AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
11.10.2021
QEYDİYYAT NÖMRƏSİ
302
ADI
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 1 may tarixli 125 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları”nda dəyişiklik edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 14.10.2021, Nəşr Nömrəsi: 221), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31.10.2021, Nəşr nömrəsi: 10, Maddə nömrəsi: 1171)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
01.01.2022
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
190.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14202110110302
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
13.10.2021

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 1 may tarixli 125 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları”nda dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Təhsil Nazirliyinin təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 1 may tarixli 125 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 5, maddə 613; 2016, № 6, maddə 1200, № 12, maddə 2239; 2017, № 4, maddə 671; 2018, № 11, maddə 2430, № 12 (II kitab), maddə 2741; 2019, № 2, maddə 357; 2021, № 3, maddə 294) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 1.1-ci bəndə birinci halda “səviyyələri” sözündən sonra “, habelə tədris dilini zəif bilən əcnəbilərin hazırlıq sinif və kursları” sözləri əlavə edilsin.

2. Aşağıdakı məzmunda 3.1-1-ci bənd əlavə edilsin:

“3.1-1. Əcnəbilərin hazırlıq sinif və kurslarına qəbulu bu Qaydaların 3.1.1-3.1.5-ci yarımbəndlərində göstərilmiş əsaslarla həyata keçirilir.”.

3. 3.4-cü bəndin birinci abzası aşağıdakı redaksiyada verilsin:

“3.4. Bu Qaydaların 3.1.1-3.1.6-cı yarımbəndlərində qeyd olunan əsaslarla Azərbaycan Respublikasında təhsil almaq üçün müraciət edən əcnəbilər seçdikləri təhsil müəssisəsinə Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nin (bundan sonra – TMİS) “Elektron sənəd qəbulu” altsistemi vasitəsilə elektron qaydada müraciət edir. Həmin müraciətlər TMİS-də qeydiyyata alınır və hər bir əcnəbiyə sistemdə şəxsi kabinet açılır. Əcnəbi onun üçün açılmış şəxsi kabinetdə müraciətinin statusunu izləyə bilər. Əcnəbi TMİS-nin Elektron sənəd qəbulu altsistemində “Elektron ərizə”ni doldurur və bu müraciətə aşağıdakı sənədlərin skan olunmuş surəti əlavə edilir:”.

4. 3.4.1-ci və 3.4.5-ci yarımbəndlər ləğv edilsin.

5. Aşağıdakı məzmunda 3.4-1-ci, 3.8-ci və 4.2-1-ci bəndlər əlavə edilsin:

“3.4-1. Bu Qaydaların 3.4-cü bəndinə əsasən tələb olunan sənədlər müraciət TMİS-də qeydiyyata alındıqdan sonra müvafiq təhsil müəssisəsinə təqdim olunmalıdır.

3.8. Əcnəbilər Azərbaycan Respublikasında peşə təhsili və ümumi təhsil müəssisələrinə, habelə əyani təhsilalma formasında ali və orta ixtisas təhsili müəssisələrinə qəbulu rəsmiləşdirildiyi tarixdən 90 (doxsan) gün müddətində ölkə ərazisində yaşamalarını təsdiq edən sənədin surətini təhsil müəssisəsinə təqdim etməlidirlər.

4.2-1. Əcnəbilərin hazırlıq sinif və kurslarında təhsili “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 7.3-cü maddəsinə uyğun olaraq həyata keçirilir.”.

6. 4.4-cü bəndin birinci cümləsindən “və vətəndaşlığı olmayan şəxslərin” sözləri çıxarılsın.

7. 4.6-cı bəndə “orta təhsil” sözlərindən sonra “hazırlıq siniflərində və kurslarında təhsil alanlar” sözləri əlavə edilsin.

8. Qaydalara əlavə - “Azərbaycan Respublikasının təhsil müəssisəsi ilə əcnəbi tələbə arasında ödənişli təhsil almaq haqqında Müqavilə”nin 2.2.3-cü və 3.1.3-cü yarımbəndlərinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və müvafiq olaraq aşağıdakı məzmunda 2.2.4-cü və 3.1.4-cü yarımbəndlər əlavə edilsin:

“2.2.4. Azərbaycan Respublikasının təhsil müəssisələrinə əyani təhsilalma formasında qəbulu rəsmiləşdirildiyi tarixdən 90 (doxsan) gün müddətində Azərbaycan Respublikasının ərazisində yaşamalarını təsdiq edən sənədin surətini təhsil müəssisəsinə təqdim edir.

3.1.4. Azərbaycan Respublikasının ərazisində yaşamalarını təsdiq edən sənədin surətini bu Müqavilənin 2.2.4-cü yarımbəndi ilə müəyyən edilmiş müddətdə təhsil müəssisəsinə təqdim etmədikdə.”.

9. Bu Qərar 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.

 

Əli ƏSƏDOV,

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 11 oktyabr 2021-ci il

№ 302

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status