Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Notariat qaydasında təsdiq edilmiş sənədlərə bərabər tutulan sənədlərin müvafiq vəzifəli şəxslər tərəfindən təsdiq edilməsi Qaydasının təsdiq edilməsi barədə” 2000-ci il 10 iyul tarixli 116 nömrəli və “Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ-hüquqi aktların təsdiq edilməsi haqqında” 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 10 iyul tarixli 116 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 7, maddə 563; 2005, № 11, maddə 1061, № 12, maddə 1228; 2008, № 8, maddə 787; 2012, № 7, maddə 775, № 12, maddə 1353; 2019, № 3, maddə 565) ilə təsdiq edilmiş “Notariat qaydasında təsdiq edilmiş sənədlərə bərabər tutulan sənədlərin müvafiq vəzifəli şəxslər tərəfindən təsdiq edilməsi Qaydası”nın I bölməsinin 18-ci hissəsinin ikinci abzasında aşağıdakı dəyişikliklər edilsin:
1.1. ikinci cümlədə “şikayət vermək” sözləri “müraciət etmək” sözləri ilə əvəz edilsin;
1.2. üçüncü cümlə çıxarılsın.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 3, maddə 209; 2002, № 3, maddə 148, № 10, maddə 635; 2005, № 7, maddə 678; 2006, № 5, maddə 472, № 10, maddə 902; 2010, № 3, maddə 264; 2012, № 12, maddə 1360; 2014, № 12, maddə 1662; 2017, № 12 (II kitab), maddə 2526; 2018, № 12 (II kitab), maddə 2737; 2019, № 8, maddə 1478; 2020, № 6, maddə 804, № 12 (V kitab), maddə 1584) ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”ın 4-cü bəndinin onuncu abzasında və 9-cu bəndinin ikinci abzasında “qətnaməsi” sözü “qərarı” sözü ilə əvəz edilsin.
Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 27 oktyabr 2021-ci il
№ 318