Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İşçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraitli istehsalatların, peşə və vəzifələrin Siyahısı”nın təsdiq edilməsi barədə” 2004-cü il 6 noyabr tarixli 175 nömrəli, “İxtisaslaşdırılmış tibb müəssisələrində məcburi müalicənin Şərtləri və Qaydaları”nın təsdiq edilməsi haqqında” 2006-cı il 26 yanvar tarixli 20 nömrəli, “İnsan alveri qurbanlarının sosial reabilitasiyasının həyata keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2006-cı il 6 mart tarixli 62 nömrəli, “Azərbaycan Respublikasında baytarlıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” 2006-cı il 4 dekabr tarixli 255 nömrəli və “Azərbaycan Respublikasında baytarlıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” 2007-ci il 30 yanvar tarixli 19 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Hərbi qulluqçuların statusu haqqında”, “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında”, “Sanitariya-epidemioloji salamatlıq haqqında”, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında” və “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 23 aprel tarixli 302-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası vətəndaşlarının alternativ xidmət (əmək mükəlləfiyyəti) keçməsi qaydası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 1992-ci il 31 iyul tarixli 94 nömrəli, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1997-ci il 25 iyul tarixli 622 nömrəli, “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqramın təsdiq edilməsi barədə” 2000-ci il 15 iyul tarixli 371 nömrəli, “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”nın təsdiq edilməsi barədə” 2000-ci il 10 avqust tarixli 383 nömrəli, “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2010-cu il 4 iyun tarixli 276 nömrəli, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2012-ci il 6 iyun tarixli 648 nömrəli, “Pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”nin təsdiq edilməsi haqqında” 2013-cü il 11 iyun tarixli 908 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 iyun tarixli 1352 nömrəli Fərmanının 9-cu hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli 175 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 11, maddə 963; 2008, № 2, maddə 130; 2010, № 8, maddə 763; 2020, № 12 (II kitab), maddə 1618; 2021, № 5, maddə 505) ilə təsdiq edilmiş “İşçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraitli istehsalatların, peşə və vəzifələrin Siyahısı”nın “İstehsalatların, peşə və vəzifələrin adı” sütununun “XXXII. Səhiyyə” bölməsində aşağıdakı dəyişikliklər edilsin:
1.1. “Sanitariya-epidemioloji xidmətlərinin idarə, müəssisə və təşkilatları” hissəsinin adında “xidmətlərinin idarə, müəssisə və təşkilatları” sözləri “xidmət müəssisələri” sözləri ilə əvəz edilsin;
1.2. “Səhiyyə, sosial xidmət və təhsil müəssisələrinin tibb işçilərinin ümumi peşələri” hissəsinin adında “Səhiyyə” sözü “Tibb” sözü ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 26 yanvar tarixli 20 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 1, maddə 50; 2016, № 3, maddələr 574, 605; 2018, № 8, maddə 1814) ilə təsdiq edilmiş “İxtisaslaşdırılmış tibb müəssisələrində məcburi müalicənin Şərtləri və Qaydaları”nın 3.10-cu bəndində “səhiyyə, daxili işlər və ədliyyə orqanları” sözləri “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi” sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 6 mart tarixli 62 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 3, maddə 290; 2010, № 2, maddə 162; 2015, № 7, maddə 879; 2020, № 10, maddə 1290; 2021, № 3, maddə 272) ilə təsdiq edilmiş “İnsan alveri qurbanlarının sosial reabilitasiyasının həyata keçirilməsi Qaydaları”nın 7.3-cü bəndində “səhiyyə” sözü “tibb” sözü ilə əvəz edilsin.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 4 dekabr tarixli 255 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 12, maddə 1147; 2008, № 7, maddə 673; 2014, № 7, maddə 938; 2018, № 12 (II kitab), maddə 2721; 2019, № 9, maddə 1563) ilə təsdiq edilmiş “Dövlət baytarlıq nəzarəti obyektlərinin baytarlıq (baytarlıq-sanitariya) ekspertizasının aparılması Qaydaları”nın 4.2-ci bəndində “səhiyyə” sözü “tibb müəssisələri” sözləri ilə əvəz edilsin.
5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 yanvar tarixli 19 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 1, maddə 63; 2008, № 7, maddə 673; 2015, № 2, maddə 227; 2018, № 12 (II kitab), maddə 2721; 2020, № 4, maddə 484, № 9, maddə 1222) ilə təsdiq edilmiş “Heyvanların yetişdirilməsi, çoxaldılması, tədarükü (kəsimi), istifadəsi və dövlət baytarlıq nəzarətində olan məhsulların istehsalı, saxlanması, emalı, daşınması, satışı və istifadəsi ilə məşğul olan şəxslərin sağlamlığının heyvan və insanlar üçün ümumi olan yoluxucu xəstəliklərdən qorunması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
5.1. 2.6-cı bənddə “Sanitar-epidemioloji xidmətin” sözləri “Dövlət sanitariya nəzarəti orqanları və sanitariya-epidemioloji xidmət müəssisələrinin” sözləri ilə əvəz edilsin;
5.2. 2.8-ci bənddə “Sanitar-epidemioloji” sözü “Dövlət sanitariya nəzarəti orqanları və sanitariya-epidemioloji xidmət müəssisələrinin” sözləri ilə əvəz edilsin.
Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 30 oktyabr 2021-ci il
№ 329