AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
17.07.2021
QEYDİYYAT NÖMRƏSİ
217
ADI
“Uyğunluq sertifikatının və uyğunluq bəyannaməsinin forması, hazırlanması və təqdim edilməsi Qaydaları”nın təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 28.07.2021, Nəşr Nömrəsi: 154), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31.07.2021, Nəşr nömrəsi: 7, Maddə nömrəsi: 879)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
28.07.2021
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
100.030.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14202107170217
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
30.07.2021
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

“Uyğunluq sertifikatının və uyğunluq bəyannaməsinin forması, hazırlanması və təqdim edilməsi Qaydaları”nın təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2019-cu il 30 sentyabr tarixli 1669-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 26 noyabr tarixli 863 nömrəli Fərmanının 1.4.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Uyğunluq sertifikatının və uyğunluq bəyannaməsinin forması, hazırlanması və təqdim edilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

 

Bakı şəhəri, 17 iyul 2021-ci il

    № 217

 

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2021-ci il 17 iyul tarixli 217 nömrəli Qərarı ilə

təsdiq edilmişdir.

 

Uyğunluq sertifikatının və uyğunluq bəyannaməsinin forması, hazırlanması və təqdim edilməsi

 

QAYDALARI

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qaydalar “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikası Qanununun 13.5-ci maddəsinə uyğun olaraq uyğunluq sertifikatının və uyğunluq bəyannaməsinin forması, hazırlanması və təqdim edilməsi qaydalarını müəyyən edir.

1.2. Bu Qaydalarda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.2.1. uyğunluq sertifikatı - malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının texniki reqlamentin tələblərinə uyğunluğunu təsdiq edən müəyyən formalı sənəd;

1.2.2. uyğunluq bəyannaməsi - malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının texniki reqlamentin tələblərinə uyğunluğunun bəyan edildiyi müəyyən formalı sənəd;

1.2.3. malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının təhlükəsizliyi - malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının insanların həyat və sağlamlığına, ətraf mühitə, əmlaka və dövlətin maraqlarına ziyan vurması hallarının olmaması;

1.2.4. xarici mənşəli uyğunluq sənədi - xarici dövlətlərdə verilmiş və idxal olunan malların təhlükəsizliynə dair məcburi tələbləri müəyyənləşdirən xarici texniki reqlamentlərin və ya digər xarici texniki normativ hüquqi aktın tələblərinə uyğunluğunu təsdiq edən müəyyən formalı sənəd;

1.2.5. risk - malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının insanların həyat və ya sağlamlığına, ətraf mühitə, əmlaka və dövlətin maraqlarına zərər vurması ehtimalı;

1.2.6. texniki reqlament - mallara, onlarla əlaqəli proseslərə və istehsal metodlarına dair məcburi tələbləri müəyyən edən texniki normativ hüquqi akt;

1.2.7. təsərrüfat subyekti - istehsalçı, idxalçı və ticarət nümayəndəsi (agent);

1.2.8. uyğunluğun qiymətləndirilməsi prosedurları - texniki reqlamentlərdə nəzərdə tutulmuş tələblərin yerinə yetirildiyini müəyyən etmək üçün istifadə olunan müvafiq prosedurlar;

1.2.9. uyğunluğun qiymətləndirilməsi sxemləri (modulları) - uyğunluğun qiymətləndirilməsi üçün nəzərdə tutulan prosedurlar və onların ardıcıllığı;

1.2.10. uyğunluğu qiymətləndirən qurum - “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditasiya edilmiş, malların texniki reqlamentlə müəyyən olunmuş tələblərə uyğunluğunun qiymətləndirilməsini təmin edən təşkilatlar, hüquqi və fiziki şəxslər;

1.2.11. malın partiya nömrəsi - istehsalçısı, etiketlənməsi, istehsal tarixi, istehsal növbəsi, istifadə olunan xammalı eyni olan eynixassəli mallara istehsalçı tərəfindən tətbiq edilən eyniləşdirmə nömrəsi;

1.2.12. malın seriya nömrəsi - istehsalçı tərəfindən mala tətbiq edilən hərf, rəqəm və ya onların kombinasiyasından ibarət eyniləşdirmə nömrəsi;

1.2.13. reyestr - uyğunluq sertifikatı və uyğunluq bəyannaməsi barədə elektron informasiya ehtiyatı.

1.3. Uyğunluq sertifikatı və ya uyğunluq bəyannaməsi Azərbaycan Respublikasında istehsal olunan mallara, onlarla əlaqəli proseslərə və istehsal metodlarına, habelə Azərbaycan Respublikasına idxal olunan mallara tətbiq edilir.

1.4. Azərbaycan Respublikasına idxal olunan mallara verilmiş xarici mənşəli uyğunluq sənədləri “Texniki reqlamentlərin tələblərinə uyğunluğa dair xarici dövlətlərdə verilmiş uyğunluq sənədlərinin tanınması Qaydaları”na müvafiq olaraq tanınmadıqda və ya bu cür sənədlər olmadıqda, həmin malların uyğunluğunun qiymətləndirilməsi bu Qaydalara uyğun olaraq həyata keçirilir.

1.5. “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikası Qanununun 18.2-ci maddəsinə əsasən texniki reqlamentlər qüvvəyə minənədək malların, onlarla əlaqəli proseslərin və ya istehsal metodlarının uyğunluğunun qiymətləndirilməsi onlara dair standartlar, həmçinin uyğunluğun qiymətləndirilməsi ilə bağlı müddəaları müəyyən edən normativ hüquqi aktlar əsasında həyata keçirilir.

1.6. Uyğunluq sertifikatı və uyğunluq bəyannaməsi onlarda qeyd olunan mal partiyasına və ya seriyasına şamil edilir.

1.7. Uyğunluğun qiymətləndirilməsi xərcləri tərəflər arasında razılaşmaya əsasən təsərrüfat subyektlərinin vəsaiti hesabına nağd, bank, poçt, plastik kart, elektron ödəmə sistemləri və ya internet vasitəsilə ödənilir.

1.8. Bu Qaydaların məqsədləri üçün istifadə olunan digər anlayışlar “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan mənaları ifadə edir.

 

2. Uyğunluq sertifikatının forması, hazırlanması və təqdim edilməsi qaydası

 

2.1. Uyğunluq sertifikatı (bundan sonra - sertifikat) təsərrüfat subyektinin müraciəti əsasında yüksək riskli malların istehsalı mərhələsində, mal bazara yerləşdirilməzdən, realizə edilməzdən və ya istismara verilməzdən əvvəl texniki reqlamentlərdə nəzərdə tutulmuş uyğunluğun qiymətləndirilməsi üsulu ilə malın, onunla əlaqəli prosesin və istehsal metodunun uyğunluğunun qiymətləndirilməsi nəticələrinə əsasən uyğunluğu qiymətləndirən qurumlar tərəfindən verilir.

2.2. Sertifikatın aşağıdakı formaları tərtib edilir:

2.2.1. malın uyğunluğunun qiymətləndirilməsi barədə sertifikat;

2.2.2. mal ilə əlaqəli prosesin və istehsal metodunun uyğunluğunun qiymətləndirilməsi barədə sertifikat.

2.3. Sertifikatda aşağıdakı məlumatlar qeyd olunur:

2.3.1. sertifikatın adı;

2.3.2. blankın qeydiyyat nömrəsi;

2.3.3. sertifikatın verilmə tarixi;

2.3.4. sertifikatın qeydiyyat nömrəsi;

2.3.5. sertifikat verilən hüquqi şəxsin adı, hüquqi ünvanı və VÖEN-i, fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı və VÖEN-i;

2.3.6. sertifikatı verən uyğunluğu qiymətləndirən qurumun adı və hüquqi ünvanı, akkreditasiya attestatının qeydiyyat nömrəsi və verilmə tarixi, uyğunluğu qiymətləndirən qurumun rəhbərinin (səlahiyyətli nümayəndəsinin) və uyğunluğu qiymətləndirən səlahiyyətli şəxsin imzası, soyadı, adı və atasının adı;

2.3.7. texniki reqlamentin adı, nömrəsi və tarixi;

2.3.8. istinad edilmiş standartların və ya texniki şərtlərin adı, nömrəsi və tarixi;

2.3.9. möhür yeri (olduqda).

2.4. Bu Qaydaların 2.3-cü bəndində qeyd olunanlardan əlavə malın uyğunluğunun qiymətləndirilməsi barədə sertifikatda malın adı, növü, modeli, markası, partiya və ya seriya nömrəsi, istehsalçının adı və ünvanı, istehsal tarixi, texniki reqlamentdə nəzərdə tutulduğu hallarda malın saxlanma müddəti və şərtləri, miqdarı, istifadə sahəsi, xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, məhsul növləri üzrə təsnifat kodu, malın istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair təsərrüfat subyekti tərəfindən verilən əlavə məlumatlar (olduqda), mal ilə əlaqəli prosesin və istehsal metodunun uyğunluğunun qiymətləndirilməsi barədə sertifikatda isə mal ilə əlaqəli prosesin və istehsal metodunun tətbiq edildiyi fəaliyyət sahəsi və istehsal müəssisəsinin ünvanı göstərilir.

2.5. Malın uyğunluğunun qiymətləndirilməsi barədə sertifikatın forması bu Qaydaların 1 nömrəli əlavəsinə, mal ilə əlaqəli prosesin və istehsal metodunun uyğunluğunun qiymətləndirilməsi barədə sertifikatın forması isə bu Qaydaların 2 nömrəli əlavəsinə uyğun olaraq tərtib edilir.

2.6. Malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının texniki reqlamentlərin tələblərinə uyğunluğunun qiymətləndirilməsinin təmin edilməsi üçün təsərrüfat subyekti özünün sərbəst seçdiyi uyğunluğu qiymətləndirən quruma “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrinə uyğun olaraq ərizə ilə müraciət edir.

2.7. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur:

2.7.1. ərizəçi hüquqi şəxs, xarici hüquqi şəxsin filialı və yaxud nümayəndəliyi olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışının surəti;

2.7.2. ərizəçi fiziki şəxs olduqda, şəxsiyyət vəsiqəsinin surəti;

2.7.3. ərizəçinin vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti;

2.7.4. idxal olunan mallara dair xarici mənşəli uyğunluq sənədləri və ya malın təhlükəsizliyinə dair aparılmış sınaqların nəticələri;

2.7.5. idxal olunan mallara dair hesab-faktura (invoys);

2.7.6. Azərbaycan Respublikasının ərazisində istehsal olunan malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının təhlükəsizliyinə dair aparılmış sınaqların nəticələri (olduqda);

2.7.7. istinad edilmiş standartlar və ya texniki şərtlər;

2.7.8. ərizəçini səlahiyyətli nümayəndə təmsil etdikdə onun səlahiyyətini təsdiq edən etibarnamənin əsli.

2.8. Təsərrüfat subyekti “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikası Qanununun 18.2-ci maddəsinə əsasən texniki reqlamentlər qüvvəyə minənədək texniki reqlamentlərin əhatə etdiyi mallara, onlarla əlaqəli proseslərə və istehsal metodlarına dair standartları, belə standartlar olmadığı təqdirdə və ya təsərrüfat subyekti tərəfindən müəyyən olunmuş yeni texniki həllərin istifadəsini təmin etmək məqsədilə istehsal olunan mallara, onlarla əlaqəli proseslərə və ya istehsal metodlarına dair texniki şərtləri uyğunluğu qiymətləndirən quruma təqdim edir.

2.9. Xarici dildə olan bütün sənədlər Azərbaycan dilinə tərcümə olunaraq təqdim edilməlidir.

2.10. Uyğunluğu qiymətləndirən qurum ərizəçi tərəfindən təqdim olunmuş ərizəni qəbul edir və həmin gün qeydiyyata alır. Uyğunluğu qiymətləndirən qurum ərizəçinin təqdim etdiyi ərizənin və ona əlavə olunmuş sənədlərin bu Qaydaların 2.6-cı və 2.7-ci bəndlərinin tələblərinə uyğunluğunu yoxlayır. Ərizədə və ona əlavə olunmuş sənədlərdə aradan qaldırılması mümkün olan və sertifikatın verilməsindən imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, ərizənin qeydiyyata alındığı tarixdən 2 (iki) iş günündən gec olmayaraq uyğunluğu qiymətləndirən qurum onların aradan qaldırılması barədə məlumatı ərizəçiyə təqdim edir və ya sifarişli poçt vasitəsilə göndərir. Ərizəçi həmin çatışmazlıqları məlumatı aldığı vaxtdan ən geci 10 (on) iş günü müddətində aradan qaldırmalıdır. Bu zaman sertifikatın verilməsi ilə bağlı müddətin axımı dayandırılır və dayandırılmış müddət sertifikatın verilməsi müddətinə daxil edilmir. Çatışmazlıqların aradan qaldırılması barədə ərizəçinin müraciətindən sonra müddətin axımı bərpa olunur.

2.11. Ərizəçi ərizədə və ona əlavə olunmuş sənədlərdə aşkar edilmiş çatışmazlıqları bu Qaydaların 2.10-cu bəndində qeyd olunan müddətdə aradan qaldırmadıqda, uyğunluğu qiymətləndirən qurum ərizənin baxılmamış saxlanılması haqqında qərar qəbul edir və bu barədə məlumatı 2 (iki) iş günü müddətində ərizəçiyə təqdim edir və ya sifarişli poçt vasitəsilə göndərir.

2.12. Uyğunluğu qiymətləndirən qurum malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının uyğunluğunun qiymətləndirilməsini yüksək risk səviyyəsinə uyğun olaraq tətbiq edilməli olan uyğunluğun qiymətləndirilməsi sxemlərinə (modullarına) və prosedurlarına müvafiq olaraq həyata keçirir.

2.13. Uyğunluğun qiymətləndirilməsi zamanı istifadə olunan uyğunluğun qiymətləndirilməsi sxemləri (modulları) və prosedurları həmin malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının əhatə olunduğu texniki reqlamentlərdə göstərilir.

2.14. Təsərrüfat subyektləri uyğunluğun qiymətləndirilməsi zamanı uyğunluğun qiymətləndirilməsi prosedurlarının həyata keçirilməsi üçün uyğunluğu qiymətləndirən qurumların mütəxəssislərinə şərait yaradır.

2.15. Təsərrüfat subyekti Azərbaycan Respublikasında istehsal olunan malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının uyğunluğunun qiymətləndirilməsi prosedurlarının həyata keçirilməsi üçün uyğunluğu qiymətləndirən quruma istehsal obyektinə baxışın keçirilməsi və texniki reqlamentlərdə nəzərdə tutulduğu hallarda və qaydada seçmə üsulu ilə mal nümunələrinin əvəzsiz götürülməsinə şərait yaradır.

2.16. Təsərrüfat subyekti malın idxalından əvvəl texniki reqlamentlərdə nəzərdə tutulduğu hallarda və qaydada uyğunluğu qiymətləndirilən malın nümunəsini uyğunluğu qiymətləndirən quruma əvəzsiz qaydada təqdim edir.

2.17. Malın ölçüsü, forması, saxlanma və daşınma şərtləri və ya istehlak xüsusiyyətləri səbəbindən nümunələrin malın idxalından əvvəl təqdim edilməsi mümkün olmadıqda, təsərrüfat subyekti uyğunluğu qiymətləndirən qurumun mütəxəssislərinə ixracatçı ölkədə həmin malın istehsal olunduğu obyektə baxışın keçirilməsini və texniki reqlamentlərdə nəzərdə tutulduğu qaydada seçmə üsulu ilə mal nümunələrinin götürülməsini öz vəsaiti hesabına təmin edir.

2.18. Uyğunluğun qiymətləndirilməsi zamanı istehlak üçün yararlılığını itirməmiş mal nümunələri həmin uyğunluğu qiymətləndirən qurum tərəfindən təsərrüfat subyektinə qaytarılır.

2.19. Uyğunluğun qiymətləndirilməsi prosedurlarını həyata keçirmək üçün obyektə baxışın keçirilməsi və seçmə üsulu ilə mal nümunələrinin götürülməsi təsərrüfat subyektinin fəaliyyətinə maneələr yaratmamalıdır.

2.20. Uyğunluğu qiymətləndirən qurum təqdim edilmiş ərizənin qeydiyyata alındığı tarixdən malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının texniki reqlamentlərin tələblərinə uyğunluğunun qiymətləndirilməsinin nəticələri əsasında 7 (yeddi) iş günündən gec olmayaraq sertifikatın verilməsi və ya sertifikatın verilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Uyğunluğun qiymətləndirilməsi prosedurlarının icrası zamanı malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının müayinəsinə, tədqiqinə və ya sınaqlarına, habelə ixracatçı dövlətlərin istehsalçılarına məxsus obyektlərə baxışın keçirilməsinə sərf olunan müddət sertifikatın verilməsi ilə bağlı müddətə daxil edilmir.

2.21. Sertifikatın verilməsi barədə qərar qəbul edildiyi halda uyğunluğu qiymətləndirən qurumlar Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Uyğunluq sertifikatlarının və uyğunluq bəyannamələrinin reyestrinin aparılması Qaydası”nda nəzərdə tutulmuş sənədlərin və məlumatların reyestrə daxil olunması üçün həmin gün ərzində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə (bundan sonra – Nazirlik) təqdim edir.

2.22. Uyğunluğu qiymətləndirən qurum məlumatları reyestrə daxil olunduğu gün sertifikatı təsərrüfat subyektinə təqdim edir və ya sifarişli poçt vasitəsilə göndərir. Sertifikatın verilməsindən imtina haqqında qərar qəbul edildiyi gündən 2 (iki) iş günü müddətində təsərrüfat subyektinə təqdim edilir və ya sifarişli poçt vasitəsilə göndərilir.

2.23. Uyğunluğun qiymətləndirilməsi prosedurlarının icrası zamanı malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının müayinəsinə, tədqiqinə və ya sınaqlarına sərf olunan müddət texniki reqlamentlərlə, ixracatçı dövlətlərin istehsalçılarına məxsus obyektlərə baxışın keçirilməsinə sərf olunan müddət isə tərəflərin öz razılaşmaları əsasında müəyyən edilir.

2.24. Təsərrüfat subyekti sertifikatı müvafiq texniki reqlamentdə malın saxlanma müddəti və risk səviyyəsi əsasında müəyyən edilmiş müddət ərzində saxlamalı, habelə malı müşayiət olunmasını təmin etməlidir.

2.25. Sertifikatın sahibi sertifikatdan yalnız özü istifadə edə bilər.

2.26. Sertifikat xüsusi nömrələnmiş blanklarda Azərbaycan və ingilis dillərində tərtib edilir.

2.27. Sertifikatın blankları uyğunluğu qiymətləndirən qurumun sifarişinə əsasən onun vəsaiti hesabına mətbəə üsulu ilə hazırlanır.

2.28. Sertifikat tam şəkildə doldurulmalı və çap üsulu ilə təsvir edilməlidir. Üzərində düzəlişlər edilmiş və yaxud zədələnmiş sertifikatlar etibarsızdır.

2.29. Sertifikat zədələndikdə və yaxud itirildikdə, sertifikat sahibi onun dublikatını əldə etmək üçün həmin sertifikatı vermiş uyğunluğu qiymətləndirən quruma müraciət edə bilər. Uyğunluğu qiymətləndirən qurum ərizənin qeydiyyata alındığı tarixdən 1 (bir) iş günü müddətində üzərində “dublikat” qeydi aparılmış sertifikatın dublikatını ərizəçiyə təqdim edir və ya sifarişli poçt vasitəsilə göndərir.

2.30. Malın, onunla əlaqəli proseslərin və istehsal metodlarının istismar xüsusiyyətləri uyğunluğun qiymətləndirilməsi aparıldıqdan sonra dəyişdirildikdə, təsərrüfat subyekti bununla bağlı bu Qaydaların 2.6-2.9-cu bəndləri ilə müəyyən olunmuş qaydada özünün sərbəst seçdiyi uyğunluğu qiymətləndirən quruma ərizə ilə müraciət edir.

2.31. Təsərrüfat subyekti tərəfindən malın, onunla əlaqəli proseslərin və istehsal metodlarının istismar xüsusiyyətlərində edilmiş dəyişikliklərin uyğunluğunun qiymətləndirilməsi məqsədilə həmin malın, onunla əlaqəli proseslərin və istehsal metodlarının texniki reqlamentin tələblərinə uyğunluğunun qiymətləndirilməsini aparmış uyğunluğu qiymətləndirən quruma müraciət etdiyi hallarda bu Qaydaların 2.7-ci bəndində qeyd olunan sənədlər tələb edilmir.

2.32. Malın, onunla əlaqəli proseslərin və istehsal metodlarının istismar xüsusiyyətlərində edilmiş dəyişikliklərin texniki reqlamentlərin tələblərinə uyğunluğunun qiymətləndirilməsi bu Qaydalara əsasən həyata keçirilir. Bu halda malın, onunla əlaqəli proseslərin və istehsal metodlarının uyğunluğunun qiymətləndirilməsi edilmiş dəyişikliklərin müvafiq texniki reqlamentlərə uyğun olduğunu göstərən əməliyyatlarla məhdudlaşır.

2.33. Uyğunluğu qiymətləndirən qurum malın, onunla əlaqəli proseslərin və istehsal metodlarının istismar xüsusiyyətlərində edilmiş dəyişikliklərin texniki reqlamentlərin tələblərinə uyğunluğunun qiymətləndirilməsi nəticələrinə əsasən, bu Qaydaların 2.20-ci, 2.21-ci və 2.22-ci bəndləri ilə müəyyən olunmuş qaydada və müddətdə yeni sertifikatı və ya onun verilməsindən imtina haqqında qərarı təsərrüfat subyektinə təqdim edir və ya sifarişli poçt vasitəsilə göndərir.

2.34. Sertifikatın qüvvəsi aşağıdakı hallarda dayandırılır:

2.34.1.    sertifikat sahibi tərəfindən uyğunluğun qiymətləndirilməsini aparmış quruma ərizə təqdim edildikdə;

2.34.2. “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə uyğun olaraq, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada aparılan yoxlamalar zamanı malda, onunla əlaqəli proseslərdə və istehsal metodlarında aradan qaldırıla biləcək çatışmazlıqlar aşkar edildikdə;

2.34.3. məhkəmənin müvafiq qərarı olduqda;

2.34.4. qanunda nəzərdə tutulan digər hallarda.

2.35. Sertifikat aşağıdakı hallarda ləğv edilir:

2.35.1.    sertifikat sahibi tərəfindən uyğunluğun qiymətləndirilməsini aparmış quruma ərizə təqdim edildikdə;

2.35.2. “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə uyğun olaraq, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada aparılan yoxlamalar zamanı malın, onunla əlaqəli proseslərin və istehsal metodlarının insanların həyat və ya sağlamlığına, ətraf mühitə, əmlaka və dövlətin maraqlarına təhlükə törətdiyi müəyyən edildikdə;

2.35.3. sertifikat verilməsi üçün təqdim edilmiş ərizədə və ona əlavə olunmuş sənədlərdə sonradan təhrif edilmə aşkar olunduqda;

2.35.4. sertifikat bu Qaydaların tələbləri pozulmaqla tərtib edildikdə;

2.35.5. məhkəmənin müvafiq qərarı olduqda;

2.35.6. qanunda nəzərdə tutulan digər hallarda.

2.36. Bu Qaydaların 2.34.2-ci və 2.35.2-ci yarımbəndlərinə uyğun olaraq malda, onunla əlaqəli proseslərdə və istehsal metodlarında aradan qaldırıla biləcək çatışmazlıqlar aşkar edildikdə və ya malın, onunla əlaqəli proseslərin və istehsal metodlarının insanların həyat və ya sağlamlığına, ətraf mühitə, əmlaka və dövlətin maraqlarına təhlükə törətdiyi müəyyən olunduqda Nazirlik bu barədə məlumatı 2 (iki) iş günü müddətində həmin sertifikatı vermiş uyğunluğu qiymətləndirən quruma təqdim edir və ya sifarişli poçt vasitəsilə göndərir.

2.37. Uyğunluğu qiymətləndirən qurum bu Qaydaların 2.34-cü (2.34.3-cü yarımbəndində qeyd olunan hal istisna olmaqla), 2.35-ci (2.35.5-ci yarımbəndində qeyd olunan hal istisna olmaqla) və 2.36-cı bəndlərinə uyğun olaraq müvafiq məlumatı aldığı tarixdən 1 (bir) iş günü müddətində sertifikatın qüvvəsinin dayandırılması və ya ləğv edilməsi barədə qərar qəbul edir və bu barədə məlumatı reyestrə daxil olunması üçün həmin gün ərzində Nazirliyə təqdim edir.

2.38. Uyğunluğu qiymətləndirən qurum məlumatları reyestrə daxil olunduğu gün dayandırılma və ya ləğv edilmə barədə qərarı təsərrüfat subyektinə təqdim edir və ya sifarişli poçt vasitəsilə göndərir.

2.39. Sertifikatı vermiş uyğunluğu qiymətləndirən qurum bu Qaydaların 2.34.1-ci yarımbəndində göstərilən əsas üzrə sertifikat sahibinin müvafiq ərizəsini, bu Qaydaların 2.34.2-ci və 2.34.4-cü yarımbəndlərində qeyd olunan hallarda isə həmin halların aradan qaldırılması barədə sertifikat sahibinin təqdim etdiyi yazılı məlumatı aldığı tarixdən 1 (bir) iş günü müddətində sertifikatın qüvvəsinin bərpası ilə bağlı qərar qəbul edir və bu barədə məlumatı reyestrə daxil olunması üçün həmin gün ərzində Nazirliyə təqdim edir.

2.40. Uyğunluğu qiymətləndirən qurum məlumatların reyestrə daxil olunduğu gün bərpa barədə qərarı təsərrüfat subyektinə təqdim edir və ya sifarişli poçt vasitəsilə göndərir.

2.41. Sertifikat aşağıdakı hallarda yenidən rəsmiləşdirilir:

2.41.1. sertifikatın sahibi olan hüquqi şəxs yenidən təşkil edildikdə;

2.41.2. sertifikatın sahibi olan hüquqi şəxsin, xarici hüquqi şəxsin filialının və yaxud nümayəndəliyinin adı və ya hüquqi ünvanı dəyişdikdə;

2.41.3. sertifikatın sahibi olan fiziki şəxsin soyadı, adı, atasının adı və ya fəaliyyət ünvanı dəyişdikdə;

2.41.4. sertifikatın tərtibi ilə bağlı sonradan texniki səhvlər aşkar edildikdə.

2.42. Bu Qaydaların 2.41-ci bəndinə uyğun olaraq sertifikatın yenidən rəsmiləşdirilməsi zərurəti yarandığı halda, təsərrüfat subyekti bu Qaydaların 2.6-cı bəndi və 2.7.1-ci, 2.7.2-ci, 2.7.3-cü yarımbəndləri ilə müəyyən edilmiş qaydada həmin malın, onunla əlaqəli proseslərin və istehsal metodlarının uyğunluğunun qiymətləndirilməsini aparmış uyğunluğu qiymətləndirən quruma ərizə ilə müraciət edir. Uyğunluğu qiymətləndirən qurum ərizənin qeydiyyata alındığı tarixdən 2 (iki) iş günündən gec olmayaraq sertifikatın yenidən rəsmiləşdirilməsi barədə qərar qəbul edir və bu barədə məlumatın reyestrə daxil olunması üçün həmin gün ərzində Nazirliyə təqdim edir.

2.43. Uyğunluğu qiymətləndirən qurum məlumatları reyestrə daxil olunduğu gün yenidən rəsmiləşdirilmiş sertifikatı təsərrüfat subyektinə təqdim edir və ya sifarişli poçt vasitəsilə göndərir.

2.44. Malın, onunla əlaqəli proseslərin və istehsal metodlarının uyğunluğunu qiymətləndirmiş qurumun hüquq və vəzifələri digər uyğunluğu qiymətləndirən quruma ötürülmədən ləğv edildikdə və ya onun fəaliyyəti dayandırıldıqda həmin qurumun verdiyi sertifikatın qüvvəsinin dayandırılması, bərpası və ləğv edilməsi, yenidən rəsmiləşdirilməsi bu Qaydalara əsasən Nazirliyin müəyyən etdiyi uyğunluğu qiymətləndirən qurum tərəfindən həyata keçirilir.

 

3. Uyğunluq bəyannaməsinin forması, hazırlanması və təqdim edilməsi qaydası

 

3.1. Təsərrüfat subyekti orta və aşağı riskli malların istehsalı mərhələsində malların idxalından, bazara yerləşdirilməzdən, realizə edilməzdən və ya istismara verilməzdən əvvəl texniki reqlamentlərdə nəzərdə tutulmuş uyğunluğun qiymətləndirilməsi üsulu ilə malın, onunla əlaqəli prosesin və istehsal metodunun uyğunluğunun qiymətləndirilməsi nəticələri əsasında uyğunluq bəyannaməsini (bundan sonra - bəyannamə) tərtib edir.

3.2. Bəyannamənin aşağıdakı formaları tərtib edilir:

3.2.1. malların uyğunluğunun qiymətləndirilməsi barədə bəyannamə;

3.2.2. mal ilə əlaqəli prosesin və istehsal metodunun uyğunluğunun qiymətləndirilməsi barədə bəyannamə.

3.3. Bəyannamədə aşağıdakı məlumatlar qeyd olunur:

3.3.1. bəyannamənin adı;

3.3.2. bəyannamənin verilmə tarixi;

3.3.3. bəyannamənin qeydiyyat nömrəsi;

3.3.4. bəyannaməni tərtib edən hüquqi şəxsin adı, hüquqi ünvanı və VÖEN-i, fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı və VÖEN-i;

3.3.5. texniki reqlamentin adı, nömrəsi və tarixi;

3.3.6. istinad edilmiş standartların və ya texniki şərtlərin adı, nömrəsi və tarixi;

3.3.7. orta riskli mallara münasibətdə uyğunluğun təsdiqlənməsi məqsədilə cəlb edilmiş uyğunluğu qiymətləndirən qurumun adı və hüquqi ünvanı, akkreditasiya attestatının qeydiyyat nömrəsi və verilmə tarixi;

3.3.8. bəyannaməni tərtib edən təsərrüfat subyektinin rəhbərinin (səlahiyyətli nümayəndəsinin), malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının təhlükəsizliyinə məsul şəxsin imzası, soyadı, adı və atasının adı;

3.3.9. möhür yeri (olduqda).

3.4. Bu Qaydaların 3.3-cü bəndində olan məlumatlardan əlavə bəyannamədə bu Qaydaların 2.4-cü bəndindəki məlumatlar qeyd olunur.

3.5. Malın uyğunluğunun qiymətləndirilməsi barədə bəyannamənin forması bu Qaydaların 3 nömrəli əlavəsinə, mal ilə əlaqəli prosesin və istehsal metodunun uyğunluğunun qiymətləndirilməsi barədə bəyannamənin forması isə bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq tərtib edilir.

3.6. Təsərrüfat subyekti orta riskli mallar üçün bəyannaməni tərtib etməklə yanaşı, uyğunluğun təsdiqlənməsi məqsədilə uyğunluğu qiymətləndirən qurumu cəlb edir. Uyğunluğu qiymətləndirən qurum uyğunluğun təsdiqi barədə təsdiqedici sənəd verir. Uyğunluğun təsdiqi barədə təsdiqedici sənəddə malların texniki reqlamentlərin tələblərinə uyğun olması qeyd edilir.

3.7. Təsərrüfat subyekti orta riskli malların uyğunluğunun təsdiqlənməsi məqsədilə özünün sərbəst seçdiyi uyğunluğu qiymətləndirən quruma “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrinə uyğun olaraq ərizə ilə müraciət edir.

3.8. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur:

3.8.1. ərizəçi hüquqi şəxs, xarici hüquqi şəxsin filialı və yaxud nümayəndəliyi olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışının surəti;

3.8.2. ərizəçi fiziki şəxs olduqda, şəxsiyyət vəsiqəsinin surəti;

3.8.3. ərizəçinin vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti;

3.8.4. idxal olunan mallara dair xarici mənşəli uyğunluq sənədləri və ya malın təhlükəsizliyinə dair aparılmış sınaqların nəticələri;

3.8.5. idxal olunan mala dair hesab-faktura (invoys);

3.8.6. Azərbaycan Respublikasının ərazisində istehsal olunan malların “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditasiyadan keçmiş laboratoriyalarda aparılmış sınaqların nəticələri;

3.8.7. istinad edilmiş standartlar və texniki şərtlər;

3.8.8. ərizəçini səlahiyyətli nümayəndə təmsil etdikdə onun səlahiyyətini təsdiq edən etibarnamənin əsli.

3.9. Təsərrüfat subyekti “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikası Qanununun 18.2-ci maddəsinə əsasən texniki reqlamentlər qüvvəyə minənədək texniki reqlamentlərin əhatə etdiyi mallara dair standartları belə standartlar olmadığı təqdirdə və ya təsərrüfat subyekti tərəfindən müəyyən olunmuş yeni texniki həllərin istifadəsini təmin etmək məqsədilə istehsal olunan mallara dair texniki şərtləri uyğunluğu qiymətləndirən quruma təqdim edir.

3.10. Xarici dildə olan bütün sənədlər Azərbaycan dilinə tərcümə olunaraq təqdim edilməlidir.

3.11. Uyğunluğu qiymətləndirən qurum ərizəçi tərəfindən təqdim edilmiş ərizəni qəbul edir və həmin gün ərzində qeydiyyata alır. Uyğunluğu qiymətləndirən qurum ərizəçinin təqdim etdiyi ərizənin və ona əlavə olunmuş sənədlərin bu Qaydaların 3.7-ci və 3.8-ci bəndlərinin tələblərinə uyğunluğunu yoxlayır. Ərizədə və ona əlavə olunmuş sənədlərdə aradan qaldırılması mümkün olan və uyğunluğun təsdiq edilməsindən imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar olunduqda, ərizənin qeydiyyata alındığı tarixdən 2 (iki) iş günündən gec olmayaraq uyğunluğu qiymətləndirən qurum onların aradan qaldırılması barədə məlumatı ərizəçiyə təqdim edir və ya sifarişli poçt vasitəsilə göndərir. Ərizəçi həmin çatışmazlıqları məlumatı aldığı vaxtdan ən geci 10 (on) iş günü müddətində aradan qaldırmalıdır. Bu zaman təsdiqedici sənədin verilməsi ilə bağlı müddətin axımı dayandırılır və dayandırılmış müddət təsdiqedici sənədin verilməsi müddətinə daxil edilmir. Çatışmazlıqların aradan qaldırılması barədə ərizəçinin müraciətindən sonra müddətin axımı bərpa olunur.

3.12. Ərizəçi ərizədə və ona əlavə edilmiş sənədlərdə aşkar olunmuş çatışmazlıqları bu Qaydaların 3.11-ci bəndində qeyd olunan müddətdə aradan qaldırmadıqda uyğunluğu qiymətləndirən qurum ərizənin baxılmamış saxlanılması haqqında qərar qəbul edir və bu barədə məlumatı 2 (iki) iş günü müddətində ərizəçiyə təqdim edir və ya sifarişli poçt vasitəsilə göndərir.

3.13. Uyğunluğu qiymətləndirən qurum uyğunluğun təsdiqi məqsədilə bu Qaydaların 3.7-ci və 3.8-ci bəndləri ilə müəyyən olunmuş qaydada təqdim edilmiş sənəd və məlumatları malların əhatə olunduğu texniki reqlamentlərdə qeyd edilmiş uyğunluğun qiymətləndirilməsi sxemləri (modulları) və prosedurlarına uyğun olaraq təhlil edir və onların mala aid olmasını araşdırır.

3.14. Uyğunluğun təsdiqi zamanı istifadə olunan uyğunluğun qiymətləndirilməsi sxemləri (modulları) və prosedurları həmin malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının əhatə olunduğu texniki reqlamentlərdə göstərilir.

3.15. Uyğunluğu qiymətləndirən qurum təqdim edilmiş ərizənin qeydiyyata alındığı tarixdən malların texniki reqlamentlərin tələblərinə uyğunluğunun qiymətləndirilməsinin nəticələri əsasında 5 (beş) iş günündən gec olmayaraq, təsdiqedici sənədin verilməsi və ya onun verilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Uyğunluğu qiymətləndirən qurum müvafiq qərar qəbul edildiyi tarixdən 2 (iki) iş günü müddətində təsdiqedici sənədi və ya onun verilməsindən imtina haqqında əsaslandırılmış qərarı təsərrüfat subyektinə təqdim edir və ya sifarişli poçt vasitəsilə göndərir.

3.16. Orta riskli mallara münasibətdə təsərrüfat subyekti təsdiqedici sənəd əsasında bəyannaməni tərtib edir.

3.17. Təsərrüfat subyekti malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının uyğunluğunun qiymətləndirilməsini orta və aşağı risk səviyyəsinə uyğun olaraq tətbiq edilməli olan uyğunluğun qiymətləndirilməsi sxemlərinə (modullarına) və prosedurlarına müvafiq olaraq həyata keçirir.

3.18. Uyğunluğu qiymətləndirən qurum tərəfindən verilmiş təsdiqedici sənəd təsərrüfat subyekti tərəfindən tərtib edilmiş bəyannaməyə müşayiətedici sənəd kimi əlavə olunur. Orta riskli mallara münasibətdə təsdiqedici sənəd olmadıqda, tərtib edilmiş bəyannamə etibarsız hesab edilir.

3.19. Bəyannamə A4 (210x297mm) formatında Azərbaycan və ingilis dillərində tərtib edilir.

3.20. Bəyannamə tam şəkildə doldurulmalı və çap üsulu ilə təsvir edilməlidir. Üzərində düzəlişlər edilmiş və yaxud zədələnmiş bəyannamə etibarsızdır.

3.21. Orta riskli malların uyğunluğunun qiymətləndirilməsi zamanı verilmiş təsdiqedici sənədlər zədələndikdə və yaxud itirildikdə, onun sahibi dublikatını əldə etmək üçün həmin təsdiqedici sənədi vermiş uyğunluğu qiymətləndirən quruma müraciət edə bilər. Uyğunluğu qiymətləndirən qurum ərizənin qeydiyyata alındığı tarixdən 1 (bir) iş günü müddətində üzərində “dublikat” qeydi aparılmış təsdiqedici sənədin dublikatını ərizəçiyə təqdim edir və ya sifarişli poçt vasitəsilə göndərir.

3.22. Təsərrüfat subyekti Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Uyğunluq sertifikatlarının və uyğunluq bəyannamələrinin reyestrinin aparılması Qaydası”nda nəzərdə tutulmuş sənədləri və məlumatları bəyannamə tərtib edildiyi gün reyestrə daxil olunması üçün Nazirliyə təqdim edir.

3.23. Təsərrüfat subyekti bəyannaməni müvafiq texniki reqlamentdə malın saxlanma müddəti və risk səviyyəsi əsasında müəyyən olunmuş müddət ərzində saxlayır, habelə malın müşayiətini təmin edir.

3.24. Malın, onunla əlaqəli proseslərin və istehsal metodlarının istismar xüsusiyyətlərində edilmiş dəyişikliklərin texniki reqlamentlərin tələblərinə uyğunluğunun qiymətləndirilməsi bu Qaydalara əsasən həyata keçirilir. Bu halda malın, onunla əlaqəli proseslərin və istehsal metodlarının uyğunluğunun qiymətləndirilməsi edilmiş dəyişikliklərin müvafiq texniki reqlamentlərə uyğun olduğunu göstərən əməliyyatlarla məhdudlaşır.

3.25. Orta riskli mallara münasibətdə malın istismar xüsusiyyətlərində edilmiş dəyişikliklərlə bağlı təsdiqedici sənədin alınması üçün təsərrüfat subyekti bu Qaydaların 3.7-3.10-cu bəndləri ilə müəyyən olunmuş qaydada özünün sərbəst seçdiyi uyğunluğu qiymətləndirən quruma ərizə ilə müraciət edir.

3.26. Orta riskli mallara münasibətdə təsərrüfat subyekti malın istismar xüsusiyyətlərində edilmiş dəyişikliklərin uyğunluğunun qiymətləndirilməsi məqsədilə həmin malın texniki reqlamentin tələblərinə uyğunluğunun qiymətləndirilməsinə cəlb edilmiş uyğunluğu qiymətləndirən quruma müraciət etdiyi hallarda bu Qaydaların 3.8-ci bəndində qeyd olunan sənədlər tələb edilmir.

3.27. Uyğunluğu qiymətləndirən qurum malın istismar xüsusiyyətlərində edilmiş dəyişikliklərin texniki reqlamentlərin tələblərinə uyğunluğunun qiymətləndirilməsi nəticələrinin verilməsindən imtina haqqında qərarı bu Qaydaların 3.15-ci bəndi ilə müəyyən olunan müddətdə və qaydada təsərrüfat subyektinə təqdim edir və ya sifarişli poçt vasitəsilə göndərir.

3.28. Təsərrüfat subyekti malın, onunla əlaqəli proseslərin və istehsal metodlarının istismar xüsusiyyətlərində edilmiş dəyişikliklərin texniki reqlamentlərin tələblərinə uyğunluğunun qiymətləndirilməsinin müsbət nəticələri əsasında yeni bəyannaməni tərtib edir.

3.29. Bəyannamənin qüvvəsi aşağıdakı hallarda dayandırılır:

3.29.1. bəyannamə sahibinin öz qərarı əsasında;

3.29.2. “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə uyğun olaraq, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada aparılan yoxlamalar zamanı malda, onunla əlaqəli proseslərdə və istehsal metodlarında aradan qaldırıla biləcək çatışmazlıqlar aşkar edildikdə;

3.29.3. məhkəmənin müvafiq qərarı olduqda;

3.29.4. qanunda nəzərdə tutulan digər hallarda.

3.30. Bəyannamə aşağıdakı hallarda ləğv edilir:

3.30.1. bəyannamə sahibinin öz qərarı əsasında;

3.30.2. “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə uyğun olaraq, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada aparılan yoxlamalar zamanı malın, onunla əlaqəli proseslərin və istehsal metodlarının insanların həyat və ya sağlamlığına, ətraf mühitə, əmlaka və dövlətin maraqlarına təhlükə törətdiyi müəyyən edildikdə;

3.30.3. bəyannamənin tərtibi zamanı əsas götürülmüş sənədlərdə sonradan təhrif olunmuş məlumatlar aşkar edildikdə;

3.30.4. bəyannamə bu Qaydalara uyğun tərtib edilmədikdə;

3.30.5. məhkəmənin müvafiq qərarı olduqda;

3.30.6. qanunda nəzərdə tutulan digər hallarda.

3.31. Bu Qaydaların 3.29.2-ci və 3.30.2-ci yarımbəndlərinə uyğun olaraq malda, onunla əlaqəli proseslərdə və istehsal metodlarında aradan qaldırıla biləcək çatışmazlıqlar aşkar edildikdə və ya malın, onunla əlaqəli proseslərin və istehsal metodlarının insanların həyat və ya sağlamlığına, ətraf mühitə, əmlaka və dövlətin maraqlarına təhlükə törətdiyi müəyyən olduqda, Nazirlik bu barədə məlumatı 2 (iki) iş günü müddətində təsərrüfat subyektinə təqdim edir və ya sifarişli poçt vasitəsilə göndərir.

3.32. Təsərrüfat subyekti bu Qaydaların 3.29.2-ci, 3.29.4-cü, 3.30.2-3.30.4-cü, 3.30.6-cı yarımbəndlərinə və 3.31-ci bəndinə uyğun olaraq müvafiq məlumatı aldığı tarixdən 1 (bir) iş günü müddətində bəyannamənin qüvvəsinin dayandırılması və ya ləğv edilməsi barədə qərar qəbul edir.

3.33. Təsərrüfat subyekti bu Qaydaların 3.29.1-ci, 3.30.1-ci yarımbəndlərinə və 3.32-ci bəndinə uyğun olaraq bəyannamənin qüvvəsinin dayandırılması və ya ləğv edilməsi ilə bağlı qərar qəbul etdiyi gün bu barədə məlumatı reyestrə daxil olunması üçün Nazirliyə təqdim edir.

3.34. Təsərrüfat subyekti bu Qaydaların 3.29.2-ci yarımbəndində qeyd olunan əsas üzrə çatışmazlıqların aradan qaldırıldığına dair Nazirliyin qərarını, 3.29.4-cü yarımbəndində həmin halların aradan qaldırılması barədə məlumatı aldığı tarixdən 1 (bir) iş günü müddətində, 3.29.1-ci yarımbəndində qeyd olunan halda isə öz təşəbbüsü əsasında bəyannamənin qüvvəsinin bərpası ilə bağlı qərar qəbul edir.

3.35. Təsərrüfat subyekti bəyannamənin qüvvəsinin bərpası ilə bağlı qərar qəbul etdiyi gün bu barədə məlumatı reyestrə daxil edilməsi üçün Nazirliyə təqdim edir.

3.36. Bəyannamə aşağıdakı hallarda yenidən rəsmiləşdirilir:

3.36.1. bəyannamə sahibi olan hüquqi şəxs yenidən təşkil edildikdə;

3.36.2. bəyannamə sahibi olan hüquqi şəxsin, xarici hüquqi şəxsin filialının və yaxud nümayəndəliyinin adı və ya hüquqi ünvanı dəyişdikdə;

3.36.3. bəyannamə sahibi olan fiziki şəxsin soyadı, adı, atasının adı və ya fəaliyyət ünvanı dəyişdikdə;

3.36.4. bəyannamənin və ya təsdiqedici sənədin tərtibi ilə bağlı sonradan texniki səhvlər aşkar edildikdə.

3.37. Bu Qaydaların 3.36-cı bəndinə uyğun olaraq, bəyannamənin yenidən rəsmiləşdirilməsi zərurəti yarandığı halda, orta riskli mallara münasibətdə təsərrüfat subyekti bu Qaydaların 3.7-ci bəndi və 3.8.1-3.8.3-cü yarımbəndləri ilə müəyyən olunmuş qaydada həmin malın uyğunluğunun təsdiqlənməsi məqsədilə cəlb edilmiş uyğunluğu qiymətləndirən quruma müraciət edir. Uyğunluğu qiymətləndirən qurum 2 (iki) iş günü müddətində yeni təsdiqedici sənədi təsərrüfat subyektinə təqdim edir və ya sifarişli poçt vasitəsilə göndərir. Təsərrüfat subyekti həmin təsdiqedici sənəd əsasında yenidən rəsmiləşdirilmiş bəyannaməni tərtib edir.

3.38. Malın uyğunluğunun təsdiqlənməsi məqsədilə cəlb edilmiş uyğunluğu qiymətləndirən qurumun hüquq və vəzifələri digər uyğunluğu qiymətləndirən quruma ötürülmədən ləğv edildikdə və ya onun fəaliyyəti dayandırıldıqda, bəyannamənin yenidən rəsmiləşdirilməsi ilə əlaqədar yeni təsdiqedici sənədin verilməsi bu Qaydalara əsasən Nazirliyin müəyyən etdiyi uyğunluğu qiymətləndirən qurum tərəfindən həyata keçirilir.

3.39. Bu Qaydaların 3.36-cı bəndinə uyğun olaraq aşağı riskli mallara münasibətdə bəyannamənin yenidən rəsmiləşdirilməsi zərurəti yarandığı halda, təsərrüfat subyekti yenidən rəsmiləşdirilmiş bəyannaməni tərtib edir.

3.40. Təsərrüfat subyekti bəyannamənin yenidən rəsmiləşdirilməsi barədə qərar qəbul etdiyi gün bu barədə məlumatı reyestrə daxil olunması üçün Nazirliyə təqdim edir.

 

4. Yekun müddəa

 

4.1. Təsərrüfat subyektləri tərəfindən məlumatları reyestrə daxil olunmayan sertifikatların, bəyannamələrin, habelə onların qüvvəsinin dayandırılması, bərpası, ləğvi və yenidən rəsmiləşdirilməsi barədə qərarların istifadəsinə yol verilmir.

 


 

 

“Uyğunluq sertifikatının və uyğunluq bəyannaməsinin forması, hazırlanması və təqdim edilməsi Qaydaları”na

1 nömrəli əlavə

 

Malın uyğunluğunun qiymətləndirilməsi barədə uyğunluq sertifikatının forması

 

AZƏRBAYCAN RESPUBLİKASI

malın uyğunluğunun qiymətləndirilməsi barədə

UYĞUNLUQ SERTİFİKATI

AZERBAIJAN REPUBLIC

CERTIFICATE OF CONFORMITY

on conformity assessment of goods

Blankın qeydiyyat nömrəsi/form blank № _________

1. Sertifikatın qeydiyyat nömrəsi və verilmə tarixi / Certificate registration number and date of issue

2. Sertifikat verilən hüquqi şəxsin adı, hüquqi ünvanı və VÖEN-i, fiziki şəxsin adı, ünvanı və VÖEN-i / Name, legal address and TAX İD of the legal entity, name, address and TAX İD of the individual to which the certificate is issued

3. Sertifikatı verən uyğunluğu qiymətləndirən qurumun adı və hüquqi ünvanı, akkreditasiya attestatının qeydiyyat nömrəsi və verilmə tarixi / Name and legal address of the conformity assessment body issued the certificate, registration number of accreditation certificate and date of issue

4. İstehsalçının adı və ünvanı / Name and address of the manufacturer

5. Malın adı, növü, markası, modeli / Name, type, brand, model of the goods

6. Malın partiya və ya seriya nömrəsi / Batch or serial number of goods

7. Malın miqdarı / Quantity of goods

8. Malın istehsal tarixi / Manufacturing date of goods

9. XİF MİN / HS CODE

10. Məhsul növləri üzrə təsnifat kodu / Product classification code

11. Texniki reqlanmentin, istinad edilmiş standartların və ya texniki şərtlərin adı, nömrəsi, tarixi / Name, number, date of technical regulations, referenced standards or technical specifications

12. İstifadə sahəsi / Intended Purpose of Use

12. Texniki reqlamentdə nəzərdə tutulduğu hallarda malın saxlanma müddəti və şərtləri / Terms and conditions of storage of goods in cases stipulated by technical regulations

13. Malın istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair təsərrüfat subyekti tərəfindən verilən əlavə məlumatlar (olduqda) / Additional information provided by the business entity on the consumer characteristics or quality of the goods (if any)

Bu sertifikat təsdiq edir ki, yuxarıda göstərilən mal partiyası və ya seriyası təhlükəsizlik göstəricilərinə görə qüvvədə olan texniki reqlamentlərin tələblərinə uyğundur / This certificate of conformity confirms that the above mentioned batch or series of goods complie with the requirements of the technical regulations in force, in terms of safety indicators

Uyğunluğu qiymətləndirən qurumun rəhbəri

(səlahiyyətli nümayəndəsi)

Head of the accredited conformity assessment body

(authorized representative)                           ______________________________________

(Soyadı, adı, atasının adı / Surname, name, father`s name)

 

Uyğunluğu qiymətləndirən səlahiyyətli şəxs

Conformity assessment authorized person ______________________________________

                                                                   (Soyadı, adı, atasının adı / Surname, name, father`s name)

 

 

İmza / Signature

M.Y. / (olduqda) / Stamp (if any)

 

 


 

 

“Uyğunluq sertifikatının və uyğunluq bəyannaməsinin forması, hazırlanması və təqdim edilməsi Qaydaları”na

2 nömrəli əlavə

 

Mal ilə əlaqəli prosesin və istehsal metodunun uyğunluğunun qiymətləndirilməsi barədə uyğunluq sertifikatının forması

 

AZƏRBAYCAN RESPUBLİKASI

mal ilə əlaqəli prosesin və istehsal metodunun uyğunluğunun qiymətləndirilməsi barədə

UYĞUNLUQ SERTİFİKATI

AZERBAIJAN REPUBLIC

CERTIFICATE OF CONFORMITY

on conformity assesment of goods related process and manufacturing method

Blankın qeydiyyat nömrəsi/form blank № _________

1. Sertifikatın qeydiyyat nömrəsi və verilmə tarixi / Certificate of conformity registration number and date of issue

2. Sertifikat verilən hüquqi şəxsin adı, hüquqi ünvanı və VÖEN-i, fiziki şəxsin adı, ünvanı və VÖEN-i / Name, legal address and TAX İD of the legal entity, name, address and TAX İD of the individual to which the certificate is issued

3. Sertifikatı verən uyğunluğu qiymətləndirən qurumun adı və hüquqi ünvanı, akkreditasiya attestatının qeydiyyat nömrəsi və verilmə tarixi / Name and legal address of the conformity assessment body issued the certificate, registration number of accreditation certificate and date of issue

4. Mal ilə əlaqəli prosesin və istehsal metodunun tətbiq edildiyi fəaliyyət sahəsi / Area of activity in which process related to the product and production method being applied

5. Texniki reqlamentlərin, istinad edilmiş standartların və ya texniki şərtlərin adı, nömrəsi, tarixi / Name, number, date of technical regulations, referenced standards or technical specifications

6. Mal ilə əlaqəli prosesin və istehsal metodunun tətbiq edildiyi istehsal müəssisəsinin ünvanı / Address of manufacturing facility where process related to the product and production method being applied

Bu sertifikat təsdiq edir ki, yuxarıda qeyd olunan mal ilə əlaqəli proses və istehsal metodu texniki reqlamentlərin tələblərinə uyğundur / This certificate of conformity confirms that the above mentioned goods related process and method of manufacturing complie with the requirements of the technical regulations in force

Uyğunluğu qiymətləndirən qurumun rəhbəri

(səlahiyyətli nümayəndəsi)

Head of the accredited conformity

assessment body (authorized representative)____________________________________

                                                                   (Soyadı, adı, atasının adı/ Surname, name, father`s name)

 

Uyğunluğu qiymətləndirən səlahiyyətli şəxs

Conformity assessment authorized person    ____________________________________

                                                                   (Soyadı, adı, atasının adı / Surname, name, father`s name)

 

 

İmza / Signature

M.Y. (olduqda) / Stamp (if any)

 

 


 

 

“Uyğunluq sertifikatının və uyğunluq bəyannaməsinin forması, hazırlanması və təqdim edilməsi Qaydaları”na

3 nömrəli əlavə

 

Malın uyğunluğunun qiymətləndirilməsi barədə uyğunluq bəyannaməsinin forması

 

AZƏRBAYCAN RESPUBLİKASI

malın uyğunluğunun qiymətləndirilməsi barədə

UYĞUNLUQ BƏYANNAMƏSİ

AZERBAIJAN REPUBLIC

DECLARATİON OF CONFORMITY

on conformity assessment of goods

1. Bəyannamənin qeydiyyat nömrəsi və verilmə tarixi / Declaration of conformity registration number and date of issue

2. Bəyannaməni tərtib edən hüquqi şəxsin adı, hüquqi ünvanı və VÖEN-i, fiziki şəxsin adı, ünvanı və VÖEN-i / Name, legal address and TAX İD of the legal entity, name, address and TAX İD of the individual to which the certificate is issued

3. Orta riskli mallara münasibətdə uyğunluğun təsdiqlənməsi məqsədilə cəlb edilmiş uyğunluğu qiymətləndirən qurumun adı və hüquqi ünvanı, akkreditasiya attestatının qeydiyyat nömrəsi və verilmə tarixi / Name and legal address of the conformity assessment body involved in order to confirm conformity of medium risk goods, registration number of accreditation certificate and date of issue

4. İstehsalçının adı və ünvanı/Name and address of the manufacturer

5. Malın adı, növü, markası, modeli / Name, type, brand, model of the goods

6. Malın partiya və ya seriya nömrəsi / Batch or serial number of goods

7. Malın miqdarı / Quantity of goods

8. Malın istehsal tarixi / Manufacturing date of goods

9. XİF MİN / HS CODE

10. Məhsul növləri üzrə təsnifat kodu / Product classification code

11. Texniki reqlanmentin, istinad edilmiş standartların və ya texniki şərtlərin adı, nömrəsi, tarixi / Name, number, date of technical regulations, referenced standards or technical specifications

12. İstifadə sahəsi / Intended Purpose of Use

12. Texniki reqlamentdə nəzərdə tutulduğu hallarda malın saxlanma müddəti və şərtləri / Terms and conditions of storage of goods in cases stipulated by technical regulations

13. Malın istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair təsərrüfat subyekti tərəfindən verilən əlavə məlumatlar (olduqda) / Additional information provided by the business entity on the consumer characteristics or quality of the goods (if any)

Bu bəyannamə təsdiq edir ki, yuxarıda göstərilən mal partiyası və ya seriyası təhlükəsizlik göstəricilərinə görə qüvvədə olan texniki reqlamentlərin tələblərinə uyğundur / This declaration of conformity confirms that the above mentioned batch or series of goods complie with the requirements of the technical regulations in force, in terms of safety indicators

Təsərrüfat subyektinin rəhbəri

(səlahiyyətli nümayəndəsi)

Head of the business operator

(authorized representative)                       ________________________________________

                                                                   (Soyadı, adı, atasının adı / Surname, name, father`s name)

Məsul şəxs

Responsible person                                    ________________________________________

                                                                   (Soyadı, adı, atasının adı / Surname, name, father`s name)

 

 

İmza / Signature

M.Y. (olduqda) / Stamp (if any)

 

 


 

 

“Uyğunluq sertifikatının və uyğunluq bəyannaməsinin forması, hazırlanması və təqdim edilməsi Qaydaları”na

4 nömrəli əlavə

 

Mal ilə əlaqəli prosesin və istehsal metodunun uyğunluğunun qiymətləndirilməsi barədə uyğunluq bəyannaməsinin forması

 

AZƏRBAYCAN RESPUBLİKASI

mal ilə əlaqəli prosesin və istehsal metodunun uyğunluğunun qiymətləndirilməsi barədə

UYĞUNLUQ BƏYANNAMƏSİ

AZERBAIJAN REPUBLIC

DECLARATION OF CONFORMITY

on conformity assesment of goods related process and manufacturing method

Blankın qeydiyyat nömrəsi/form blank № _________

1. Bəyannamənin qeydiyyat nömrəsi və verilmə tarixi / Declaration of conformity registration number and date of issue

2. Bəyannaməni tərtib edən hüquqi şəxsin adı, hüquqi ünvanı və VÖEN-i, fiziki şəxsin adı, ünvanı və VÖEN-i / Name, legal address and TAX İD of the legal entity, name, address and TAX İD of the individual to which the certificate is issued

3 Mal ilə əlaqəli prosesin və istehsal metodlarının tətbiq edildiyi istehsal müəssisəsinin ünvanı / Address of manufacturing facility where process related to the product and production method being applied

4. Texniki reqlamentlərin, istinad edilmiş standartların və ya texniki şərtlərin adı, nömrəsi, tarixi / Name, number, date of technical regulations, referenced standards or technical specifications

5. Mal ilə əlaqəli prosesin və istehsal metodunun tətbiq edildiyi fəaliyyət sahəsi / Area of activity in which process related to the product and production methods being applied

Bu bəyannamə təsdiq edir ki, yuxarıda göstərilən mal ilə əlaqəli proses və istehsal metodu texniki reqlamentlərin tələblərinə uyğundur / This declaration of conformity confirms that the above mentioned goods related process and method of manufacturing complie with the requirements of the technical regulations in force

Təsərrüfat subyektinin rəhbəri

(səlahiyyətli nümayəndəsi)

Head of the business operator

(authorized representative)                        _______________________________________

                                                                   (Soyadı, adı, atasının adı / Surname, name, father`s name)

Məsul şəxs

Responsible person                                      _______________________________________

                                                                       (Soyadı, adı, atasının adı / Surname, name, father`s name)

 

 

İmza / Signature

M.Y. (olduqda) / Stamp (if any)

 

 

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status