AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
30.10.2021
QEYDİYYAT NÖMRƏSİ
332
ADI
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Su obyektlərindən istirahət və idman üçün istifadə qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 1998-ci il 22 oktyabr tarixli 216 nömrəli, “Yer təki sahəsinə faydalı qazıntıların çıxarılması, faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuları tikmək və istismar etmək məqsədilə “Dağ-mədən ayırması” statusunun verilməsi Qaydalarının təsdiq edilməsi haqqında” 1999-cu il 9 yanvar tarixli 1 nömrəli, “Faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan məqsədlər üçün verilən torpaq sahələrinin hüdudlarında yerin təkindən istifadə Qaydalarının təsdiq edilməsi haqqında” 1999-cu il 27 mart tarixli 51 nömrəli, “Yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məsələləri haqqında” 1999-cu il 6 aprel tarixli 60 nömrəli, “Ərazi, müəssisə və təşkilatların radioloji-gigiyenik pasportlarının forması və tərtib edilməsi Qaydası”nın və “Fərdi şüalanma dozalarının uçotu və onlara nəzarət Qaydası”nın təsdiq edilməsi barədə” 1999-cu il 25 avqust tarixli 134 nömrəli, “Azərbaycan Respublikasında balıqçılıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” 1999-cu il 6 sentyabr tarixli 146 nömrəli, “Təhlükəli yüklərin avtomobil nəqliyyatı ilə daşınması Qaydalarının təsdiq edilməsi haqqında” 2000-ci il 27 yanvar tarixli 10 nömrəli, “Avtomobil yollarının layihələndirilməsi, tikintisi, yenidən qurulması, təmiri və avtomobil yollarının qəbul edilməsi zamanı müayinənin, yoxlamanın və sınağın keçirilməsi Qaydalarının təsdiq edilməsi haqqında” 2000-ci il 7 fevral tarixli 16 nömrəli və “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarının təsdiq edilməsi haqqında” 2000-ci il 28 fevral tarixli 27 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 04.11.2021, Nəşr Nömrəsi: 239), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31.10.2021, Nəşr nömrəsi: 10, Maddə nömrəsi: 1199)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
04.11.2021
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
220.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14202110300332
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
04.11.2021

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Su obyektlərindən istirahət və idman üçün istifadə qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 1998-ci il 22 oktyabr tarixli 216 nömrəli, “Yer təki sahəsinə faydalı qazıntıların çıxarılması, faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuları tikmək və istismar etmək məqsədilə “Dağ-mədən ayırması” statusunun verilməsi Qaydalarının təsdiq edilməsi haqqında” 1999-cu il 9 yanvar tarixli 1 nömrəli, “Faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan məqsədlər üçün verilən torpaq sahələrinin hüdudlarında yerin təkindən istifadə Qaydalarının təsdiq edilməsi haqqında” 1999-cu il 27 mart tarixli 51 nömrəli, “Yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məsələləri haqqında” 1999-cu il 6 aprel tarixli 60 nömrəli, “Ərazi, müəssisə və təşkilatların radioloji-gigiyenik pasportlarının forması və tərtib edilməsi Qaydası”nın və “Fərdi şüalanma dozalarının uçotu və onlara nəzarət Qaydası”nın təsdiq edilməsi barədə” 1999-cu il 25 avqust tarixli 134 nömrəli, “Azərbaycan Respublikasında balıqçılıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” 1999-cu il 6 sentyabr tarixli 146 nömrəli, “Təhlükəli yüklərin avtomobil nəqliyyatı ilə daşınması Qaydalarının təsdiq edilməsi haqqında” 2000-ci il 27 yanvar tarixli 10 nömrəli, “Avtomobil yollarının layihələndirilməsi, tikintisi, yenidən qurulması, təmiri və avtomobil yollarının qəbul edilməsi zamanı müayinənin, yoxlamanın və sınağın keçirilməsi Qaydalarının təsdiq edilməsi haqqında” 2000-ci il 7 fevral tarixli 16 nömrəli və “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarının təsdiq edilməsi haqqında” 2000-ci il 28 fevral tarixli 27 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Hərbi qulluqçuların statusu haqqında”, “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında”, “Sanitariya-epidemioloji salamatlıq haqqında”, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında” və “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 23 aprel tarixli 302-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası vətəndaşlarının alternativ xidmət (əmək mükəlləfiyyəti) keçməsi qaydası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 1992-ci il 31 iyul tarixli 94 nömrəli, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1997-ci il 25 iyul tarixli 622 nömrəli, “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqramın təsdiq edilməsi barədə” 2000-ci il 15 iyul tarixli 371 nömrəli, “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”nın təsdiq edilməsi barədə” 2000-ci il 10 avqust tarixli 383 nömrəli, “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2010-cu il 4 iyun tarixli 276 nömrəli, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2012-ci il 6 iyun tarixli 648 nömrəli, “Pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”nin təsdiq edilməsi haqqında” 2013-cü il 11 iyun tarixli 908 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 iyun tarixli 1352 nömrəli Fərmanının 9-cu hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 oktyabr tarixli 216 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 10, maddə 637; 2001, № 10, maddə 663; 2004, № 3, maddə 193; 2005, № 1, maddə 49, № 6, maddə 558; 2006, № 4, maddə 370, № 5, maddə 463, № 9, maddə 822; 2009, № 1, maddə 32; 2012, № 5, maddə 482; 2014, № 11, maddə 1507; 2018, № 8, maddə 1817) ilə təsdiq edilmiş “Su obyektlərindən istirahət və idman üçün istifadə qaydaları haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1.1. 4.4.2-ci yarımbəndin doqquzuncu abzasında və 4.9.7-ci yarımbənddə “sanitar-epidemioloji xidmət stansiyası” sözləri “sanitariya-epidemioloji xidmət müəssisəsi” sözləri ilə əvəz edilsin;

1.2. 4.9.5-ci yarımbənddə “sanitar-epidemioloji xidmətin” sözləri “dövlət sanitariya nəzarətini” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 9 yanvar tarixli 1 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 1, maddə 42; 2000, № 10, maddə 765; 2001, № 2, maddə 116; 2005, № 1, maddə 49; 2006, № 9, maddə 822; 2007, № 12, maddə 1336; 2019, № 12, maddə 2092; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 13 sentyabr tarixli 261 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Yer təki sahəsinə faydalı qazıntıların çıxarılması, faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuları tikmək və istismar etmək məqsədilə “Dağ-mədən ayırması” statusunun verilməsi Qaydaları”nın 3.2.6-cı yarımbəndində “sanitariya” sözü “dövlət sanitariya nəzarəti” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 27 mart tarixli 51 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 3, maddə 206; 2001, № 2, maddə 116; 2005, № 1, maddə 49; 2007, № 12, maddə 1336) ilə təsdiq edilmiş “Faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan məqsədlər üçün verilən torpaq sahələrinin hüdudlarında yerin təkindən istifadə Qaydaları”nın 4.1.8-ci yarımbəndinə “sanitariya” sözündən əvvəl “dövlət” sözü əlavə edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 6 aprel tarixli 60 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 4, maddə 267; 2001, № 1, maddə 70, № 7, maddə 512; 2003, № 8, maddə 460; 2005, № 9, maddə 855, № 11, maddə 1061; 2007, № 10, maddə 1013; 2008, № 2, maddə 116; 2010, № 8, maddə 764; 2011, № 8, maddə 781, № 9, maddə 852; 2012, № 9, maddə 922; 2013, № 3, maddə 344; 2014, № 8, maddə 1011, № 10, maddə 1301; 2017, № 6, maddə 1218; 2018, № 9, maddə 1918, № 10, maddələr 2146, 2147, № 11, maddə 2442; 2019, № 1, maddə 154, № 4, maddə 788) ilə təsdiq edilmiş “Yol hərəkətinin təhlükəsizliyi göstəricilərinin siyahısı, uçot və hesabat qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

4.1. 3.6-cı bəndin beşinci abzasında “Səhiyyə Nazirliyinin, digər nazirlik və idarələrin müalicə-profilaktika” sözləri “tibb” sözü ilə əvəz edilsin;

4.2. 3.6.1-ci yarımbəndin “Qeyd”inin “b” abzasının ikinci cümləsində “tibb-müalicə” sözü “tibb” sözü ilə əvəz edilsin;

4.3. 4.9-cu bəndin birinci cümləsində və 7.1-ci bənddə “müalicə-profilaktika” sözü “tibb” sözü ilə əvəz edilsin;

4.4. 7-ci hissənin adında “SƏHİYYƏ NAZİRLİYİNİN VƏ DİGƏR NAZİRLİKLƏRİN (İDARƏLƏRİN) MÜALİCƏ-PROFİLAKTİKA” sözləri “TİBB” sözü ilə əvəz edilsin;

4.5. 7.2-ci bəndin birinci abzasında və 7.3-cü bənddə “Müalicə-profilaktika” sözü “Tibb” sözü ilə əvəz edilsin.

5. “Ərazi, müəssisə və təşkilatların radioloji-gigiyenik pasportlarının forması və tərtib edilməsi Qaydası”nın və “Fərdi şüalanma dozalarının uçotu və onlara nəzarət Qaydası”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 25 avqust tarixli 134 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 529; 2006, № 9, maddə 822; 2007, № 3, maddə 302) aşağıdakı dəyişikliklər edilsin:

5.1. həmin Qərarla təsdiq edilmiş “Ərazi, müəssisə və təşkilatların radioloji-gigiyenik pasportlarının forması və tərtib edilməsi Qaydası” üzrə:

5.1.1. 3-cü hissədə “Səhiyyə Nazirliyinin sanitariya-epidemioloji nəzarəti xidməti” sözləri “dövlət sanitariya nəzarəti orqanı” sözləri ilə əvəz edilsin;

5.1.2. həmin Qaydaya 1 nömrəli əlavə - “İonlaşdırıcı şüa mənbələrindən istifadə edən müəssisə və təşkilatların radioloji-gigiyenik Pasportu”nun 6-cı hissəsində və 2 nömrəli əlavə - “Ərazinin radioloji-gigiyenik Pasportu”nun 14-cü hissəsində “Səhiyyə Nazirliyinin sanitariya-epidemioloji nəzarəti xidməti” sözləri “Dövlət sanitariya nəzarəti orqanı” sözləri ilə əvəz edilsin;

5.2. həmin Qərarla təsdiq edilmiş “Fərdi şüalanma dozalarının uçotu və onlara nəzarət Qaydası” üzrə:

5.2.1. 2-ci və 10-cu hissələrdə “yerli sanitariya-epidemioloji xidməti” sözləri “ərazi üzrə sanitariya-epidemioloji xidmət müəssisəsi” sözləri ilə əvəz edilsin;

5.2.2. 7-ci hissənin birinci abzasında “yerli sanitariya-epidemioloji xidmətinə” sözləri “ərazi üzrə sanitariya-epidemioloji xidmət müəssisəsinə” sözləri ilə və ikinci abzasında “Yerli sanitariya-epidemioloji xidməti” sözləri “Ərazi üzrə sanitariya-epidemioloji xidmət müəssisəsi” sözləri ilə əvəz edilsin.

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 6 sentyabr tarixli 146 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 9, maddə 556; 2005, № 1, maddə 49, № 6, maddələr 540, 555, 558; 2006, № 4, maddə 370; 2012, № 5, maddə 474; 2014, № 11, maddə 1508; 2015, № 7, maddə 876, № 10, maddə 1223; 2016, № 9, maddə 1597; 2021, № 5, maddə 507) ilə təsdiq edilmiş “Balıqçılıq su obyektlərinə zərərli təsirin yol verilən normaları”nın 4-cü hissəsinin ikinci abzasında “sanitariya-epidemiologiya” sözü “dövlət sanitariya nəzarəti orqanları” sözləri ilə əvəz edilsin.

7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 27 yanvar tarixli 10 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 80, № 9, maddə 695; 2002, № 8, maddə 544, № 11, maddə 675; 2006, № 9, maddə 822; 2008, № 2, maddə 116; 2010, № 8, maddə 764; 2013, № 8, maddə 1022; 2018, № 4, maddə 799, № 10, maddə 2173, № 11, maddə 2442) ilə təsdiq edilmiş “Təhlükəli yüklərin avtomobil nəqliyyatı ilə daşınması Qaydaları”nın 5.8-ci bəndinin “d” abzasında “səhiyyə” sözü “tibb müəssisələrinin” sözləri ilə əvəz edilsin.

8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 7 fevral tarixli 16 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 2, maddə 115; 2002, № 11, maddə 675; 2003, № 8, maddə 460; 2005, № 1, maddə 49; 2006, № 9, maddə 822; 2008, № 2, maddə 130, № 5, maddə 432; 2015, № 5, maddə 652, № 8, maddə 961; 2016, № 9, maddə 1554; 2017, № 8, maddə 1600; 2018, № 5, maddə 1105, № 10, maddə 2146, № 11, maddə 2440; 2019, № 3, maddə 512, № 6, maddə 1159, № 7, maddə 1341; 2020, № 2, maddə 207; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 13 sentyabr tarixli 265 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Avtomobil yollarının layihələndirilməsi, tikintisi, yenidən qurulması və təmiri Qaydaları”nın “II. Avtomobil yollarının tikintisi və yenidən qurulması” bölməsinin 4.8-ci bəndinin ikinci abzasında “sanitar nəzarəti” sözləri “sanitariya nəzarəti orqanlarının” sözləri ilə əvəz edilsin.

9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli 27 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 2, maddə 123; 2005, № 11, maddə 1061; 2006, № 9, maddə 822; 2008, № 2, maddələr 116, 130, № 5, maddə 430; 2010, № 3, maddə 264; 2011, № 5, maddə 449; 2013, № 6, maddə 723; 2015, № 7, maddə 901; 2018, № 12 (II kitab), maddə 2737; 2019, № 3, maddə 512) ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın 1.7-ci bəndinin ikinci abzasında “tibb idarələri” sözləri “tibb müəssisələri” sözləri ilə əvəz edilsin.

 

Əli ƏSƏDOV,

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 30 oktyabr 2021-ci il

№ 332

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status