AKTIN NÖVÜ
Mərkəzi bankın qərarı
QƏBUL EDİLDİYİ TARİX
31.05.2021
QEYDİYYAT NÖMRƏSİ
15/2
ADI
“Ödəniş statistikası hesabatının tərtibi və təqdim edilməsi haqqında Təlimat”ın təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
QÜVVƏYƏ MİNMƏ TARİXİ
07.07.2021
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
050.060.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
23202105310152
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
06.07.2021

AZƏRBAYCAN RESPUBLİKASI MƏRKƏZİ BANKININ İDARƏ HEYƏTİNİN

 

QƏRARI

 

№ 15/2

 

Bakı şəhəri

“31” may 2021-ci il

 

“Ödəniş statistikası hesabatının tərtibi və təqdim edilməsi haqqında Təlimat”ın təsdiq edilməsi barədə

 

Elektron ödənişlər sahəsində tənzimləmə və nəzarətin təşkilində effektivliyin yüksəldilməsi, habelə elektron ödənişlərin inkişafı üzrə məlumat bazasının və analitik təhlil imkanlarının genişləndirilməsi məqsədilə Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Azərbaycan Respublikası Qanununun 22.0.17-ci və 63-cü maddələrinə əsasən

 

Q Ə R A R A    A L I R:

 

1. “Ödəniş statistikası hesabatının tərtibi və təqdim edilməsinə dair Təlimat” təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərarının 1-ci hissəsi ilə təsdiq edilmiş “Ödəniş statistikası hesabatının tərtibi və təqdim edilməsinə dair Təlimat” 2021-ci il oktyabrın 1-dən qüvvəyə minir və həmin tarixdən Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin “Ödəniş statistikası hesabatının tərtibi və təqdim edilməsinə dair Təlimat”ın təsdiq edilməsi barədə 2013-cü il 18 dekabr tarixli 25/3 nömrəli Qərarının 1-ci hissəsi (Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2015-ci il 26 fevral tarixli 11/6 nömrəli, 2019-cu il 11 iyul tarixli 16/1-4 nömrəli,  2019-cu il 5 avqust tarixli 19/1 nömrəli və 2020-ci il 1 dekabr tarixli 52/2 nömrəli qərarları ilə edilmiş dəyişikliklər) ləğv edilir.

3. Hüquq departamentinə (R.Məlikova) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

 

 

Mərkəzi Bankın sədri

Elman  Rüstəmov

 


 

 

“Təsdiq edilmişdir”

Azərbaycan Respublikasının

Mərkəzi Bankı

Qərar  № 15/2

“31” may 2021-ci  il

 

 

Ödəniş statistikası hesabatının tərtibi və təqdim edilməsi haqqında

 

TƏLİMAT

 

1. Ümumi müddəalar

 

1.1. Bu Təlimat “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 46.1-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və ödəniş statistikasının tərtibi və təqdim olunması qaydasını tənzimləyir.

1.2. Ödəniş statistikası hesabatı bankların, xarici bankların yerli filiallarının və poçt rabitəsinin milli operatorunun (bundan sonra – statistik vahidlər) emissiya etdiyi ödəniş kartları vasitəsilə əməliyyatlar, onların strukturu və dövriyyəsi, ölkədaxili və ölkəxarici ödəniş əməliyyatları, ödəniş xidməti şəbəkəsi üzrə əməliyyatlar, ödəniş xidməti şəbəkəsinin sayı və regional bölgüsü, pul köçürmə sistemləri vasitəsilə aparılan əməliyyatlar, nağd pul vasitəsilə ödəniş əməliyyatları, ödəniş kartları ilə aparılan fırıldaqçılıq əməliyyatları haqqında tərtib etdikləri məlumatları nəzərdə tutur.

1.3. Hesabatın tərtib olunmasında məqsəd Azərbaycan Respublikasının Mərkəzi Bankı (bundan sonra - Mərkəzi Bank) tərəfindən ödəniş sistemlərinin fəaliyyətinin təşkili,  əlaqələndirilməsi və tənzimlənməsi, habelə maliyyə inklüzivliyinin qiymətləndirilməsi və statistik vahidlər vasitəsilə aparılan hesablaşmalarda nağd və nağdsız dövriyyə üzrə tam və dolğun statistik məlumatların əldə edilməsidir.

 

2. Anlayışlar

 

2.0. Bu Təlimatın məqsədləri üçün istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:

2.0.1. ödəniş terminalı – ödəniş əməliyyatını ödəniş alətləri, o cümlədən nağd pul və ya bank hesabı vasitəsilə həyata keçirmək imkanı verən və ödəyicinin ödəniş əməliyyatını təsdiq edən avadanlıq, o cümlədən bankomat, POS-terminal və özünəxidmət terminalları;

2.0.2. ödəniş xidməti şəbəkəsi – bankomatlar, POS-terminallar, özünəxidmət terminalları, elektron ticarət və s.;

2.0.3. özünəxidmət terminalı – bankomatlar, POS-terminallar istisna olmaqla ödəyicilərə ödənişləri nağd pul vəsaiti və ya ödəniş kartları vasitəsilə həyata keçirmək imkanı verən və onları ödəniş əməliyyatları üzrə təsdiqləyici sənədlə təmin edən müvafiq proqram təminatı ilə təchiz olunmuş avadanlıq;

2.0.4. POS-terminal - nağdsız ödənişlərin (o cümlədən təmassız ödənişlərin) aparılması və/və ya nağd pul vəsaitinin alınması üçün nəzərdə tutulmuş avadanlıq və ya mobil cihaz;

2.0.5. ödəniş kartı – nağdsız ödənişlərin aparılması və ya nağd pul vəsaitinin əldə edilməsi üçün istifadə edilən ödəniş aləti;

2.0.6. virtual ödəniş kartı (bundan sonra - virtual kart) – PAN nömrəsi (fərdiləşdirilmiş hesab nömrəsi) olan, fiziki formada ödəniş kartı olaraq (plastik kart) emissiya edilməyən ödəniş kartı;

2.0.7. debet ödəniş kartı (bundan sonra - debet kart) – statistik vahidin müştərisinin hesabında olan vəsaiti hesabına nağdsız ödənişlərin aparılması və ya nağd pul vəsaitinin əldə edilməsi üçün istifadə edilən ödəniş kartı. Debet kartlara sosial, əmək haqqı və digər (əvvəlcədən ödənilmiş və s.) kartlar aiddir;

2.0.8. kredit ödəniş kartı (bundan sonra - kredit kart) – statistik vahidin vəsaiti hesabına müştərisinə müəyyən olunmuş şərtlər və limit daxilində ayrılmış kreditdən ödəniş kartı vasitəsilə nağdsız ödənişlərin aparılması və ya nağd pul vəsaitinin əldə edilməsi üçün istifadə edilən ödəniş kartı;

2.0.9. kredit xətti (overdraft) – statistik vahidin vəsaiti hesabına müştərinin debet kartına ayrılan kredit. Hesabatda debet kartına kredit xətti (overdraft) ayrıldıqda həmin ödəniş kartı və onunla aparılan ödəniş əməliyyatları debet kart kimi təsnifləşdirilməlidir;

2.0.10.  əvvəlcədən ödənilmiş kart – əvvəlcədən mədaxil edilmiş vəsait həcmində mal, iş və xidmətlərin dəyərinin ödənilməsinə və/və ya nağd pul vəsaitinin alınmasına imkan verən ödəniş kartı;

2.0.11.  elektron pula vəsait qoyuluşu – qəbul edilən pul vəsaiti məbləğində ödəniş xidməti istifadəçisinin sərəncamına verilən, elektron formada saxlanılan, ödəniş əməliyyatlarının həyata keçirilməsinə imkan verən və emitentlə yanaşı üçüncü şəxslər tərəfindən də ödəniş üçün qəbul edilən ödəniş aləti olan elektron pula vəsait qoyuluşu;

2.0.12.  ekvayrinq – təsərrüfat subyekti və ya dövlət orqanı (qurumu) ilə bağlanmış müqavilə əsasında müvafiq olaraq ticarət, məişət və digər növ xidmətlərin göstərilməsi zamanı müştərilərlə hesablaşmaların aparılması və ya vergilərin və dövlət orqanları tərəfindən göstərilən xidmətlərə (işlərə) görə dövlət rüsumlarının və haqların ödənilməsi və ya kart istifadəçisinə nağd pul vəsaitinin verilməsi üzrə göstərilən xidmət;

2.0.13.  PC bankçılıq – istifadəçi tərəfindən statistik vahidin müvafiq proqram təminatı quraşdırılmaqla ayrılmış rabitə kanalı və ya internet şəbəkəsi üzərindən (www – World Wide Web) bank xidmətlərindən istifadə;

2.0.14. internet bankçılıq – istifadəçi tərəfindən statistik vahidin bank xidmətlərindən müvafiq proqram təminatını quraşdırmadan, lakin zəruri autentifikasiya prosesindən keçməklə internet şəbəkəsi üzərindən istifadə;

2.0.15. elektron ticarət – informasiya sistemlərindən istifadə edilməklə malların alqı-satqısı, xidmətlərin göstərilməsi və işlərin görülməsi üzrə həyata keçirilən fəaliyyət;

2.0.16. mobil bankçılıq – istifadəçi tərəfindən statistik vahidin müvafiq proqram təminatını quraşdırmaqla və ya quraşdırmadan mobil qurğular (mobil telefon, planşet kompüter və s.) vasitəsilə mobil rabitə kanalları (GSM, CDMA, 3G, HSPA+, WiFi, LTE və s.) üzərindən, zəruri autentifikasiya prosesindən keçməklə bank xidmətlərindən istifadə;

2.0.17. pul köçürmə sistemləri – fiziki şəxslər tərəfindən pul vəsaitinin bank hesabı açmadan ölkə daxilində və ya ölkə xaricinə köçürülməsinə və ya onların xeyrinə köçürülən pul vəsaitlərinin əldə edilməsinə imkan verən sistem;

2.0.18. ödəniş tələbnamə-tapşırığı – ödəyicinin əvvəlcədən verdiyi sərəncam əsasında vəsait alan tərəfindən təqdim olunan ödəniş tələbnamə-tapşırığı üzrə emitent bankın ödənişi vəsait alanın xeyrinə həyata keçirməyə imkan verən ödəniş aləti;

2.0.19. itmiş/oğurlanmış kartla (Lost/Stolen Card) fırıldaqçılıq əməliyyatları –ödəniş kartının itməsi və ya oğurlanması nəticəsində, habelə kart sahibinin razılığı və ya icazəsi olmadan ödəniş kartından istifadə nəticəsində baş vermiş fırıldaqçılıq hadisəsi;

2.0.20. hesabın və ya kart məlumatlarının ələ keçirilməsi (account takeover, fraudulent application) – üçüncü tərəfin müxtəlif vasitələrdən (saxta mobil aplikasiya, saxta internet səhifə, məlumat toplayan proqramlar, bankın əməkdaşı qismində özünü təqdim etmə və s.) istifadə etməklə istifadəçinin şəxsi hesablarını və ya unikal məlumatlarını (ödəniş kartının nömrəsi, isitfadəçinin ünvanı, istifadə olunan şifrəni, gizli cavabı və  s.) ələ keçirərək vəsaitləri əldə etdiyi fırıldaqçılıq forması;

2.0.21. saxta/surəti çıxarılmış kartla (Counterfeit/Skimming) fırıldaqçılıq  əməliyyatları – maqnit lentin surətinin çıxarılması/dəyişdirilməsi və kartın üzərindəki məlumatların dəyişdirilməsi ilə saxtalaşdırılmış və ya qanunsuz olaraq hazırlanmış ödəniş kartlarının istifadəsi nəticəsində baş vermiş fırıldaqçılıq hadisəsi. Surətçıxarma (Skimming) həqiqi kartın maqnit lentində olan məlumatların surətinin çıxarılması ilə maqnit lentin saxtalaşdırılması formasıdır;

2.0.22. kart təqdim edilmədən (CNP) fırıldaqçılıq əməliyyatları – kart sahibinin icazəsi olmadan ona məxsus ödəniş kartının məlumatlarından istifadə edilməklə (fiziki olaraq ödəniş kartı təqdim edilmədən) telefon, e-poçt ünvanı, internet və s. vasitəsilə baş vermiş fırıldaqçılıq hadisəsi;

2.0.23. təsərrüfat subyekti tərəfindən hayata keçirilən (Collusive Merchant & Multiple İmprint) fırıldaqçılıq əməliyyatları – emitentlərin aldadılması məqsədilə fırıldaqçılarla sözləşməyə razılaşan təsərrüfat subyektləri və ya işçiləri tərəfindən aparılan fırıldaqçılıq əməliyyatları (artıq məbləğin silinməsi, əməliyyatın bir neçə dəfə həyata keçirilməsi və s.);

2.0.24. digər fırıldaqçılıq əməliyyatları – yuxarıda qeyd edilməmiş hallar nəticəsində baş vermiş fırıldaqçılıq hadisəsi. Məsələn, səlahiyyətsiz olaraq müştərinin hesabına giriş əldə etməklə kart sahibinin icazəsi olmadan kart hesabının istifadəsi və ya təsərrüfat subyektlərində imprinter vasitəsilə ödəniş kartının üzünü çıxartmaqla sonradan məlumatlardan istifadə olunması və s. nəticəsində yaranan fırıldaqçılıq hadisələri;

2.0.25. təmassız ödəniş kartı – daxilində radiotezlikli identifikator quraşdırılmış və təmassız ödənişlərin aparılmasına imkan verən ödəniş kartı;

2.0.26. müştəri eyniləşdirilmədən aparılan təmassız ödənişlər – təmassız ödəniş kartının kart istifadəçisi tərəfindən POS-terminala yalnız yaxınlaşdırılması ilə aparılan ödəniş əməliyyatı;

2.0.27. müştəri eyniləşdirilməklə aparılan təmassız ödənişlər – təmassız ödəniş kartının kart istifadəçisi tərəfindən statistik vahidin müəyyən etdiyi məbləğ limitindən artıq həcmdə olduqda POS-terminalda PİN-kod (şəxsi eyniləşdirmə nömrəsi) yığılmaqla aparılan ödəniş əməliyyatı.

 

3. Hesabatın məzmunu və tərtib edilməsi

 

3.1. Ödəniş statistikası üzrə hesabat (bundan sonra - ÖS hesabatı) on dörd statistik formadan ibarətdir:

3.1.1. Statistik vahidin emissiya etdiyi ödəniş kartları vasitəsilə vəsaitin məxarici üzrə aparılan əməliyyatlar haqqında statistik hesabat” formasında  (Forma ÖS-1 əlavə №1) hesabat ayı üzrə statistik vahidin emissiya etdiyi debet və kredit kartlarından istifadə etməklə ödəniş xidməti şəbəkəsi vasitəsilə ölkədaxili və ölkə xaricində aparılan əməliyyatların hesabat ayı üzrə sayı və həcmi haqqında məlumatlar əks olunur.

3.1.1.1. Formanın “Statistik vahidin emissiya etdiyi ödəniş kartları vasitəsilə aparılan əməliyyatlar” hissəsindəki statistik vahidin emissiya etdiyi debet və kredit kartlarından istifadə etməklə ödəniş xidməti şəbəkəsi vasitəsilə ölkə daxilində və ölkə xaricində aparılan əməliyyatların hesabat ayı üzrə sayı və həcmi haqqında məlumatlar “Statistik vahidin emissiya etdiyi debet kartları vasitəsilə aparılan əməliyyatlar” və “Statistik vahidin emissiya etdiyi kredit kartları vasitəsilə aparılan əməliyyatlar” hissələrinin müvafiq məlumatları əsasında tərtib edilir.

3.1.1.2. Hesabat formasının “Statistik vahidin emissiya etdiyi debet kartları vasitəsilə aparılan əməliyyatlar” hissəsində statistik vahidin emissiya etdiyi debet kartları ilə aparılan əməliyyatlar əks etdirilir.

3.1.1.3. Hesabat formasının “Statistik vahidin emissiya etdiyi kredit kartları vasitəsilə aparılan əməliyyatlar” hissəsində statistik vahidin emissiya etdiyi kredit kartları ilə aparılan əməliyyatlar əks etdirilir.

3.1.1.4. Hesabat formasının “Ümumi əməliyyatlar” hissəsində statistik vahidin emissiya etdiyi ödəniş kartları ilə həm statistik vahidə, həm də digər maliyyə institutlarına məxsus ödəniş xidməti şəbəkəsi üzrə aparılan əməliyyatlar əks etdirilir.

3.1.1.5. Hesabat formasının “Statistik vahidə məxsus ödəniş xidməti şəbəkəsində aparılan əməliyyatlar” hissəsində statistik vahidin emissiya etdiyi ödəniş kartları ilə yalnız statistik vahidə məxsus ödəniş xidməti şəbəkəsində aparılan əməliyyatlar əks etdirilir.

3.1.1.6. Formada ölkə xaricində əməliyyatların sayı və həcmi bankomatlar və POS-terminallar vasitəsilə nağd pulun çıxarılması, ödəniş terminalları vasitəsilə ödənişlərin həyata keçirilməsi, elektron ticarət vasitəsilə mal, iş və ya xidmətlərin dəyərinin ödənilməsi üzrə əməliyyatların müvafiq olaraq sayı və həcminin cəmindən ibarətdir.

3.1.1.7. Formada ölkə daxilində əməliyyatların sayı və həcmi ödəniş xidməti şəbəkəsi vasitəsilə aparılan əməliyyatların müvafiq olaraq sayı və həcminin cəmindən ibarətdir.

3.1.1.8. Bankomatlar və POS-terminallar üzrə əməliyyatlar nağd (nağd pulun çıxarılması) və nağdsız (ödənişlərin həyata keçirilməsi) əməliyyatları üzrə təsnifləşdirilir.

3.1.2. “Statistik vahidin emissiya etdiyi ödəniş kartları vasitəsilə ölkəxarici ödəniş əməliyyatlarının təyinatı haqqında statistik hesabat” formasında (Forma ÖS-2 əlavə №2) hesabat ayı üzrə statistik vahidin emissiya etdiyi ödəniş kartları ilə ölkə xaricində bankomatlar, POS-terminallar, özünəxidmət terminalları və elektron ticarət vasitəsilə mal, iş və ya xidmətlərin dəyərinin ödənilməsi təsərrüfat subyektinin kateqoriya koduna əsasən qeyd olunur.

3.1.3. “Statistik vahidə məxsus ödəniş xidməti şəbəkəsinin regionlar üzrə yerləşdirilməsi haqqında statistik hesabat” formasında (Forma ÖS-3 əlavə №3) statistik vahidə məxsus quraşdırılmış və istismara verilmiş bankomatların, POS-terminalların, özünəxidmət terminallarının və mübadilə terminallarının fiziki yerləşdiyi, elektron ticarət üzrə isə quraşdırılmış virtual POS-terminalların qeydiyyata alındığı  müvafiq region üzrə sayı göstərilir.

3.1.3.1. Bankomatlar nağd pul qəbul edən (cash-in), valyuta mübadiləsini həyata keçirmə funksiyalı (ödəniş kart istifadə olunmadan), qəbul edilmiş pulu yenidən dövriyyəyə buraxma funksiyalı (recycle), təmassız ödənişləri qəbul etmə funksiyalarına əsasən təsnifləşdirilir.

3.1.3.2. POS-terminallar təmassız ödənişləri qəbul etmə imkanına, statistik vahidin baş ofis və əməliyyat bölmələrində və ya pərakəndə ticarət, ictimai iaşə və xidmət müəssisələrində quraşdırılmasına əsasən əks olunur. Pərakəndə ticarət, ictimai iaşə və xidmət müəssisələrində quraşdırılmış POS-terminallar təmassız ödənişləri qəbul edən POS-terminallar, ticarət müəssisələrində nağd pul vəsaitinin verilməsi mümkün olan və dövr ərzində aktiv istifadə edilməsinə əsasən təsnifləşdirilir. Ay ərzində ən azı 4 (dörd) ödəniş əməliyyat icra olunan POS-terminal dövr ərzində aktiv istifadə edilən hesab olunur.

3.1.4. “Statistik vahidə məxsus ödəniş xidməti şəbəkəsində rezident və qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə ödəniş əməliyyatlarının təyinatı haqqında statistik hesabat” formasında (Forma ÖS-4 əlavə №4) hesabat ayı üzrə bankomatlar, POS-terminallar, özünəxidmət terminalları və elektron ticarət vasitəsilə mal, iş və ya xidmətlərin dəyərinin ödənilməsi xidmət şəbəkəsi üzrə rezident (həmçinin statistik vahidin emissiya etdiyi ödəniş kartları daxil olmaqla) və qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə təsərrüfat subyektinin kateqoriya koduna uyğun olaraq qeyd olunur.

3.1.4.1. Hesabat formasında ödəniş terminalları (bankomat, POS-terminal və özünəxidmət terminalları) üzrə ödəniş əməliyyatları Bakı və regionlar üzrə əks etdirilir.

3.1.5. “Statistik vahidin emissiya etdiyi ödəniş kartlarının strukturu və dövriyyəsi haqqında statistik hesabat” forması (Forma ÖS-5 – əlavə №5) “Statistik vahidin emissiya etdiyi ödəniş kartlarının strukturu haqqında statistik hesabat” (ÖS-5.1) və “Statistik vahidin emissiya etdiyi ödəniş kartlarının dövriyyəsi haqqında statistik hesabat” (ÖS-5.2) cədvəllərindən ibarətdir.

3.1.5.1.“Statistik vahidin emissiya etdiyi dövriyyədə olan ödəniş kartlarının strukturu haqqında statistik hesabat” cədvəlində (ÖS-5.1) dövrün sonuna təyinatına, ödəniş sistemləri üzrə, məlumat daşıyıcısına görə ödəniş kartlarının və sahiblərinin sayı qeyd olunur.

3.1.5.1.1. Cədvəldə hesabat ayında ödəniş kartlarının təyinatı, ödəniş sistemləri üzrə bölgüsü, məlumat daşıyıcısına görə pul vəsaitlərinin məxaric və mədaxil əməliyyatlarının sayı və həcmi əks olunur.

3.1.5.1.2. Ödəniş kartları təyinatına görə debet və kredit kartlarına bölünür.

3.1.5.1.2.1. debet kartları təyinatına görə aşağıdakı kimi təsnifləşdirilir:

3.1.5.1.2.1.1. sosial kartlar:

3.1.5.1.2.1.1.1. əmək pensiyası kartı yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyasının verilməsi üçün istifadə olunan kart;

3.1.5.1.2.1.1.2. sosial müavinət kartı “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq (dövlət qulluqçularına ömürlük müavinət, yaşa görə müavinət, əlilliyə görə müavinət, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət, ailə başçısını itirməyə görə müavinət, üç yaşınadək uşağa qulluğa görə müavinət, bir yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət və s.) və birdəfəlik (radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün müavinət, uşağın anadan olmasına görə müavinət, dəfn üçün müavinət və s.) ödənilən pul vəsaitinin, habelə ünvanlı dövlət sosial yardımı, məcburi köçkünlərə verilən müavinətlərin verilməsi üçün istifadə olunan kart; [1]

3.1.5.1.2.1.1.3. dövlət büdcəsindən ayrılan subsidiya (yardım) - dövlət büdcəsinin vəsaiti hesabına müvafiq şəxslərə əvəzsiz verilən maliyyə vəsaiti üçün istifadə olunan kart;

3.1.5.1.2.1.1.4. təhsil təqaüdü kartı ali təhsil müəssisələrinin adlı, magistr, bakalavr pilləsi üzrə, orta ixtisas təhsili müəssisələrinin və peşə təhsili müəssisələrinin tələbələrə müəyyən etdiyi təqaüdlərin verilməsi üçün istifadə olunan kart;

3.1.5.1.2.1.1.5.  digər sosial kartlar yuxarıda qeyd olunan kartlara aid olmayan digər debet kartları;

3.1.5.1.2.1.2. əmək haqqı kartları:

3.1.5.1.2.1.2.1. dövlət orqanları (qurumları), dövlət müəssisə və təşkilatları üzrə;

3.1.5.1.2.1.2.2. qeyri-dövlət müəssisə və təşkilatları üzrə;

3.1.5.1.2.1.3. digər debet kartları yuxarıda qeyd olunan kartlara aid edilməyən digər debet kartları.

3.1.5.2. “Statistik vahidin emissiya etdiyi ödəniş kartlarının dövriyyəsi haqqında statistik hesabat” cədvəlində (ÖS-5.2) hesabat dövrünün əvvəlinə dövriyyədə olan, dövriyyəyə buraxılmış, dövriyyədən çıxarılmış, dövrün sonuna dövriyyədə olan, hesabat dövründə istifadə edilməyən (hesabat dövrü ərzində istifadəçisi tərəfindən heç bir ödəniş və nağd pulun çıxarılması əməliyyatı aparılmayan ödəniş kartı), hesabat dövrü ərzində yalnız nağdlaşdırma əməliyyatı aparılan ödəniş kartlarının və sahiblərinin sayı qeyd olunur.

3.1.6. “Statistik vahidin müştəri hesabları, müştəri hesablarından köçürmələr və daxilolmalar haqqında statistik hesabat ” formasında (Forma ÖS-6 – əlavə №6) statistik vahidin müştərilərinin hesab növü, hüquqi statusuna görə hesablarının sayı, cari hesablarından köçürmələrin növünə görə sayı və həcmi əks etdirilir.

3.1.6.1. “Statistik vahidin müştəri hesabları, müştəri hesablarından köçürmələr və daxilolmalar haqqında statistik hesabat” forması (Forma ÖS-6 – əlavə №6) “Statistik vahidin müştəri hesabları haqqında statistik hesabat” (ÖS-6.1) və “Statistik vahidin müştəri hesablarından köçürmələr və daxilolmalar haqqında statistik hesabat” (ÖS-6.2) cədvəllərindən ibarətdir.

3.1.6.1.1.“Statistik vahidin müştəri hesabları haqqında statistik hesabat” cədvəlində (ÖS-6.1) statistik vahidin müştərilərinin depozit, kredit və cari hesablar üzrə hesablarının hesabat ayı üzrə və dövrün sonuna hesab sayı və hesab sahiblərinin sayı üzrə təsnifləşdirilir. Dövrün sonuna “aktiv hesablar” göstəricilərində son 36 (otuz altı) ay ərzində hesabın qalığı sıfır olan, həmçinin hesabdan mədaxil və ya məxaric əməliyyatları həyata keçirilməyən hesablar nəzərə alınmamalıdır.

3.1.6.1.1.1. Cədvəlin “Müştəri hesablarının hesab növünə görə sayı” hissəsində müştərilərin depozit, kredit və cari hesabları üzrə sayı qeyd olunur.

3.1.6.1.1.2. Cədvəlin “Depozit hesabların hüquqi statusuna görə sayı” hissəsində müştərilərin depozit hesablarının sayı fiziki şəxslər, o cümlədən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər və hüquqi şəxslər üzrə təsnifləşdirilir.

3.1.6.1.1.3. Cədvəlin “Depozit hesabların müddətinə görə sayı” hissəsində müştərilərin depozit hesablarının sayı müddətli və tələbli üzrə təsnifləşdirilir.

3.1.6.1.1.4. Cədvəlin “Kredit hesabların hüquqi statusuna görə sayı” hissəsində müştərilərin kredit hesablarının sayı fiziki şəxslər, o cümlədən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər və hüquqi şəxslər üzrə təsnifləşdirilir.

3.1.6.1.1.5. Cədvəlin “Kredit hesabların müddətinə görə sayı” hissəsində müştərilərin kredit hesablarının sayı uzunmüddətli (360 gündən artıq) və qısamüddətli (360 günə qədər) üzrə təsnifləşdirilir.

3.1.6.1.1.6. Cədvəlin “Cari hesabların hüquqi statusuna görə sayı” hissəsində müştərilərin cari hesabların sayı fiziki şəxslər, o cümlədən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər və hüquqi şəxslər üzrə təsnifləşdirilir.

3.1.6.1.1.7. Cədvəldə hesabat ayı üzrə göstəriciləri statistik vahid tərəfindən hesabat ayı ərzində açılan hesabların, cəlb olunan müştərilərin sayı (mövcud və yeni),  dövrün sonuna göstəriciləri isə dövrün sonuna müştəri və hesabların faktiki say göstəriciləri əks olunur.

3.1.6.1.2. “Statistik vahidin müştəri hesablarından köçürmələr və daxilolmalar haqqında statistik hesabat” cədvəlində (ÖS-6.2) statistik vahidin müştərilərinin cari hesablarının hesabat ayı üzrə sayı və həcmi əks olunur.

3.1.6.1.2.1. Cədvəlin “Cari hesablardan aparılan köçürmələrin hüquqi statusuna görə” hissəsində müştərilərin cari hesablarından aparılan məxaric köçürmələrinin sayı və həcmi fiziki şəxslər, o cümlədən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər və hüquqi şəxslər üzrə təsnifləşdirilir.

3.1.6.1.2.2. Cədvəlin “Cari hesablardan aparılan bankdaxili və bankdankənar köçürmələrin növünə görə” hissəsində müştərilərin cari hesablarından bankdaxili və bankdankənar (ölkədaxili və ölkəxarici) məxaric köçürmələrinin sayı və həcmi fiziki şəxslər, o cümlədən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər və hüquqi şəxslər üzrə təsnifləşdirilir.

3.1.6.1.2.3. Cədvəlin “Cari hesablardan aparılan köçürmələrin növünə görə” hissəsində müştərilərin cari hesablarından məxaric köçürmələrin sayı və həcmi kağız daşıyıcılarla, elektron şəbəkə və ya cihazlar (internet bankçılıq, mobil bankçılıq, PC bankçılıq və digər) vasitəsilə və ödəniş tələbnamə-tapşırığı növünə görə təsnifləşdirilir.

3.1.6.1.2.4. Cədvəlin “Cari hesablara daxilolmalaların hüquqi statusuna görə” hissəsində müştərilərin cari hesablarına mədaxil köçürmələrinin sayı və həcmi fiziki şəxslər, o cümlədən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər və hüquqi şəxslər üzrə təsnifləşdirilir.

3.1.6.1.2.5. Cədvəlin “Cari hesablara bankdaxili və bankdankənar daxilolmaların növünə görə” hissəsində müştərilərin cari hesablarına bankdaxili və bankdankənar (ölkədaxili və ölkəxarici) mədaxil köçürmələrinin sayı və həcmi fiziki şəxslər, o cümlədən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər və hüquqi şəxslər üzrə təsnifləşdirilir.

3.1.7. “Statistik vahidə məxsus ödəniş xidməti şəbəkəsində maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə vəsaitin məxarici üzrə aparılan əməliyyatlar haqqında statistik hesabat”  formasında  (Forma ÖS-7 – əlavə №7) hesabat ayı üzrə statistik vahidə məxsus ödəniş xidməti şəbəkəsində rezident (həmçinin statistik vahidin emissiya etdiyi ödəniş kartları daxil olmaqla) və qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları ilə aparılan əməliyyatların sayı və həcmi ödəniş növləri (nağd pulun çıxarılması və ödənişlərin həyata keçirilməsi) və ödəniş sistemləri üzrə təsnifləşdirilir.

3.1.7.1. Ödəniş kartlarının ödəniş sistemləri üzrə Visa, MasterCard, American Express, Diners Club, UnionPay, lokal kartlar və digər sistemlər üzrə təsnifləşdirilir.

3.1.7.2. Formada statistik vahidin bankomat, POS-terminal və özünəxidmət terminalları üzrə əməliyyatlar Bakı və region üzrə əks olunur.

3.1.7.3. Bankomat və POS-terminallar üzrə əməliyyatlar nağd (nağd pulun çıxarılması) və nağdsız (ödənişlərin həyata keçirilməsi) əməliyyatları üzrə təsnifləşdirilir.

3.1.7.4. Formada elektron ticarət vasitəsilə mal, iş və ya xidmətlərin dəyərinin ödənilməsi üzrə yalnız statistik vahidə məxsus xidmət şəbəkəsi üzrə əməliyyatlar nəzərə alınır.

3.1.8. “Statistik vahid tərəfindən istifadə olunan pul köçürmə sistemləri vasitəsilə  aparılan  əməliyyatlar   haqqında   statistik   hesabat”  formasında (Forma ÖS-8 əlavə №8) hesabat ayı üzrə pul köçürmə sistemləri (yerli və xarici) vasitəsilə milli və xarici valyutada (xarici valyutada aparılan əməliyyatların manat ekvivalenti) statistik vahidə daxilolmalar və statistik vahiddən kənara köçürmələrin sayı və həcmi əks olunur.

3.1.8.1. Hesabatda pul köçürmə sistemləri vasitəsilə statistik vahidə daxilolmalar və statistik vahiddən kənara köçürmələr pul köçürmə sistemlərinin adları, ölkədaxili və ölkəxarici, ödəniş üsulu üzrə təsnifləşdirilir.

3.1.8.2. Hesabatda pul köçürmə sistemləri vasitəsilə statistik vahidə daxilolmalar və statistik vahiddən kənara köçürmələr pul köçürmə sistemlərinin siyahıdakı adlarına uyğun təsnifləşdirilir. Siyahıda adı əks olunmayan hər hansı digər pul köçürmə sistemi vasitəsilə statistik vahidə daxilolmalar və statistik vahiddən kənara köçürmələr həyata keçirildikdə həmin əməliyyatlar “digər” seçimində əks olunmalıdır.

3.1.8.3. Hesabat formasında hesab açmadan və ya müştərinin mövcud hesabından müştərinin göstərişi ilə pul köçürmə sistemləri vasitəsilə köçürmələr nəzərə alınmalıdır.

3.1.9. “Statistik vahid tərəfindən istifadə olunan pul köçürmə sistemləri vasitəsilə aparılan regionlar üzrə əməliyyatları haqqında statistik hesabat” formasında (Forma ÖS-9 – əlavə №9) hesabat ayı üzrə pul köçürmə sistemləri (yerli və xarici) vasitəsilə hesabat dövrü ərzində cəmi, o cümlədən xarici valyutada (xarici valyutada aparılan əməliyyatların manat ekvivalenti) statistik vahidə daxilolmalar və statistik vahiddən kənara köçürmələrin regionlar üzrə sayı və həcmi əks olunur.

3.1.9.1. Hesabat formasında pul köçürmə sistemləri vasitəsilə yalnız regional mənsubiyyəti müəyyən oluna bilən ödəniş üsulu ilə (baş ofis və əməliyyat bölmələrinə yaxınlaşmaqla, ödəniş terminalı vasitəsilə, digər) həyata keçirilən əməliyyatlar əks olunur.

 3.1.10. “Statistik vahidə məxsus ödəniş xidməti şəbəkəsində nağd pul vasitəsilə ödəniş əməliyyatlarının təyinatı haqqında statistik hesabat” formasında (Forma ÖS-10 – əlavə №10) hesabat ayı üzrə statistik vahidə məxsus bankomatlar və özünəxidmət terminallarında nağd pul vasitəsilə ödənişlərin təyinatına görə sayı və həcmi haqqında məlumatlar əks olunur.

3.1.10.1. Hesabat formasında bankomatlar və özünəxidmət terminalları üzrə ödəniş əməliyyatları Bakı və region üzrə təsnifləşdirilir.

3.1.11. “Statistik vahidin emissiya etdiyi ödəniş kartları ilə və onun ödəniş xidməti şəbəkəsində baş vermiş fırıldaqçılıq əməliyyatları haqqında statistik hesabat”  formasında (Forma ÖS-11 əlavə №11) statistik vahidin emissiya etdiyi ödəniş kartları və statistik vahidə məxsus ödəniş xidməti şəbəkəsində digər maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları ilə baş vermiş ölkədaxili və ölkəxarici fırıldaqçılıq əməliyyatları əks olunur.

3.1.11.1. Statistik vahidin emissiya etdiyi ödəniş kartları ilə baş vermiş fırıldaqçılıq əməliyyatları üzrə ödəniş kartlarının sayı, əməliyyatların ümumi sayı və həcmi, həmçinin özünə məxsus ödəniş xidməti şəbəkəsində baş vermiş fırıldaqçılıq əməliyyatların sayı və həcmi əks olunur.

3.1.11.2. Statistik vahidə məxsus ödəniş xidməti şəbəkəsində digər maliyyə institutlarının (rezident və qeyri-rezident) emissiya etdiyi ödəniş kartları ilə baş vermiş fırıldaqçılıq əməliyyatlarının sayı və həcmi əks olunur.

3.1.11.3. Ölkədaxili və ölkəxarici fırıldaqçılıq əməliyyatları aşağıdakı kateqoriyalarından ibarətdir:

3.1.11.3.1. itmiş/oğurlanmış ödəniş kartları (lost or stolen cards) ilə əməliyyatlar;

3.1.11.3.2. hesabın və ya kart məlumatlarının ələ keçirilməsi (account takeover, fraudulent application) ilə əməliyyatlar;

3.1.11.3.3. saxta/surəti çıxarılmış ödəniş kartları (counterfeit cards) ilə əməliyyatlar;

3.1.11.3.4. kart təqdim edilmədən (Card not present) aparılmış əməliyyatlar;

3.1.11.3.5. təsərrüfat subyekti tərəfindən hayata keçirilən (Collusive Merchant & Multiple Imprint) əməliyyatlar;

3.1.11.3.6. digər fırıldaqçılıq hadisələri.

3.1.11.4. Ölkədaxili və ölkəxarici fırıldaqçılıq əməliyyatları fırıldaqçılıq halının baş verdiyi avadanlıq üzrə elektron ticarətdə və ödəniş avadanlığında baş vermiş fırıldaqçılıq əməliyyatlarına bölünür.

3.1.11.5. Ölkədaxili və ölkəxarici fırıldaqçılıq əməliyyatları ödəniş sistemləri (Viza, MasterCard, lokal və digər) üzrə təsnifləşdirilir.

3.1.11.6. Formada fırıldaqçılıq əməliyyatlarının qeydiyyatı baş verdiyi tarixə yox, fırıldaqçılıq əməliyyatının olması təsdiq olunduğu tarix üzrə aparılmalıdır. Məsələn, 5 yanvar tarixində baş verən əməliyyatın fırıldaqçılıq əməliyyatı olması birinci rübün sonunadək təsdiqləndikdə əməliyyat birinci rübə aid qeyd edilməli, birinci rübdən sonra təsdiqləndikdə isə müvafiq rübə aid olunmalıdır.

3.1.12. “Əvvəlcədən ödənilmiş kartlar haqqında statistik hesabat” forması (Forma ÖS-12 – əlavə №12) Statistik vahidin emissiya etdiyi əvvəlcədən ödənilmiş kartlar vasitəsilə aparılan əməliyyatlar haqqında statistik hesabat  (ÖS-12.1),  “Digər maliyyə institutlarının emissiya etdiyi əvvəlcədən ödənilmiş kartlar vasitəsilə aparılan əməliyyatlar haqqında statistik hesabat” (ÖS-12.2)Statistik vahidin emissiya etdiyi əvvəlcədən ödənilmiş kartların strukturu haqqında statistik hesabat” (ÖS-12.3) cədvəllərindən ibarətdir.

3.1.12.1. “Statistik vahidin emissiya etdiyi əvvəlcədən ödənilmiş kartlar vasitəsilə aparılan əməliyyatlar haqqında statistik hesabat  cədvəlində (ÖS-12.1) statistik vahidin emissiya etdiyi əvvəlcədən ödənilmiş kartlar ilə aparılan əməliyyatların sayı və həcmi, o cümlədən özünə məxsus ödəniş xidməti şəbəkəsində aparılan əməliyyatların sayı və həcmi əks olunur.

3.1.12.1.1. Cədvəlin "Statistik vahidin emissiya etdiyi əvvəlcədən ödənilmiş kartlar vasitəsilə aparılan əməliyyatlar" hissəsində əməliyyatlar xidmət şəbəkəsi, ölkədaxili və ölkəxarici üzrə təsnifləşdirilir.

3.1.12.2. “Digər maliyyə institutlarının emissiya etdiyi əvvəlcədən ödənilmiş kartlar vasitəsilə aparılan əməliyyatlar haqqında statistik hesabat cədvəlində (ÖS-12.2) digər rezident və qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi əvvəlcədən ödənilmiş kartlar ilə aparılan əməliyyatların sayı və həcmi, o cümlədən regionlarda aparılan əməliyyatların (Bakı istisna olmaqla) sayı və həcmi əks olunur.

3.1.12.2.1. Cədvəlin "Digər rezident və qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi əvvəlcədən ödənilmiş kartlar ilə aparılan əməliyyatlar" hissəsində əməliyyatlar statistik vahidin xidmət şəbəkəsi və ödəniş sistemləri üzrə təsnifləşdirilir.

3.1.12.3. “Statistik vahidin emissiya etdiyi əvvəlcədən ödənilmiş kartların strukturu haqqında statistik hesabat” cədvəlində (ÖS-12.3) statistik vahidin emissiya etdiyi əvvəlcədən ödənilmiş kartlar üzrə dövrün sonuna kart sahiblərinin və kartların sayı, hesabat rübü ərzində pul vəsaitlərinin ödəniş kartından məxarici üzrə əməliyyatların sayı və həcmi əks olunur. Əvvəlcədən ödənilmiş kartlar istifadəçisi eyniləşdirilmiş və eyniləşdirilməmiş əvvəlcədən ödənilmiş kartlar üzrə təsnifləşdirilir.

3.1.13. “Statistik vahidə məxsus ödəniş terminallarında regionlar üzrə əməliyyatlar haqqında statistik hesabat” formasında (Forma ÖS-13 – əlavə №13) hesabat rübü ərzində statistik vahidə məxsus bankomatlar, POS-terminallar, özünəxidmət terminallarında ödəniş kartı və nağd pul vasitəsilə əməliyyatların sayı və həcmi, o cümlədən istifadə edilən kartların sayı regionlar üzrə təsnifləşdirilir.

3.1.14. “Statistik vahidə məxsus bankomatlarda ödəniş kartları vasitəsilə məxaric edilən nağd pul haqqında statistik hesabat” formasında (Forma ÖS-14 – əlavə №14) hesabat rübü ərzində statistik vahidə məxsus bankomatlardan ödəniş kartları vasitəsilə məxaric edilən nağd pulun (kağız pul nişanları) Bakı və regionlar üzrə sayı əks olunur.

3.2. Bütün hesabat formalarında xarici valyuta ilə aparılmış əməliyyatlar əməliyyatın aparıldığı günün Mərkəzi Bankın rəsmi məzənnəsi üzrə manat ekvivalentində əks olunur. Əməliyyatlar Mərkəzi Bankın rəsmi məzənnəsi elan etmədiyi xarici valyutada olduqda həmin valyutanın ABŞ dollarına rəsmi məzənnəsi əsasında hesablanmış çarpaz məzənnə üzrə manat ekvivalentində əks olunmalıdır.

3.3. Bütün hesabat formalarında ödəniş kartında olan vəsait xarici valyutadadırsa milli valyutada vəsaitin nağdlaşdırılması və ya milli valyutada ödəniş əməliyyatları ümumi əməlyyatlarda nəzərə alınmaqla yanaşı “ondan xarici valyutada” göstəricilərində manat ekvivalentində əks olunmalıdır.

3.4. Bütün hesabat formalarında ödəniş kartında olan vəsait milli valyutadadırsa xarici valyutada vəsaitin nağdlaşdırılması və ya xarici valyutada ödəniş əməliyyatları ümumi əməlyyatlarda nəzərə alınmaqla “ondan xarici valyutada” göstəricilərində əks olunmamalıdır.

3.5. ÖS-1, ÖS-5 hesabat formalarında debet kartına kredit xətti (overdraft) ayrıldıqda kredit kartı kimi təsnifləşdirilməməlidir.

3.6. ÖS-4, ÖS-7, ÖS-10 hesabat formalarında Bakı şəhəri üzrə göstəricilərə digər iqtisadi rayonlar üzrə göstəricilər aid edilməməlidir.

3.7. ÖS-1, ÖS-2, ÖS-4, ÖS-5, ÖS-7, ÖS-11, ÖS-13 hesabat formalarında ödəniş kartları üzrə göstəricilərdə ödəniş kartları kimi virtual və əvvəlcədən ödənilmiş kartlar da nəzərə alınmalıdır.

3.8. Bütün hesabat formalarında göstəricilərin sayı və həcmi nominalla göstərilməlidir.

3.9. ÖS-1, ÖS-2, ÖS-11 və ÖS-12 formalarında “elektron ticarət vasitəsilə mal, iş və ya xidmətlərin dəyərinin ödənilməsi” əməliyyatları ödənişi qəbul edən təsərrüfat subyektinin qeydiyyatdan keçdiyi ölkə Azərbaycan Respublikasıdırsa ölkədaxili, xarici ölkədirsə, ölkəxarici kimi əks olunur. Əməliyyatların ölkədaxili və ölkəxarici üzrə təsnifləşdirilməsi ödənişi həyata keçirən müştərinin coğrafi yerləşməsinə əsaslanmamalıdır.

 

4. Hesabatın təqdim olunması

 

4.1. Ödəniş statistikası hesabatının ÖS-1; ÖS-2; ÖS-3; ÖS-4; ÖS-5; ÖS-6; ÖS-7; ÖS-8; ÖS-9; ÖS-10 formaları aylıq əsasda, ÖS-11; ÖS-12; ÖS-13; ÖS-14 formaları isə rüblük əsasda elektron formada hesabat dövründən sonrakı ayın 7 (yeddi) iş günü ərzində statistik vahid tərəfindən onun bütün bölmələri üzrə icmallaşdırılaraq Mərkəzi Banka təqdim edilməlidir. Əməliyyat baş verməyən hallarda hesabat formasında bu göstərici üzrə xana boş saxlanılır və ya sıfır qeyd olunur.

4.2. Hesabat statistik vahidin icra orqanının rəhbərinin, üzvünün, baş mühasib və ya onu əvəz edən şəxsin, yaxud hesabatın təqdim olunmasına məsul olan struktur bölmə rəhbərinin elektron imzası ilə təsdiq edilir.

 


 


 


 

 

"Ödəniş statistikası hesabatının tərtibi və təqdim edilməsi haqqında  Təlimat"a

Əlavə № 3 [2]

 

 

Forma ÖS-3 (Ödəniş Statistikası) 

 

Aylıq

 

 

 

 

 

 

 

Statistik vahidin adı:

0

Hesabat statistik vahid tərəfindən hesabat dövründən

sonrakı ayın 7 iş günü müddətində Mərkəzi Banka təqdim olunur

Hesabat dövrü:

0

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ÖS-3. Statistik vahidə məxsus ödəniş xidməti şəbəkəsinin regionlar üzrə yerləşdirilməsi haqqında statistik hesabat

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ədədlə

Bölmələrin
 N-si

Regionun adı

Sətirlərin
 şifrləri

Hesabat dövrünün sonuna

Bankomatların sayı

POS-terminallar sayı

Elektron ticarətdə quraşdırılmış virtual POS-terminalların sayı

Özünəxidmət terminalları sayı

Mübadilə terminalları sayı

Cəmi

ondan

Cəmi

ondan:

Cəmi

ondan

təmassız ödənişləri qəbul edən

statistik vahidin baş ofis və əməliyyat bölmələrində quraşdırılmış

pərakəndə ticarət, ictimai iaşə və xidmət müəssisələrində quraşdırılmış

  ondan:

nağd pul qəbul edən (cash-in)

valyuta mübadiləsini həyata keçirmə funksiyalı (kart istifadə olunmadan)

qəbul edilmiş pulu yenidən dövriyyəyə buraxma funksiyalı (recycle)

təmassız ödənişləri qəbul etmə funksiyalı

təmassız ödənişləri qəbul edən POS-terminallar

 ticarət müəssisələrində nağd pul vəsaitinin verilməsi mümkün olan (POS-cash)

Dövr ərzində aktiv istifadə edilən
(aylıq 4 əməliyyat sayına əsasən)

ödənişi ödəniş kartı ilə qəbul edən

xarici valyuta qəbul edən

1

CƏMİ

1

0

0

0

0

0

0

0

0

0

0

0

0

0

0

0

0

0

1,1

Bakı iqtisadi rayonu

2

0

0

0

0

0

0

0

0

0

0

0

0

0

0

0

0

0

 

Bakı şəhəri

3

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

1,2

Naxçıvan iqtisadi rayonu

4

0

0

0

0

0

0

0

0

0

0

0

0

0

0

0

0

0

 

Naxçıvan şəhəri

5

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Babək rayonu

6

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Culfa rayonu

7

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Kəngərli rayonu

8

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Ordubad rayonu

9

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Sədərək rayonu

10

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Şahbuz rayonu

11

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Şərur rayonu

12

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

1,3

Abşeron-Xızı iqtisadi rayonu

13

0

0

0

0

0

0

0

0

0

0

0

0

0

0

0

0

0

 

Sumqayıt şəhəri

14

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Abşeron rayonu

15

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Xızı rayonu

16

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

1,4

Dağlıq Şirvan iqtisadi rayonu

17

0

0

0

0

0

0

0

0

0

0

0

0

0

0

0

0

0

 

Ağsu rayonu

18

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

İsmayıllı rayonu

19

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Qobustan rayonu

20

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Şamaxı rayonu

21

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

1,5

Gəncə-Daşkəsən iqtisadi rayonu

22

0

0

0

0

0

0

0

0

0

0

0

0

0

0

0

0

0

 

Gəncə şəhəri

23

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Naftalan şəhəri

24

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Daşkəsən rayonu

25

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Goranboy rayonu

26

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Göygöl rayonu

27

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Samux rayonu

28

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

1,6

Qarabağ iqtisadi rayonu

29

0

0

0

0

0

0

0

0

0

0

0

0

0

0

0

0

0

 

Xankəndi şəhəri

30

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Ağcabədi rayonu

31

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Ağdam rayonu

32

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bərdə rayonu

33

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Füzuli rayonu

34

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Xocalı rayonu

35

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Xocavənd rayonu

36

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Şuşa rayonu

37

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Tərtər rayonu

38

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

1,7

Qazax-Tovuz iqtisadi rayonu

39

0

0

0

0

0

0

0

0

0

0

0

0

0

0

0

0

0

 

Ağstafa rayonu

40

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Gədəbəy rayonu

41

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Qazax rayonu

42

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Şəmkir rayonu

43

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Tovuz rayonu

44

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

1,8

Quba-Xaçmaz iqtisadi rayonu

45

0

0

0

0

0

0

0

0

0

0

0

0

0

0

0

0

0

 

Xaçmaz rayonu

46

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Quba rayonu

47

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Qusar rayonu

48

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Siyəzən rayonu

49

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Şabran rayonu

50

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

1,9

Lənkəran-Astara iqtisadi rayonu

51

0

0

0

0

0

0

0

0

0

0

0

0

0

0

0

0

0

 

Astara rayonu

52

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Cəlilabad rayonu

53

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Lerik rayonu

54

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Lənkəran rayonu

55

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Masallı rayonu

56

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Yardımlı rayonu

57

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

1.10

Mərkəzi Aran iqtisadi rayonu

58

0

0

0

0

0

0

0

0

0

0

0

0

0

0

0

0

0

 

Mingəçevir şəhəri

59

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Ağdaş rayonu

60

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Göyçay rayonu

61

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Kürdəmir rayonu

62

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Ucar rayonu

63

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Yevlax rayonu

64

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Zərdab rayonu

65

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

1,11

Mil-Muğan iqtisadi rayonu

66

0

0

0