220.050.030
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Baytarlıq məqsədləri üçün lazım olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının siyahısı və onlardan istifadə Qaydaları”nın təsdiq edilməsi barədə” 2006-cı il 5 iyun tarixli 136 nömrəli və “Azərbaycan Respublikasının ərazisindən tranzit keçən xəstənin müalicə məqsədilə narkotik vasitələr və psixotrop maddələr aparması Qaydası və onlardan istifadə miqdarı həddi”nin təsdiq edilməsi barədə” 2006-cı il 1 iyul tarixli 163 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 5 iyun tarixli 136 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 6, maddə 564; 2018, № 12 (II kitab), maddə 2721) ilə təsdiq edilmiş “Baytarlıq məqsədləri üçün lazım olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının siyahısı və onlardan istifadə Qaydaları”nın I hissəsində aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1.1-ci bənddə “Morfin və duzları” sözləri “Morfin (əsası və duzları)” sözləri ilə əvəz edilsin;
1.2. 1.3-cü bənddə “Omnopon” sözü “Papaveratum (pantapon, omnopon)” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 1 iyul tarixli 163 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 7, maddə 631; 2010, № 1, maddə 68) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisindən tranzit keçən xəstənin müalicə məqsədilə narkotik vasitələr və psixotrop maddələr aparması Qaydası və onlardan istifadə miqdarı həddi”nin II bölməsində aşağıdakı dəyişikliklər edilsin:
2.1. “1. Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılmış narkotik vasitələr”in “Adı” sütununda:
2.1.1. 5-ci bənddə “Kodein və duzları” sözləri “Kodein (əsası və duzları)” sözləri ilə əvəz edilsin;
2.1.2. 7-ci bənddə “Morfin və duzları” sözləri “Morfin (əsası və duzları)” sözləri ilə əvəz edilsin;
2.1.3. 8-ci bənddə “Para-fluorofentanil” sözləri “Para-flüorofentanil” sözləri ilə əvəz edilsin;
2.1.4. 11-ci bəndə “Papaveratum” sözündən sonra “(pantapon, omnopon)” sözləri əlavə edilsin;
2.2. “3. Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr”in “Adı” sütununda:
2.2.1. 2-ci bənddə “Alprozolam” sözü “Alprazolam” sözü ilə əvəz edilsin;
2.2.2. 4-cü bənddə “Amfepramon-Dietilpropion” sözləri “Amfepramon (dietilpropion, fepranon)” sözləri ilə əvəz edilsin.
Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 7 iyul 2021-ci il
№ 196