AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN SƏRƏNCAMLARI
QƏBUL EDİLDİYİ TARİX
31.08.2021
QEYDİYYAT NÖMRƏSİ
529s
ADI
“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 359-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 20 avqust tarixli 1433 nömrəli Fərmanının icrasının təmin edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
QÜVVƏYƏ MİNMƏ TARİXİ
31.08.2021
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
120.120.180
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ

“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 359-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 20 avqust tarixli 1433 nömrəli Fərmanının icrasının təmin edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN SƏRƏNCAMI

 

“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 359-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 20 avqust tarixli 1433 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə:

1. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Azərbaycan Respublikasının Energetika Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 359-VIQ nömrəli Qanununa (bundan sonra ― Qanun) uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının Qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;

1.3 “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun pozulmasına görə inzibati məsuliyyəti müəyyən edən qanun layihəsi ilə bağlı təkliflərini səkkiz ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

2. Azərbaycan Respublikasının Energetika Nazirliyi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, həmin Qanunda nəzərdə tutulmuş tədbirlərin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Energetika Nazirliyi Aparatının işçilərinin say həddinin artırılması ilə bağlı təkliflərini dörd ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

3. Azərbaycan Respublikasının Energetika Nazirliyi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla:

3.1. həmin Qanunun 16.4-cü maddəsinə uyğun olaraq, enerji effektivliyi fondunun vəsaitlərinin formalaşdırılması və istifadə qaydası ilə bağlı təkliflərini səkkiz ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;

3.2. həmin Qanunun 22.2-ci maddəsinə uyğun olaraq, enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi qaydası ilə bağlı təkliflərini səkkiz ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;

3.3. həmin Qanunun 6.9-cu maddəsinə uyğun olaraq, enerji auditinin həyata keçirilməsi üçün ixtisas attestatının formasını, verilməsi qaydasını, onun qüvvədəolma müddətinin dayandırılması və ləğv edilməsi, eləcə də enerji auditorlarının və enerji auditi üzrə təşkilatların reyestrinin aparılması və onların fəaliyyətinə nəzarətin həyata keçirilməsi qaydası ilə bağlı təkliflərini səkkiz ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;

3.4. həmin Qanunun 6.14-cü maddəsinə uyğun olaraq, enerji auditinin keçirilməsi, həmçinin enerji auditinin nəticəsinə dair hesabatın təqdim edilməsi qaydasını və forması ilə bağlı təkliflərini səkkiz ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;

3.5. həmin Qanunun 8.2-ci maddəsinə uyğun olaraq, enerji idarəçisinə (menecerinə) dair tələbləri, habelə onların attestasiyadan keçirilməsi qaydası ilə bağlı təkliflərini səkkiz ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;

3.6. həmin Qanunun 17.1-ci maddəsinə uyğun olaraq, binaların enerji effektivliyi üzrə pasportlaşdırılması qaydaları ilə bağlı təkliflərini səkkiz ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;

3.7. həmin Qanunun 6.3-cü maddəsinə uyğun olaraq, məcburi enerji auditi keçirilməli olan təsərrüfat subyektlərinin və qeyri-yaşayış binalarının müəyyən edilməsi üçün meyarlar ilə bağlı təkliflərini səkkiz ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;

3.8. həmin Qanunun 7.2-ci maddəsinə uyğun olaraq, enerji menecment sisteminə dair tələblər ilə bağlı təkliflərini səkkiz ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;

3.9. həmin Qanunun 9.2-ci maddəsinə uyğun olaraq enerji effektivliyi müqaviləsinin nümunəvi formasını və şərtlərini, habelə enerji effektivliyi xidmətlərinin həyata keçirilməsi qaydası ilə bağlı təkliflərini səkkiz ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;

3.10. həmin Qanunun 13.2-ci maddəsinə uyğun olaraq elektrik və istilik enerjisi istehsalı və təbii qazın emalı üzrə effektivlik potensialının qiymətləndirilməsi qaydasını və qiymətləndirmə meyarları ilə bağlı təkliflərini səkkiz ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;

3.11. həmin Qanunun 17.1-ci maddəsinə uyğun olaraq, binalar üçün minimum enerji effektivliyi normalarını, enerji istehlakı ilə əlaqədar məhsulların etiketlənməsi qaydalarını, enerji istehlak edən və ya enerji istehlakına təsir edən məhsullar üzrə ekoloji dizayn tələbləri ilə bağlı təkliflərini səkkiz ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;

3.12. həmin Qanunun 16.1-ci maddəsinə uyğun olaraq, enerji effektivliyi fondunun yaradılması ilə bağlı təkliflərini beş ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

4. Razılaşdırma prosesinin iştirakçıları (əsas və birgə icraçılar) bu Sərəncamın icrası ilə bağlı normayaratma vəzifələrindən irəli gələn məsələlər üzrə (layihə və təkliflərin baxılması, hazırlanması, razılaşdırılması, təqdim edilməsi və s.) müvafiq tədbirlər görüb icra vəziyyəti tələb etdikdə, məlumatları icra üçün ayrılmış müddətin birinci yarısı başa çatanadək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsinlər. Eyni zamanda, hüquqi aktların layihələrini əsas icraçıya təqdim edən subyektlər “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun müvafiq olaraq 48.2-ci, 48.3-cü və 48.5-ci maddələrinin tələblərinə əməl olunmasını təmin etsinlər.

5. Mərkəzi icra hakimiyyəti orqanları üç aydan gec olmayaraq Qanunun tətbiqinin təmin edilməsi məqsədilə öz səlahiyyətləri daxilində normayaratma vəzifələrindən irəli gələn tədbirlər görüb, normativ hüquqi aktlarını və ya təkliflərinin olmadığı barədə məlumatı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim etsinlər və icra vəziyyəti tələb etdikdə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versinlər.

6. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların Qanuna uyğunlaşdırılmasını təmin edib, bu barədə dörd ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

7. Bu Sərəncamın 1-ci, 4-cü, 5-ci və 6-cı hissələrinin icrası Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Hüquq və qanunvericilik şöbəsinə, 2-ci hissəsinin icrası İqtisadiyyat şöbəsinə, 3-cü hissəsinin icrası Sənaye və energetika şöbəsinə həvalə edilsin.

8. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

 

Bakı şəhəri, 31 avqust 2021-ci il

    529s

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status