AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
08.10.2021
QEYDİYYAT NÖMRƏSİ
301
ADI
“İnzibati xəta haqqında protokolun, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərarın və inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardadın formalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 18 noyabr tarixli 466 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 13.10.2021, Nəşr Nömrəsi: 220), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31.10.2021, Nəşr nömrəsi: 10, Maddə nömrəsi: 1170)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
13.10.2021
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
420.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14202110080301
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
13.10.2021

“İnzibati xəta haqqında protokolun, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərarın və inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardadın formalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 18 noyabr tarixli 466 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 23 fevral tarixli 270-VIQD nömrəli Qanununun tətbiqi, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” 2016-cı il 15 fevral tarixli 795 nömrəli və “ASAN ödəniş” sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2015-ci il 11 fevral tarixli 463 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 aprel tarixli 1312 nömrəli Fərmanının 3.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“İnzibati xəta haqqında protokolun, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərarın və inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardadın formalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 18 noyabr tarixli 466 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 11, maddə 1954; 2019, № 6, maddə 1142) aşağıdakı dəyişikliklər edilsin:

1. 2-ci hissədə “və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi” sözləri “, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə” sözləri ilə əvəz edilsin.

2. Aşağıdakı məzmunda 10-cu hissə əlavə edilsin və “Qeyd” ləğv edilsin:

“10. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.”.

3. Həmin Qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - “Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən İnzibati xəta haqqında Protokol”un adında “və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi” sözləri “, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə” sözləri ilə əvəz edilsin.

4. Həmin Qərarla təsdiq edilmiş 4 nömrəli əlavə - “İnzibati tənbeh vermə haqqında Qərar”ın mətnində “57-ci maddəsində” sözləri “57.1-57.5-ci maddələrində” sözləri ilə əvəz edilsin və həmin mətnə “on gün müddətində” sözlərindən sonra “(yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiqetmə haqqında qərardan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə uyğun olaraq iyirmi gün müddətində)” sözləri əlavə edilsin.

5. Həmin Qərarla təsdiq edilmiş 5 nömrəli əlavə - “İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında Qərar”ın mətnində “57-ci maddəsində” sözləri “57.1-57.5-ci maddələrində” sözləri ilə əvəz edilsin.

6. Həmin Qərarla təsdiq edilmiş 6 nömrəli əlavə - “İnzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında Qərar”ın və 7 nömrəli əlavə - “İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında Qərar”ın mətnlərində “57-ci maddəsində” sözləri “57.1-57.5-ci maddələrində” sözləri ilə əvəz edilsin və həmin mətnlərdən “(yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xəta törətmiş şəxs həmin Məcəllənin 125.2.2-ci və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində)” sözləri çıxarılsın.

 

 

Əli ƏSƏDOV,

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 8 oktyabr 2021-ci il

№ 301

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status