AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
28.08.2021
QEYDİYYAT NÖMRƏSİ
246
ADI
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu publik hüquqi şəxsin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” 2018-ci il 16 may tarixli 220 nömrəli, “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 6 aprel tarixli 135 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə” 2018-ci il 13 oktyabr tarixli 443 nömrəli və “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 13 oktyabr tarixli 444 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 01.09.2021, Nəşr Nömrəsi: 184), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31.08.2021, Nəşr nömrəsi: 8, Maddə nömrəsi: 972)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
01.09.2021
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
020.020.020
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14202108280246
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
02.09.2021
Azərbaycan Respublikasının 1999-cu il 22 iyun tarixli 689-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Ədalət mühakiməsinin rəsmi embleminin təsviri»ndə dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu publik hüquqi şəxsin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” 2018-ci il 16 may tarixli 220 nömrəli, “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 6 aprel tarixli 135 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə” 2018-ci il 13 oktyabr tarixli 443 nömrəli və “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 13 oktyabr tarixli 444 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyul tarixli 173 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxslərin Nümunəvi Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 19 aprel tarixli 1316 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 16 may tarixli 220 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 5, maddə 1128, № 11, maddə 2446; 2020, № 9, maddə 1222) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu publik hüquqi şəxsin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1.4-cü bəndə “adı” sözündən sonra “və “Azərbaycan Respublikasının Dövlət Gerbindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, həmçinin Azərbaycan Respublikasının Dövlət Gerbinin təsviri” sözləri əlavə edilsin;

1.2. 5.4-cü bənddə “səlahiyyətlərinin icrasını İdarə Heyəti sədrinin müəyyən etdiyi İdarə Heyətinin digər üzvü həyata keçirir” sözləri “səlahiyyətlərini İdarə Heyəti sədrinin müəyyən etdiyi İdarə Heyəti sədrinin müavinlərindən biri icra edir” sözləri ilə əvəz edilsin;

1.3. 5.6-cı bənd üzrə:

1.3.1. birinci cümlə aşağıdakı redaksiyada verilsin:

“İdarə Heyətinin sədri ayda bir dəfədən az olmayaraq İdarə Heyətinin iclaslarını çağırır və iclaslara sədrlik edir.”;

1.3.2. üçüncü cümlə çıxarılsın;

1.3.3. yeddinci cümlədə “İdarə Heyəti sədrinin (və ya onu əvəz edən İdarə Heyətinin digər üzvünün)” sözləri “iclasa sədrlik edənin” sözləri ilə əvəz edilsin;

1.4. 5.6-1-ci bənddə “iclasın” sözü “, habelə İdarə Heyətinin iclaslarına dəvət olunan şəxslərə İdarə Heyətinin iclaslarının” sözləri ilə əvəz edilsin;

1.5. 5.7.10-cu yarımbənddə “İnstitutun, o cümlədən onun idarə, filial, nümayəndəlik” sözləri “Özünün, İnstitutun struktur bölmələrinin (o cümlədən idarə, filial və nümayəndəliklərinin)” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 13 oktyabr tarixli 443 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 10, maddə 2158; 2019, № 3, maddə 525, № 11, maddə 1874) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

2.1. 1.5-ci bəndə “adı” sözündən sonra “və “Azərbaycan Respublikasının Dövlət Gerbindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, həmçinin Azərbaycan Respublikasının Dövlət Gerbinin təsviri” sözləri əlavə edilsin;

2.2. 4.8-ci bənd üzrə:

2.2.1. birinci cümlə aşağıdakı redaksiyada verilsin:

“Şuranın sədri ayda bir dəfə olmaqla Şuranın iclaslarını çağırır və iclaslara sədrlik edir.”;

2.2.2. altıncı cümlədə “Şura sədrinin (və ya onu əvəz edən Şuranın digər üzvünün)” sözləri “iclasa sədrlik edənin” sözləri ilə əvəz edilsin;

2.3. 4.9-cu bəndin birinci cümləsində “iclasın” sözü “, habelə Mərkəzin direktoruna, o müvəqqəti olmadıqda direktor müavininə və Şuranın iclaslarına dəvət olunan şəxslərə Şuranın iclaslarının” sözləri ilə əvəz edilsin;

2.4. aşağıdakı məzmunda 4.9-1-ci, 4.9-2-ci və 4.9-3-cü bəndlər əlavə edilsin:

“4.9-1. Şuranın iclasının nəticəsi Şura üzvlərinin və katibinin imzaladıqları protokolda əks olunmaqla rəsmiləşdirilir. Şuranın katibi Şuranın iclasında iştirak edə bilmədikdə, Şuranın sədri onu əvəz edəcək şəxsi təyin edir. Şura protokolu təsdiq edərək Mərkəzin direktoruna göndərir.

4.9-2. Şuranın katibini Şuranın üzvü olmayan əməkdaşlar sırasından Şuranın sədri təyin edir və Şuranın katibi Şuranın sədrinə hesabat verir.

4.9-3. Şuranın katibi:

4.9-3.1. Şuranın iclaslarını təşkil edir;

4.9-3.2. bu Nizamnamənin 4.9-cu bəndinin birinci cümləsində nəzərdə tutulmuş vəzifəni icra edir;

4.9-3.3. Şuranın iclaslarının protokollarını tərtib edir və imzalanması üçün Şuranın üzvlərinə təqdim edir;

4.9-3.4. Şuranın qərarlarının layihələrini hazırlayır, baxılması və imzalanması üçün Şuranın sədrinə təqdim edir;

4.9-3.5. Şuranın qəbul etdiyi qərarların aidiyyəti üzrə göndərilməsini təmin edir.”;

2.5. 4.10.1-ci yarımbəndə “rəhbərlik edir” sözlərindən sonra “, habelə özünün və Mərkəzin direktorunun qanunvericiliyə zidd olan qərarlarını ləğv edir” sözləri əlavə edilsin;

2.6. aşağıdakı məzmunda 4.10-1-ci bənd əlavə edilsin:

“4.10-1.Şuranın sədri müvəqqəti olmadıqda onun səlahiyyətlərini müvafiq əmrlə Şuranın üzvləri arasından Şuranın sədrinin müəyyən etdiyi şəxs icra edir.”;

2.7. 4.14-cü bəndin üçüncü cümləsində “onu müavini əvəz edir” sözləri “onun səlahiyyətlərini müvafiq əmrlə müavini icra edir” sözləri ilə əvəz edilsin;

2.8. aşağıdakı məzmunda 4.15.5-1-ci yarımbənd əlavə edilsin:

“4.15.5-1. Özünün və Mərkəzin struktur bölmələrinin vəzifəli şəxslərinin qanunvericiliyə zidd qərarlarını ləğv edir;”.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 13 oktyabr tarixli 444 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 10, maddə 2159; 2019, № 3, maddə 526, № 11, maddə 1874) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

3.1. 1.5-ci bəndə “adı” sözündən sonra “və “Azərbaycan Respublikasının Dövlət Gerbindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, həmçinin Azərbaycan Respublikasının Dövlət Gerbinin təsviri” sözləri əlavə edilsin;

3.2. 4.8-ci bənd üzrə:

3.2.1. birinci cümlə aşağıdakı redaksiyada verilsin:

“Şuranın sədri həftədə bir dəfə olmaqla Şuranın iclaslarını çağırır və iclaslara sədrlik edir.”;

3.2.2. altıncı cümlədə “Şura sədrinin (və ya onu əvəz edən Şuranın digər üzvünün)” sözləri “iclasa sədrlik edənin” sözləri ilə əvəz edilsin;

3.3. 4.9-cu bəndin birinci cümləsində “iclasın” sözü “, habelə Mərkəzin direktoruna, o müvəqqəti olmadıqda direktor müavininə və Şuranın iclaslarına dəvət olunan şəxslərə Şuranın iclaslarının” sözləri ilə əvəz edilsin;

3.4. aşağıdakı məzmunda 4.9-1-ci, 4.9-2-ci və 4.9-3-cü bəndlər əlavə edilsin:

“4.9-1. Şuranın iclasının nəticəsi Şura üzvlərinin və katibinin imzaladıqları protokolda əks olunmaqla rəsmiləşdirilir. Şuranın katibi Şuranın iclasında iştirak edə bilmədikdə, Şuranın sədri onu əvəz edəcək şəxsi təyin edir. Şura protokolu təsdiq edərək Mərkəzin direktoruna göndərir.

4.9-2. Şuranın katibini Şuranın üzvü olmayan əməkdaşlar sırasından Şuranın sədri təyin edir və Şuranın katibi Şuranın sədrinə hesabat verir.

4.9-3. Şuranın katibi:

4.9-3.1. Şuranın iclaslarını təşkil edir;

4.9-3.2. bu Nizamnamənin 4.9-cu bəndinin birinci cümləsində nəzərdə tutulmuş vəzifəni icra edir;

4.9-3.3. Şuranın iclaslarının protokollarını tərtib edir və imzalanması üçün Şuranın üzvlərinə təqdim edir;

4.9-3.4. Şuranın qərarlarının layihələrini hazırlayır, baxılması və imzalanması üçün Şuranın sədrinə təqdim edir;

4.9-3.5. Şuranın qəbul etdiyi qərarların aidiyyəti üzrə göndərilməsini təmin edir.”;

3.5. 4.10.1-ci yarımbəndə “rəhbərlik edir” sözlərindən sonra “, habelə özünün və Mərkəzin direktorunun qanunvericiliyə zidd olan qərarlarını ləğv edir” sözləri əlavə edilsin;

3.6. aşağıdakı məzmunda 4.10-1-ci bənd əlavə edilsin:

“4.10-1. Şuranın sədri müvəqqəti olmadıqda onun səlahiyyətlərini müvafiq əmrlə Şuranın üzvləri arasından Şuranın sədrinin müəyyən etdiyi şəxs icra edir.”;

3.7. 4.14-cü bəndin üçüncü cümləsində “onu müavini əvəz edir” sözləri “onun səlahiyyətlərini müvafiq əmrlə müavini icra edir” sözləri ilə əvəz edilsin;

3.8. aşağıdakı məzmunda 4.15.5-1-ci yarımbənd əlavə edilsin:

“4.15.5-1. Özünün və Mərkəzin struktur bölmələrinin vəzifəli şəxslərinin qanunvericiliyə zidd qərarlarını ləğv edir;”.

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

 

Bakı şəhəri, 28 avqust 2021-ci il

                        № 246

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status