AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
09.08.2021
QEYDİYYAT NÖMRƏSİ
1417
ADI
“Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində və “Dəniz limanları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 368-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsinin tətbiq edilməsi haqqında” 2001-ci il 19 iyul tarixli 541 nömrəli, “Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 may tarixli 371-IVQD nömrəli Qanununun tətbiqi barədə” 2012-ci il 6 iyul tarixli 669 nömrəli, “Dəniz limanları haqqında” Azərbaycan Respublikasının 2014-cü il 18 aprel tarixli 945-IVQ nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 20 aprel tarixli 395 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” 2014-cü il 14 may tarixli 161 nömrəli, “Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 18 dekabr tarixli 40-VQD nömrəli Qanununun tətbiqi barədə” 2016-cı il 27 yanvar tarixli 751 nömrəli fərmanlarında dəyişiklik edilməsi və “Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsinin icrasının təmin edilməsi barədə” 2001-ci il 3 noyabr tarixli 594 nömrəli Fərmanının ləğv edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 10.08.2021, Nəşr nömrəsi: 165), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31.08.2021, Nəşr nömrəsi: 8, Maddə nömrəsi: 909)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
10.08.2021
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
180.030.010
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
13202108091417
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
10.08.2021
Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 14 may tarixli 130 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının fəxri adları haqqında Əsasnamə»də dəyişikliklər edilməsi barədə

“Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində və “Dəniz limanları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 368-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsinin tətbiq edilməsi haqqında” 2001-ci il 19 iyul tarixli 541 nömrəli, “Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 may tarixli 371-IVQD nömrəli Qanununun tətbiqi barədə” 2012-ci il 6 iyul tarixli 669 nömrəli, “Dəniz limanları haqqında” Azərbaycan Respublikasının 2014-cü il 18 aprel tarixli 945-IVQ nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 20 aprel tarixli 395 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” 2014-cü il 14 may tarixli 161 nömrəli, “Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 18 dekabr tarixli 40-VQD nömrəli Qanununun tətbiqi barədə” 2016-cı il 27 yanvar tarixli 751 nömrəli fərmanlarında dəyişiklik edilməsi və “Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsinin icrasının təmin edilməsi barədə” 2001-ci il 3 noyabr tarixli 594 nömrəli Fərmanının ləğv edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində və “Dəniz limanları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 368-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. “Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsinin tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyul tarixli 541 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 7, maddə 478; 2005, № 2, maddə 69; 2006, № 12, maddə 1053; 2007, № 6, maddə 601; 2012, № 12, maddə 1239; 2014, № 9, maddə 1027; 2016, № 5, maddə 877; 2017, № 8, maddə 1521; 2018, № 5, maddə 945, № 9, maddə 1840) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2.1-ci bənddə “4.4-cü maddəsində (birinci halda)” sözləri “2.5-ci və 4.4-cü (birinci halda) maddələrində” sözləri ilə əvəz edilsin;

1.2. 2.4-cü bənddə “14.2-ci və 22.4-cü maddələrində” sözləri “4.1-ci, 4.2-ci, 5.1-ci, 5.2-ci, 8.2-ci, 12.1-ci, 13.2-ci, 14.2-ci, 15.3-cü, 18.2-ci, 22.4-cü, 22.6-cı (birinci halda), 25.1-ci, 29.2-ci, 30.3.1-ci, 44.4-cü maddələrində, 61.2-ci maddəsinin birinci cümləsində, 62.1-ci, 63.1-ci, 63.2-ci, 63.3-cü, 64.1-ci, 67.3-cü, 68-ci, 89-cu (hər iki halda) maddələrində, 182.2-ci maddəsinin birinci cümləsində və 265.4-cü maddəsində” sözləri ilə əvəz edilsin;

1.3. 2.8-ci bənddə “nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini” sözləri “orqan (qurum)” dedikdə” sözləri ilə, “Azərbaycan Respublikasının Nazirlər Kabineti” sözləri “Azərbaycan İnvestisiya Holdinqi” sözləri ilə və “həyata keçirir” sözləri “nəzərdə tutulur” sözləri ilə əvəz edilsin;

1.4. 2.9-cu bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 2.10-cu bənd əlavə edilsin:

“2.10. həmin Məcəllənin 20-ci, 27.2-ci və 275.3-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir.”.

2. “Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 may tarixli 371-IVQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyul tarixli 669 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 7, maddə 678) 3-cü hissəsi ləğv edilsin.

3. “Dəniz limanları haqqında” Azərbaycan Respublikasının 2014-cü il 18 aprel tarixli 945-IVQ nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 20 aprel tarixli 395 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 14 may tarixli 161 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 5, maddə 474; 2015, № 9, maddə 990; 2020, № 1, maddə 10, № 3, maddə 236) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 3.1-ci bənddə “5.4-cü maddəsində və” sözləri “3.1.2-ci və 5.4-cü maddələrində,” sözləri ilə əvəz edilsin;

3.2. 3.2-1-ci bənddə “nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini” sözləri “orqan (qurum)” dedikdə” sözləri ilə, “Azərbaycan Respublikasının Nazirlər Kabineti” sözləri “Azərbaycan İnvestisiya Holdinqi” sözləri ilə və “həyata keçirir” sözləri “nəzərdə tutulur” sözləri ilə əvəz edilsin.

4. “Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 18 dekabr tarixli 40-VQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 yanvar tarixli 751 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 1, maddə 73) 3-cü hissəsi ləğv edilsin.

5. “Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 noyabr tarixli 594 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 11, maddə 702; 2003, № 6, maddə 286; 2006, № 11, maddə 945; 2008, № 8, maddə 719, № 11, maddə 980; 2012, № 7, maddə 678, № 12, maddə 1240; 2016, № 5, maddə 878, 2018, № 9, maddə 1840) ləğv edilsin.

6. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində və “Dəniz limanları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 368-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 9 avqust 2021-ci il

                  № 1417

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status