AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
30.10.2021
QEYDİYYAT NÖMRƏSİ
327
ADI
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Yeyinti məhsullarına verilən uyğunluq sertifkatının və baytarlıq şəhadətnaməsinin formasının və uyğunluq sertifkatının və baytarlıq şəhadətnaməsinin verilməsi qaydalarının təsdiq edilməsi haqqında” 2007-ci il 25 sentyabr tarixli 142 nömrəli, “Təbii müalicə ehtiyatlarından, müalicə-sağlamlaşdırma yerlərindən və kurortlardan istifadə Qaydası və rejimi”nin təsdiq edilməsi barədə” 2008-ci il 5 dekabr tarixli 268 nömrəli, “Kənd yerlərindəki səhiyyə müəssisələrinə tibbi kadrların cəlb olunmasının həvəsləndirilməsi tədbirləri haqqında” 2009-cu il 5 avqust tarixli 119 nömrəli, “Dərman vasitələrinin elmi tədqiqatlarının, klinikaya qədər tədqiqatlarının və klinik sınaqlarının aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2010-cu il 30 aprel tarixli 83 nömrəli, “Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2011-ci il 9 mart tarixli 38 nömrəli və “Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri”nin təsdiq edilməsi haqqında” 2012-ci il 3 avqust tarixli 171 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 02.11.2021, Nəşr Nömrəsi: 237), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31.10.2021, Nəşr nömrəsi: 10, Maddə nömrəsi: 1194)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
02.11.2021
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
220.070.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14202110300327
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
04.11.2021
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Yeyinti məhsullarına verilən uyğunluq sertifkatının və baytarlıq şəhadətnaməsinin formasının və uyğunluq sertifkatının və baytarlıq şəhadətnaməsinin verilməsi qaydalarının təsdiq edilməsi haqqında” 2007-ci il 25 sentyabr tarixli 142 nömrəli, “Təbii müalicə ehtiyatlarından, müalicə-sağlamlaşdırma yerlərindən və kurortlardan istifadə Qaydası və rejimi”nin təsdiq edilməsi barədə” 2008-ci il 5 dekabr tarixli 268 nömrəli, “Kənd yerlərindəki səhiyyə müəssisələrinə tibbi kadrların cəlb olunmasının həvəsləndirilməsi tədbirləri haqqında” 2009-cu il 5 avqust tarixli 119 nömrəli, “Dərman vasitələrinin elmi tədqiqatlarının, klinikaya qədər tədqiqatlarının və klinik sınaqlarının aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2010-cu il 30 aprel tarixli 83 nömrəli, “Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2011-ci il 9 mart tarixli 38 nömrəli və “Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri”nin təsdiq edilməsi haqqında” 2012-ci il 3 avqust tarixli 171 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Hərbi qulluqçuların statusu haqqında”, “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında”, “Sanitariya-epidemioloji salamatlıq haqqında”, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında” və “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 23 aprel tarixli 302-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası vətəndaşlarının alternativ xidmət (əmək mükəlləfiyyəti) keçməsi qaydası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 1992-ci il 31 iyul tarixli 94 nömrəli, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1997-ci il 25 iyul tarixli 622 nömrəli, “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqramın təsdiq edilməsi barədə” 2000-ci il 15 iyul tarixli 371 nömrəli, “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”nın təsdiq edilməsi barədə” 2000-ci il 10 avqust tarixli 383 nömrəli, “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2010-cu il 4 iyun tarixli 276 nömrəli, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2012-ci il 6 iyun tarixli 648 nömrəli, “Pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”nin təsdiq edilməsi haqqında” 2013-cü il 11 iyun tarixli 908 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 iyun tarixli 1352 nömrəli Fərmanının 9-cu hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 25 sentyabr tarixli 142 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 9, maddə 918; 2009, № 1, maddələr 32, 34, № 6, maddə 491; 2010, № 12, maddə 1122; 2013, № 5, maddə 583; 2015, № 2, maddələr 227, 237, № 5, maddə 664; 2016, № 6, maddə 1194; 2017, № 10, maddə 1878; 2018, № 11, maddə 2438) ilə təsdiq edilmiş “Yeyinti məhsullarına gigiyenik sertifikatın verilməsi Qaydası”nın 2.2-ci bəndinin ikinci abzasında “sanitar-epidemioloji xidmətin” sözləri “dövlət sanitariya-epidemioloji xidmət müəssisəsinin” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 5 dekabr tarixli 268 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 12, maddə 1107; 2016, № 10, maddə 1715) ilə təsdiq edilmiş “Təbii müalicə ehtiyatlarından, müalicə-sağlamlaşdırma yerlərindən və kurortlardan istifadə Qaydası və rejimi”nin 2.9-cu bəndində “sanitar-epidemioloji nəzarət” sözləri “sanitariya nəzarəti” sözləri ilə əvəz edilsin.

3. “Kənd yerlərindəki səhiyyə müəssisələrinə tibbi kadrların cəlb olunmasının həvəsləndirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 5 avqust tarixli 119 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 8, maddə 672) adında, preambulasında və 1-ci hissəsinin birinci abzasında “səhiyyə” sözü “tibb” sözü ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 30 aprel tarixli 83 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 4, maddə 373; 2019, № 3, maddə 523) ilə təsdiq edilmiş “Dərman vasitələrinin elmi tədqiqatlarının, klinikaya qədər tədqiqatlarının və klinik sınaqlarının aparılması Qaydaları”nın 2.24-cü bəndində “səhiyyə” sözü “tibb” sözü ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 9 mart tarixli 38 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 3, maddə 232, № 10, maddə 972; 2015, № 2, maddə 227; 2016, № 12, maddə 2226; 2018, № 12 (II kitab), maddə 2722; 2019, № 5, maddə 971; 2020, № 4, maddə 482, № 9, maddə 1222) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

5.1. 1.3-cü bənddə “sanitar-epidemioloji” sözü “dövlət sanitariya nəzarəti” sözləri ilə əvəz edilsin;

5.2. 2.2-ci, 4.6-cı bəndlərdə və 8.1.4-cü yarımbənddə ismin müvafiq hallarında “sanitar-epidemioloji orqanlar” sözləri ismin müvafiq hallarında “dövlət sanitariya nəzarəti orqanları” sözləri ilə əvəz edilsin;

5.3. 8.1-ci bənddə “sanitar-epidemioloji” sözü “dövlət sanitariya nəzarəti orqanları” sözləri ilə əvəz edilsin;

5.4. 9-cu hissədə “sanitariya-epidemioloji” sözü “sanitariya nəzarəti orqanının” sözləri ilə əvəz edilsin.

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 3 avqust tarixli 171 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 8, maddə 820; 2013, № 6, maddələr 746, 774; 2017, № 2, maddə 315, № 8, maddə 1624; 2018, № 4, maddə 808, № 11, maddələr 2430, 2439, № 12 (II kitab), maddə 2740; 2020, № 11, maddə 1410) ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri”ndə aşağıdakı dəyişikliklər edilsin:

6.1. “I. Təhsil müəssisələrinin tikintisinə dair vahid normalar” bölməsi üzrə:

6.1.1. 1.6.2-ci yarımbəndin üçüncü cümləsində “sanitar-epidemioloji nəzarət” sözləri “sanitariya nəzarəti” sözləri ilə əvəz edilsin;

6.1.2. 2.3.7-ci yarımbəndin ikinci cümləsində “səhiyyə və təhsil orqanları” sözləri “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Azərbaycan Respublikasının Təhsil Nazirliyi” sözləri ilə əvəz edilsin;

6.2. “III. Təhsil müəssisələrində ümumi sanitariya-gigiyena tələbləri” bölməsi üzrə:

6.2.1. 1.2.11-ci, 1.11.1.8-ci, 2.4.2-ci və 2.4.5-ci yarımbəndlərdə, 2.4.3-cü yarımbəndin dördüncü cümləsində “sanitar-epidemioloji nəzarət” sözləri “sanitariya nəzarəti” sözləri ilə əvəz edilsin;

6.2.2. 1.4.21-ci yarımbəndin ikinci cümləsində “sanitar epidemioloji nəzarət” sözləri “sanitariya nəzarəti” sözləri ilə əvəz edilsin;

6.2.3. 1.10.1.7-ci yarımbənddə “sanitar-epidemioloji nəzarət mərkəzlərinə” sözləri “sanitariya-epidemioloji xidmət müəssisələrinə” sözləri ilə əvəz edilsin.

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

 

Bakı şəhəri, 30 oktyabr 2021-ci il

     № 327

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status