“Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Monqolustanın Energetika Nazirliyi arasında energetika sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nu imzalamaq səlahiyyətinin verilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan Respublikası Konstitusiyasının 1101-ci maddəsini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Monqolustanın Energetika Nazirliyi arasında energetika sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nu imzalamaq səlahiyyəti Azərbaycan Respublikasının energetika naziri Pərviz Oqtay oğlu Şahbazova verilsin.
2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumunu imzalamaq səlahiyyətinin Azərbaycan Respublikasının energetika naziri Pərviz Oqtay oğlu Şahbazova verildiyi barədə Monqolustan Hökumətinə bildiriş göndərsin.
3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 iyun 2021-ci il
№ 2694