AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
27.07.1999
QEYDİYYAT NÖMRƏSİ
168
ADI
"Milli arxiv fondu haqqında" Azərbaycan Respublikası qanununun tətbiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-07-1999, Nəşr nömrəsi: 07, Maddə nömrəsi: 430)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
210.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
"Milli arxiv fondu haqqında" Azərbaycan Respublikası qanununun tətbiq edilməsi barədə

"Milli arxiv fondu haqqında" Azərbaycan Respublikası qanununun tətbiq edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

"Milli arxiv fondu haqqında" Azərbaycan respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:

qüvvədə olan qanunvericilik aktlarının "Milli arxiv fondu haqqında" Azərbaycan Respublikası Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının prezidentinə təqdim etsin;

Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu haqda Azərbaycan Respublikasının prezidentinə məlumat versin;

"Milli arxiv fondu haqqında" Azərbaycan Respublikası Qanununun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının prezidentinə təqdim etsin;

"Milli arxiv fondu haqqında" Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin axırıncı hissəsində nəzərdə tutulmuş Milli arxiv fondunun komplektləşdirilməsi, mühafizəsi və ondan istifadə qaydaları haqqında əsasnaməni təsdiq etsin;

həmin Qanunun 7-ci maddəsinin birinci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş arxivlərin, arxiv fondlarının və sənəd kolleksiyalarının Milli arxiv fondunun tərkibinə daxil edilməsi, bu tərkibdən çıxarılması və ya məhv edilməsi qaydasını müəyyən etsin;

həmin Qanunun 10-cu maddəsinin axırıncı hissəsində nəzərdə tutulmuş qeyri-dövlət arxiv fondlarının mühafizəsi üzrə qaydaları müəyyən etsin;

həmin Qanunun 14-cü maddəsinin birinci hissəsinin ikinci cümləsində nəzərdə tutulmuş aşkar edilmiş və ya tapılmış arxiv sənədlərini aşkar edən və ya tapan şəxsləri mükafatlandırma qaydasını müəyyən etsin;

həmin Qanunun 16-cı maddəsinin birinci hissəsində nəzərdə tutulmuş dövlət arxiv fondunun sənədlərindən istifadə qaydalarını müəyyən etsin;

həmin Qanunun 18-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulan dövlət arxivləri işçilərinin əmək haqlarını müəyyən etsin;

həmin Qanunun 22-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş beynəlxalq əməkdaşlıq məqsədi ilə sənədlərin və kolleksiyaların xaricə müvəqqəti aparılması qaydasını müəyyən etsin;

öz səlahiyyətləri daxilində "Milli arxiv fondu haqqında" Azərbaycan Respublikası Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:

2.1. “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin ikinci hissəsinin birinci və ikinci cümlələrində, 9-cu maddəsinin beşinci hissəsinin ikinci cümləsində, 10-cu maddəsinin üçüncü hissəsində, beşinci hissəsinin birinci cümləsində (birinci halda) və ikinci cümləsində (hər iki halda), 13-cü maddəsinin ikinci hissəsində, 15-ci maddəsinin ikinci hissəsinin birinci və üçüncü cümlələrində, 16-cı maddəsinin altıncı hissəsində, 18-ci maddəsinin ikinci hissəsinin birinci və ikinci cümlələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

2.2. həmin Qanunun 4-cü maddəsinin dördüncü hissəsində, 7-ci maddəsinin birinci hissəsinin birinci cümləsində, 10-cu maddəsinin beşinci hissəsinin birinci cümləsində (ikinci halda) və yeddinci hissəsində, 14-cü maddəsinin birinci hissəsinin ikinci cümləsində və 22-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

2.3. həmin Qanunun 10-cu maddəsinin üçüncü hissəsində və beşinci hissəsinin ikinci cümləsində (birinci halda), 15-ci maddəsinin ikinci hissəsinin üçüncü cümləsində, 16-cı maddəsinin altıncı hissəsində, 18-ci maddəsinin ikinci hissəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

2.4. həmin Qanunun 16-cı maddəsinin üçüncü hissəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya həyata keçirir;

2.5. həmin Qanunun 6-cı maddəsinin dördüncü hissəsində, 7-ci maddəsinin birinci hissəsinin ikinci cümləsində, 11-ci maddəsinin birinci hissəsində, 12-ci maddəsinin birinci hissəsinin ikinci cümləsində və 14-cü maddəsinin birinci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi həyata keçirir;

2.6. həmin Qanunun 13-cü maddəsinin birinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi və yerli icra hakimiyyəti orqanları həyata keçirirlər;

2.7. həmin Qanunun 7-ci maddəsinin ikinci hissəsinin birinci və ikinci cümlələrində, 9-cu maddəsinin beşinci hissəsinin ikinci cümləsində, 10-cu maddəsinin beşinci hissəsinin ikinci cümləsində (ikinci halda), 13-cü maddəsinin ikinci hissəsində, 15-ci maddəsinin ikinci hissəsinin birinci cümləsində, 18-ci maddəsinin ikinci hissəsinin birinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi nəzərdə tutulur;

2.8. həmin Qanunun 10-cu maddəsinin beşinci hissəsinin birinci cümləsində “elmi təşkilat” dedikdə Azərbaycan Milli Elmlər Akademiyası nəzərdə tutulur. [1]

 

Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV

Bakı şəhəri, 27 iyul 1999-cu il
№ 168

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       2 avqust 2006-cı il tarixli 435 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 8, maddə 435)

  1. 28 avqust 2013-cü il tarixli 956 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 30 avqust 2013-cü il, № 189, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 08, maddə 899)
  2. 17 mart 2016-cı il tarixli 843 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti 18 mart 2016-cı il, № 61, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 03, maddə 464)
  3. 18 avqust 2022-ci il tarixli 1812 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 18 avqust 2022-ci il, “Azərbaycan” qəzeti 19 avqust 2022-ci il, № 176)

 

 FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 17 mart 2016-cı il tarixli 843 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti 18 mart 2016-cı il, № 61, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 03, maddə 464) ilə 2-ci hissəsinə yeni məzmunda ikinci abzas əlavə edilmişdir.

2 avqust 2006-cı il tarixli 435 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 8, maddə 435) ilə 2-ci bəndinin ikinci abzasda “16-cı maddəsinin birinci və üçüncü hissələrində” sözləri “16-cı maddəsinin birinci hissəsində” sözləri ilə əvəz edilmişdir.

17 mart 2016-cı il tarixli 843 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti 18 mart 2016-cı il, № 61, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 03, maddə 464) ilə 2-ci hissəsinin üçüncü abzasda “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun” sözləri “həmin Qanunun” sözləri ilə, “və axırıncı hissələrində” sözləri “hissəsində ikinci halda və yeddinci hissəsində” sözləri ilə əvəz edilmişdir.

2 avqust 2006-cı il tarixli 435 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 8, maddə 435) ilə 2-ci bəndinin üçüncü abzas əlavə olunsun və üçüncü və dördüncü abzaslar müvafiq olaraq dördüncü və beşinci abzaslar hesab edilmişdir.

28 avqust 2013-cü il tarixli 956 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 30 avqust 2013-cü il, № 189, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 08, maddə 899) ilə 2-ci hissəsinin üçüncü bənddə “axırıncı” sözü “dördüncü” sözü ilə əvəz edilmişdir.

28 avqust 2013-cü il tarixli 956 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 30 avqust 2013-cü il, № 189, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 08, maddə 899) ilə 2-ci hissəsinin üçüncü və dördüncü bəndlərdə “Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsi” sözləri “Milli Arxiv İdarəsi” sözləri ilə əvəz edilmişdir.

17 mart 2016-cı il tarixli 843 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti 18 mart 2016-cı il, № 61, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 03, maddə 464) ilə 2-ci hissəsinə altıncı abzasın sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda yeddinci abzas əlavə edilmişdir.

18 avqust 2022-ci il tarixli 1812 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 18 avqust 2022-ci il, “Azərbaycan” qəzeti 19 avqust 2022-ci il, № 176) ilə 2-ci hissəsi yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

2. Müəyyən edilsin ki:

“Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin beşinci hissəsində birinci halda nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

həmin Qanunun 4-cü maddəsinin axırıncı hissəsində, 7-ci maddəsinin birinci hissəsinin birinci cümləsində, 10-cu maddəsinin beşinci hissəsində ikinci halda və yeddinci hissəsində, 14-cü maddəsinin birinci hissəsinin ikinci cümləsində, 16-cı maddəsinin birinci hissəsində və 22-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

həmin Qanunun 16-cı maddəsinin üçüncü hissəsinin ikinci cümləsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya həyata keçirir;

həmin Qanunun 6-cı maddəsinin dördüncü hissəsində, 7-ci maddəsinin birinci hissəsinin ikinci cümləsində, 11-ci maddəsində, 12-ci maddəsinin birinci hissəsində, 14-cü maddəsinin birinci hissəsinin birinci cümləsində və 18-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi həyata keçirir;

həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi və yerli icra hakimiyyəti orqanları həyata keçirirlər;

həmin Qanunun 10-cu maddəsinin beşinci hissəsində nəzərdə tutulmuş elmi təşkilat Azərbaycan Milli Elmlər Akademiyasıdır.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status