AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
15.07.2021
QEYDİYYAT NÖMRƏSİ
209
ADI
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təsdiq olunması haqqında” 1994-cü il 15 yanvar tarixli 10 nömrəli, “Gənclərin ibtidai hərbi hazırlıq Əsasnaməsinin təsdiq edilməsi haqqında” 1998-ci il 29 may tarixli 119 nömrəli, “Məcburi köçkünlərin məskunlaşdırılmasını tənzimləyən bəzi qaydaların təsdiq edilməsi haqqında” 1999-cu il 24 dekabr tarixli 200 nömrəli, “Azərbaycan Respublikasının vəfat etmiş (həlak olmuş) vətəndaşlarına hərbi ehtiram göstərilməsi ilə bağlı Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi Qaydaları”nın təsdiq edilməsi barədə” 2005-ci il 30 mart tarixli 56 nömrəli, “Xüsusi mühafizə olunan təbiət ərazilərindən və obyektlərindən elmi, mədəni, tədris, turizm və rekreasiya, məhdud təsərrüfat məqsədləri ilə ödənişli əsaslarla istifadə Qaydası və ödənişin məbləği”nin təsdiq edilməsi haqqında” 2015-ci il 21 aprel tarixli 114 nömrəli, “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il 24 yanvar tarixli 11 nömrəli, “Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli, “Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2020-2022-ci illər üçün Baş Kollektiv Sazişin bağlanılması haqqında” 2020-ci il 19 mart tarixli 99 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 16.07.2021, Nəşr Nömrəsi: 147), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31.07.2021, Nəşr nömrəsi: 7, Maddə nömrəsi: 871)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
16.07.2021
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.260.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14202107150209
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
17.07.2021
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təsdiq olunması haqqında” 1994-cü il 15 yanvar tarixli 10 nömrəli, “Gənclərin ibtidai hərbi hazırlıq Əsasnaməsinin təsdiq edilməsi haqqında” 1998-ci il 29 may tarixli 119 nömrəli, “Məcburi köçkünlərin məskunlaşdırılmasını tənzimləyən bəzi qaydaların təsdiq edilməsi haqqında” 1999-cu il 24 dekabr tarixli 200 nömrəli, “Azərbaycan Respublikasının vəfat etmiş (həlak olmuş) vətəndaşlarına hərbi ehtiram göstərilməsi ilə bağlı Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi Qaydaları”nın təsdiq edilməsi barədə” 2005-ci il 30 mart tarixli 56 nömrəli, “Xüsusi mühafizə olunan təbiət ərazilərindən və obyektlərindən elmi, mədəni, tədris, turizm və rekreasiya, məhdud təsərrüfat məqsədləri ilə ödənişli əsaslarla istifadə Qaydası və ödənişin məbləği”nin təsdiq edilməsi haqqında” 2015-ci il 21 aprel tarixli 114 nömrəli, “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il 24 yanvar tarixli 11 nömrəli, “Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli, “Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2020-2022-ci illər üçün Baş Kollektiv Sazişin bağlanılması haqqında” 2020-ci il 19 mart tarixli 99 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli 205-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 3, maddə 191, № 6, maddə 388, № 8, maddə 534; 2002, № 3, maddə 148, № 4, maddə 199; 2003, № 6, maddə 342; 2006, № 5, maddə 474, № 9, maddələr 819, 830; 2008, № 2, maddə 130; 2009, № 7, maddə 604; 2010, № 3, maddə 264; 2012, № 12, maddə 1356; 2016, № 4, maddə 824, № 7, maddə 1343, № 9, maddə 1585, № 11, maddə 1976; 2017, № 2, maddə 306, № 4, maddə 610, № 5, maddə 994; 2019, № 9, maddə 1552; 2020, № 10, maddə 1295, № 11, maddə 1397; 2021, № 3, maddə 275, № 4, maddə 404) ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 3.1.1-ci yarımbənddə “iki dəfə” sözləri “Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı və” sözləri ilə əvəz edilsin;

1.2. 3.1.2-ci yarımbəndə “Azərbaycanın Milli Qəhrəmanı” sözlərindən əvvəl “Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı və” sözləri əlavə edilsin və həmin yarımbənddən “azı iki” sözləri çıxarılsın.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 29 may tarixli 119 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 5, maddə 360; 2001, № 10, maddə 663; 2003, № 6, maddə 342; 2005, № 6, maddə 541; 2006, № 5, maddə 463; 2010, № 3, maddə 264; 2012, № 12, maddə 1369; 2013, № 10, maddə 1199; 2016, № 9, maddə 1585; 2017, № 4, maddə 620; 2018, № 12 (II kitab), maddə 2736) ilə təsdiq edilmiş “Gənclərin ibtidai hərbi hazırlıq Əsasnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

2.1. III hissənin on səkkizinci abzasında “milli qəhrəmanlarla,” sözləri “Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanları, Azərbaycanın Milli Qəhrəmanları və” sözləri ilə əvəz edilsin;

2.2. IV hissənin iyirminci abzasında “milli qəhrəmanlara” sözləri “Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarına, Azərbaycanın Milli Qəhrəmanlarına” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 24 dekabr tarixli 200 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 12, maddə 765; 2019, № 3, maddə 512) ilə təsdiq edilmiş “Məcburi köçkünlərin yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və digər binalarda məskunlaşdırılması Qaydası”nın 3-cü hissəsində “Milli Qəhrəman” sözləri “Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı və Azərbaycanın Milli Qəhrəmanı” sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 30 mart tarixli 56 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 3, maddə 261; 2016, № 4, maddə 825) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının vəfat etmiş (həlak olmuş) vətəndaşlarına hərbi ehtiram göstərilməsi ilə bağlı Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi Qaydaları”nın 2-ci hissəsində “Milli Qəhrəmanı” fəxri adı ilə və “Şah İsmayıl” Azərbaycan Respublikasının” sözləri “Vətən Müharibəsi Qəhrəmanı” və “Azərbaycanın Milli Qəhrəmanı” adları verilmiş, Azərbaycan Respublikasının “Qarabağ” ordeni, “Zəfər” ordeni və “Şah İsmayıl” sözləri ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 aprel tarixli 114 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 5, maddə 606; 2017, № 6, maddə 1236; 2019, № 6, maddə 1167) ilə təsdiq edilmiş “Xüsusi mühafizə olunan təbiət ərazilərindən və obyektlərindən elmi, mədəni, tədris, turizm və rekreasiya, məhdud təsərrüfat məqsədləri ilə ödənişli əsaslarla istifadə Qaydası və ödənişin məbləği”nin 3.5.3-cü yarımbəndində “Milli Qəhrəmanlar” sözləri “Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanları, Azərbaycanın Milli Qəhrəmanları” sözləri ilə əvəz edilsin.

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 1, maddə 125, № 6, maddə 1221; 2019, № 3, maddə 517) ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.1-ci və 2.2-ci bəndlərində “Milli qəhrəman” sözləri “Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı ailələri, Azərbaycanın Milli Qəhrəmanı” sözləri ilə əvəz edilsin.

7. “Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 10, maddə 2155; 2019, № 3, maddələr 528, 534, 544, 563, 566, 568, № 4, maddə 753, № 5, maddələr 935, 945, 971, № 7, maddə 1325, № 8, maddə 1475, № 10, maddə 1677, № 11, maddə 1878, № 12, maddələr 2091, 2095; 2020, № 3, maddə 344, № 4, maddə 479, № 5, maddə 643, № 6, maddə 784, № 8, maddə 1134, № 9, maddə 1222, № 10, maddə 1273, № 11, maddələr 1403, 1408, № 12 (V kitab), maddələr 1589, 1597; 2021, № 2, maddə 203, № 3, maddələr 278, 288, 293, 300, 302, № 4, maddələr 395, 399, 404, 416, 417, 418; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 30 iyun tarixli 190 nömrəli Qərarı) aşağıdakı dəyişikliklər edilsin:

7.1. həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə xərclərinin iqtisadi təsnifatı”nın 272520-ci maddəsində “Milli Qəhrəman” sözləri “Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adını və “Azərbaycanın Milli Qəhrəmanı” sözləri ilə əvəz edilsin;

7.2. həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə xərclərinin iqtisadi təsnifatına əlavə” üzrə:

7.2.1. “272500. “Təqaüdlər” paraqrafında “Milli Qəhrəman” sözləri “Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adını və “Azərbaycanın Milli Qəhrəmanı” sözləri ilə əvəz edilsin;

7.2.2. “272520. “Milli Qəhrəman adını alanlara verilən təqaüd” maddəsində “Milli Qəhrəman” sözləri “Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adını və “Azərbaycanın Milli Qəhrəmanı” sözləri ilə əvəz edilsin və həmin maddəyə “Azərbaycanın” sözündən əvvəl “Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanları və” sözləri əlavə edilsin.

8. Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2020-ci il 19 mart tarixli 99 nömrəli Qərarla bağlanılmış “Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2020-2022-ci illər üçün Baş Kollektiv Saziş”in (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 3, maddə 360) 4.1.14-cü yarımbəndində “Azərbaycanın Milli qəhrəmanlarının” sözləri “Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarının və Azərbaycanın Milli Qəhrəmanlarının” sözləri ilə əvəz edilsin.

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

 

Bakı şəhəri, 15 iyul 2021-ci il

    № 209

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status