AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
07.10.2021
QEYDİYYAT NÖMRƏSİ
1458
ADI
“Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 21 may tarixli 701 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 08.10.2021, Nəşr Nömrəsi: 216), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31.10.2021, Nəşr nömrəsi: 10, Maddə nömrəsi: 1102)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
08.10.2021
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
020.020.020
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
13202110071458
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
12.10.2021

“Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 21 may tarixli 701 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 21 may tarixli 701 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 5, maddə 853) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1. 1.1-ci bənddən (birinci halda) və 2.0.3-cü yarımbənddən ismin müvafiq hallarında “(bitki sortları)” sözləri çıxarılsın.

2. Aşağıdakı məzmunda 3.0.17-1-ci yarımbənd əlavə edilsin:

“3.0.17-1. fiziki və hüquqi şəxslərin, habelə dövlət orqanlarının (qurumlarının), yerli özünüidarəetmə orqanlarının müraciəti əsasında fitosanitar karantin baxışı keçirmək və müayinə aparmaq, bitki və bitkiçilik məhsullarında, torpaqda, suda, bitki mühafizə vasitələrində toksikoloji analizlər aparmaq, eləcə də nəticələrinə dair müvafiq arayışlar vermək;”.

3. 3.0.19-cu yarımbənddən ismin müvafiq hallarında “(bitki sortları)” sözləri çıxarılsın, həmin yarımbənddə “sınağını keçirmək” sözləri “sınağının keçirilməsini təmin etmək” sözləri ilə əvəz edilsin.

4. Aşağıdakı məzmunda 4.0.13-1-ci yarımbənd əlavə edilsin:

“4.0.13-1. beynəlxalq qurumların və yerli fiziki və hüquqi şəxslərin maliyyə dəstəyi ilə aqrar sahədə layihələrin icrasını təşkil etmək;”.

5. 5.1-ci və 5.2-ci bəndlər aşağıdakı redaksiyada verilsin:

“5.1. Agentlik öz fəaliyyətini Aparatı və tabeliyindəki qurumlar vasitəsilə həyata keçirir.

5.2. Agentliyin fəaliyyətinə Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin vəzifəyə təyin və vəzifədən azad etdiyi sədr rəhbərlik edir. Agentliyin sədri Agentliyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsinə və hüquqların həyata keçirilməsinə görə şəxsən məsuliyyət daşıyır.”.

6. 5.3-cü bənddə “üç” sözü “dörd” sözü ilə əvəz edilsin.

7. 5.5.3-cü yarımbənddə “ödənilməsi” sözü “ödənişi” sözü ilə əvəz edilsin və həmin yarımbəndə “Aparatının” sözündən sonra “və tabeliyindəki qurumların” sözləri əlavə olunsun.

8. 5.5.5-ci yarımbənddə “Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin vəzifəyə təyin etdiyi digər” sözləri “Agentliyin” sözü ilə əvəz edilsin və həmin yarımbəndə “digər işçilərini” sözlərindən sonra “, habelə tabeliyindəki qurumların işçilərini (hüquqi şəxslərin isə yalnız rəhbərlərini) Nazirliklə razılaşdırmaqla” sözləri əlavə olunsun.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 oktyabr 2021-ci il

№1458

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status