AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
30.10.2021
QEYDİYYAT NÖMRƏSİ
326
ADI
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İş yerlərinin attestasiyasının keçirilməsi Qaydalarının təsdiq edilməsi haqqında” 2000-ci il 6 mart tarixli 38 nömrəli, “Təhlükəli yüklərin dəniz nəqliyyatı ilə daşınması Qaydalarının təsdiq edilməsi haqqında” 2000-ci il 24 aprel tarixli 75 nömrəli, “Azərbaycan Respublikasının Torpaq Məcəlləsi ilə bağlı bəzi normativ-hüquqi aktlar haqqında” 2000-ci il 1 may tarixli 79 nömrəli, “Şəhərsalma sənədlərinin tərkibi, tərtibatı, razılaşdırılması, dövlət ekspertizası aparılması və təsdiq olunması Qaydaları və Şəhərsalma fəaliyyətinə, o cümlədən şəhərsalma sənədlərinin həyata keçirilməsində sifarişçinin, tərtibatçının və podratçının fəaliyyətinə də nəzarətin həyata keçirilməsi qaydalarının təsdiq edilməsi barədə” 2000-ci il 4 sentyabr tarixli 158 nömrəli, “Təhlükəli yüklərin dəmir yolu nəqliyyatı ilə daşınması Qaydalarının təsdiq edilməsi haqqında” 2000-ci il 20 noyabr tarixli 207 nömrəli və “Təhlükəli yüklərin hava nəqliyyatı ilə daşınması Qaydalarının təsdiq edilməsi haqqında” 2000-ci il 13 dekabr tarixli 220 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 02.11.2021, Nəşr Nömrəsi: 237), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31.10.2021, Nəşr nömrəsi: 10, Maddə nömrəsi: 1193)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
02.11.2021
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
220.070.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14202110300326
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
04.11.2021
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İş yerlərinin attestasiyasının keçirilməsi Qaydalarının təsdiq edilməsi haqqında” 2000-ci il 6 mart tarixli 38 nömrəli, “Təhlükəli yüklərin dəniz nəqliyyatı ilə daşınması Qaydalarının təsdiq edilməsi haqqında” 2000-ci il 24 aprel tarixli 75 nömrəli, “Azərbaycan Respublikasının Torpaq Məcəlləsi ilə bağlı bəzi normativ-hüquqi aktlar haqqında” 2000-ci il 1 may tarixli 79 nömrəli, “Şəhərsalma sənədlərinin tərkibi, tərtibatı, razılaşdırılması, dövlət ekspertizası aparılması və təsdiq olunması Qaydaları və Şəhərsalma fəaliyyətinə, o cümlədən şəhərsalma sənədlərinin həyata keçirilməsində sifarişçinin, tərtibatçının və podratçının fəaliyyətinə də nəzarətin həyata keçirilməsi qaydalarının təsdiq edilməsi barədə” 2000-ci il 4 sentyabr tarixli 158 nömrəli, “Təhlükəli yüklərin dəmir yolu nəqliyyatı ilə daşınması Qaydalarının təsdiq edilməsi haqqında” 2000-ci il 20 noyabr tarixli 207 nömrəli və “Təhlükəli yüklərin hava nəqliyyatı ilə daşınması Qaydalarının təsdiq edilməsi haqqında” 2000-ci il 13 dekabr tarixli 220 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Hərbi qulluqçuların statusu haqqında”, “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında”, “Sanitariya-epidemioloji salamatlıq haqqında”, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında” və “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 23 aprel tarixli 302-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası vətəndaşlarının alternativ xidmət (əmək mükəlləfiyyəti) keçməsi qaydası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 1992-ci il 31 iyul tarixli 94 nömrəli, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1997-ci il 25 iyul tarixli 622 nömrəli, “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqramın təsdiq edilməsi barədə” 2000-ci il 15 iyul tarixli 371 nömrəli, “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”nın təsdiq edilməsi barədə” 2000-ci il 10 avqust tarixli 383 nömrəli, “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2010-cu il 4 iyun tarixli 276 nömrəli, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2012-ci il 6 iyun tarixli 648 nömrəli, “Pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”nin təsdiq edilməsi haqqında” 2013-cü il 11 iyun tarixli 908 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 iyun tarixli 1352 nömrəli Fərmanının 9-cu hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 6 mart tarixli 38 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 3 (II kitab), maddə 227; 2011, № 5, maddə 449; 2018, № 11, maddə 2448) ilə təsdiq edilmiş “İş yerlərinin attestasiyasının keçirilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1.6-cı bəndin ikinci cümləsində “sanitar-epidemioloji nəzarət mərkəzinin” sözləri “sanitariya nəzarəti orqanlarının” sözləri ilə əvəz edilsin;

1.2. 3.4.2-ci yarımbəndin ikinci abzasında “sanitar-epidemioloji nəzarət mərkəzləri” sözləri “sanitariya nəzarəti orqanları” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 24 aprel tarixli 75 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 4 (II kitab), maddə 321; 2002, № 11, maddə 675; 2006, № 9, maddə 822; 2009, № 8, maddə 675; 2012, № 10, maddə 1021; 2014, № 1, maddə 57, № 10, maddə 1313; 2018, № 4, maddə 800; 2020, № 9, maddə 1238) ilə təsdiq edilmiş “Təhlükəli yüklərin dəniz nəqliyyatı ilə daşınması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

2.1. 12.4-cü bəndin “d” və “e” abzaslarında və 15.3.5-ci yarımbənddə “sanitar” sözü “dövlət sanitariya” sözləri ilə əvəz edilsin;

2.2. 13.1.12-ci, 13.1.41-ci yarımbəndlərin ikinci abzaslarında, 13.1.14-cü yarımbənddə və 13.2.6-cı yarımbəndin onuncu abzasında “Dövlət Sanitar Nəzarəti” sözləri “dövlət sanitariya nəzarəti” sözləri ilə əvəz edilsin;

2.3. 15.1.2-ci yarımbəndin ikinci abzasında “sanitar” sözü “sanitariya” sözü ilə əvəz edilsin;

2.4. 15.2.14-cü yarımbəndin dördüncü abzasında “Sanitar” sözü “Dövlət sanitariya” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 1 may tarixli 79 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 5, maddə 360; 2004, № 2, maddə 121; 2005, № 1, maddə 49, № 6, maddə 558; 2006, № 4, maddələr 370, 374, № 9, maddə 822, № 11, maddə 994; 2008, № 2, maddə 132, № 5, maddə 432, № 6, maddə 586; 2015, № 10, maddə 1223, № 11, maddə 1418; 2019, № 9, maddə 1558) ilə təsdiq edilmiş “Ekzogen geoloji proseslərə məruz qalmış torpaqlarda mühəndis-texniki və kənd təsərrüfatı işlərinin aparılmasına icazə verilməsi Qaydası”nın 9-cu hissəsinin ikinci cümləsində “sanitar” sözü “dövlət sanitariya” sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 4 sentyabr tarixli 158 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 9, maddə 684; 2005, № 12, maddə 1244; 2008, № 2, maddələr 116, 132, № 5, maddə 432, № 9, maddə 853; 2010, № 4, maddə 359; 2018, № 10, maddə 2164) ilə təsdiq edilmiş “Şəhərsalma sənədlərinin tərkibi, tərtibatı, razılaşdırılması, dövlət ekspertizası aparılması və təsdiq olunması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

4.1. 12.1-ci bəndin birinci abzasında “sanitar-epidemioloji” sözü “sanitariya nəzarəti” sözləri ilə əvəz edilsin;

4.2. həmin Qaydalara 11 nömrəli əlavə - “Rayon planlaşdırma sxemi və layihəsinin əsas texniki-iqtisadi göstəriciləri”nin ikinci cədvəlinin “Sosial infrastruktur” bölməsinin doqquzuncu sətrində “səhiyyə” sözü “tibb” sözü ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 noyabr tarixli 207 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 11, maddə 828; 2002, № 11, maddə 675; 2003, № 6, maddə 342; 2006, № 9, maddə 822; 2009, № 8, maddə 675, № 9, maddə 736; 2016, № 9, maddə 1585; 2017, № 9, maddə 1742; 2018, № 4, maddə 802, № 11, maddə 2448; 2019, № 9, maddə 1558; 2020, № 9, maddə 1238) ilə təsdiq edilmiş “Təhlükəli yüklərin dəmir yolu nəqliyyatı ilə daşınması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

5.1. 2.1.26-cı yarımbəndin ikinci abzasında və üçüncü abzasının birinci cümləsində, 5.1.3-cü yarımbənddə və 5.3.18-ci yarımbəndin ikinci cümləsində “sanitar” sözü “dövlət sanitariya” sözləri ilə əvəz edilsin;

5.2. 2.2.14-cü yarımbəndin ikinci cümləsində “sanitar” sözü “dövlət sanitariya nəzarəti” sözləri ilə əvəz edilsin;

5.3. 5.3.21-ci yarımbəndin birinci cümləsində “yerli sanitar” sözləri “ərazi üzrə dövlət sanitariya” sözləri ilə əvəz edilsin;

5.4. 7.2.8-ci yarımbəndin üçüncü abzasında “sanitar nəzarətinin yerli” sözləri “ərazi üzrə dövlət sanitariya nəzarəti” sözləri ilə əvəz edilsin.

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 13 dekabr tarixli 220 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 12, maddə 871; 2007, № 12, maddə 1336; 2009, № 2, maddə 144, № 8, maddə 675, № 9, maddə 738; 2016, № 12, maddə 2229; 2018, № 4, maddə 803, № 5, maddə 1135; 2019, № 1, maddələr 155, 166; 2020, № 9, maddə 1238, № 10, maddə 1281) ilə təsdiq edilmiş “Təhlükəli yüklərin hava nəqliyyatı ilə daşınması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

6.1. 10.16-cı bəndin dördüncü cümləsində “və sanitar” sözləri (ikinci halda) “, habelə dövlət sanitariya nəzarəti” sözləri ilə əvəz edilsin;

6.2. 13.6-cı bəndin birinci və ikinci abzaslarında “sanitar xidmətlərinə” sözləri “dövlət sanitariya nəzarəti orqanlarına” sözləri ilə əvəz edilsin;

6.3. həmin Qaydalara 11 nömrəli əlavə - “İlkin tibbi yardım tədbirləri və təhlükəli yüklərin daşınması ilə bağlı zədələnmələrin qarşısının alınması”nın 1.2-ci bəndinin ikinci cümləsində “sanitar” sözü “dövlət sanitariya nəzarəti” sözləri ilə əvəz edilsin.

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

 

Bakı şəhəri, 30 oktyabr 2021-ci il

     № 326

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status