikasının müvafiq qanunu ilə müəyyənləşdirilir. [16]

 

III fəsil

Bələdİyyələr, bələdİyyə orqanlarI və onlarIn vəzİfəlİ şəxslərİ

 

Maddə 14. Bələdiyyələr və bələdiyyə orqanları

 

1. Bələdiyyələr Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının Seçki Məcəlləsinə, bu Qanuna və özlərinin nizamnamələrinə əsasən təşkil edilən, bələdiyyə üzvlərindən ibarət olan seçkili yerli özünüidarə orqanlarıdır.

2. Bələdiyyələrin say tərkibi Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyənləşdirilir. [17]

3. Bələdiyyələrin nizamnamələrinə uyğun olaraq bələdiyyə orqanları yaradılır və onlara yerli özünüidarə məsələlərini həll etmək üçün səlahiyyətlər verilir.

4. Bələdiyyələr və onların orqanları dövlət hakimiyyəti orqanları sisteminə daxil deyildir. Dövlət orqanları və dövlətin vəzifəli şəxsləri tərəfindən yerli özünüidarənin həyata keçirilməsinə yol verilmir.

5. Bələdiyyələrin və onların orqanlarının strukturu bu Qanuna və bələdiyyələrin nizamnamələrinə uyğun müəyyənləşdirilir.

 

Maddə 15. Bələdiyyə üzvü

 

1. Bələdiyyə üzvü - bələdiyyə seçkilərində seçilmiş, mandatı ərazi seçki komissiyası tərəfindən təsdiq edilmiş şəxsdir.

Bələdiyyənin iclaslarında bələdiyyə üzvünün müzakirə olunan məsələlər barəsində çıxış etmək, təkliflər və düzəlişlər vermək, qeydlər etmək, çıxış edənlərə və ya təyin edilməsinə razılıq verilən vəzifələrə göstərilmiş namizədlərə sual vermək, arayış vermək, səsvermədə iştirak etmək hüququ vardır.

2. Öz səlahiyyətlərini daimi əsasla icra edən bələdiyyə üzvü - bələdiyyə büdcəsi hesabına aylıq əmək haqqı alan və əsas iş yeri bələdiyyə hesab edilən bələdiyyə üzvüdür. Elmi, yaradıcılıq və pedaqoji fəaliyyət istisna olmaqla, öz səlahiyyətlərini daimi əsasla icra edən bələdiyyə üzvü əsas iş yeri üzrə başqa yerdə işləyə bilməz.

Əmək haqqı bələdiyyə tərəfindən ödənilməyən bələdiyyə üzvü öz səlahiyyətini həyata keçirərkən istehsal və ya xidmət fəaliyyətini dayandırmır. Bələdiyyə üzvü bələdiyyənin və tərkibinə seçildiyi daimi komissiyanın iclasları zamanı daimi iş yerində orta əmək haqqı saxlanılmaqla öz istehsal və ya xidmət vəzifəsini yerinə yetirməkdən azad edilir.

Bələdiyyə üzvü bələdiyyə qulluqçusu kimi fəaliyyət göstərə bilməz. Bələdiyyə qulluqçusu bələdiyyə üzvü seçildikdə, 3 gün müddətində öz ərizəsinə əsasən bələdiyyə qulluğundan azad edilir. [18]

2-1. Başqa əsas iş yeri olan bələdiyyə üzvü (sədr və onun müavinləri daxil olmaqla) öz səlahiyyətlərini daimi əsasla icra etmək və əmək haqqını bələdiyyədən almaq üçün bələdiyyəyə yazılı müraciət edir.

2-2. Bələdiyyə sədri bu maddənin 2-1-ci hissəsinə əsasən müraciət etmiş bələdiyyə üzvünün öz səlahiyyətlərini daimi əsasla icra etməsinə bələdiyyəyə ehtiyac olduqda, 5 gün müddətində bu barədə bələdiyyə üzvünün əsas iş yeri üzrə işəgötürənə yazılı bildiriş göndərir.

2-3. Bələdiyyə üzvünün əsas iş yeri üzrə işəgötürən bu maddənin 2-2-ci hissəsində nəzərdə tutulan bildirişi aldığı tarixdən 5 gün müddətində əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada müvafiq bələdiyyə üzvü ilə əmək müqaviləsinə xitam verir və bu barədə bələdiyyəyə yazılı məlumat verir.

2-4. Öz səlahiyyətlərini daimi əsasla icra edən bələdiyyə üzvlərinin (sədr və onun müavinləri daxil olmaqla) say həddi hər bir bələdiyyədə qanunvericiliklə müəyyən edilmiş üzvlərin sayından asılı olaraq aşağıdakı kimi müəyyənləşdirilir:

2-4.1. 5 və ya 7 üzvü olan bələdiyyələrdə - 2 üzv;

2-4.2. 9 və ya 11 üzvü olan bələdiyyələrdə - 3 üzv;

2-4.3. 13 və ya 15 üzvü olan bələdiyyələrdə - 4 üzv;

2-4.4. 17 və ya 19 üzvü olan bələdiyyələrdə - 5 üzv. [19]

3. Bələdiyyə üzvü bələdiyyənin, bələdiyyənin iclasları arasındakı dövrdə isə bələdiyyə sədrinin qabaqcadan razılığı olmadan əmək müqaviləsi ilə işlədiyi yerdə müdiriyyətin təşəbbüsü ilə işdən çıxarıla bilməz, yaxud intizam tənbehi qaydasında azmaaşlı işə keçirilə bilməz.

4. Bələdiyyə üzvü 6 ayda bir dəfədən az olmayaraq seçicilərinə hesabat verir.

5. Bələdiyyə üzvü daimi yaşamaq üçün bələdiyyənin hüdudlarından kənara köçdükdə və ya başqa səbəblərdən öz bələdiyyə ərazisində bələdiyyə üzvlüyü vəzifələrini yerinə yetirə bilmədikdə bələdiyyə üzvlüyü səlahiyyətlərini öhdəsindən götürməsi haqqında bələdiyyəyə ərizə verir.

Bələdiyyənin növbəti yığıncağı bələdiyyə üzvünün ərizəsinə baxıb müvafiq qərar qəbul edir və bu qərarı həmin dairənin seçicilərinin nəzərinə çatdırır.

6. Bələdiyyə üzvü səlahiyyət müddəti ərzində hər hansı səbəbdən bələdiyyə tərkibindən çıxdıqda müvafiq bələdiyyə ərazisində Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq seçkilər keçirilir. [20]

 

Maddə 16. Bələdiyyənin iclası

 

1. Bələdiyyənin iclasları ayda bir dəfədən az olmayaraq bələdiyyənin sədri tərəfindən çağırılır.

Bələdiyyə üzvləri iclas gününə azı 5 gün qalmış xəbərdar edilməlidirlər.

Bələdiyyənin iclası iclasda iştirak edən bələdiyyə üzvlərinin qeydiyyatından başlanır. Üzrlü səbəbdən iclasda iştirak edə bilməyən bələdiyyə üzvü bu barədə əvvəldən bələdiyyə sədrinə məlumat verməlidir.

Bələdiyyə iclasının bələdiyyə ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşların azı iyirmi beş faizinin, yaxud bələdiyyə üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə çağırıldığı hallar istisna olmaqla, iclasın gündəliyinin layihəsini bələdiyyə sədri təsdiq edilmək üçün iclasın müzakirəsinə çıxarır.

Bələdiyyə, bələdiyyə iclasında təsdiq olunmuş reqlamentə müvafiq surətdə fəaliyyət göstərir. Reqlamentdə bələdiyyə iclasının çağırılması və əhali ilə görüşlərin təşkili qaydaları, bələdiyyənin fəaliyyəti ilə bağlı digər məsələlər əks olunur. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən bələdiyyələr üçün nümunəvi reqlament tövsiyə edilə bilər. [21]

Bələdiyyənin iclası bələdiyyə üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir.

2. Bələdiyyənin iclasları bələdiyyə ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşların azı iyirmi beş faizinin, yaxud bələdiyyə üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə çağırıla bilər. Bələdiyyə ərazisində yaşayan səsvermə hüququna malik olan vətəndaşların azı iyirmi beş faizinin təşəbbüsü ilə çağırılan iclasın gündəliyini onun çağırılması təşəbbüsünü irəli sürənlər müəyyənləşdirir. Bələdiyyə üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə çağırılan iclasın gündəliyinin layihəsi onun çağırılması təşəbbüsünü irəli sürənlər tərəfindən təsdiq edilmək üçün bələdiyyə iclasının müzakirəsinə çıxarılır. Bələdiyyə sədri və ya sədr olmadıqda onun səlahiyyətlərini həyata keçirən müavini iclası çağırmadıqda və ya onun keçirilməsinə bilavasitə və ya digər şəxslərin köməyi ilə hər hansı formada mane olduqda, iclasın çağırılması təşəbbüsünü irəli sürən bələdiyyə üzvləri bu maddənin 1-ci hissəsinə uyğun olaraq iclasda bələdiyyə üzvlərinin yarıdan çoxu iştirak etdiyi halda özləri iclas keçirə bilərlər. Bələdiyyə ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşların azı iyirmi beş faizinin təşəbbüsü ilə iclas keçirilmədikdə, həmin təşəbbüskarlar kollektiv şəkildə inzibati nəzarəti həyata keçirən orqana və (və ya) məhkəməyə müraciət edə bilərlər. [22]

3. Bələdiyyənin iclaslarında bələdiyyə üzvlərinin və digər iştirakçıların məsuliyyəti bələdiyyənin nizamnaməsi və reqlamenti ilə tənzimlənir. [23]

4. Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinin II hissəsinə uyğun olaraq, bələdiyyə iclaslarında baxılan məsələlərə dair bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qərarlar qəbul edilir.

5. Bələdiyyənin iclası bələdiyyənin sədri, sədr olmadıqda isə onun müavini tərəfindən aparılır. İclasın katibi bələdiyyə üzvləri sırasından seçilir. Bələdiyyə sədri, sədr olmadıqda isə onun müavini bələdiyyə üzvlərinin və ya bələdiyyə ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşların azı iyirmi beş faizinin təşəbbüsü ilə çağırılan iclasa sədrlik etməkdən boyun qaçırdığı halda iclasın sədri iclasda iştirak edən bələdiyyə üzvləri tərəfindən bələdiyyə üzvləri sırasından seçilir. [24]

6. Bələdiyyənin bütün iclasları protokollaşdırılır. Protokol iclasın sədri və katibi tərəfindən imzalanır və bələdiyyənin möhürü ilə təsdiqlənir. İclasın protokolunda onun nömrəsi (hər ilin əvvəlində nömrələr yenilənməlidir), iclasın keçirildiyi yer, tarix, iclasda iştirak edən və etməyən bələdiyyə üzvlərinə və dəvət olunan şəxslərə dair məlumat, iclasın sədri, katibi, iclasın gündəliyi, gündəliyin təsdiqi üçün keçirilən səsvermənin nəticəsi, məruzəçilərin adları, soyadları, məruzənin qısa məzmunu, çıxışların qısa məzmunu, müzakirə olunmuş məsələlərə dair qəbul edilmiş qərar, habelə bununla bağlı keçirilən səsvermənin nəticəsi göstərilməlidir. Protokol təsdiqlənənədək bələdiyyə üzvünün onun mətni ilə tanış olmaq və öz yazılı qeydlərini bildirmək hüququ vardır. Bələdiyyənin iclas protokolu müvafiq kitabda qeydiyyata alınır, həmin kitab üzrə verilən nömrə protokolun nömrəsi hesab olunur. [25]

 

Maddə 17. Bələdiyyənin daimi və başqa komissiyaları

 

1. Bələdiyyə öz səlahiyyətinə aid məsələlərin qabaqcadan nəzərdən keçirilməsi və qərar layihələrinin hazırlanması üçün, habelə bələdiyyənin qərarlarının həyata keçirilməsinə yardım göstərilməsi, bələdiyyənin tabeliyində olan müəssisə, idarə və təşkilatların fəaliyyətinə nəzarət üçün daimi və başqa komissiyalar yarada bilər. [26]

2. Daimi və başqa komissiyalar səlahiyyətləri daxilində fəaliyyətlərinin təşkili məqsədilə öz işinə ekspertlər cəlb edə bilər.

3. Daimi və başqa komissiyalar yaradılarkən yerli əhəmiyyətli məsələlər nəzərə alınır və onlar "Bələdiyyənin daimi və başqa komissiyaları haqqında" əsasnamə, bələdiyyənin nizamnaməsi əsasında fəaliyyət göstərir.

4. Bələdiyyənin daimi və başqa komissiyalarının əsas vəzifələri aşağıdakılardan ibarətdir:

1) yerli əhəmiyyətli sosial müdafiə və sosial inkişaf, ekologiya, iqtisadi inkişaf, yerli xidmət üzrə proqramlar hazırlayıb, bələdiyyənin iclasına və ya bələdiyyənin qərarına əsasən yerli əhalinin müzakirəsinə çıxarmaq; [27]

2) yerli əhəmiyyətli məsələləri müzakirə etmək, bələdiyyə iclaslarında müzakirə üçün proqramlar, arayışlar, qərar layihələri və başqa materiallar hazırlamaq;

3) bələdiyyə və onun icra aparatı üçün təkliflər hazırlamaq;

4) seçicilərin tapşırıqlarının yerinə yetirilməsinin təşkilinə və yoxlanılmasına kömək etmək.

5. Daimi və başqa komissiyalar onları seçmiş bələdiyyə qarşısında məsuliyyət daşıyır və ona hesabat verir.

 

Maddə 18. Bələdiyyənin icra orqanı

 

Bələdiyyənin icra orqanı onun icra aparatıdır. İcra aparatı bələdiyyənin sədrindən və onun bu Qanunla və bələdiyyənin nizamnaməsi ilə müəyyənləşdirilmiş qaydada formalaşdırdığı struktur bölmələrindən və bələdiyyənin nizamnaməsinə müvafiq surətdə yaradılan digər icra strukturlarından ibarətdir.

Bələdiyyənin icra aparatı bələdiyyənin, habelə bələdiyyənin daimi və başqa komissiyalarının təşkilati, informasiya, kargüzarlıq, maddi-texniki təminat məsələlərini həyata keçirir, bələdiyyə sədrinin tapşırıqlarını yerinə yetirir, bələdiyyənin qərarlarının icrasını təmin edir. Bələdiyyənin icra aparatının struktur bölmələrinin rəhbərləri görülmüş işlər barədə bələdiyyə sədrinə və bələdiyyəyə hesabat, daimi və başqa komissiyaların iclaslarında səlahiyyətlərinə aid məsələlər barəsində məlumat verirlər. [28]

Bələdiyyənin icra aparatının fəaliyyətinə bələdiyyənin sədri rəhbərlik edir.

Yerli əhaliyə xidmət, iqtisadi və sosial inkişaf proqramlarını həyata keçirmək üçün yaradılan icra strukturlarının rəhbərlərini bələdiyyə iclasının qərarına əsasən bələdiyyənin sədri təyin edir. [29]

 

Maddə 19. Bələdiyyənin sədri və sədr müavini

 

1. Bələdiyyənin sədri yeni seçilmiş bələdiyyənin birinci iclasında bələdiyyə üzvləri sırasından açıq və ya gizli səsvermə yolu ilə seçilir. Bələdiyyənin sədri bələdiyyə üzvlərinin yarısından çoxunun səsini topladıqda seçilmiş hesab olunur.

2. Ehtiyac olduqda bələdiyyə bələdiyyə sədrinin müavinlərini seçir. Bələdiyyə sədrinin müavinləri bələdiyyə üzvləri sırasından açıq və ya gizli səsvermə yolu ilə seçilir. Bələdiyyə sədrinin müavinləri bələdiyyə üzvlərinin yarıdan çoxunun səsini topladıqda seçilmiş hesab olunur.

3. Bələdiyyənin sədri və onun müavinləri aşağıdakı hallarda bu maddənin 1-ci və 2-ci bəndlərində göstərilən qaydada vaxtından əvvəl vəzifədən azad edilə bilərlər:

1) öz arzusu ilə vəzifədən çıxmaq barədə yazılı müraciət etdikdə;

2) bələdiyyə iclasının səlahiyyətlərinə aid olan məsələlər barədə təkbaşına sərəncam verdikdə;

3) bələdiyyə qərarlarının icrasını təmin etmədikdə (qanunvericiliyə zidd olan və həlli imkan səlahiyyətlərindən kənar qərarlar istisna olmaqla);

4) əmək qabiliyyətinin fasiləsiz olaraq, 6 aydan çox müddətdə tam itirməsi ilə əlaqədar vəzifəsini yerinə yetirə bilmədikdə;

5) qanunvericiliklə üzərinə qoyulmuş vəzifələri 3 ay müddətində yerinə yetirmədikdə;

5-1) “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində göstərilən qaydada yerli büdcənin müzakirəsini və təsdiqini təşkil etmədikdə; [30]

6) qanunvericilikdə və bələdiyyənin nizamnaməsində nəzərdə tutulmuş digər hallarda. [31]

4. Bələdiyyənin sədri əmr və sərəncamlar verir, bələdiyyənin qərarlarını imzalayır.

5. Bələdiyyə sədrinin müavini bələdiyyə sədrinin ona aid etdiyi məsələləri həll edir, bələdiyyə sədri olmadıqda onun səlahiyyətlərini həyata keçirir.

6. Səlahiyyət müddəti bitən və ya vaxtından əvvəl vəzifədən azad edilən bələdiyyə sədri və ya bələdiyyə sədrinin vəzifələrini həyata keçirən şəxs 10 gün müddətində bələdiyyənin fəaliyyəti ilə bağlı bütün sənədləri bələdiyyənin yeni sədrinə (bələdiyyə sədrinin vəzifələrini həyata keçirən şəxsə) təhvil verməlidir. [32]

 

Maddə 20. Bələdiyyə üzvlərinin statusu [33]

 

1. Bələdiyyə üzvlərinin öz səlahiyyətlərini maneəsiz və səmərəli həyata keçirilməsinə, hüquqlarının, şərəf və ləyaqətinin müdafiəsinə dövlət təminat verir.

2. Bələdiyyə üzvünün səlahiyyət müddəti beş ildir.

3. Bələdiyyə üzvlərinin səlahiyyətləri yalnız bələdiyyənin səlahiyyət müddətində qüvvədədir. [34]

4. Bələdiyyə üzvləri bələdiyyənin nizamnaməsinə uyğun olaraq öz səlahiyyətlərini daimi əsasda icra edə bilərlər.

5. Öz səlahiyyətlərini daimi əsasda icra edən bələdiyyə üzvlərinin bu vəzifələrdə çalışmaqla bağlı sosial təminatları Azərbaycan Respublikasının qanunları və bələdiyyənin nizamnaməsi ilə müəyyənləşdirilir. [35]

 

Maddə 21. Bələdiyyə üzvlərinin səlahiyyətlərinin itirilməsi əsasları

 

Bələdiyyə üzvlərinin səlahiyyətləri aşağıdakı hallarda itirilmiş hesab edilir:

1) barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair qərarı olduqda;

2) fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən müəyyən edildikdə;

3) Azərbaycan Respublikası vətəndaşlığına xitam verildikdə, başqa dövlətin vətəndaşlığını qəbul etdikdə və ya digər dövlət qarşısında öhdəlik götürdükdə; [36]

4) vəfat etdikdə;

5) məhkəmə tərəfindən ölmüş elan edildikdə və ya itkin düşmüş hesab edildikdə.

 

Maddə 22. Bələdiyyə üzvlərinin səlahiyyətlərinə xitam verilməsi əsasları

 

Bələdiyyə üzvlərinin səlahiyyətlərinə onların səlahiyyət müddəti qurtardıqda xitam verilir.

Bələdiyyə üzvlərinin səlahiyyətlərinə aşağıdakı əsaslara görə vaxtından əvvəl xitam verilə bilər:

1) bələdiyyə seçkiləri zamanı səslərin düzgün hesablanmadığı aşkar edildikdə;

2) öz arzusu ilə bələdiyyə üzvlüyündən çıxmaq barədə yazılı ərizə verdikdə;

3) bələdiyyə üzvlüyünə namizədlər üçün qanunla müəyyən edilmiş tələblərə uyğun gəlmədiyi aşkar edildikdə;

4) qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında məsul vəzifə tutduqda və ya bələdiyyə qulluqçusu kimi vəzifə tutduqda; [37]

5) altı aydan artıq müddətdə xəstəliyi ilə əlaqədar vəzifəsini yerinə yetirməsinin qeyri-mümkünlüyü barədə məhkəmə tərəfindən təşkil edilmiş xüsusi həkim komissiyasının rəyi olduqda; [38]

6) ardıcıl olaraq üç dəfə bələdiyyə iclaslarını üzrsüz səbəbdən buraxdıqda və ya il ərzində keçirilən iclasların yarısından çoxunda üzrsüz səbəbdən iştirak etmədikdə.

 

Maddə 22-1. Bələdiyyə üzvlərinin səlahiyyətlərinin dayandırılması [39]

 

1. Bələdiyyə üzvlərinin səlahiyyətlərinin dayandırılması onların “Bələdiyyə üzvünün statusu haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsində nəzərdə tutulmuş hüquqlarının həyata keçirilməsinin müvəqqəti dayandırılmasından ibarətdir.

2. Bələdiyyə üzvlərinin səlahiyyətləri bu Qanunun 21-ci və 22-ci maddələrində nəzərdə tutulmuş əsaslarla bələdiyyə üzvünün səlahiyyətlərinin itirilməsi və səlahiyyətlərinə xitam verilməsi barədə məhkəmənin qərarı qanuni qüvvəyə mindiyi gündən bu Qanunun 23-cü maddəsinin 2-ci hissəsinə uyğun olaraq bələdiyyə tərəfindən qərar qəbul edilənədək dayandırılır.

 

Maddə 22-2. Bələdiyyənin vaxtından əvvəl buraxılması [40]

 

Azərbaycan Respublikası Milli Məclisi ona bu Qanunun 52-2-ci maddəsinin 3-cü hissəsinə uyğun olaraq müraciət olduqda və bununla əlaqədar bələdiyyənin hesabatının dinlənilməsi nəticəsində onun fəaliyyətini qeyri-qənaətbəxş hesab etdikdə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası bələdiyyənin vaxtından əvvəl buraxılması haqqında qərar qəbul edir.

 

Maddə 23. Bələdiyyə üzvlərinin səlahiyyətlərinin itirilməsi və səlahiyyətlərinə xitam verilməsi qaydası

 

Bu Qanunun 21-ci və 22-ci maddələrində nəzərdə tutulmuş əsaslar olduqda bələdiyyə üzvlərinin səlahiyyətlərinin itirilməsi və səlahiyyətlərinə xitam verilməsi Azərbaycan Respublikası Konstitusiyasının 144-cü və 145-ci maddələrinə müvafiq surətdə bələdiyyə iclasının sadə səs çoxluğu ilə qəbul etdiyi qərarı əsasında həll edilir.

Bu Qanunun 21-ci maddəsinin 1-ci, 2-ci, 3-cü, 5-ci bəndlərində və 22-ci maddəsinin 1-ci, 3-cü, 5-ci, 6-cı bəndlərində nəzərdə tutulmuş əsaslar olduqda bələdiyyənin qərarı məhkəmənin qüvvəyə minmiş qərarından sonra qəbul edilir. [41]

 

Maddə 24. Bələdiyyələrin digər orqanları və vəzifəli şəxsləri

 

Bələdiyyənin nizamnaməsində digər orqanların yaradılması və müvafiq vəzifəli şəxslərin təyin olunması nəzərdə tutula bilər.

 

Maddə 25. Bələdiyyə qulluğu

 

1. Bələdiyyə orqanlarında vəzifə tutan işçilər bələdiyyə qulluqçularıdır. [42]

2. Bələdiyyə qulluğunun hüquqi tənzimlənməsi, o cümlədən bələdiyyə qulluqçusunun statusu, bələdiyyə qulluğunun həyata keçirilməsi şərtləri və qaydası Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və bələdiyyənin nizamnaməsi ilə müəyyən edilir.

3. Bələdiyyə orqanlarında qulluq müddəti dövlət qulluğu haqqında qanunvericiliyə uyğun olaraq güzəştlər və təminatlar verilməsi üçün hesablanan staja daxil edilir.

 

IV fəsil

VətəndaşlarIn öz İradəsİnİ bİrbaşa İfadə etməsİ və yerlİ özünüİdarənİn həyata keçİrİlməsİnİn dİgər formalarI

 

Maddə 26. Yerli rəy sorğusu

 

1. Yerli əhəmiyyətli məsələlərə dair yerli rəy sorğusu təyin edilə bilər.

2. Yerli rəy sorğusunun keçirilməsi haqqında qərarı bələdiyyə nizamnaməsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya əhalinin tələbi əsasında qəbul edir.

3. Bələdiyyə ərazisində yaşayan və seçki hüququ olan bütün vətəndaşların yerli rəy sorğusunda iştirak etmək hüququ vardır. Yerli rəy sorğusunda vətəndaşlar bilavasitə və könüllülük əsasında iştirak edirlər.

4. Yerli rəy sorğusunda səsvermə gizli keçirilir, vətəndaşların öz iradəsini ifadə etməsi üzərində nəzarətə yol verilmir. [43]

5. Yerli rəy sorğusunun təyin edilməsi və keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq tənzimlənir.

 

Maddə 27. Bələdiyyələrə seçkilər

 

1. Bələdiyyələrə seçkilər vətəndaşların qanunla müəyyənləşdirilmiş seçki hüquqları təmin edilməklə, ümumi, bərabər birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi, gizli səsvermə yolu ilə həyata keçirilir.

2. Bələdiyyələrə seçkilər Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun keçirilir. [44]

3. Azərbaycan Respublikasının dövlət orqanları bələdiyyələrə seçkilərin demokratik əsasda keçirilməsinə təminat verirlər.

 

Maddə 28. Vətəndaşların yığıncaqları

 

1. Əhalisi 500 nəfərdən az olan bələdiyyələrdə yerli əhəmiyyətli məsələlərə münasibət bildirmək, təkliflər irəli sürmək, kollektiv rəy söyləmək, qərarlar qəbul etmək məqsədi ilə həmin bələdiyyə ərazilərində vətəndaşlar öz yığıncaqlarını keçirə bilərlər.

2. Vətəndaşların yığıncaqlarında həmin bələdiyyə ərazisində yaşayan 18 yaşı tamam olmuş vətəndaşların iştirak etmək hüququ vardır.

3. Vətəndaşların yığıncaqlarında bələdiyyənin nizamnaməsi və başqa qərarlar qəbul edilir, dəyişdirilir və ləğv olunur.

4. Vətəndaşların yığıncaqları bələdiyyənin ərazisində yaşayan və səsvermə hüququ olan vətəndaşların azı 25 faizi iştirak etdikdə səlahiyyətlidir.

5. Bu maddənin 1-ci bəndində əhalinin sayı ilə bağlı nəzərdə tutulan məhdudiyyət bələdiyyələrin birləşməsi və ayrılması məsələsinə münasibət bildirmək üçün keçirilən yığıncaqlara şamil edilmir. [45]

 

Maddə 29. Əhalinin bələdiyyə aktları yaratmaq təşəbbüsü

 

Bələdiyyənin nizamnaməsinə uyğun olaraq, əhalinin yerli əhəmiyyətli məsələlərə dair bələdiyyə aktları yaratmaq təşəbbüsü göstərmək hüququ vardır. Yerli əhəmiyyətli məsələlər barəsində əhalinin bələdiyyələrə verdiyi bələdiyyə aktlarının layihələri hökmən əhalinin nümayəndələrinin iştirakı ilə açıq iclaslarda müzakirə olunmalı, nəticələri rəsmən elan edilməlidir.

 

Maddə 30. Vətəndaşların bələdiyyələrə, bələdiyyə orqanlarına və onların vəzifəli şəxslərinə müraciəti

 

1. Vətəndaşların bələdiyyələrə bələdiyyə orqanlarına və onların vəzifəli şəxslərinə fərdi və kollektiv surətdə müraciət etmək hüququ vardır.

2. Bələdiyyələr, bələdiyyə orqanları və onların vəzifəli şəxsləri vətəndaşların müraciətlərinə mahiyyəti üzrə bir ay ərzində cavab verməlidirlər.

Bələdiyyələr torpaq sahəsi əldə etmək istəyən hüquqi və fiziki şəxslərin ərizələrinə 10 gün müddətində baxırlar. [46]

Bələdiyyələr hüquqi və fiziki şəxslərin yerli vergilər və ödənişlərlə bağlı borcları barədə onların yazılı müraciəti əsasında, 1 iş günü müddətində arayış verirlər. [47]

3. Vətəndaşların bələdiyyələrə, bələdiyyə orqanlarına və onların vəzifəli şəxslərinə müraciətlərinə cavab verilməsi müddətlərinin və qaydasının pozulması bu Qanuna, Azərbaycan Respublikasının digər qanunlarına əsasən müvafiq məsuliyyətə səbəb olur.

 

Maddə 31. Yerli özünüidarənin həyata keçirilməsində əhalinin iştirakının digər formaları

 

Yerli özünüidarənin həyata keçirilməsində vətəndaşlar bu qanunla nəzərdə tutulmuş formalarla yanaşı, Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna, başqa qanunlara və bələdiyyənin nizamnaməsinə zidd olmayan digər formalarda da (məhəllə komitələri, assosiasiyalar, xeyriyyə təşkilatları və s.) iştirak edə bilərlər.

 

V fəsil

Yerlİ özünüİdarənİn İqtİsadİ əsaslarI

 

Maddə 32. Yerli özünüidarənin iqtisadi əsasları

 

1. Yerli özünüidarənin iqtisadi əsaslarını bələdiyyə mülkiyyəti, yerli maliyyə, dövlət mülkiyyətində olan və bələdiyyələrin istifadəsinə verilmiş bələdiyyə əhalisinin tələbatının ödənilməsinə xidmət edən əmlak təşkil edir.

2. Bələdiyyə öz əmlakına dair mülkiyyətçi hüququna malikdir, yəni sərbəst olaraq əmlakına sahiblik edir, ondan istifadə edir və ona sərəncam verir.

 

Maddə 33. Bələdiyyə mülkiyyəti

 

1. Bələdiyyə mülkiyyətinin tərkibinə yerli vergilər və ödənişlər hesabına formalaşan yerli büdcənin vəsaiti, bələdiyyənin büdcədənkənar fondları, bələdiyyə əmlakı, habelə bələdiyyə torpaqları, bələdiyyə müəssisələri və təşkilatları, bələdiyyə mənzil fondları və qeyri-yaşayış binaları, dövlət və xüsusi mülkiyyətdə olmayan yollar, bələdiyyə təhsil, tibb, mədəniyyət və idman müəssisələri, digər daşınar və daşınmaz əmlak daxildir. [48]

2. Bələdiyyələr bələdiyyə mülkiyyətini idarə edirlər. Bələdiyyə mülkiyyətinin tərkibinə daxil olan əmlak barəsində mülkiyyət hüququnu bələdiyyələr, Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hallarda isə bilavasitə əhali həyata keçirir.

3. Qanuna uyğun olaraq bələdiyyələr bələdiyyə mülkiyyəti obyektlərini fiziki və hüquqi şəxslərin müvəqqəti və ya daimi istifadəsinə, icarəsinə verə bilər, qanunla müəyyənləşdirilmiş qaydada özgəninkiləşdirə bilər, habelə bələdiyyə mülkiyyətində olan əmlak barəsində başqa əqdlər bağlaya bilər, özəlləşdirilən və ya istifadəyə verilən obyektlərdən istifadə şərtlərini müqavilə və sazişlərdə müəyyənləşdirə bilərlər.

4. Qanuna uyğun olaraq bələdiyyələr yerli əhalinin mənafeyi naminə, bələdiyyənin hüdudları daxilində olan torpaqlardan istifadə şərtlərini müəyyənləşdirə bilərlər.

5. Qanunla başqa hal nəzərdə tutulmayıbsa, bələdiyyə mülkiyyətinin özəlləşdirilməsi qaydasını və şərtlərini əhali bilavasitə və ya bələdiyyə müstəqil surətdə müəyyənləşdirir. Bələdiyyə mülkiyyəti obyektlərinin özəlləşdirilməsindən daxil olan vəsaitlər bütünlüklə yerli büdcəyə daxil olur. [49]

6. Bələdiyyə mülkiyyətindən yalnız Azərbaycan Respublikasının Konstitusiyasında və bu Qanunda nəzərdə tutulmuş bələdiyyə vəzifələri üçün istifadə oluna bilər.

7. Dövlət bələdiyyə mülkiyyətini müdafiə edir, subsidiyalar, kreditlər, qrantlar vermək yolu ilə onun artmasına imkan yaradır.

 

Maddə 34. Bələdiyyələrin hüquqi şəxs yaratmaq hüququ

 

Qanuna uyğun olaraq bələdiyyələr təsərrüfat fəaliyyəti ilə və qanunvericiliklə qadağan edilməmiş başqa fəaliyyətlə məşğul olmaq üçün müstəqil hüquqi şəxslər yarada bilər, onların yenidən təşkili və ləğvi məsələlərini həll edə bilərlər.

 

Maddə 35. Bələdiyyələrin yaratdıqları hüquqi şəxslərlə münasibətləri

 

1. Bələdiyyələr yaratdıqları hüquqi şəxslərin fəaliyyət məqsədlərini, şərtlərini və qaydasını müəyyənləşdirir, onların məhsulunun (xidmətlərinin) qiymətlərini və tariflərini tənzimləyir, nizamnamələrini təsdiq edir, rəhbərlərini təyin və azad edir, fəaliyyətinə dair hesabatlarını dinləyirlər.

2. Bələdiyyələrin yaratdıqları hüquqi şəxslərin rəhbərləri ilə münasibətləri mülki və əmək qanunvericiliyinə uyğun olaraq qurulur.

3. Bələdiyyə təhsil müəssisələrinin yaradılması, fəaliyyəti və idarə olunması qaydaları təhsil haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir. [50]

 

Maddə 36. Bələdiyyələrin digər hüquqi və fiziki şəxslərlə münasibətləri

 

1. Bələdiyyələrin digər hüquqi və fiziki şəxslərlə münasibətləri müqavilələr əsasında qurulur.

2. Qanuna uyğun olaraq bələdiyyə orqanları bələdiyyə ərazisinin kompleks sosial-iqtisadi inkişafında hüquqi və fiziki şəxslərin iştirakını əlaqələndirə bilərlər.

3. Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hallar istisna olmaqla, bələdiyyələr hüquqi və fiziki şəxslərin təsərrüfat fəaliyyəti üçün məhdudiyyətlər müəyyənləşdirə bilməzlər.

 

Maddə 37. Bələdiyyə sifarişi

 

Bələdiyyələr öz maddi və maliyyə vəsaitlərindən istifadə edilməklə bələdiyyə ərazisinin abadlaşdırılması, əhaliyə kommunal xidmətlər göstərilməsi, sosial infrastruktur obyektlərinin tikintisi və təmiri, müvafiq ərazi əhalisinin məişət və sosial-mədəni tələbatının ödənilməsi üçün zəruri məhsulların istehsalı, xidmətlərin göstərilməsi və digər işlərin görülməsi üçün sifarişçi kimi çıxış edə bilərlər.

 

Maddə 38. Bələdiyyələrin xarici iqtisadi fəaliyyəti

 

Bələdiyyələr yerli əhalinin mənafeyi üçün qanunla müəyyənləşdirilmiş qaydada xarici iqtisadi fəaliyyətlə məşğul ola bilər.

 

Maddə 39. Yerli büdcələr

 

1. Yerli büdcələr bələdiyyə büdcələrindən ibarətdir.

2. Yerli büdcələrin tərtibini, təsdiqini və icrasını, onların icrasına nəzarəti bələdiyyələr müstəqil həyata keçirirlər. [51]

 

Maddə 40. Yerli büdcənin mədaxili və məxarici

 

1. Yerli vergilər və ödənişlər, Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin II hissəsində və 144-cü maddəsinin II hissəsində nəzərdə tutulmuş əsaslarla qanunvericilik və icra hakimiyyətləri tərəfindən bələdiyyəyə verilmiş əlavə səlahiyyətlərin həyata keçirilməsi üçün bələdiyyə üzrə ayrılmış müvafiq zəruri maliyyə vəsaiti, bələdiyyə əmlakının özəlləşdirilməsindən, icarəyə və istifadəyə verilməsindən, yerli lotereyalardan, bələdiyyə mülkiyyətində olan daşınmaz əmlak üzərində reklam daşıyıcısının yerləşdirilməsi ilə bağlı ödəniş, bələdiyyə müəssisə, idarə və təşkilatlarının mənfəətindən tutulan vergi, dotasiyalar, subvensiyalar, transfert, ödənişləri, qanuna və bələdiyyələrin qərarlarına müvafiq surətdə digər mədaxil, habelə bələdiyyələrin fəaliyyəti nəticəsində yaranan başqa vəsait yerli büdcələrin mədaxilini təşkil edir. [52]

2. Bələdiyyələr yerli büdcələrin vəsaiti barəsində müstəqil sərəncam verirlər.

3. Yerli büdcələrin mədaxil və məxaric hissələrində yerli əhəmiyyətli məsələlərin həllinin və bələdiyyələrə qanunvericilik və icra hakimiyyəti orqanları tərəfindən verilən səlahiyyətlərin həyata keçirilməsinin maliyyələşdirilməsi ayrılıqda nəzərdə tutulur. [53]

 

Maddə 41. Yerli büdcələrin təmin edilməsi

 

1. Qanuna uyğun olaraq Azərbaycan Respublikasının dövlət orqanları bələdiyyələrə verilmiş səlahiyyətlərin normal yerinə yetirilməsi kifayət edən yerli büdcələrin zəruri xərclərinin ödənilməsi üçün gəlir mənbələrini təsbit etmək yolu ilə bələdiyyələrin büdcələrini formalaşdırırlar.

2. Yerli büdcələrin mədaxil hissəsi Azərbaycan Respublikasının Dövlət büdcəsi qəbul edilərkən müvafiq bələdiyyələr üzrə hər il nəzərdə tutulur. Yerli büdcələrin xərclərinin öz gəlirləri ilə təmin olunmayan hissəsi (yerli büdcənin kəsiri) dövlət büdcəsindən alman dotasiya ilə örtülə bilər. [54]

3. Bələdiyyələr onların məşğuliyyət dairəsinə aid edilmiş sahələrdə əhalinin əsas yaşayış tələbatının ödənilməsini dövlət sosial standartlarından aşağı səviyyədə təmin edə bilməzlər. Bu standartların yerinə yetirilməsində dövlət müvafiq ayırmaları yerli büdcələrin mədaxilinə təsbit etmək yolu ilə bələdiyyələrə kömək göstərə bilər. [55]

4. Bələdiyyələrin mülkiyyətində olan müəssisə və təşkilatların maliyyə və təsərrüfat fəaliyyəti göstəricilərinin müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydiyyata alınması qaydaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.

 

Maddə 42. Ayrı-ayrı dövlət səlahiyyətlərinin həyata keçirilməsinin maliyyələşdirilməsi və bələdiyyə orqanının əlavə xərclərinin kompensasiyası

 

1. Qanunvericilik və icra hakimiyyəti orqanları bələdiyyələrə əlavə səlahiyyətlər həvalə etdikdə onları bu səlahiyyətlərin həyata keçirilməsi üçün zəruri maliyyə vəsaiti ilə təmin edirlər. [56]

2. Azərbaycan Respublikası icra hakimiyyəti orqanlarının qəbul etdikləri qərarlar nəticəsində bələdiyyənin məxarici artıb mədaxili azalarsa, qərar qəbul etmiş orqanlar kompensasiya ödəyirlər. Kompensasiyanın məbləği müvafiq qərarın qəbul olunması ilə bir vaxtda müəyyənləşdirilir. Bələdiyyələrin əlavə xərclərinə səbəb olan dövlət orqanlarının qərarlarını bələdiyyələr onlara kompensasiya kimi verilmiş vəsait həddində həyata keçirirlər. [57]

 

Maddə 43. Yerli vergilər və ödənişlər

 

1. Yerli vergiləri, ödənişləri, habelə onların ödənilməsi üzrə güzəştləri bələdiyyələr Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və qanunlarına uyğun müəyyənləşdirirlər. Yerli vergi və ödənişlərin ödənilməsi banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələri ilə həyata keçirilir. Bələdiyyələr tərəfindən yerli vergi və ödənişlərin nağd şəkildə qəbul olunması qadağandır. [58]

2. Bələdiyyələr qanunvericilikdə nəzərdə tutulmuş qaydada məqsədli layihələrin maliyyələşdirilməsi üçün yerli rəy sorğusunun nəticəsinə əsasən hüquqi və fiziki şəxslər tərəfindən ödənilən könüllü birdəfəlik ödənişlər tətbiq edilə bilər. [59]

3. Yerli vergilər və ödənişlər ilə bağlı qərarlar bələdiyyə üzvlərinin üçdə iki səs çoxluğu ilə qəbul edilir.

 

Maddə 44.(Çıxarılıb) [60]

 

Maddə 45. Bələdiyyələrin büdcədənkənar fondları

 

Bələdiyyələr Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada və şərtlərlə məqsədli büdcədənkənar fondlar yarada bilərlər.

 

Maddə 46. Bələdiyyələrin kredit münasibətlərində iştirakı

 

Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq bələdiyyələr bələdiyyə lotereyaları buraxa bilər, kreditlər ala bilərlər. [61]

 

VI fəsil

Yerlİ özünüİdarənİn hüquqİ təmİnatlarI

 

Maddə 47. Yerli özünüidarənin hüquqlarını məhdudlaşdırmağın qadağan olunması

 

Yerli özünüidarənin Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyənləşdirilmiş hüquqlarının məhdudlaşdırılması qadağandır.

Konstitusiya quruluşunun qorunması, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə vətəndaşların yerli özünüidarəni həyata keçirmək hüquqları yalnız qanuna əsasən və qanunda müəyyənləşdirilmiş müddətə məhdudlaşdırıla bilər.

 

Maddə 48. Bələdiyyə qərarlarının məcburiliyi

 

1. Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinə uyğun olaraq, bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Bələdiyyələr qərar qəbul etdiyi andan 5 iş günündən gec olmayaraq onun surətini bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər. [62]

2. Bələdiyyənin qəbul etdiyi qərarlar bələdiyyənin ərazisində yerləşən hüquqi və fiziki şəxslərin hüquq və səlahiyyətlərinin pozulmasına yönəldilə bilməz.

3. Bələdiyyənin öz səlahiyyətləri daxilində qəbul etdiyi qərarlar təşkilati-hüquqi formasından asılı olmayaraq, bələdiyyənin ərazisində yerləşən bütün hüquqi və fiziki şəxslər tərəfindən hökmən icra edilməlidir.

4. Bələdiyyə qərarları onları qəbul etmiş orqanlar tərəfindən ləğv oluna və ya məhkəmənin qərarı ilə etibarsız sayıla bilər.

5. Bələdiyyə qərarlarının icra edilməməsi qanuna müvafiq surətdə məsuliyyətə səbəb olur.

 

Maddə 49. Bələdiyyələrin, bələdiyyə orqanlarının və onların vəzifəli şəxslərinin müraciətlərinə baxılması

 

Bələdiyyələrin, bələdiyyə orqanlarının və onların vəzifəli şəxslərinin müraciətlərinə dövlət orqanları, siyasi partiyalar, ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları, digər şəxslər və onların vəzifəli şəxsləri bir ay müddətində baxmalıdırlar.

 

Maddə 49-1. Bələdiyyə fəaliyyətinin təşkilinə kömək göstərilməsi [63]

 

Müvafiq icra hakimiyyəti orqanı bələdiyyələrin fəaliyyətinin təşkilinə kömək edir və onlara yerli özünüidarəetmə fəaliyyətinin qanunauyğun həyata keçirilməsi sahəsində metodoloji yardım göstərilməsi üzrə tədbirlər görür.

 

Maddə 50. Yerli özünüidarənin məhkəmə müdafiəsi

 

Bələdiyyənin ərazisində yaşayan vətəndaşlar, bələdiyyələr, bələdiyyə orqanları və bələdiyyə orqanlarının vəzifəli şəxsləri dövlət hakimiyyəti orqanlarının və dövlətin vəzifəli şəxslərinin, bələdiyyələrin, bələdiyyə orqanlarının və bələdiyyə orqanlarının vəzifəli şəxslərinin, bələdiyyənin yaratdığı hüquqi şəxslərin, habelə ictimai birliklərin yerli özünüidarənin hüquqlarını pozan aktlarının etibarsız sayılması barədə məhkəməyə iddia verə bilərlər.

 

VII fəsil

Bələdİyyələrİn, bələdİyyə orqanlarInIn və onlarIn vəzİfəlİ şəxslərİnİn məsulİyyətİ, onlarIn fəalİyyətİnə nəzarət

 

Maddə 51. Bələdiyyələrin, bələdiyyə orqanlarının və onların vəzifəli şəxslərinin məsuliyyəti

 

Bələdiyyələr, bələdiyyə orqanları və onların vəzifəli şəxsləri hüquqa zidd hərəkətlərə və hərəkətsizliyə görə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət daşıyırlar.

 

Maddə 52. Bələdiyyələrin, bələdiyyə orqanlarının və onların vəzifəli şəxslərinin fəaliyyətinə inzibati nəzarət

 

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı bələdiyyə, bələdiyyə orqanları və onların vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət edilməsinə inzibati nəzarəti həyata keçirir. Bələdiyyələrin müvafiq komissiyaları və seçicilər bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsinə cəlb edilə bilərlər. [64]

 

Maddə 52-1. Bələdiyyələrin informasiyanı açıqlamaq vəzifəsi [65]

 

Bələdiyyələr Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsi ilə təsbit olunmuş məlumat əldə etmək hüququnun sərbəst, maneəsiz və hamı üçün bərabər həyata keçirilməsini "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq təmin edirlər.

 

Maddə 52-2. Bələdiyyələrin hesabatı [66]

 

1. Bələdiyyələr aşağıdakı hallarda öz fəaliyyətləri barəsində Azərbaycan Respublikasının Milli Məclisinə hesabat təqdim edirlər: [67]

1) Azərbaycan Respublikası Konstitusiyasının 144-cü maddəsinin II hissəsinə əsasən qanunvericilik hakimiyyəti tərəfindən bələdiyyəyə verilmiş əlavə səlahiyyətlərin həyata keçirilməsi barədə;

2) bu Qanunla müəyyən edilmiş hallarda yerli büdcələrə Azərbaycan Respublikasının Dövlət büdcəsindən ayrılmış maliyyə vəsaitlərinin istifadəsi barədə.

2. Bələdiyyələr ilin yekununa görə aprel ayının 1-dək hesabat təqdim edirlər.

3. Bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hesabatdan başqa, bələdiyyə hər ilin yanvar ayının üçüncü həftəsinin bazar ertəsi görülmüş işlər haqqında, o cümlədən maliyyə vəsaitlərinin və bələdiyyə mülkiyyətinin istifadəsi haqqında seçicilərinə hesabat verir. Hesabat yazılı formada tərtib edilir və bələdiyyənin iclaslarında təsdiq edilir. Yerli əhalini tanış etmək məqsədi ilə hesabat bələdiyyə binasının qarşısında xüsusi lövhələrdə yerləşdirilir, habelə elan, bülleten, vərəqə, yerli mətbuat, internet saytı və digər vasitələrlə əhaliyə çatdırılır. [68]

Bələdiyyə seçicilərə verdiyi hesabatı təsdiq etdikdən sonra 10 gün müddətində bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərməlidir. Müvafiq bələdiyyənin ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşların azı 25 faizinin iştirakını təmin edən və nəticələri protokolla (protokollarla) rəsmiləşdirilən yığıncaqda (yığıncaqlarda) iştirak edənlərin yarısından çoxu hesabat dövründə bələdiyyənin fəaliyyətini qeyri-qənaətbəxş hesab edilməsinin “lehinə” səs verdikdə bu barədə qərar qəbul edilir və yığıncağın (yığıncaqların) protokolu (protokolları) bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərilir. Protokolun forması və tərtibinə dair tələblər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan protokolu (protokolları) forma və tərtiblə bağlı tələblərə uyğunluq baxımından yoxlayır və uyğunsuzluq aşkar etdikdə protokolu (protokolları) geri qaytarır, uyğunsuzluq aşkar etmədikdə isə 20 gün müddətində bələdiyyənin hesabatı ilə birlikdə müvafiq icra hakimiyyəti orqanına göndərir.

Müvafiq icra hakimiyyəti orqanı hesabat dövründə bələdiyyənin fəaliyyətini qeyri-qənaətbəxş hesab etdikdə bələdiyyənin vaxtından əvvəl buraxılması ilə bağlı Azərbaycan Respublikasının Milli Məclisinə müraciət edir.

 

Maddə 53. Bələdiyyələrin, bələdiyyə orqanlarının və onların vəzifəli şəxslərinin qərar və hərəkətlərindən məhkəməyə şikayət verilməsi [69]

 

Bələdiyyələrin, bələdiyyə orqanlarının və onların vəzifəli şəxslərinin qərar və hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə qanunla müəyyənləşdirilmiş qaydada şikayət verilə bilər.

 

VIII fəsil

Yekun və keçİd müddəalarI

 

Maddə 54. Bələdiyyə mülkiyyətinin formalaşması

 

1. Dövlət yerli əhəmiyyətli məsələlərin həlli üçün zəruri olan torpaq payı və dövlət mülkiyyəti obyektlərini bələdiyyələrin mülkiyyətinə verir.

2. Dövlət mülkiyyəti obyektlərinin bələdiyyə mülkiyyətinə verilməsi ilə bağlı yaranan mübahisələr məhkəmə qaydasında həll edilir.

3. Bələdiyyə ərazisində bələdiyyə mülkiyyətinin olmaması bələdiyyə yaratmaqdan imtina edilməsinə əsas vermir.

 

Maddə 55. Vətəndaşların ilk yığıncağının çağırılması

 

Vətəndaşların ilk yığıncağını təşəbbüs qrupu çağırır. Təşəbbüs qrupunun yaradılması, vətəndaşların yığıncaqlarının çağırılması, keçirilməsi qaydaları Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının müvafiq təlimatı ilə tənzimlənir.

 

Maddə 56. Qanunun qüvvəyə minməsi

 

Bu Qanun dərc olunduğu gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Prezidenti   HEYDƏR ƏLİYEV

 

Bakı şəhəri, 2 iyul 1999-cu il

№ 698-IQ

 

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       12 oktyabr 2001-ci il tarixli 197-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 11, maddə 689)

2.       12 oktyabr 2001-ci il tarixli 198-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 11, maddə 690)

3.       23 noyabr 2001-ci il tarixli 219-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 736)

4.       23 aprel 2002-ci il tarixli 312-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 5, maddə 242)

5.       3 dekabr 2002-ci il tarixli 393-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 1, maddə 11)

6.       3 dekabr 2002-ci il tarixli 398-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 1, maddə 16)

7.       25 mart 2003-cü il tarixli 426-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-ci il, № 6, maddə 256)

8.       30 dekabr 2003-cü il tarixli 569-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 1, maddə 10)

9.       9 mart 2004-cü il tarixli 603-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 4, maddə 202)

10.   9 aprel 2004-cü il tarixli 622-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 5, maddə 314)

11.   20 aprel 2004-cü il tarixli 642-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 6, maddə 397)

12.   30 dekabr 2004-cü il tarixli 819-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 2, maddə 62)

13.   23 dekabr 2005-ci il tarixli 36-IIIQD  nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 2, maddə 67)

14.   10 oktyabr 2006-cı il tarixli 155-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 923)

15.   20 oktyabr 2006-cı il tarixli 167-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1005)

16.   9 oktyabr 2007-ci il tarixli 430-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1053)

17.   23 oktyabr 2007-ci il tarixli 466-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1082)

18.   25 aprel 2008-ci il tarixli 596-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 14 may 2008-ci il, № 103, Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №5, maddə 354)

19.   9 iyun 2009-cu il tarixli 830-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti  28 iyun 2009-cu il, № 138, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 410)

20.   12 fevral 2010-cu il tarixli 954-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 mart 2010-cu il, № 63, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 03, maddə 173)

21.   5 mart 2010-cu il tarixli 972-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 aprel 2010-cu il, № 81, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 04, maddə 276)

22.   5 mart 2010-cu il tarixli 971-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 18 aprel 2010-cu il, № 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 04, maddə 275)

23.   21 dekabr 2010-cu il tarixli 38-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti,  18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 71)

24.   25 oktyabr 2011-ci il tarixli 215-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 23 dekabr 2011-ci il, № 278, “Azərbaycan” qəzeti 25 dekabr 2011-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 12, maddə 1074)

25.   22 may 2012-ci il tarixli 362-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 21 iyun 2012-ci il, № 135, “Azərbaycan” qəzeti 22 iyun 2012-ci il, № 136, Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, №6, maddə 523)

26.   20 iyun 2014-cü il tarixli 1003-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 12 avqust 2014-cü il, № 171, Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №8, maddə 956)

27.   28 oktyabr 2014-cü il tarixli 1103-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 19 noyabr 2014-cü il, № 252; Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 11, maddə 1376)

28.   16 dekabr 2014-cü il tarixli 1134-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 5 fevral 2015-ci il, № 027, Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №2, maddə 77)

29.   16 dekabr 2014-cü il tarixli 1148-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 5 fevral 2015-ci il, № 027, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №2, maddə 88)

30.   03 aprel 2015-ci il tarixli 1238-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 07 may 2015-ci il, № 097, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №5, maddə 485)

31.   29 noyabr 2016-cı il tarixli 415-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 27 yanvar 2017-ci il, № 18, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №1 , maddə 3)

32.   7 aprel 2017-ci il tarixli 581-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 may 2017-ci il, № 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 707)

33.   29 dekabr 2017-ci il tarixli 960-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 yanvar 2017-ci il, № 13, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 1, maddə 28)

34.   1 oktyabr 2018-ci il tarixli 1260-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 13 noyabr 2018-ci il, № 255, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2196)

35.   30 oktyabr 2018-ci il tarixli 1308-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 15 noyabr 2018-ci il, № 257, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2218)

36.   9 iyul 2019-cu il tarixli 1642-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 27 avqust 2019-cu il, № 186, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №8, maddə 1370)

37.   19 iyun 2020-ci il tarixli 137-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 iyul 2020-ci il, № 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 849)

38.   23 aprel 2021-ci il tarixli 303-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 13 iyun 2021-ci il, № 122, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 6, I kitab, maddə 543)

39.   17 fevral 2023-cü il tarixli 816-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı 8 aprel 2023-cü il, “Azərbaycan” qəzeti, 9 aprel 2023-cü il, № 73)

 

 

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 30 dekabr 2004-cü il tarixli 819-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 2, maddə 62) ilə 1-ci maddənin birinci cümləsi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Azərbaycan Respublikasında yerli özünüidarə vətəndaşların fəaliyyətinin təşkilinin elə bir qeyri-

dövlət sistemidir ki, bu sistem qanun çərçivəsində onlara yerli əhəmiyyətli məsələləri müstəqil və sərbəst şəkildə həll etmək hüququnu həyata keçirmək imkanı verir.

Maddənin ikinci cümləsində "hüququ" sözü "hüquqları" sözü ilə əvəz edilmişdir.

 

[2] 30 dekabr 2004-cü il tarixli 819-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 2, maddə 62) ilə 2-ci maddənin 1-ci bəndində "mülkiyyəti, yerli büdcəsi və seçkili bələdiyyə orqanları" sözləri "mülkiyyəti və yerli büdcəsi" sözləri ilə əvəz edilmişdir.

 

[3] 30 dekabr 2004-cü il tarixli 819-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 2, maddə 62) ilə 2-ci maddənin 2-ci bəndi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:

2. Bələdiyyə orqanları bələdiyyə tərəfindən yaradılan, yerli əhəmiyyətli məsələləri həll etmək səlahiyyətləri verilən və dövlət orqanları sisteminə daxil olmayan seçkili və başqa orqanlardır.

 

[4] 30 dekabr 2004-cü il tarixli 819-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 2, maddə 62) ilə 5-ci bənd çıxarılmışdır.

 

[5] 23 noyabr 2001-ci il tarixli 219-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 736) ilə 2-ci maddənin 8-ci bəndi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:

8. Yerli vergilər və ödənişlər - ərazisində yaşayan əhalinin rəyi nəzərə alınmaqla bələdiyyənin müstəqil surətdə müəyyənləşdirdiyi vergilər və ödənişlərdir.

3 dekabr 2002-ci il tarixli 398-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 1, maddə 16) ilə 2-ci maddənin 8-ci bəndi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:

8. Yerli vergilər (bələdiyyə vergiləri) və ödənişlər - Azərbaycan Respublikasının Vergi Məcəlləsi və müvafiq qanunlarla müəyyən edilən, bələdiyyələrin qərarına əsasən tətbiq edilən və bələdiyyələrin ərazilərində ödənilən vergilər və bələdiyyənin ərazisində yaşayan əhalinin rəyi nəzərə alınmaqla bələdiyyənin müstəqil surətdə müəyyənləşdirdiyi ödənişlərdir.

 

[6] 3 dekabr 2002-ci il tarixli 398-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 1, maddə 16) ilə 2-ci maddəyə 8-1 -ci bənd əlavə edilmişdir.

 

[7] 25 mart 2003-cü il tarixli 426-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-ci il, № 6, maddə 256) ilə 4-cü maddənin 2-ci bəndinin ikinci cümləsində "işlə təmin olunmasına" sözlərindən sonra ",gənclərin sosial-hüquqi müdafiəsinə" sözləri əlavə edilmişdir.

10 oktyabr 2006-cı il tarixli 155-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 923) ilə 4-cü maddəsinin 2-ci bəndinin ikinci cümləsində “gənclərin sosial-hüquqi müdafiəsinə” sözlərindən sonra “, ailə kəndli təsərrüfatının inkişafına” sözləri əlavə edilmişdir.

21 dekabr 2010-cu il tarixli 38-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40) ilə 4-cü maddənin ikinci bəndinin birinci abzasının ikinci cümləsindən “məktəbəqədər tərbiyə,” sözləri çıxarılmışdır.

16 dekabr 2014-cü il tarixli 1134-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 5 fevral 2015-ci il, № 027, Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №2, maddə 77) ilə 4-cü maddəsinin 2-ci hissəsinin ikinci cümləsində “yerli əhəmiyyətli yolların” sözləri “bələdiyyə yollarının” sözləri ilə əvəz edilmişdir.

17 fevral 2023-cü il tarixli 816-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı 8 aprel 2023-cü il, “Azərbaycan” qəzeti, 9 aprel 2023-cü il, № 73) ilə 4-cü maddəsinin 2-ci hissəsinin ikinci cümləsində “kütləvi informasiya vasitələrinin” sözləri “media subyektlərinin” sözləri ilə əvəz edilmişdir.

 

[8] 23 oktyabr 2007-ci il tarixli 466-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1082, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 71) ilə 4-cü maddəsinin 2-ci bəndində ikinci cümlədən “mərasim xidmətlərinin təşkili və qəbiristanların qorunması,” sözləri çıxarılmışdır və bəndə yeni məzmunda ikinci abzas əlavə edilmişdir.

 

29 dekabr 2017-ci il tarixli 960-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 yanvar 2017-ci il, № 13, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 1, maddə 28) ilə 4-cü maddəsinin ikinci hissəsinin ikinci abzasında “abadlaşdırılması” sözü “saxlanılması, idarə olunması, abadlaşdırılması, köçürülməsi” sözləri ilə əvəz edilmişdir və həmin abzasda “mərasim” sözündən sonra “və dəfn” sözləri əlavə edilmişdir.

 

[9] 5 mart 2010-cu il tarixli 971-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 18 aprel 2010-cu il, № 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 04, maddə 275) ilə 4-cü maddəsinin 2-ci bəndinə üçüncü abzas əlavə edilmişdir.

 

[10] 29 dekabr 2017-ci il tarixli 960-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 yanvar 2017-ci il, № 13, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 1, maddə 28) ilə 4-cü maddəsinin ikinci hissəsinə yeni məzmunda dördüncü abzas əlavə edilmişdir.

30 oktyabr 2018-ci il tarixli 1308-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 15 noyabr 2018-ci il, № 257, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2218) ilə 4-cü maddənin 2-ci hissəsinin dördüncü abzasına yeni məzmunda ikinci cümlə əlavə edilmişdir.

 

[11] 30 dekabr 2004-cü il tarixli 819-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 2, maddə 62) ilə 6-cı maddənin 1-ci bəndinin ikinci cümləsində "toplanması və emalı" sözləri "yığılması, nəql edilməsi, zərərsizləşdirilməsi, emalı və bu sahədə başqa məsələlərin həlli üçün tədbirlər görülməsi" sözləri ilə əvəz edilmişdir.

 

[12] 30 dekabr 2004-cü il tarixli 819-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 2, maddə 62) ilə 8-ci maddənin 2-ci bəndinin 3-cü və 6-cı yarımbəndlərindən "bələdiyyə orqanlarının seçkili vəzifəli şəxslərinin" sözləri çıxarılmışdır.

 

[13] 9 oktyabr 2007-ci il tarixli 430-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1053) ilə 8-ci maddədə 4-cü bənddə ikinci cümlədə “bələdiyyələr” sözündən sonra “inzibati qaydada və (və ya)” sözləri əlavə edilmişdir.

 

[14] 25 oktyabr 2011-ci il tarixli 215-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 23 dekabr 2011-ci il, № 278, “Azərbaycan” qəzeti 25 dekabr 2011-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 12, maddə 1074) ilə yeni məzmunda 10-1-ci maddə əlavə edilmişdir.

9 iyul 2019-cu il tarixli 1642-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 27 avqust 2019-cu il, № 186, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №8, maddə 1370) ilə 10-1-ci maddəyə yeni məzmunda ikinci cümlə əlavə edilmişdir.

 

[15] 12 oktyabr 2001-ci il tarixli 198-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 11, maddə 690) ilə 13-cü maddədə "birləşdirilərkən" sözündən sonra "ayrılarkən," sözü və "tarixi" sözündən əvvəl "onlarda yaranan sosial-iqtisadi vəziyyət," sözləri əlavə edilmişdir.

 

[16] 9 iyun 2009-cu il tarixli 830-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 28 iyun 2009-cu il, № 138, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 410) ilə yeni məzmunda 13-1-ci maddə əlavə edilmişdir.

 

[17] 30 dekabr 2003-cü il tarixli 569-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 1, maddə 10) ilə 14-cü maddənin 1-ci bəndində və 2-ci bəndində "Bələdiyyələrə seçkilərin qaydaları haqqında" Azərbaycan Respublikasının Qanunu" sözləri "Azərbaycan Respublikasının Seçki Məcəlləsi" sözləri ilə əvəz edilmişdir.

 

[18] 23 dekabr 2005-ci il tarixli 36-IIIQD  nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 2, maddə 67) ilə 15-ci maddənin 2-ci bəndinə yeni məzmunda dördüncü və beşinci cümlələr əlavə edilmişdir.

 

25 oktyabr 2011-ci il tarixli 215-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 23 dekabr 2011-ci il, № 278, “Azərbaycan” qəzeti 25 dekabr 2011-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 12, maddə 1074) ilə 15-ci maddədə 2-ci hissə yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

2. Əmək haqqını bələdiyyədən alan bələdiyyə üzvünün əsas iş yeri bələdiyyə hesab olunur. Əmək haqqı bələdiyyə tərəfindən ödənilməyən bələdiyyə üzvü öz səlahiyyətini həyata keçirərkən istehsal və ya xidmət fəaliyyətini dayandırmır. Bələdiyyə üzvü bələdiyyənin və tərkibinə seçildiyi daimi komissiyasının iclasları zamanı daimi iş yerində orta əmək haqqı saxlanılmaqla öz istehsal və ya xidmət vəzifəsini yerinə yetirməkdən azad edilir. Bələdiyyə üzvü bələdiyyə qulluqçusu kimi fəaliyyət göstərə bilməz. Bələdiyyə qulluqçusu bələdiyyə üzvü seçildikdə, 3 gün müddətində öz ərizəsinə əsasən bələdiyyə qulluğundan azad edilir.

 

[19] 25 oktyabr 2011-ci il tarixli 215-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 23 dekabr 2011-ci il, № 278, “Azərbaycan” qəzeti 25 dekabr 2011-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 12, maddə 1074) ilə 15-ci maddəyə yeni məzmunda 2-1–2-4-cü hissələr əlavə edilmişdir.

 

[20] 30 dekabr 2003-cü il tarixli 569-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 1, maddə 10) ilə 15-ci maddənin 6-cı bəndində "Bələdiyyələrə seçkilərin qaydaları haqqında" Azərbaycan Respublikasının Qanununa" sözləri "Azərbaycan Respublikasının Seçki Məcəlləsinə" sözləri ilə əvəz edilmişdir.

 

[21] 25 oktyabr 2011-ci il tarixli 215-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 23 dekabr 2011-ci il, № 278, “Azərbaycan” qəzeti 25 dekabr 2011-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 12, maddə 1074) ilə 16-cı maddəyə yeni məzmunda ikinci-beşinci bəndlər əlavə edilmişdir.

 

[22] 25 oktyabr 2011-ci il tarixli 215-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 23 dekabr 2011-ci il, № 278, “Azərbaycan” qəzeti 25 dekabr 2011-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 12, maddə 1074) ilə 16-cı maddədə 2-ci hissə yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

2. Bələdiyyənin iclasları bələdiyyə ərazisində yaşayan əhalinin azı on faizinin, yaxud bələdiyyə üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə çağırılır.

 

[23] 25 oktyabr 2011-ci il tarixli 215-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 23 dekabr 2011-ci il, № 278, “Azərbaycan” qəzeti 25 dekabr 2011-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 12, maddə 1074) ilə 16-cı maddənin 3-cü hissəsində “nizamnaməsi” sözündən sonra “ reqlamenti” sözləri əlavə edilmişdir.

 

[24] 25 oktyabr 2011-ci il tarixli 215-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 23 dekabr 2011-ci il, № 278, “Azərbaycan” qəzeti 25 dekabr 2011-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 12, maddə 1074) ilə 16-cı maddənin 5-ci hissəsi yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

5. Bələdiyyənin bütün iclasları protokollaşdırılır.

 

[25] 25 oktyabr 2011-ci il tarixli 215-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 23 dekabr 2011-ci il, № 278, “Azərbaycan” qəzeti 25 dekabr 2011-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 12, maddə 1074) ilə 16-cı maddəyə yeni məzmunda 6-cı hissə əlavə edilmişdir.

 

[26] 25 oktyabr 2011-ci il tarixli 215-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 23 dekabr 2011-ci il, № 278, “Azərbaycan” qəzeti 25 dekabr 2011-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 12, maddə 1074) ilə 17-ci maddənin 1-ci hissəsində “nəzərdən keçirilməsi və” sözlərindən sonra “qərar layihələrinin” sözləri əlavə edilmişdir.

 

[27] 25 oktyabr 2011-ci il tarixli 215-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 23 dekabr 2011-ci il, № 278, “Azərbaycan” qəzeti 25 dekabr 2011-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 12, maddə 1074) ilə 17-ci maddənin 4-cü hissənin birinci bəndində “iclasına və ya” sözlərindən sonra “bələdiyyənin qərarına əsasən” sözləri əlavə edilmişdir.

 

[28] 22 may 2012-ci il tarixli 362-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 21 iyun 2012-ci il, № 135, “Azərbaycan” qəzeti 22 iyun 2012-ci il, № 136, Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, №6, maddə 523) ilə 18-ci maddənin ikinci və üçüncü hissələri müvafiq olaraq üçüncü və dördüncü hissələr hesab edilmişdir və həmin maddəyə ikinci hissə əlavə edilmişdir.

 

[29] 30 dekabr 2003-cü il tarixli 569-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 1, maddə 10) ilə 18-ci maddənin üçüncü abzasında "şurasının" sözü "iclasının" sözü ilə əvəz edilmişdir.

 

[30] 12 fevral 2010-cu il tarixli 954-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 mart 2010-cu il, № 63, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 03, maddə 173) ilə 19-cu maddəsinin 3-cü bəndinə 5-1-ci yarımbənd əlavə edilmişdir.

 

[31] 30 dekabr 2004-cü il tarixli 819-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 2, maddə 62) ilə 19-cu maddənin 3-cü bəndi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:

3. Bələdiyyə üzvünün səlahiyyətləri onun seçildiyi gündən başlanır və bələdiyyənin yeni tərkibinin işə başladığı gün qurtarır. Bələdiyyə orqanlarının seçkili vəzifəli şəxsinin səlahiyyətləri onun vəzifəyə seçildiyi gündən başlanır və yeni vəzifəli şəxsin seçildiyi gün qurtarır.

 

[32] 25 oktyabr 2011-ci il tarixli 215-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 23 dekabr 2011-ci il, № 278, “Azərbaycan” qəzeti 25 dekabr 2011-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 12, maddə 1074) ilə 19-cu maddəyə yeni məzmunda 6-cı hissə əlavə edilmişdir.

 

[33] 30 dekabr 2004-cü il tarixli 819-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 2, maddə 62) ilə 20-ci maddənin adı yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:

Bələdiyyə üzvlərinin və bələdiyyə orqanlarının seçkili vəzifəli şəxslərinin statusu

 

[34] 30 dekabr 2003-cü il tarixli 569-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 1, maddə 10) ilə 20-ci maddənin 3-cü bəndinin birinci cümləsi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:

Bələdiyyə üzvünün səlahiyyətləri onun seçildiyi gündən başlanır və bələdiyyənin yeni tərkibinin işə başladığı gün qurtarır.

30 dekabr 2003-cü il tarixli 569-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 1, maddə 10) ilə 20-ci maddənin 3-cü bəndinin ikinci cümləsi çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:

Bələdiyyə orqanlarının seçkili vəzifəli şəxsinin səlahiyyətləri onun vəzifəyə seçildiyi gündən başlanır və yeni vəzifəli şəxsin seçildiyi gün qurtarır.

 

[35] 30 dekabr 2003-cü il tarixli 569-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 1, maddə 10) ilə 20-ci maddənin 1-ci, 4-cü və 5-ci bəndlərdə ismin müvafiq hallarında işlədilən", bələdiyyə orqanlarının seçkili vəzifəli şəxsləri" sözləri çıxarılmışdır.

 

[36] 03 aprel 2015-ci il tarixli 1238-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 07 may 2015-ci il, № 097, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №5, maddə 485) ilə 21-ci maddəsinin 3-cü bəndində “vətəndaşlığından çıxdıqda” sözləri “vətəndaşlığına xitam verildikdə” sözləri ilə əvəz edilmişdir.

 

[37] 23 dekabr 2005-ci il tarixli 36-IIIQD  nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 2, maddə 67) ilə 22-ci maddənin ikinci hissəsinin 4-cü bəndində "məsul vəzifə tutduqda" sözlərindən sonra "və ya bələdiyyə qulluqçusu kimi vəzifə tutduqda;" sözləri əlavə edilmişdir.

 

[38] 25 oktyabr 2011-ci il tarixli 215-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 23 dekabr 2011-ci il, № 278, “Azərbaycan” qəzeti 25 dekabr 2011-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 12, maddə 1074) ilə 22-ci maddənin ikinci hissəsinin 5-ci bəndində “dörd” sözü “altı” sözü ilə əvəz edilmişdir.

 

[39] 28 oktyabr 2014-cü il tarixli 1103-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 19 noyabr 2014-cü il, № 252; Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 11, maddə 1376) ilə yeni məzmunda 22-1-ci maddə əlavə edilmişdir.

 

[40] 28 oktyabr 2014-cü il tarixli 1103-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 19 noyabr 2014-cü il, № 252; Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 11, maddə 1376) ilə yeni məzmunda 22-2-ci maddə əlavə edilmişdir.

 

[41] 28 oktyabr 2014-cü il tarixli 1103-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 19 noyabr 2014-cü il, № 252; Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 11, maddə 1376) ilə 23-cü maddənin 2-ci hissəsində “1-ci, 3-cü, 5-ci” sözləri “1-ci, 3-cü, 5-ci, 6-cı” sözləri ilə əvəz edilmişdir.

 

[42] 22 may 2012-ci il tarixli 362-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 21 iyun 2012-ci il, № 135, “Azərbaycan” qəzeti 22 iyun 2012-ci il, № 136, Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, №6, maddə 523) ilə 25-ci maddənin birinci hissəsində “şəxslər” sözü “işçilər” sözü ilə əvəz edilmişdir.

 

[43] 12 oktyabr 2001-ci il tarixli 197-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 11, maddə 689) ilə 26-cı maddənin 4-cü bəndindən "və ya açıq" sözləri çıxarılmışdır.

 

[44] 30 dekabr 2003-cü il tarixli 569-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 1, maddə 10) ilə 27-ci maddənin 2-ci bəndində "Bələdiyyələrə seçkilərin qaydaları haqqında" Azərbaycan Respublikasının Qanununa" sözləri "Azərbaycan Respublikasının Seçki Məcəlləsinə" sözləri ilə əvəz edilmişdir.

 

[45]   25 aprel 2008-ci il tarixli 596-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 14 may 2008-ci il, № 103, Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №5, maddə 354) ilə 28-ci maddəsinə yeni 5-ci bənd əlavə edilmişdir.

 

[46] 3 dekabr 2002-ci il tarixli 393-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 1, maddə 11) ilə 30-cu maddənin 2-ci bəndinə üçüncü abzas əlavə edilmişdir.

 

[47] 20 iyun 2014-cü il tarixli 1003-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 12 avqust 2014-cü il, № 171, Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №8, maddə 956) ilə “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinin 2-ci hissəsinə üçüncü abzas əlavə edilmişdir.

7 aprel 2017-ci il tarixli 581-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 may 2017-ci il, № 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 707) ilə 30-cu maddəsinin 2-ci hissəsinin üçüncü abzasında “müraciəti əsasında, 5 gündən gec olmayaraq” sözləri “yazılı müraciəti əsasında, 1 iş günü müddətində” sözləri ilə əvəz edilmişdir.

 

[48] 23 aprel 2021-ci il tarixli 303-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 13 iyun 2021-ci il, № 122, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 6, I kitab, maddə 543) ilə 33-cü maddəsinin 1-ci hissəsində səhiyyə sözü tibb sözü ilə əvəz edilmişdir.

 

[49] 25 oktyabr 2011-ci il tarixli 215-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 23 dekabr 2011-ci il, № 278, “Azərbaycan” qəzeti 25 dekabr 2011-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 12, maddə 1074) ilə 33-cü maddənin 5-ci hissəsinin birinci cümləsində “Bələdiyyə” sözü “Qanunla başqa hal nəzərdə tutulmayıbsa, bələdiyyə” sözləri ilə əvəz edilmişdir.

 

[50] 21 dekabr 2010-cu il tarixli 38-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 71) ilə 35-ci maddəyə yeni məzmunda üçüncü bənd əlavə edilmişdir.

 

[51] 9 mart 2004-cü il tarixli 603-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 4, maddə 202) ilə 39-cu maddənin 2-ci bəndində "formalaşdırılmasını, təsdiqini və istifadə olunmasını" sözləri "tərtibini, təsdiqini və icrasını" sözləri ilə əvəz edilmişdir.

 

[52] 23 aprel 2002-ci il tarixli 312-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 5, maddə 242) ilə 40-cı maddəsinin 1-ci hissəsində "reklamlardan daxil olan vəsait" sözləri "bələdiyyə mülkiyyətində olan torpaqlarda, binalarda və digər obyektlərdə yerləşdirilən küçə reklamlarına görə daxil olan ödənişlər" sözləri ilə əvəz edilmişdir.

29 noyabr 2016-cı il tarixli 415-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 27 yanvar 2017-ci il, № 18, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №1 , maddə 3) ilə 40-cı maddənin 1-ci hissəsində “küçə reklamlarına” sözləri “açıq məkanda reklama” sözləri ilə əvəz edilmişdir.

1 oktyabr 2018-ci il tarixli 1260-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 13 noyabr 2018-ci il, № 255, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2196) ilə 40-cı maddənin 1-ci hissəsində “bələdiyyə əmlakının icarəyə” sözləri “icarəyə və istifadəyə” sözləri ilə və “torpaqlarda, binalarda və digər obyektlərdə yerləşdirilən açıq məkanda reklama görə daxil olan ödənişlər” sözləri “daşınmaz əmlak üzərində reklam daşıyıcısının yerləşdirilməsi ilə bağlı ödəniş” sözləri ilə əvəz edilmişdir.

 

[53] 9 mart 2004-cü il tarixli 603-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 4, maddə 202) ilə 40-cı maddənin 3-cü bəndində "icra hakimiyyəti" sözləri "qanunvericilik və icra hakimiyyəti orqanları" sözləri ilə əvəz edilmişdir.

 

[54] 9 mart 2004-cü il tarixli 603-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 4, maddə 202) ilə 41-ci maddənin 2-ci bəndinin ikinci cümləsi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:

Əgər minimum yerli büdcənin mədaxil hissəsi göstərilən gəlir mənbələri hesabına təmin edilə bilmirsə, onda Azərbaycan Respublikasının dövlət orqanları Azərbaycan Respublikası Dövlət büdcəsinin digər gəlir mənbələrini bələdiyyələrə verə bilərlər və bu zaman yerli büdcələrin əvvəlki ildən keçən sərbəst qalıqları hesaba alınmır.

 

[55] 23 noyabr 2001-ci il tarixli 219-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 736) ilə 41-ci maddənin 3-cü bəndindən "Azərbaycan Respublikası vergilərinin və ayırmalarının müəyyən hissəsini" sözləri "müvafiq ayırmaları" sözləri ilə əvəz edilmişdir.

 

[56] 9 mart 2004-cü il tarixli 603-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 4, maddə 202) ilə 42-ci maddənin 1-ci bəndi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:

1. Bələdiyyələr tərəfindən ayrı-ayrı dövlət səlahiyyətlərinin həyata keçirilməsi üçün zəruri maliyyə vəsaiti hər il Azərbaycan Respublikasının Dövlət büdcəsində nəzərdə tutulur.

 

[57] 9 mart 2004-cü il tarixli 603-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 4, maddə 202) ilə 42-ci maddənin 2-ci bəndində "dövlət orqanlarının" sözləri "icra hakimiyyəti orqanlarının" sözləri ilə əvəz edilmişdir.

 

[58] 23 noyabr 2001-ci il tarixli 219-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 736) ilə 43-cü maddənin 1-ci bəndində "Azərbaycan Respublikasının" sözlərindən sonra "Vergi Məcəlləsinə və" sözləri əlavə edilmişdir.

16 dekabr 2014-cü il tarixli 1148-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 5 fevral 2015-ci il, № 027, Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №2, maddə 88) ilə 43-cü maddəsinin birinci bəndinə yeniı məzmunda ikinci və üçüncü cümlələr əlavə edilmişdir.

 

[59] 3 dekabr 2002-ci il tarixli 398-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 1, maddə 16) ilə 43-cü maddənin 2-ci bəndi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:

2. Əhali bilavasitə yerli rəy sorğusu yolu ilə, vətəndaşların yığıncaqlarında və ya bələdiyyələrin rəyini nəzərə almaqla, yerli əhəmiyyətli məsələlərin maliyyələşdirilməsi üçün sakinlərin könüllü surətdə birdəfəlik vəsait verməsini nəzərdə tuta bilər.

 

[60] 3 dekabr 2002-ci il tarixli 398-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 1, maddə 16) ilə 44-cü maddə çıxarılmışdır. Maddənin əvvəlki redaksiyasında deyilirdi:

Maddə 44. Bələdiyyələrin təbii ehtiyatlardan istifadə üçün ödənişlər almaq hüququ

Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq bələdiyyələr öz ərazisində hasil edilən təbii ehtiyatların istifadəçilərindən haqq (o cümlədən natura şəklində) alırlar.

 

[61] 20 aprel 2004-cü il tarixli 642-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 6, maddə 397) ilə 46-cı maddədə "kreditlər alıb-verə bilər, bələdiyyə bankları və digər maliyyə-kredit idarələri yarada bilərlər" sözləri "kreditlər ala bilərlər" sözləri ilə əvəz edilmişdir.

 

[62] 9 aprel 2004-cü il tarixli 622-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 5, maddə 314) ilə 48-ci maddənin 1-ci bəndinə ikinci cümlə əlavə edilmişdir.

 

19 iyun 2020-ci il tarixli 137-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 iyul 2020-ci il, № 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 849) ilə 48-ci maddənin 1-ci hissəsinin ikinci cümləsində “15 gündən” sözləri “5 iş günündən” sözləri ilə əvəz edilmişdir.

 

[63] 9 iyul 2019-cu il tarixli 1642-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 27 avqust 2019-cu il, № 186, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №8, maddə 1370) ilə yeni məzmunda 49-1-ci maddə əlavə edilmişdir.

 

[64] 9 aprel 2004-cü il tarixli 622-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 5, maddə 314) ilə 52-ci maddəyə  ikinci cümlə əlavə edilmişdir.

 

[65] 20 oktyabr 2006-cı il tarixli 167-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1005) ilə məzmunda 52-1-ci maddə əlavə edilmişdir.

 

[66] 5 mart 2010-cu il tarixli 972-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 aprel 2010-cu il, № 81, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 04, maddə 276) ilə 52-2-ci maddə əlavə edilmişdir.

 

[67] 28 oktyabr 2014-cü il tarixli 1103-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 19 noyabr 2014-cü il, № 252; Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 11, maddə 1376) ilə 52-2-ci maddənin birinci və ikinci hissədə “Bələdiyyələr” sözü müvafiq olaraq “1. Bələdiyyələr” və “2. Bələdiyyələr” sözləri ilə əvəz edilmişdir.

 

[68] 28 oktyabr 2014-cü il tarixli 1103-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 19 noyabr 2014-cü il, № 252; Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 11, maddə 1376) ilə 52-2-ci maddəyə yeni məzmunda 3-cü hissə əlavə edilmişdir.

 

[69] 9 oktyabr 2007-ci il tarixli 430-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1053) ilə 53-cü maddənin adından “məhkəməyə” sözü çıxarılsın, maddənin mətnində “məhkəməyə” sözündən əvvəl “inzibati qaydada və (və ya)” sözləri əlavə edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status