Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nda dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 8, maddə 860; 2012, № 12, maddə 1351; 2016, № 7, maddə 1343, № 9, maddə 1585; 2017, № 4, maddələr 620, 643; 2019, № 3, maddə 559, № 8, maddə 1476; 2020, № 3, maddə 348; 2021, № 3, maddə 280) ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1-ci hissədə “qulluqçulara” sözü “qulluqçular” sözü ilə, birinci halda “xüsusi rütbəli şəxslərə” sözləri “xüsusi rütbəli şəxslər” sözləri ilə, “orqanlarında” sözü “, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində” sözləri ilə, hər iki halda “xidmət edən” sözləri “xidmət etmiş” sözləri ilə əvəz edilsin və həmin hissəyə “Fonduna” sözündən sonra “(bundan sonra – Fond)” sözləri əlavə edilsin;
1.2. 2-ci, 3-cü və 4-cü hissələr aşağıdakı redaksiyada verilsin:
“2. Bu Qaydaların 1-ci hissəsində nəzərdə tutulmuş hərbi və xüsusi rütbəli şəxslərin (bundan sonra – hərbi və xüsusi rütbəli şəxslər) təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.5-ci maddəsinə uyğun olaraq hesablanır.
3. Bu Qaydaların 7-ci hissəsi nəzərə alınmaqla, hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi (1 nömrəli əlavə) əmək pensiyası hüququnun yarandığı tarixdən onun, həmin şəxs vəfat etdikdə isə ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvünün müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən elektron qaydada qeydiyyata alınması məqsədilə 15 iş günü müddətində müvafiq elektron informasiya sisteminə səlahiyyətli şəxsin gücləndirilmiş elektron imzası vasitəsilə daxil edilməklə Fonda ötürülür. Pensiya alan hərbi və ya xüsusi rütbəli şəxs öldükdə, ona vaxtilə pensiya təyin edilməsi üçün xidmət illəri və təminat xərcliyinə dair sənədlərdəki məlumatlarda dəyişikliklər baş vermişdirsə, ailə başçısını itirməyə görə pensiya hüququ yaranan ailə üzvünün Fonda müraciətindən 10 iş günü müddətində göndərilən Fondun sorğusu əsasında məlumat vərəqi bu hissədə nəzərdə tutulan müddətdə və qaydada təqdim edilir.
4. Bu Qaydaların 6-cı və 7-ci hissələri nəzərə alınmaqla, şəxsin əmək pensiyasının yenidən hesablanmasına əsas verən, onun xidmət illərinin müddətindəki, təminat xərcliyinin tərkibindəki və vəzifə uyğunlaşdırılması ilə bağlı dəyişikliklər barədə əsaslandırılmış məlumatlar müəyyən edildiyi tarixdən 7 iş günü müddətində Qaydaların 1-ci hissəsində göstərilən orqanlar tərəfindən müvafiq elektron informasiya sisteminə səlahiyyətli şəxsin gücləndirilmiş elektron imzası vasitəsilə daxil edilməklə Fonda ötürülür.”;
1.3. aşağıdakı məzmunda 5-9-cu hissələr əlavə edilsin:
“5. Məlumat vərəqindəki məlumatlar təsdiqləndiyi tarixdən 5 iş günü müddətində Fondun səlahiyyətli vəzifəli şəxsi tərəfindən yoxlanılır, uyğunsuzluqlar aşkar edilmədikdə qəbul olunaraq pensiya təyinatı aparılır, əks təqdirdə səbəbi qeyd olunmaqla qəbulundan imtina edilərək müvafiq informasiya sistemi vasitəsilə aidiyyəti quruma məlumat verilir.
6. Əmək pensiyaçısının təminat xərcliyinə daxil olan vəzifə və rütbə maaşında, vəzifə maaşından hesablanan əlavələrdə, həmçinin ərzaq payı əvəzinə verilən pul kompensasiyasında artımlar (büdcədənkənar vəsaitlər hesabına müəyyən edilən artımlar istisna olmaqla) baş verdikdə onun əmək pensiyası Fond tərəfindən yenidən hesablanır.
7. Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti bu Qaydaların 3-cü hissəsinə uyğun olaraq məlumat vərəqini (2 nömrəli əlavə) və 4-cü hissəsinə uyğun olaraq dəyişikliklər barədə məlumatları məxfi doldurmaqla kağız daşıyıcıda Fonda təqdim edirlər.
8. Bu Qaydaların 1-ci hissəsində göstərilən orqanların strukturuna daxil olan ştat vahidləri üzrə vəzifə adlarında dəyişiklik edildiyi halda, dəyişikliyin aid olduğu vəzifəni xüsusi qeyd etməklə dəyişikliyin edildiyi tarixdən 7 iş günü müddətində Fonda məlumat verir. Bu Qaydaların 7-ci hissəsində nəzərdə tutulmuş orqanlar istisna olmaqla, digər orqanlar bu cür məlumatlandırmanı bu Qaydalara 3 nömrəli əlavə ilə müəyyən edilmiş formada kodlaşdırılmış siyahını yeniləyərək təqdim etməklə həyata keçirirlər.
9. Qanunun 9.6-cı maddəsinə uyğun olaraq, əmək pensiyası təyin edildikdən sonra yenidən hərbi xidmətə cəlb olunan hərbi rütbəli şəxs hərbi xidmətdən növbəti dəfə tərxis edilərkən, Fonda ona dair yenilənmiş məlumat vərəqi göndərilmir.”;
1.4. Qaydalara əlavə ləğv edilsin.
2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nda nəzərdə tutulmuş müvafiq elektron informasiya sisteminin fəaliyyətini iki ay müddətində təmin edərək, bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 1-ci hissəsində nəzərdə tutulmuş dövlət orqanları (Qaydaların 7-ci hissəsində nəzərdə tutulanlar istisna olmaqla) strukturlarına daxil olan ştat vahidləri üzrə vəzifə və rütbə adlarının hər birini kodlaşdırmaqla (3 nömrəli əlavə), vəzifə və rütbə maaşlarının siyahısını bir ay müddətində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim etsinlər.
Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 18 oktyabr 2021-ci il
№ 314
“Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”na
1 nömrəli əlavə
Əmək pensiyası təminatı üçün hərbi (xüsusi) rütbəli şəxs haqqında təqdim olunan
M Ə L U M A T V Ə R Ə Q İ
1. Şəxsi məlumatlar
2. Xidmət illəri və sığorta stajı ilə bağlı məlumatlar
3. Təminat xərcliyi ilə bağlı məlumatlar
3.4. Əlavələr
3.4.2. Vəzifə maaşından hesablanan digər əlavələr və artımlar
4. Digər məlumatlar
M.Y.
|
“Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”na
2 nömrəli əlavə
Məxfi doldurulduqda
Əmək pensiyası təminatı üçün hərbi (xüsusi) rütbəli şəxs haqqında təqdim olunan
M Ə L U M A T V Ə R Ə Q İ
1. Şəxsi məlumatlar
2. Xidmət illəri və sığorta stajı ilə bağlı məlumatlar
3. Təminat xərcliyi ilə bağlı məlumatlar
3.4. Əlavələr
3.4.2. Vəzifə maaşından hesablanan digər əlavələr və artımlar
4. Digər məlumatlar
M.Y.
|
“Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”na
3 nömrəli əlavə
Məxfi doldurulduqda
Hərbi və xüsusi rütbəli şəxslərin xidmət keçdiyi orqanın strukturuna daxil olan ştat vahidləri üzrə vəzifə və rütbə adlarının kodlaşdırılmış siyahısının nümunəvi forması
Orqanın adı _______________________________________________________
Orqanın kodu ________________
dördrəqəmli kod
Vəzifə adlarına dair kodlaşdırılmış siyahı
Sıra №-si
|
Vəzifənin adı
|
Vəzifənin kodu
(dördrəqəmli)
|
Vəzifə maaşı
(manatla)
|
1.
|
|
|
|
2.
|
|
|
|
3.
|
|
|
|
...
|
|
|
|
Rütbə adlarına dair kodlaşdırılmış siyahı
Sıra №-si
|
Rütbənin adı
|
Rütbənin kodu
(üçrəqəmli)
|
Rütbə maaşı
(manatla)
|
1.
|
|
|
|
2.
|
|
|
|
3.
|
|
|
|
...
|
|
|
|
Qeyd. Siyahı hər səhifədə müvafiq orqanın səlahiyyətli vəzifəli şəxsinin imzası ilə və möhürlə təsdiq edilməlidir.