|
|
AZƏRBAYCAN RESPUBLİKASI MƏRKƏZİ BANKININ İDARƏ HEYƏTİNİN
QƏRARI
№ 23/3
Bakı şəhəri
|
31 avqust 2021-ci il
|
“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi”nin məzmunu və formasının təsdiq edilməsi barədə
“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 11.3-cü maddəsinə və “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 22.0.17-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti
QƏRARA ALIR:
1. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi”nin məzmunu və forması təsdiq edilsin (əlavə olunur).
2. Hüquq departamentinə (R.Məlikova) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.
Mərkəzi Bankın sədri
|
Elman Rüstəmov
|
“Təsdiq edilmişdir”
Azərbaycan Respublikasının
Mərkəzi Bankı
Qərar № 23/3
31 avqust 2021-ci il
Bir tərəfdən bundan sonra müqavilənin mətni üzrə “sığortaçı” adlanacaq ________
|
||||
___________________________________________ sığortaçının adı
|
açıq səhmdar cəmiyyəti
|
|||
_____________________________________________________________
|
||||
sığortaçının səlahiyyətli rəhbər işçisinin vəzifəsi, adı, soyadı, atasının adı
|
||||
şəxsində, digər tərəfdən bundan sonra müqavilənin mətni üzrə “sığortalı” adlanacaq
|
||||
_____________________________________________________________
|
||||
hüquqi şəxsdirsə, adı, o cümlədən təşkilati-hüquqi forması; fiziki şəxsdirsə, adı, soyadı, atasının adı
|
||||
şəxsində (bundan sonra müqavilənin mətni üzrə “tərəflər”) “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa (bundan sonra müqavilənin mətni üzrə “Qanun”) uyğun olaraq, aşağıdakı müqaviləni bağlayırlar:
|
||||
1. Müqavilənin predmeti
|
||||
Sığortalının Qanunun 13-cü maddəsinə uyğun olaraq müəyyən edilmiş müvafiq sığorta tarifləri əsasında hesablanan və bu müqavilədə razılaşdırılmış müvafiq sığorta haqqını ödəməsi müqabilində Qanunun 3.1-ci maddəsinə uyğun olaraq müqaviləyə əlavə edilmiş və onun ayrılmaz tərkib hissəsi olan Qoşmada (bundan sonra müqavilənin mətni üzrə “müqavilənin qoşması”) nəzərdə tutulmuş fiziki şəxslərin (bundan sonra müqavilənin mətni üzrə “sığorta olunanlar”) həyatına və sağlamlığına istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından dəyən zərərlə əlaqədar onların peşə əmək qabiliyyətinin itirilməsinə və ya ölümünə görə sığortaçı Qanunun 18-ci maddəsində müəyyən edilmiş qaydada sığorta ödənişinin verilməsi öhdəliyi götürür.
|
||||
2. Sığorta olunanlar
|
||||
2.1. Sığortalı bu müqavilənin xeyrinə bağlandığı və müqavilənin qoşmasında sığorta olunanlar qismində göstərilən
|
||||
_____________________________________________________________
|
||||
Qanunun 3.1-ci maddəsində göstərilən kateqoriyaların hər hansı birini, bir hissəsini və ya bir neçəsini qeyd etməli
|
||||
istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından sığorta etdirir.
2.2. Müqavilənin qoşması (əlavə olunur) hər müqavilə ili üzrə tərtib olunur və müqavilə ili ərzində sığortaolunanlarla bağlı bütün dəyişikliklər müqavilənin qoşmasına əlavə və dəyişikliklər formasında rəsmiləşdirilir.
|
||||
3. Faydalanan şəxslər
|
||||
3.1. Sığorta hadisəsi nəticəsində peşə əmək qabiliyyətini itirmiş sığorta olunan eyni zamanda sığorta ödənişi verilməli olan faydalanan şəxsdir.
3.2. Sığorta hadisəsi nəticəsində sığorta olunanın öldüyü halda aşağıdakı şəxslər faydalanan şəxs kimi tanınır:
3.2.1. sığorta olunanın himayəsində olmuş və ya onun öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik olmuş əmək qabiliyyəti olmayan şəxslər;
3.2.2. sığorta olunanın ölümündən sonra doğulmuş uşağı;
3.2.3. sığorta olunanın himayəsində olmuş və on dörd yaşına çatmamış, yaxud bu yaşa çatsa da, tibb orqanlarının rəyinə əsasən sağlamlıq vəziyyətinə görə başqasının qulluğuna ehtiyacı olan uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan valideynlərdən biri, arvad (ər) və ya digər ailə üzvü;
3.2.4. sığorta olunanın himayəsində olmuş və onun ölümündən sonra beş il ərzində əmək qabiliyyətini itirmiş şəxslər.
3.3. Müqavilənin 3.2.1-ci və 3.2.4-cü yarımbəndlərinin məqsədləri üçün əmək qabiliyyəti olmayan və əmək qabiliyyətini itirmiş şəxslər dedikdə, aşağıdakılar başa düşülür:
3.3.1. 18 yaşına çatmamış uşaqlar;
3.3.2. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alan və ən çoxu 23 yaşına çatan övladlar;
3.3.3. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələrinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış, yaxud əlilliyi olan ata, ana, ər, arvad, övlad;
3.4. Müqavilənin 3.2-ci bəndində müəyyən edilmiş hər hansı şəxs mövcud olmadıqda, sığorta olunanın ailə üzvləri faydalanan şəxs hesab edilirlər.
|
||||
4. Sığorta məbləği
|
||||
Müqavilə üzrə hər bir sığorta olunana münasibətdə sığorta məbləğləri, habelə ümumi sığorta məbləği Qanunun 14.4-cü maddəsinə əsasən müəyyən edilmiş hesablama qaydasına uyğun olaraq müqavilənin qoşmasında müəyyənləşdirilir.
|
||||
5. Sığorta haqqı
|
||||
5.1. Qanunun 13-cü maddəsinə uyğun olaraq müəyyən edilmiş müvafiq sığorta tariflərinin tətbiq edilməsi ilə hər bir sığorta olunana münasibətdə hesablanan bir illik sığorta haqqı, sığorta haqqının ödənilmə qaydası, habelə sığorta haqqının müqavilə ili üzrə ümumi məbləği müqavilənin qoşmasında göstərildiyi kimi razılaşdırılır.
|
||||
5.2. Müqavilənin qoşmasında sığorta haqqının birdəfəlik ödənilməsi razılaşdırıldığı halda, sığorta haqqının ümumi məbləği müqavilənin qoşmasının təsdiq edildiyi gün ödənilir.
|
||||
5.3. Sığorta haqqının hissə-hissə ödənilməsi razılaşdırıldığı halda, sığorta haqqının razılaşdırılmış ilk hissəsi ümumi sığorta haqqının 25%-dən az olmamaqla müqavilənin qoşmasının təsdiq edildiyi gün, qalan hissəsi isə sığorta haqqı iki, üç və ya dörd hissəyə bölünməklə müqavilənin qoşmasında göstərildiyi kimi ödənilir.
5.4. Sığortalı sığorta haqqının hissəli ödəniş tarixlərini sığorta haqqının ödənilmə məbləğləri metodu və ya sığorta haqqının ödəniş tarixləri metodu əsasında müəyyənləşdirə bilər.
5.5. Sığorta haqqının hissəli ödəniş tarixləri sığorta haqqının ödənilmə məbləğləri metodu ilə müəyyənləşdirildikdə sığorta haqqının ödənilmə tarixi aşağıdakı düsturla hesablanır:
Hissənin ödənilmə tarixi = MQ+(CÖDSH/ÜSH*GS)
Sığorta haqqının hissəli ödəniş məbləğləri sığorta haqqının ödəniş tarixləri metodu ilə müəyyənləşdirildikdə növbəti hissə üzrə ödənilməli olan sığorta haqqı aşağıdakı düsturla hesablanır:
Hissə üzrə ödənilməli sığorta haqqı = ÜSH*(NT - CT)/GS
|
||||
Hər hansı hissə üzrə sığorta haqqı razılaşdırılmış məbləğdən artıq ödənildikdə, növbəti hissə üzrə ödənilməli olan sığorta haqqı artıq ödənilmiş sığorta haqqı məbləği qədər azalır.
5.6. Sığorta olunanların siyahısında, kateqoriyasında, peşə riskinin dərəcəsində, sığortalının əmək haqqı fondunda dəyişikliklərin baş verdiyi tarixdən 15 iş günü müddətində ümumi sığorta haqqı məbləği müqavilə ilinin başa çatmasına qədər qalmış vaxta mütənasib şəkildə yenidən hesablanmaqla müqaviləyə müvafiq əlavə və dəyişikliklər edilməli və bununla əlaqədar ümumi sığorta haqqı məbləğində yaranan fərq birdəfəlik və ya fərqin razılaşdırılmış ilk hissəsi həmin əlavə və dəyişikliklərin edildiyi gün ödənilməlidir. Bu halda əlavə və dəyişiklik üzrə sığorta haqqının ilk hissəsi aşağıdakı düsturla hesablanır:
Yaranmış fərqin ilk hissəsi üzrə sığorta haqqı = ((NT - ƏT)/QGS )*ƏSH
Ümumi sığorta haqqı məbləğində yaranan fərqin digər hissələri müqavilənin qoşmasında nəzərdə tutulmuş tarixlərədək mütənasib şəkildə ödənilməlidir.
5.7. Bu müqavilənin 5.5-ci və 5.6-cı bəndlərində göstərilən düsturlarda nəzərdə tutulmuş şərti işarələr aşağıdakı mənaları ifadə edir:
MQ - müqavilə qoşmasının təsdiq edildiyi tarix;
CÖDSH - əvvəlki hissə(lər) üzrə cəmi ödənilməli olan sığorta haqqı;
GS - müqavilə ili üzrə günlərin sayı;
ÜSH - hesablanmış ümumi sığorta haqqı;
NT- sığorta haqqının növbəti hissə üzrə ödəniş tarixi;
CT- sığorta haqqının cari hissə üzrə ödəniş tarixi.
ƏT- əlavə və dəyişikliyin edildiyi tarix
QGS - müqavilə qoşmasının sonunadək qalan günlərin sayı
ƏSH - əlavə və dəyişiklik üzrə ümumi sığorta haqqı
5.8. Sığorta haqqının hissə-hissə ödənilməsi razılaşdırıldığı halda sığorta haqqının və ümumi sığorta haqqı məbləğində yaranmış fərqin sığortaçıya ödənilməsi tarixləri bu müqavilənin 5.3-cü bəndinə uyğun olaraq müqavilə ili üzrə bir dəfə müəyyən olunur və həmin dövr üzrə müqavilənin qoşmasının bütün əlavə və dəyişikliklərinə tətbiq edilir. Müqavilənin qoşmasında müəyyən edilmiş sığorta haqqının sonuncu ödəniş tarixindən sonra müqavilənin 5.6-cı bəndinə uyğun olaraq müqavilənin qoşmasına əlavə və dəyişikliklər edildikdə sığorta haqqının ümumi məbləğində yaranmış fərq həmin əlavə və dəyişikliklərin edildiyi gün birdəfəlik ödənilməlidir.
5.9. Müqavilənin 5.6-ci bəndində nəzərdə tutulmuş əlavə və dəyişikliklər nəticəsində ümumi sığorta haqqı məbləği azaldıqda yaranan fərq sığortalının seçimi əsasında sığortaçı tərəfindən 5 iş günü ərzində qaytarılır və ya sığorta haqqının müqavilənin qoşmasında nəzərdə tutulmuş tarixlərdə ödənilməsi zamanı əvəzləşdirilir.
6. Müqavilənin müddəti, qoşması, qüvvəyə minməsi və qüvvədə olduğu ərazi
|
||||
6.1. Müqavilə müddətsiz bağlanılır.
6.2. Tərəflər bağlanmış müqavilənin hər növbəti müqavilə ili üçün müqavilənin qoşmasını təsdiq edir. Növbəti müqavilə ilinin başlanmasına ən azı 3 iş günü qalmış sığortalı sığorta olunanların siyahısı, yaşı, vəzifəsi, kateqoriyası, peşə riskinin dərəcəsi və bir illik əmək haqqı fondu barədə məlumatları sığortaçıya təqdim etməlidir. Sığortaçı müvafiq məlumatları aldıqdan sonra növbəti müqavilə ili üçün müqavilənin qoşmasını imzalamaq üçün sığortalıya təqdim edir.
6.3. Müqavilə və müqavilənin qoşması, habelə onlara əlavə və dəyişikliklər müvafiq olaraq müqavilə bağlandığı, müqavilənin qoşması təsdiq edildiyi, habelə onlara əlavə və dəyişikliklərin edildiyi gün saat 24:00-da qüvvəyə minir.
6.4. Müqavilə üzrə verilən sığorta təminatı həm Azərbaycan Respublikasının ərazisində, həm də ondan kənarda sığorta olunanın əmək müqaviləsi və ya mülki-hüquqi müqavilə üzrə işlərinin, xidmətlərinin yerinə yetirilməsi ilə əlaqədar baş verən bədbəxt hadisə və ya yaranan peşə xəstəlikləri hallarına şamil edilir.
|
||||
7. Müqavilənin dəyişdirilməsi və ona xitam verilməsi
|
||||
7.1. Müqavilənin 5.6-cı bəndində nəzərdə tutulmuş hallarla yanaşı, tərəflərin razılığı ilə digər hallarda da əlavə və dəyişikliklər edilə bilər.
7.2. Sığorta olunanların kateqoriyalarında və peşə riski dərəcəsində dəyişikliklər edildikdə, sığortalı belə dəyişikliklərin edildiyi tarixdən 10 iş günü müddətində sığortaçını müqavilədə müvafiq dəyişikliyin edilməsi üçün bu barədə məlumatlandırmalıdır.
7.3. Müqaviləyə aşağıdakı hallarda xitam verilir:
7.3.1. müqavilə ilinin sonuna azı 30 gün qalmış müqaviləyə xitam verilməsi barədə sığortaçının xəbərdar edilməsi şərti ilə sığortalının təşəbbüsü əsasında;
7.3.2. bu müqavilə üzrə hüquq və vəzifələrin başqa şəxsə keçməsinin mümkün olmadığı halda fiziki şəxs sığortalı öldükdə, yaxud hüquqi şəxs sığortalı ləğv edildikdə və ya onun fəaliyyətinə xitam verildikdə;
7.3.3. sığortalının sığorta olunanla bağlanmış əmək müqaviləsinə, yaxud mülki-hüquqi müqaviləyə xitam verildiyi halda, həmin sığorta olunana münasibətdə;
7.3.4. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 919-cu maddəsində nəzərdə tutulmuş digər hallarda.
7.4. Müqaviləyə xitam verilməsi sığortaçını faydalanan şəxsə həmin müqavilənin qüvvədə olduğu dövr ərzində baş vermiş sığorta hadisələri üzrə sığorta ödənişini vermək öhdəliyindən azad etmir.
7.5. Sığorta müqaviləsinə xitam verildikdə sığortaçı bu barədə sığortalıya elektron formada yazılı bildiriş göndərir.
|
||||
8. Sığorta riskləri
|
||||
8.0. Bu müqavilə əsasında aşağıdakı risklər üzrə sığorta təminatı verilir:
8.0.1. işləri, xidmətləri yerinə yetirərkən sığorta olunanın bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin pozulması halı (istehsalatda bədbəxt hadisə);
8.0.2. əlverişsiz və zərərli istehsalat amillərinin orqanizmə təsiri nəticəsində sığorta olunanın xroniki və ya kəskin xəstəliyi (peşə xəstəliyi).
|
||||
9. Sığortalının hüquq və vəzifələri
|
||||
9.1. Müqavilə üzrə sığortalının aşağıdakı hüquqları vardır:
9.1.1. Qanunun 7.1.2-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş qaydada istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılmasında iştirak etmək;
9.1.2. sığorta hadisəsinin baş verdiyi halda Qanunun 7.1.3-cü maddəsinə uyğun olaraq müəyyən edilmiş qaydada sığorta olunanın müayinə olunmasında şəxsən və ya nümayəndəsi vasitəsilə iştirak etmək;
9.1.3. sığortaçıdan icbari sığortanın şərtlərinin, müqavilə üzrə hüquq və vəzifələrinin izah edilməsini tələb etmək;
9.1.4. sığorta ödənişinin həyata keçirilməsindən imtina və ya onun məbləğinin azaldılması haqqında sığortaçının qərarından Azərbaycan Respublikasının Mərkəzi Bankına və məhkəməyə şikayət etmək;
9.1.5. Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Qanunda, Azərbaycan Respublikasının Əmək Məcəlləsində, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda və “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
9.2. Müqavilə üzrə sığortalının aşağıdakı vəzifələri vardır:
9.2.1. Müqavilə ilə müəyyən edilmiş məbləğdə, qaydada və müddətlərdə sığorta haqqını sığortaçıya ödəmək;
9.2.2. sığorta olunanların kateqoriyalarında və peşə riski dərəcəsində dəyişikliklər edildikdə, belə dəyişikliklərin edildiyi andan 10 iş günü müddətində sığortaçını bu barədə məlumatlandırmaq;
9.2.3. sığorta hadisələrinin baş verməsinin qarşısının alınması sahəsində tədbirlər həyata keçirmək, habelə təhlükəsiz əmək şəraitini təmin etmək;
9.2.4. Qanunun 7.2.5-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş qaydada sığorta hadisələrinin araşdırılmasını təmin etmək;
9.2.5. sığorta haqqının hesablanmasına və ödənilməsinə, sığorta ödənişinin təyin edilməsinə əsas verən icbari sığortanın həyata keçirilməsi üçün əldə edilməsi özündən asılı olan sənədləri sığortaçıya təqdim etmək;
9.2.6. sığorta olunanlara onların hüquq və vəzifələrini, habelə icbari sığortanın şərtləri və qaydalarını izah etmək;
9.2.7. yenidən təşkil olunması, ləğv edilməsi və ya fəaliyyətinə xitam verilməsi barədə sığortaçıya dərhal məlumat vermək;
9.2.8. sığorta haqlarının hesablanmasının və köçürülməsinin düzgün uçotunu aparmaq, sığorta ödənişi üçün əsas olan sənədlərin qorunub saxlanmasını təmin etmək, sığortaçıya sığorta müqaviləsində müəyyən edilmiş qaydada məlumat təqdim etmək;
9.2.9. sığorta hadisəsindən irəli gələn itkilərin azaldılması üçün tədbirlər görmək;
9.2.10. Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Qanunda, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda və “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
|
||||
10. Sığortaçının hüquq və vəzifələri
|
||||
10.1. Müqavilə üzrə sığortaçının aşağıdakı hüquqları vardır:
10.1.1. Qanunun 9.1.1-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş qaydada sığorta hadisələrinin araşdırılmasında iştirak etmək;
10.1.2. sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsinin müəyyənləşdirilməsi məqsədilə səlahiyyətli dövlət orqanı (qurumu) tərəfindən aparılan müayinədə iştirak etmək, belə müayinənin nəticələri ilə bağlı qərarla razı olmadıqda həmin qərarı inzibati qaydada və məhkəmədə mübahisələndirmək, yeni müayinənin keçirilməsini tələb etmək;
10.1.3. sığorta hadisələri üzrə məlumatı əldə etmək, yoxlamaq və səlahiyyətli dövlət orqanlarına (qurumlarına) sorğular vermək;
10.1.4. sığortalılardan, sığorta olunanlardan və faydalanan şəxslərdən Qanunun 18.6-cı maddəsinə uyğun olaraq sənədləri tələb etmək;
10.1.5. sığorta hadisələrinin baş verməsinin qarşısının alınması ilə bağlı tövsiyələr vermək;
10.1.6. Bu müqavilənin 13-cü hissəsində nəzərdə tutulmuş hallarda sığorta ödənişini həyata keçirməkdən imtina etmək;
10.1.7. Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Qanunda, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda və “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
10.2. Müqavilə üzrə sığortaçının aşağıdakı vəzifələri vardır:
10.2.1. sığorta haqlarının vaxtında və tam məbləğdə hesablanıb ödənilməsinə nəzarət etmək;
10.2.2. sığorta ödənişinin Qanunla müəyyən edilmiş qaydada və müddətdə verilməsini təmin etmək;
10.2.3. sığorta ödənişinin həyata keçirilməsindən imtina haqqında qərar qəbul etdiyi halda sığortalıya, sığorta olunana və faydalanan şəxsə imtinanın səbəbləri barədə əsaslandırılmış yazılı bildiriş göndərmək;
10.2.4. Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Qanunda, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda və “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
|
||||
11. Sığorta hadisəsi
|
||||
11.1. Müqavilənin qüvvədə olduğu dövr ərzində işləri, xidmətləri yerinə yetirərkən bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığın qəflətən və kəskin pozulması və (və ya) əlverişsiz və zərərli istehsalat amillərinin orqanizmə təsiri səbəbindən baş verən xroniki və ya kəskin xəstəliyi nəticəsində sığorta olunanın peşə əmək qabiliyyətini itirməsi, yaxud ölümü ilə əlaqədar sığorta ödənişinin ödənilməsi üçün əsas olan hal sığorta hadisəsi hesab edilir.
11.2. Sığortalı sığorta hadisəsinin baş verməsi tarixindən 3 iş günü ərzində sığortaçıya bu barədə məlumat verməlidir.
11.3. Sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyənləşdirilməsi məqsədilə müayinə edilməsi sığorta olunanın, sığortalının və ya sığortaçının müraciəti, yaxud qanunvericiliyə əsasən məhkəmənin qərarı əsasında səlahiyyətli dövlət orqanı (qurumu) tərəfindən həyata keçirilir.
11.4. Sığorta hadisəsi aşağıdakılar əsasında müəyyən olunur:
11.4.1. istehsalatda bədbəxt hadisə haqqında səlahiyyətli dövlət orqanı (qurumu) tərəfindən müəyyən edilmiş formada tərtib olunmuş akt, yaxud istehsalatda bədbəxt hadisənin baş verməsi barədə məhkəmə qərarı;
11.4.2. səlahiyyətli dövlət orqanının (qurumunun) istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsini təsdiq edən qərarı və ya şəxsin ölümü haqqında şəhadətnamə.
|
||||
12. Sığorta ödənişi
|
||||
12.1. Sığorta hadisəsi nəticəsində sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi ilə bağlı ona itirilmiş aylıq əmək haqqı əvəzində Qanunun 17.1-ci maddəsində müəyyən edilmiş qaydada hesablanan aylıq sığorta ödənişi verilir.
12.2. Aylıq sığorta ödənişi sığorta hadisəsi nəticəsində sığorta olunanın əvvəlki peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin səlahiyyətli dövlət orqanı (qurumu) tərəfindən müəyyən edildiyi gündən verilir.
12.3. Sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığorta olunana əlillik növbəti müayinə müddəti göstərilmədən təyin edildikdə, ona qanunvericiliklə müəyyən edilmiş qaydada hesablanan aylıq sığorta ödənişi məbləğləri cəm halda birdəfəlik olaraq verilir.
12.4. Sığorta hadisəsi nəticəsində sığorta olunanın öldüyü halda qanunvericiliklə müəyyən edilmiş qaydada hesablanan aylıq sığorta ödənişi məbləğləri cəm halda birdəfəlik olaraq digər faydalanan şəxsə (şəxslərə) verilir.
12.5. Sığorta hadisəsi nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi ilə əlaqədar aylıq sığorta ödənişini alan sığorta olunan həmin hadisənin birbaşa səbəbi olduğu sağlamlığın pozulması halından öldükdə qanunvericiliklə müəyyən edilmiş qaydada hesablanan aylıq sığorta ödənişi məbləğləri cəm halda birdəfəlik olaraq faydalanan şəxsə (şəxslərə) verilir.
12.6. Sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığorta olunanın həmin hadisənin birbaşa səbəbi olduğu hallarla əlaqədar müalicəsinə, əlavə qidalanmasına, dərman alınmasına, protezləşdirilməsinə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmasına çəkilən xərclərin əvəzinin ödənilməsi zərurəti yarandıqda və bu xərclərin əvəzini pulsuz almaq hüququnun qanunvericilikdə nəzərdə tutulmadığı halda ona əlavə sığorta ödənişi verilir. Əlavə sığorta ödənişi səlahiyyətli dövlət orqanının (qurumunun) qərarında müəyyən olunmuş tarixdən və müddət ərzində verilir.
12.7. Sığorta ödənişinin təyin edilməsi sığortaçı tərəfindən faydalanan şəxsin tələbinə və səlahiyyətli dövlət orqanı (qurumu) tərəfindən müəyyən olunmuş siyahıda göstərilən sənədlərə əsasən həyata keçirilir. Sığortaçı sığorta ödənişini həyata keçirmək üçün digər sənəd tələb edə bilməz.
12.8. Sığorta ödənişini almaq üçün sığorta tələbi və müvafiq sənədlərin təqdim edildiyi tarixdən 10 iş günü ərzində (sığorta olunan öldükdə isə 2 iş günü ərzində) sığortaçı sığorta ödənişinin verilib-verilməməsi bərədə qərar çıxarır və bu barədə faydalanan şəxsə rəsmi məlumat verir.
12.9. Sığorta olunan (onun öldüyü halda isə digər faydalanan şəxs) sığorta tələbini sığorta ödənişini almaq hüququ yarandıqdan sonra üç ildən gec təqdim etdikdə sığorta ödənişi bu tələbin verildiyi tarixdən əvvəlki üç il üçün ödənilir. Belə tələb üç il ərzində irəli sürüldükdə isə, sığorta ödənişi bu hüququn yarandığı gündən etibarən bütün dövrə şamil edilir.
|
||||
13. Sığorta ödənişinin verilməsindən imtinanın əsasları
|
||||
13.0. Sığortaçı aşağıdakı hallarda sığorta ödənişinin verilməsindən imtina edir:
13.0.1. sığorta hadisəsi sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi hərəkətlərinin nəticəsi olduqda;
13.0.2. sığorta hadisəsi sığorta olunanın əmək funksiyalarını icra edərkən alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələrin təsirindən sərxoş vəziyyətdə olması halında baş verdikdə;
13.0.3. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935-ci və “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddələrinə uyğun olaraq sığorta ödənişindən imtinanın digər ümumi əsasları mövcud olduqda.
|
||||
14. Tərəflərin məsuliyyəti
|
||||
Bu müqavilənin tələblərinə riayət edilməməsinə görə tərəflər mülki qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
|
||||
15. Mübahisələrin həlli
|
||||
15.1. Tərəflər arasında bu müqavilədən irəli gələn məsələlər üzrə yaranan mübahisələr ilk növbədə danışıqlar vasitəsi ilə, bu vasitə uğurla nəticələnmədikdə isə, qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə vasitəsilə həll edilir.
15.2. Sığortalı, sığorta olunanlar və (və ya) faydalanan şəxslər bu müqavilə üzrə hüquqlarının pozulduğunu hesab etdiyi hallarda bu barədə aşağıda göstərilən ünvana müraciət etməklə Azərbaycan Respublikasının Mərkəzi Bankına şikayət edə bilərlər:
|
||||
_______________________________________________________________________
|
||||
Azərbaycan Respublikası Mərkəzi Bankının bu məqsədlə göndərilən müvafiq məktubunda göstərilən ünvanı və telefon nömrələri
|
||||
16. Tərəflərin ünvanları, imzaları və möhürləri
|
||||
|
||||
|
|
“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinə”nə Əlavə
_______________________________________________açıq səhmdar cəmiyyəti ilə ________________________________________
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
sığortaçının adı
|
|
sığortalının adı
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
arasında bağlanmış _______________________ tarixli istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinin Qoşması
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
1.
Müqavilə ili: XX.XX.XXXX – XX.XX.XXXX
2.
Sığorta haqqının ödənilməsi qaydası: ⃣ birdəfəlik ⃣ hissə-hissə
3.
Sığorta haqqının və (və ya) sığorta haqqında yaranmış fərqin ödənilməsi tarixləri:
3.1.
Birdəfəlik olduqda sığorta haqqının ödənilmə tarixi:
3.2.
Hissə-hissə olduqda sığorta haqqının və sığorta haqqında yaranmış fərqin ödənilməsi tarixləri:
|