AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
21.09.2021
QEYDİYYAT NÖMRƏSİ
274
ADI
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında sülh və müharibə dövrlərində Fövqəladə hallarda əhalini mühafizənin əsas prinsipləri haqqında” 1992-ci il 28 dekabr tarixli 700 nömrəli, “Açıq və qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələri haqqında Nümunəvi Nizamnamə”nin təsdiq edilməsi barədə” 2003-cü il 13 may tarixli 65 nömrəli, “İnsan alveri qurbanlarının müəyyən edilməsi Qaydaları (indikatorları)”nın təsdiq edilməsi barədə” 2009-cu il 3 sentyabr tarixli 131 nömrəli və “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında mehmanxanaların fəaliyyətinin təşkili Qaydaları”nın təsdiq edilməsi barədə” 2020-ci il 8 avqust tarixli 287 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 23.09.2021, Nəşr Nömrəsi: 203), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30.09.2021, Nəşr nömrəsi: 9, Maddə nömrəsi: 1073)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
23.09.2021
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
220.070.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14202109210274
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
24.09.2021
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında sülh və müharibə dövrlərində Fövqəladə hallarda əhalini mühafizənin əsas prinsipləri haqqında” 1992-ci il 28 dekabr tarixli 700 nömrəli, “Açıq və qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələri haqqında Nümunəvi Nizamnamə”nin təsdiq edilməsi barədə” 2003-cü il 13 may tarixli 65 nömrəli, “İnsan alveri qurbanlarının müəyyən edilməsi Qaydaları (indikatorları)”nın təsdiq edilməsi barədə” 2009-cu il 3 sentyabr tarixli 131 nömrəli və “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında mehmanxanaların fəaliyyətinin təşkili Qaydaları”nın təsdiq edilməsi barədə” 2020-ci il 8 avqust tarixli 287 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi”ndə, 1994-cü il 23 sentyabr tarixli 887 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsi”ndə, 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də, 1997-ci il 30 dekabr tarixli 421-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin xüsusi sənədləri haqqında Əsasnamə”də, 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də və 2002-ci il 31 may tarixli 336-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 23 aprel tarixli 304-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin xüsusi sənədləri haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 1998-ci il 13 mart tarixli 684 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 iyun tarixli 1354 nömrəli Fərmanının 3-cü hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 28 dekabr tarixli 700 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 6, maddə 434; 2013, № 10, maddə 1193) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında sülh və müharibə dövrlərində fövqəladə hallarda əhalini mühafizənin Əsas Prinsipləri”nin 4.6-cı bəndinin üçüncü abzasında “səhiyyə orqanları” sözləri “tibb müəssisələrinin” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 65 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 5, maddə 250; 2005, № 10, maddə 988; 2006, № 3, maddə 307; 2007, № 2, maddə 185; 2009, № 10, maddə 857; 2010, № 3, maddə 264; 2011, № 11, maddə 1067; 2012, № 7, maddə 774; 2020, № 2, maddə 210) ilə təsdiq edilmiş “Açıq və qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələri haqqında Nümunəvi Nizamnamə”nin 2.3-cü bəndinin birinci cümləsində “səhiyyə orqanları” sözləri “tibb müəssisələri” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 3 sentyabr tarixli 131 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 9, maddə 735; 2013, № 7, maddə 887; 2016, № 9, maddə 1585; 2021, № 5, maddə 523) ilə təsdiq edilmiş “İnsan alveri qurbanlarının müəyyən edilməsi Qaydaları (indikatorları)”nın 4.4.1-ci yarımbəndinin səkkizinci abzasında “və səhiyyə orqanları” sözləri “orqanları, tibb müəssisələri” sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 8 avqust tarixli 287 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 8, maddə 1105, № 9, maddə 1198) ilə təsdiq edilmiş “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında mehmanxanaların fəaliyyətinin təşkili Qaydaları”nın 11.1.7-ci yarımbəndində “səhiyyə orqanlarının” sözləri “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin” sözləri ilə əvəz edilsin. [1]

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

 

Bakı şəhəri, 21 sentyabr 2021-ci il

     № 274

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       5 mart 2022-ci il tarixli 71 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 6 mart 2022-ci il, № 51, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 3, maddə 258)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 5 mart 2022-ci il tarixli 71 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 6 mart 2022-ci il, № 51, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 3, maddə 258) ilə 4-cü bənd ləğv edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status