×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
01.11.2021
QEYDİYYAT NÖMRƏSİ
333
ADI
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” 1998-ci il 22 aprel tarixli 91 nömrəli, “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında” 2005-ci il 2 fevral tarixli 18 nömrəli, “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın və “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2005-ci il 10 iyun tarixli 103 nömrəli, “Elektrik enerjisinin istehsalı və elektrik qurğularının istismara buraxılışı üçün güc hədlərinin müəyyən edilməsi barədə” 2016-cı il 24 noyabr tarixli 482 nömrəli, “Sağlamlıq imkanları məhdud olan məktəbəqədər yaşlı uşaqların təhsilinin dövlət standartları”nın təsdiq edilməsi haqqında” 2018-ci il 26 fevral tarixli 62 nömrəli, “Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli, “Azərbaycan Respublikasında məktəbəqədər təhsilin dövlət standartı”nın təsdiq edilməsi haqqında” 2019-cu il 8 avqust tarixli 351 nömrəli və “Elektrik və istilik qurğularının texniki istismar Qaydası”nın təsdiq edilməsi haqqında” 2019-cu il 30 dekabr tarixli 520 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 04.11.2021, Nəşr Nömrəsi: 239), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30.11.2021, Nəşr nömrəsi: 11, Maddə nömrəsi: 1256)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
04.11.2021
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
170.140.010
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14202111010333
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
22.11.2021

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” 1998-ci il 22 aprel tarixli 91 nömrəli, “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında” 2005-ci il 2 fevral tarixli 18 nömrəli, “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın və “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2005-ci il 10 iyun tarixli 103 nömrəli, “Elektrik enerjisinin istehsalı və elektrik qurğularının istismara buraxılışı üçün güc hədlərinin müəyyən edilməsi barədə” 2016-cı il 24 noyabr tarixli 482 nömrəli, “Sağlamlıq imkanları məhdud olan məktəbəqədər yaşlı uşaqların təhsilinin dövlət standartları”nın təsdiq edilməsi haqqında” 2018-ci il 26 fevral tarixli 62 nömrəli, “Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli, “Azərbaycan Respublikasında məktəbəqədər təhsilin dövlət standartı”nın təsdiq edilməsi haqqında” 2019-cu il 8 avqust tarixli 351 nömrəli və “Elektrik və istilik qurğularının texniki istismar Qaydası”nın təsdiq edilməsi haqqında” 2019-cu il 30 dekabr tarixli 520 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının 2021-ci il 31 may tarixli 339-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 iyul tarixli 1387 nömrəli Fərmanının 1.2-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 4, maddə 299, № 8, maddə 550, № 10, maddə 639; 1999, № 2, maddə 150; 2000, № 5, maddə 374, № 7, maddə 559, № 8 (III kitab), maddə 643, № 9, maddələr 690, 699, 700, № 10, maddə 770; 2001, № 4, maddə 289, № 8, maddə 561; 2002, № 4 (II kitab), maddələr 209, 212; 2005, № 1, maddə 56; 2006, № 2, maddə 180, № 4, maddə 367, № 7, maddə 652; 2008, № 7, maddələr 672, 687; 2009, № 9, maddələr 742, 744, № 12, maddələr 1061, 1071; 2010, № 7, maddə 706, № 12, maddə 1114; 2011, № 1, maddə 68, № 8, maddə 774; 2012, № 1, maddə 39, № 7, maddə 779, № 10, maddə 1020; 2013, № 11, maddə 1458; 2014, № 4, maddə 456; 2015, № 7, maddə 895; 2016, № 4, maddə 801, № 8, maddələr 1432, 1460, № 12, maddə 2213; 2017, № 2, maddə 312, № 6, maddə 1242, № 8, maddə 1625; 2018, № 4, maddə 826; 2019, № 1, maddə 154, № 5, maddə 947, № 8, maddə 1468; 2020, № 2, maddə 220; 2021, № 1, maddə 89, № 2, maddə 203, № 6 (IV kitab), maddə 680) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 4.22-ci bənddən “alternativ və” sözləri çıxarılsın;

1.2. həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin təsdiqedici sənədləri əsasında, gömrük rüsumlarından azad olunmaqla idxal edilən, alternativ və bərpa olunan enerji və ondan səmərəli istifadə edilməsi sahəsində tətbiq olunan qurğuların, onların istehsalı üçün avadanlıqların hissə və ləvazimatlarının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə Siyahısı”nın adından “alternativ və” sözləri çıxarılsın.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 2, maddə 121; 2006, № 1, maddə 59; 2009, № 1, maddə 32, № 10, maddə 846; 2010, № 1, maddə 49; 2012, № 2, maddə 183; 2013, № 6, maddə 738; 2014, № 1, maddə 69, № 2, maddə 201, № 7, maddə 925; 2016, № 4, maddə 772, № 5, maddə 955; 2017, № 3, maddə 478; 2018, № 3, maddə 624, № 8, maddə 1817, № 10, maddə 2174; 2020, № 6, maddə 788; 2021, № 3, maddə 301; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 28 sentyabr tarixli 285 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

2.1. 1.1-ci bəndin on üçüncü abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda on dördüncü abzas əlavə edilsin:

“zəmanətli tarif - elektrik şəbəkəsinə verilən elektrik enerjisinin hər kilovat-saatı üçün dəstək mexanizmi çərçivəsində bərpa olunan enerji mənbələrinin əraziləri üzrə hərrac və ya birbaşa cəlbetmə yolu ilə müəyyənləşdirilmiş istehsalçılara münasibətdə müəyyən edilən tarif.”;

2.2. 1.3-cü bəndin beşinci abzası çıxarılsın;

2.3. aşağıdakı məzmunda 1.7-ci bənd əlavə edilsin:

“1.7. Bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi qaydası, habelə bərpa olunan enerji mənbələrinin ərazisində hərrac və ya birbaşa cəlbetmə yolu ilə seçilmiş elektrik enerjisi istehsalçısı ilə bağlanılan müqavilələrin xüsusiyyətləri və şərtləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyənləşdirilir.”;

2.4. 2.1-ci bəndin ikinci cümləsindən “alternativ və”, “və Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə razılaşdırılmış” sözləri çıxarılsın;

2.5. aşağıdakı məzmunda 12.5-1-ci bənd əlavə edilsin:

“12.5-1. Zəmanətli tariflər “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsinə uyğun olaraq müəyyən edilir.”.

3. “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın və “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli 103 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 6, maddə 539; 2006, № 9, maddə 822; 2008, № 2, maddə 116, № 5, maddə 432; 2014, № 1, maddə 69; 2015, № 11, maddə 1418; 2019, № 12, maddə 2104) aşağıdakı dəyişikliklər edilsin:

3.1. həmin Qərarla təsdiq edilmiş “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın 1-ci hissəsinin ikinci abzası aşağıdakı redaksiyada verilsin:

“elektrik şəbəkəsi - elektrik enerjisinin ötürülməsi və təchizatı üçün nəzərdə tutulmuş elektrik qurğularının məcmusu;”;

3.2. həmin Qərarla təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın 1-ci hissəsinin ikinci abzası aşağıdakı redaksiyada verilsin:

“elektrik şəbəkəsi - elektrik enerjisinin ötürülməsi və təchizatı üçün nəzərdə tutulmuş elektrik qurğularının məcmusu;”.

4. “Elektrik enerjisinin istehsalı və elektrik qurğularının istismara buraxılışı üçün güc hədlərinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 24 noyabr tarixli 482 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 11, maddə 1970) 1.1-ci bəndindən “alternativ və” sözləri çıxarılsın.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 26 fevral tarixli 62 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 2, maddə 365; 2020, № 11, maddə 1403) ilə təsdiq edilmiş “Sağlamlıq imkanları məhdud olan məktəbəqədər yaşlı uşaqların təhsilinin dövlət standartları”nın 4.2-ci bəndində “alternativ” sözü “bərpa olunan” sözləri ilə əvəz edilsin.

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 10, maddə 2155; 2019, № 3, maddələr 528, 534, 544, 563, 566, 568, № 4, maddə 753, № 5, maddələr 935, 945, 971, № 7, maddə 1325, № 8, maddə 1475, № 10, maddə 1677, № 11, maddə 1878, № 12, maddələr 2091, 2095; 2020, № 3, maddə 344, № 4, maddə 479, № 5, maddə 643, № 6, maddə 784, № 8, maddə 1134, № 9, maddə 1222, № 10, maddə 1273, № 11, maddələr 1403, 1408, № 12 (V kitab), maddələr 1589, 1597; 2021, № 2, maddə 203, № 3, maddələr 278, 288, 293, 300, 302, № 4, maddələr 395, 399, 404, 416, 417, 418, № 6 (IV kitab), maddə 695; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 15 iyul tarixli 209 nömrəli, 17 iyul tarixli 212 nömrəli, 24 avqust tarixli 240 nömrəli, 28 avqust tarixli 247 nömrəli, 13 sentyabr tarixli 264 nömrəli qərarları) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə xərclərinin funksional təsnifatına əlavə”nin “11.6.4. “Digər enerji mənbələri” paraqrafında “alternativ” sözü “bərpa olunan” sözləri ilə əvəz edilsin.

7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 8 avqust tarixli 351 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 8, maddə 1458) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məktəbəqədər təhsilin dövlət standartı”nın 5.2-ci bəndində “alternativ” sözü “bərpa olunan” sözləri ilə əvəz edilsin.

8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 30 dekabr tarixli 520 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 12, maddə 2100) ilə təsdiq edilmiş “Elektrik və istilik qurğularının texniki istismar Qaydası”nın 3.12.6.1-ci yarımbəndinin birinci abzasında “(günəş, külək, yerin istiliyi və s.)” sözləri “(hidroenerji, külək, günəş, geotermal, dəniz və okeanlarda dalğa, qabarma və çəkilmə, su axınlarının enerjisi və s.)” sözləri ilə əvəz edilsin.

 

Əli ƏSƏDOV,

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 1 noyabr 2021-ci il

№ 333

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status